Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-618/2024 15.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X13 X1 Cavabdehnə qarşı “faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 101400 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X13 X1 Cavabdehnə qarşı “faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 101400 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X2 (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman Sadiqli Şirkəti MMC (cavabdeh) tərəfindən qanunsuz olaraq 20280 m3 mərmərləşmiş əhəngdaşının hasil edildiyi aşkar edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli'119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq 101400 manat hesablanmışdır. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin icazə İddiaçı tərəfindən verilir. Qanunun 17-ci maddəsinə torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Qanunun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsindən istifadə hüququ yalnız sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq hesablanır. Qanunun 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X13 X2 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.25.-ci bəndinə uyğun olaraq yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək səlahiyyətinə malikdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 101400 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2012-ci il tarixli, 16 nömrəli müqaviləsindən görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısının birinci müavini X11 ilə Cavabdeh rəhbəri X8 arasında 99 (doxsan doqquz) il müddətinə 15 ha torpaq sahəsinə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 87 nömrəli sərəncamından görünür ki, “Sadıqlı Şirkəti’ Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınsın və MMC-yə Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan ayrılmış 15.0 ha torpaq sahəsinin 1,0 ha hissəsində inzibati bina, qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının, asvalt-beton zavodunun tikintisinə icazə verilsin. Obyektin tikintisi və istismar layihəsi Azerbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və Dağ- Mədən Agentliyi ilə razılaşdırılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinə tapşırılsın ki, obyektin tikintisi aparılarkən qanunla müəyyən edilmiş qaydalara riayət edilməsini təmin etsin. İş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 88 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınsın və Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan 15,0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə hüququ ilə ayrılıb verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə tapşırılsın ki, ayrılmış torpaq sahəsindən tjum-çınqıl materiallarının çıxarılması və istehsalı Azerbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və X9 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə tapşırılsın ki, ayrılmış torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasını təmin etsin. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2018-ci il tarixli, İNİL-212/2018 nömrəli Lisenziyadan görünür ki, Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirməyə "xxxx" MMC-yə icazə verilmişdir. İş materiallarında olan İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(036)- 1104/2022 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000,0 (beş min) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********325700 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VOEN **********) xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır, hazırda fəaliyyəti aktivdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri X6r. Cəmiyyətin hüquqi varisliyi və özəlləşdirilməsi olmayıb. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X13 X2 Cavabdehnə qarşı “faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 101400 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddiaçı Agentlik cavabdeh tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə həmin sahədə səlahiyyətli inzibati orqan kimi inzibati icraat aparmalı və icraatın yekununda inzibati akt qəbul etməli olduğu halda, bunu etməmiş və inzibati mübahisənin predmeti olmayan tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş X13 X1 Nizamnaməsinin 1.1-ci bəndinə görə, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. Nizamnamənin 3.2.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək iddiaçının vəzifələrindəndir. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göründüyü kimi, iddiaçının cavabdehdən təbiətə dəymiş ziyanın tutulmasına dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır. İddiaçı Agentliyə izah edilməlidir ki, o, inzibati orqan kimi cavabdehin “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla yerin təkindən qanunsuz istifadəsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməlidir. Aparılmış icraatın yekununda təbiətə dəymiş ziyanın ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda, tələbin icraya yönəldilməsi barədə qərar (inzibati orqanın özü tərəfindən) qəbul edilməlidir. Maraqlı şəxs isə həmin inzibati aktı məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. İddiaçı Agentliyə izah edilsin ki, o, inzibati orqan kimi cavabdehin “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla yerin təkindən qanunsuz istifadəsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməli, aparılmış icraatın yekununda təbiətə dəymiş ziyanın ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda isə, tələbin icraya yönəldilməsi barədə qərar qəbul etməlidir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-618/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-618/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver