Məhkəmə qərarları › İş №2-1(120)-619/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-619/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-619/2024 15.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçılar İddiaçı4, İddiaçı7 və İddiaçı6, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X12 vəkili və nümayədəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “müsabiqə və hərracın nəticələri barədə iclas protokollarının və onun əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X3rşı “AM seriyalı, 006109 nömrəli şəhadətnamənin, AM seriyalı, 006110 nömrəli şəhadətnamənin, AM seriyalı, 006151 nömrəli şəhadətnamənin, AM seriyalı, 007777 nömrəli şəhadətnamənin, AM seriyalı, 008280, 008281,008282, 008284, 008295, 008296, 008897, 008298, 008299 nömrəli şəhadətnamələrinin, AM seriyalı, 008285, 008286, 008287, 008300, 008301, 008302, 008303, 008304nömrəli şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsi, X24, X20, X8, X16, X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin 24 may 2024-cü il tarixli iclasında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X14 Publik Hüquqi Şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X14 Publik Hüquqi Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Xol Qaraqaşlı və Mürsəqulu kənd sakinlərinin bir qrup sakinləri bütün kənd sakinləri adından bildirmişdirlər ki, X26 oglu əvvəllər Əskərov adına kolxozun sədri olmuş, imkanları sayəsində 2002-ci ildən- 2021-ci ilədək Xol Qaraqaşlı kənd bələdiyyə sədri işləmiş və bələdiyyə sədri işlədiyi dövrlərdə çoxsaylı qanunsuz hərəkətlər etmişdir. Kənd bələdiyyəsinə aid torpaqları öz şəxsi mülkiyyəti kimi idarə etmiş, əvvəllər kolxoz torpaqları olmuş sonradan bələdiyyəyə verilmiş və bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aid 63 ha torpaq sahəsində qanunsuz olaraq 20 ilə yaxın bir müddət ərzində pambıq əkmiş, külli miqdarda gəlir götürmüş, təyinatı əkin sahəsi olmayan torpaq sahələrini qanunsuz olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək uzun müddətə 49 il müddətinə kənd sakinləri olmayan şəxslərə, oglu Özala qanunsuz icarəyə vermiş və həmçinin, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə kimi qanunsuz əməllər törədərək bələdiyyə üzvlərinin əksəriyyətinin xəbəri olmadan, torpaga dair sərəncam vermək hüquqlarını bələdiyyə üzvlərinin iştirakı ilə bələdiyyə iclaslarında müzakirəyə çıxarmadan, təkbaşına icarə müqavilələri bağlamış, icarə haqqlarını, bələdiyyə vergilərini bələdiyyə büdcəsinə tam şəkildə cəlb etməmiş və digər qanunsuz hərəkətlərə yol vermişdir. Əlibala Səlimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kənd sakinlərinin xəbəri olmadan bələdiyyənin perspektivli inkişaf fondu torpaqlarından 9 ha hansıki həmin torpaqlar fərdi yaşayış evi inşa etmək üçün ayrılıb, həmin torpaqları öz oglu Özala icarəyə verərək, ata və ogul notariat orqanında icarə müqaviləsini təsdiq edərək, 49 il müddətinə həmin sahəni icarəyə vermişdir. Əlibala Səlimov bələdiyyə sədri olduğu Xol Qaraqaşlı kəndində oğluna yaşayış məntəqəsi təyinatlı torpaq sahəsini əkin sahəsi adı altında icarəyə vermişdir. Halbuki, həmin torpaqlarda kənd sakinləri, yeni ailə qurmuş gənc ailələr fərdi yaşayış evi inşa etmək üçün həmin sahələri bələdiyyədən tələb edirdilər. Lakin, bələdiyyə sədri Əlibala Səlimov kənd sakinləri üçün yaşayış evi tikmək məqsədilə nəzərdə tutulmuş torpaqları əkin sahəsi adı altında 49 il müddətinə öz oglu Özala qanunsuz icarəyə verir. Guya, həmin torpaq sahələri qanunlara əməl edilərək, şəxslərə hərrac və müsabiqə elan edilməklə icarəyə verilib. Əslində isə, bütün bu prosedurlar formal xarakter daşıyıb, heç bir hərrac, müsabiqə keçirilməyib, kənd sakinlərin bu torpaqların icarəyə verilməsi üçün hərraca çıxarılmasından xəbəri olmayıb və əkin təyinatlı olmayan, kənd təsərrüfatı təyinatlı olmayan yaşayış məntəqəsi torpaqları əkin adı altında təyinatı dəyişdirilərək qanunsuz başqa kənd sakinlərinə və bələdiyyə sədri tərəfindən öz oglu və qohumlarına icarəyə verilmişdir. Əlibala Səlimovun oglu Özala icarəyə veridiyi 9 ha torpaq sahəsində əvvəlki kolxoza aid tikililər var idi ki, həmin tikililər Özal tərəfindən qanunsuz sökülərək, yerində yeni tikililər tikilmiş, həmçinin həmin torpaq sahəsi qoruyucu meşə zolağını əhatə edirdi ki, Özal orada əkin əkmək üçün həmin ərazidə ağacları kəsib, buldozerə verib torpaq sahəsini düzlətdirmişdir. Keçmiş bələdiyyə sədri Əlibala Səlimovun qanunsuz əməlləri ondan ibarətdir ki, kənd bələdiyyəsinə məxsus torpaqları öz mülkiyyəti hesab edərək böyük hektarlarla, uzun müddətə öz oğluna, qohumlarına və maddi marağı üzündən hətta rayon, kənd sakinləri olmayan Salyan rayon Şorsulu kənd sakinlərinə icarəyə torpaq sahələri verməsidir. Hətta, öz oğluna icarəyə verdiyi torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqlarını da alıb bələdiyyə büdcəsinə köçürməmişdir. Kənd sakinlərinin çoxsaylı şikayətlərindən sonra bu yaxınlarda icarə haqqları Özal Səlimov tərəfindən 2021-2022-ci illər ərzində borcun hamısı deyil, müəyyən hissəsi hesaba köçürülmüşdür. Yenə də, icarə haqqlarından Özal Səlimovun ödənilməmiş borcu qalmışdır.Keçmiş bələdiyyə sədri Əlibala Səlimovun qanunsuz əməllərinə sübut-kənd sakinləri olmayan Salyan rayonu Şorsulu kənd sakinləri (ata və ogula) X13 xx.xx.2019-cu ildə 94.35 ha torpaq sahəsi əkin üçün 49 illik müddətə və eyni tarixdə, eyni müddətə 55.73 ha torpq sahəsi isə X4 Mürsəqulu kəndi ərazisində yerləşən torpaq sahəsini icarəyə verməsi barədə qərarlarıdır.Halbuki, kənd sakinlərinin həmin torpaqlarda əkin əkmək üçün ehtiyacları vardır. Hərracın formal olaraq keçirilməsinə, saxtalaşdırılmasına sübut, hərrac keçirilən zaman hərracda iştirak edən şəxslərin Neftçala rayon Mürsəqulu və ya Xolqaraqaşlı kənd sakinləri deyil, saxta yolla hərrac qalibləri olan ata və ogul-X9 və X2 öz kənd sakinləri yəni-Salyan rayon Şorsulu kənd sakinləri: 1) X31 oglu, 2) X33 oglu, 3) X5 oglu (Qeyd: qardaşı Yaşar da Elşad Mehtiyevlə başqa bir hərracda iştirak edib), 4) X28 oglu, 5) X37 oglu, 6) X38 oglu (Qeyd: ata və ogul Sübhan Mehtiyevlə ayrı-ayrı hərraclarda iştirak ediblər), 7) X34 oglu, 8) X41 oglu, 9) X29 oglu, 10) X42 oglu (Qeyd: ata və ogul Sübhan Mehtiyevlə ayrı-ayrı hərraclarda iştirak ediblər), 11) X40 oglu, 12) X46 oglu, 13) X43 oglu, 14) X49 oglu, 15) X44 oglu, 16) X7 oglu Qeyd: qardaşı Yaşar da Elşad Mehtiyevlə başqa bir hərracda iştirak edib), 17) X11 oglu, 18) X50 oglu və 19) X1 olmasıdır ki, onların da torpaq hərracında iştirak etmək və toıpaq icarərəyə götürmək niyyətləri olmamış, sadəcə öz kənd sakinləri olan, bəlkə də qohumluq əlaqələri olan X13 və X4 hərracın baş tutması, rəqabətin olması, 2 nəfər və daha çox şəxsin formal iştirakı görüntüsünü yaratmaq məqsədilə iştirak etmiş olmalarıdır. Həmçinin, bütün hərraclarda hərrac qalibindən başqa 01 nəfərdən artıq olmayan şəxsin iştirak etməsi və ancaq hərrac qalibinin olduğu kəndin sakinlərindən ibarət şəxslərin iştirakı, başqa rayon, kənd sakinlərinin hərraclarda iştirak etməməsi bu hərracların formal xarakterli keçirilməsinə, hərracın nəticələrinin saxtalaşdırılmasına və hərracın qalibinin əvvəldən bəlli olmasına və hərracda iştirak edən hərrac qalibi ilə eyni kənd sakinlərinin 01 nəfərdən artıq olmayan şəxslərin iştirakı hərracın baş tutması üçün hərrac qalibləri tərəfindən dəvət edilmiş, niyyətləri real olaraq hərraca çıxarılmış torpaq sahəsini icarəyə götürmək deyil, hərrac qalibi olacaq kənd sakinlərinin işinə yarımaq, hərracın guya qanuni əsaslarla keçirilməsini pərdələmək məqsədilə iştirak etmiş şəxslərdir ki, məhkəmə iclası zamanı həmin şəxslər dəvət edilib ifadələri almarsa, bu həqiqət ortaya çıxar. Bütün bu halları qeyd etməkdə məqsədimiz odur ki, keçmiş bələdiyyə sədri Əlibala Səlimov vəzifəsindən sui-istifadə edərək bələdiyyə üzvlərinin hamısının iştirakı olmadan, bəzilərin imzalarını saxtalaşdıraraq, bəzi bələdiyyə üzvlərinin iştirak etmədiyi halda onların yerinə imza etməklə bələdiyyə iclas protokollarını saxtalaşdırıb qanunsuz qərarlar qəbul etmişdir.İcarəyə çıxarılacaq torpaq sahələri barədə kənd sakinlərinə məlumat vermədən, bu barədə rəsmi elanlar vermədən gizlincə hərracda icarəyə torpaq sahələri çıxarılması barədə qərarlar qəbul edərək təkcə 53.26 ha torpaq sahəsini öz oglu Özal Səlimovun adma icarəyə verməkdən ötəri həmin torpaq sahələrini kənd sakinlərindən gizlincə hərraca çıxarılması barədə qərarlar qəbul edərək və hərracın prosedurunu qəsdən saxtalaşdıraraq qanunsuz olaraq hərracda qalib olub və bunun əsasında bələdiyyənin formal xarakterli, qanunsuz iclas protokolları ilə icarə müqavilələri bağlamışdır. Bu na sübut-hərracda iştirak edən və iddia ərizəsində 3-cü şəxslər kimi adları qeyd edilən X31 oglu Özal Səlimovun dost-dogma dayısıdır, digər şəxs X33 oglu isə Özal Səlimovun atası Əlibala Səlimovun işlədiyi müddətdə evinin fəhləsi (sürücüsü) olmuş, evin bazarlığı və sair işləri yerinə yetirən şəxs olmuşdur. Bütün bu saxtakarlıqlar hamısı Özal Səlimovun yanında 1 nəfər şəxsin formal iştirakını təmin etmək, bununla da hərracın baş tutması və hərracda Özal Səlimovun qalib çıxaraq, onunla icarə müqavilələri bağlanmasından ötəri olmuşdur ki, bu da qeyd edilən hərracın qanunsuz keçirilməsinin, hərracın gedişinin saxtalaşdırılmasının bir sübutudur. Yoxsa, 53.26 ha torpaq sahələri bələdiyyə sədrinin öz oğluna deyil, ehtiyacı olan kənd sakinlərinə verilərdi.Kənd sakinləri əkmək üçün torpaq sahəsi tapmır amma, bələdiyyə sədri öz oğluna 5.1 ha, 3.9 ha, 16.37 ha, 27.89 ha torpaq sahələri düzüb-qoşur. Qanunsuzluga, saxtakarlığa, formallıga sübutlardan biri də-Özal Səlimova torpaq sahələrinin icarəyə verilməsi barədə bələdiyyə iclas protokollarının formallıgıdır(həmin iclas protokolları əlavə olunur). Həmin protokollarında 08 nəfər bələdiyyə üzvündən yalnız X18 onun dalınca isə bütün iclas protokollarında X21 çıxış etməsidir. Protokolların yazılış forması, bir birinin kopiyası olması da iclasın formal keçirilməsinin əyani göstəricisidir. Bütün bu yuxarıda qeyd etdiyim hallar, hərracın qalibləri olan-Salyan rayonu Şorsulu kənd sakinləri ata və ogul X36 oglu və X4 da aiddir.Belə ki, hərracda yalnız onlardan başqa ancaq 1 nəfər şəxsin, özüdə onların kənd sakinlərinin, bəlkə də onlara qohumluğu olan şəxslərin iştirakı, bələdiyyə iclas protokollarındakı eyni formalı, eyni şəxslərin icarə müqaviləsi bağlanması üçün keçirilən iclasdakı çıxışları qeyd etdiklərimə əyani bir sübutdur. Həmçinin, Neftçala rayon İcra Hakimiyyətinin Şirvan Regional Ədliyyə İdarəsinə və şikayətçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli BM-1009 nömrəli məktubunda bələdiyyə üzvü X22 Xol Qaraqaşlı bələdiyyəsinin tərtib etdiyi sənədlərdən və qəbul edilmiş qərarlardan xəbərinin olmadığını və həmin sənədlərə, iclas protokollarına imza etmədiyini, bələdiyyənin mərhum mühasibi olmuş Gülağa Manafovun ona məzmunundan xəbərsiz olduğu sənədlərə imza etdirdiyini, bəzi sənədlərə isə imza etmədiyini, ola bilsin ki onun imzasının saxtalaşdırıldığını, həmçinin Bakı şəhəri Zıg qəsəbəsində ailəsi ilə birlikdə yaşadığını, işi ilə əlaqədar Xol Qaraqaşlı kəndinə az-az gəldiyini qeyd etmişdir. Bütün bu yuxarıda qeyd etdikləri X12 icarəsinə verilmiş 53.26 ha, X2 icarəsinə verilmiş 55.73 ha və X9 icarəsinə verilmiş 94.35 ha torpaq sahələri üzrə keçirilmiş hərracın qanunsuz olması (hərraca çıxarılacaq icarə torpaq sahələri barədə kənd sakinlərinə həm bələdiyyə sədri tərəfindən elanların verilməməsi, həm də hərrac təşkilatı tərəfindən belə elanların verilməməsi yaxud, formal olaraq verilməsi halları), hərrac prosedurunun saxtalaşdırılması (hərracda icarəyə torpaq sahəsi götürmək niyyəti olmayan, hərracın baş tutması üçün formal olaraq iştirak etmiş, hərrac qalibinin qohumu və yaxın adamının konkret iştirakları halları) hallarını sübut edir ki, obyektiv, hərtərəfli məhkəmə araşdırması olacağı təqdirdə bu qanunsuzluqlar sübut edilər və hərracın qanuna zidd keçirilməsi üzə çıxar. Yuxarıda qeyd etdiyi əsaslarla keçirilmiş hərracın nəticələri qanunsuz hesab edilməli və hərrac protokol və şəhadətnamələri məhkəmə qaydasında ləgv edilməlidir. İddia tələbində qeyd edilən hərrac protokollarının və onların əsasında verilmiş şəhadətnamələrin ləgv edilməsi barədə iş üzrə cavabdeh təşkilata müraciət edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X14 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-03/2-37/23 nömrəli məktubu ilə bu müraciətimizə imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs,onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şəıtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfmə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh X14 Publik Hüquqi Şəxsinin etiraz ərizəsində qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və iddiaçıların iclas protokolunun və onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi üçun X14 publik hüquqi şəxsə müraciət etmədən, Mərkəzin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hesab edirik ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin X14 publik hüquqi şəxsə qarşı iclas protokolunun və onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalıdır. Eyni zamanda bildiririk ki, X14 publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixii 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaiarı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Müsabiqə və hərraclar barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.gov.az saytında yerləşdirilir. Bu məlumatlarda müsabiqə və hərracların keçirilmə tarixi, vaxtı və ünvanı öz əksini tapın. Həmçinin nəzərinizə çatdırırıq ki, iddia ərizəsində qeyd olunan Neftçala rayonu, X15 məxsus olan 5.1 ha və 3.9 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə 19 iyul 2018-ci il tarixində, 16.37 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 30 avqust 2018-ci il tarixində və 27.89 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 28 fevral 2019-cu il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə keçirilmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət“ qəzetinində məlumat dərc olunmuş, həmçinin məlumat Komitənin emdk.gov.az saytında yerləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli Əmri ilə təsdiq edilmiş X14 publik hüquqi şəxsin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Flespublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azerbaycan Respublikası İqtisadiyyat Nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməm və digər normativ hüquqi aktları rəhbər tutur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası nzibati Prosessual Məcəlləsinin 16.3 və 35.1 -ci maddələrini nəzərə alaraq, iddia ərizəsinə etirazlarını bildirərək, iddiaçıların iclas protokolunun və onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi üçün X14 publik hüquqi şəxsə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırdığından iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı5 və İddiaçı8, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi, üçüncü şəxslər Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsinin nümayəndəsi, X20, X8, X16, X17 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim olunmuş bildirişdə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdurlar. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı7, İddiaçı6, iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdiklərini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 vəkili və nümayədəsi Vəkil iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “müsabiqə və hərracın nəticələri barədə iclas protokollarının və onun əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 476 nömrəli məktubunda qeyd edilmişdir ki, Xol Qaraqaşlı bələdiyyəsinin sabiq sədri X10 2019-cu il tarixdə Xol Qaraqaşlı və Mürsəqulu kəndinin ümumilikdə 36 sakinlərinə bələdiyyənin ehtiyatda olan əkin təyinatlı və perespektiv inkişaf fond torpaqlarından 120 ha torpaq sahəsini əkin məqsədilə 11 aylıq icarə müqaviləsi bağlayaraq qısa müddətli icarəyə vermişdir. Bələdiyyənin xx.xx.2021-ci il tarixli 35 saylı ümumi iclasın qərarı ilə 120 ha torpaq sahəsinə bağlanan icarə müqavilələri ləğv edilərək, bələdiyyə mülkiyyətinə qaytarılmışdır. Məktubda qeyd edildiyi kimi bildiririk ki, sabiq bələdiyyə sədrinin oğlu X24 bələdiyyənin ehtiyyat fond torpaqlarından əkin təyinatlı hərrac və müsabiqə yolu ilə 3M-08 nömrəli xx.xx.2019-cu il tarixli 27.89 ha, 3M-56 nömrəli xx.xx.2018-ci il tarixli 16.37 ha, 3M-48 nömrəli xx.xx.2018-ci il tarixli 5.1 ha, 3M-47 nömrəli xx.xx.2018-ci il tarixli 3.9 ha torpaq sahəsi 49-il müddətinə notarial qaydada icarə müqaviləsi bağlayaraq icarəyə götürmüşdür. 16.37 ha, 5.1 ha və 3.9 ha əkin torpaq sahəsinə icarə borcunu ödəmiş, lakin 27.89 ha torpaq sahəsinə 2021-ci il üçün 1405 (bir min dörd yüz beş) manat borcu vardır. X12 icarəsində olan torpaq sahələrinin məqsədli təyinatının pozulması halı yoxdur. Vətəndaşların bələdiyyəyə etdikləri müraciət əsasında X12 icarəsində olan 3.9 ha və 5.1 ha torpaq sahələrinin məqsədli təyinatının dəqiqləşdirilməsi barədə bələdiyyə xx.xx.2022-ci il tarixli 14 saylı iclasın qərarı əsasında xx.xx.2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 492 nömrəli məktubunda qeyd edilmişdir ki, Mürsəqulu kəndinin bir qrup sakinlərinin xx.xx.2022-ci il tarixli bələdiyyəyə ünvanladığı ərizədə göstərilən keçmiş bələdiyyə sədri X10 bələdiyyə mülkiyyətinə aid olan 3.9 ha və 5.1 ha perespektiv inkişaf fond torpaq sahəsini qanunsuz olaraq oğlu X19 49 il müddətinə icarəyə verilməsini bildirmişdilər. Həmin ərizə bələdiyyənin xx.xx.2022-ci il tarixli 14 saylı iclasında müzakirəyə çıxarılıb və 3M-48 nömrəli xx.xx.2018-ci il tarixli 5.1 ha, 3M-47 nömrəli xx.xx.2018-ci il tarixli 3.9 ha torpaq sahəsi 49-il müddətinə notarial qaydada icarə müqaviləsi bağlanaraq icarəyə verildiyi təsdiq edilmişdir və 3.9 ha və 5.1 ha torpaq sahələrinin məqsədli təyinatının dəqiqləşdirilməsi barədə bələdiyyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilməsi barədə qərar qəbul olunmuşdur. X12 icarəsində olan 3.9 ha və 5.1 ha torpaq sahələrinin məqsədli təyinatının dəqiqləşdirilməsi barədə bələdiyyə xx.xx.2022-ci i! tarixli 14 saylı iclasın qərarı əsasında xx.xx.2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmişdir və cavab olaraq sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli **********83 saylı məktuba əsasən torpaq sahələri ehtiyyat fondu torpaqları kateqoriyasına aid əkin (ictimai tikilialtı torpaq) torpaq sahəsidir. Həmin ərazidə olan tikililər barədə Aqrar İslahat komissiyasına müraciət edə bilərlər. X12 icarəsində olan 27.89 ha torpaq sahəsinə olan 1405 manat icarə haqqı borcundan hal-hazırda 600(altı yüz) manat qalmış və həmin torpaq sahəsinə pambıq bitkisi əkmiş, məhsulun yığdıqdan sonra qalan borcunu yaxın müddətdə ödəyəcəyini bələdiyyəyə bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X14 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-03/2-37/23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaian”nın 3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində və mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyətə və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Qaydaların 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların elana verilməsi barədə bildiriş müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilir. Torpaq müsabiqə və hərracların keçirilməsi barədə elanlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet saytı olan emlak.gov.azda yerəşdirilir. Qaydaların 8-ci maddəsinə əsasən isə elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Eyni zamanda bildiririk ki, Qaydaların 18-ci maddəsinə əsasən, hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Əlavə olaraq bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.7. maddəsinə əsasən, bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırmalı, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırmalıdırlar. İş materiallarında olan Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 117 nömrəli məktubuna bələdiyyə mülkiyyətində olan ehtiyyat fondunun əkin jtəyinatlı torpaqlarından icarədar X12 5.1 ha əkin təyinatlı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin Çıxarışı, Torpaq sahəsinin planı və ölçüsü, İcarə müqaviləsi, Şəhadətnamə, Torpaq müsabiqə və hərrac komitəsinin protokolu, Xol Oaraqaşlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 18 saylı iclas protokolları əlavə etmişdir. İş materiallarında olan Neftçala rayon Xol Qaraqaşlı bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 34 nömrəli məktubuna bələdiyyə mülkiyyətində olan ehtiyyat fondunun əkin Byinatlı torpaqlarından icarədar X12 5.1 ha, 3.9 ha, 27.89 ha, 16.37 ha, X2 55.73 ha, X9 94.35 ha, əkin təyinatlı torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışları, Torpaq sahəsinin planı və ölçüləri, İcarə müqavilələri, Şəhadətnamələr, Torpaq müsabiqə və -hərrac komitəsinin protokolları və Xol Qaraqaşlı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 18 saylı iclas protokolu, xx.xx.2018-ci il tarixli iclas protokolu, xx.xx.2019-ci il tarixli 04 saylı iclas rrotokolu və xx.xx.2019-ci il tarixli 08 saylı iclas protokolu əlavə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X14 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-03/2-74/2024 nömrəli məktubuna qeyd olunan şəhadətnamələrə əsasən (006109, 006110, 006151, 007777, 008280, 008281, 008282, 008284, 008295, 008296, 008297, 008298, 008299, 008285, 008286, 008287, 008300, 008301, 008302, 008303, 008304) Neftçala rayonu Xol Qaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi məqsədilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində keçirilmiş torpaq müsabiqələrinə dair sənədlərin surətlərini əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun" 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarı Bənd 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarında göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1,4 və 5.1-ci bəndlər). Həmin Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı- satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, ...torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqanın publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1862/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında və 2(102)- 2950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və Ali Məhkəmənin Mülki kollegiyasının qərarında hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsi üzrə hal-hazırki tələb üzrə iddialara mülki məhkəmə icraatı qaydasında baxıldığı və məhkəmə aidiyyatlarının ümumi, yəni rayon (şəhər) məhkəmələri olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 “müsabiqə və hərracın nəticələri barədə iclas protokollarının və onun əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar