Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-62/2020 21.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçılar İddiaçı oğunun, X9 və iddiaçıların nümayəndəsi və vəkili X15 iştirakı ilə, İddiaçılar İddiaçı və X9 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv olunmasını və İddiaçı oğu və X9 əvvəlki iş yerinə bərpa olunması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı və X21 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv olunmasını, İddiaçı oğu və X9 həmin vaxtdan əvvəlki iş yerlərinə bərpa olunmaları və əmək haqqlarının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2-1(120)-62/2020 saylı qərardadı ilə iddia tələbinə Cavabdeh xx.xx.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv olunmasını və İddiaçı oğu və X9 əvvəlki iş yerinə bərpa olunması kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X30 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X19 xidmətdən xaric olunmuşdur. Həmçinin Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən X1 rayon X33 Patrul Xidməti Bölüyünün polis nəfəri (polis baş serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən (X30 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X19 xidmətdən xaric olunmuşdur. Cavabdeh İddiaçı və X21 barəsində olan xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmri tam qanunsuz, əsassızdır, heç bir fakta, sübuta əsaslanmır və qərəzlidir. Belə ki, Əhmədli Elvin adlı hərbi qulluqçu (gizir) Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək 2019-cu ilin iyul ayının 17-dən 18-nə keçən gün gecə saatlarında Ağcabədi şəhəri ərazisində "Fiat" markalı polis avtomaşında xidmətdə olan 3 (üç) nəfər polis əməkdaşları tərəfindən saxlanılmasım və həmin polis əməkdaşlarının Əhmədli Elvini rayon polis şöbəsinə aparmamaları müqabilində ondan 500 (beş yüz) manat pul almalarını göstərmişdir. Əhmədli Elvinin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin Kamran adlı əməkdaşı Cavabdehnə gələrək araşdırma aparmışdır. 2019-cu ilin iyul ayının 17-dən 18-nə keçən gün geca saatlarında Ağcabədi şəhəri ərazisində "Fiat" markalı polis avtomaşınında İddiaçı və X21 birlikdə xidmətdə olduqları üçün onların izahatları alınmışdır. Araşdırma zamanı Elşad Zeynalov və İddiaçı göstərilən tarixdə "Fiat" markalı polis avtomaşında ancaq ikisinin xidmətdə olmalarını, yanlarında başqa polis əməkdaşının olmadığını, Əhmədli Elvin adlı şəxsi tanımadıqlarını, ondan hər hansı məbləğdə pul almadıqlarını, hər hansı qanunsuz tələblərinin olmadığını, ümumiyyətlə həmin şəxsi görmədiklərini bildirmişlər, eyni zamanda Əhmədli Elvin adlı şəxs də Elşad Zeynalov və İddiaçı tanımadığını, ondan pulu "Fiat" markalı polis avtomaşında olan 3 (üç) nəfər polis əməkdaşının aldığını göstərmiş, həmçinin Elşad Zeynalov və İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bundan başqa X35 Zeynalov və İddiaçı barələrində şikayətinin olmaması haqqında DİN-ə teleqramla, Cavabdehnə ərizə ilə müraciət etmiş və DİN-nin 102 zəng xidmətinə eyni məzmunlu məlumat vermişdir. Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsindən Kamran adlı əməkdaşı apardığı səthi araşdırma zamanı həmin hadisəni törətmiş 3(üç) nəfər polis əməkdaşlarının kimlər olmasını müəyyən etmədən, barələrində qanuni tədbir görülməsinə dair heç bir tədbir görmədən araşdırmasının nəticəsinə dair Cavabdehnə göndərilmiş məktubunda guya Elşad Zeynalov və İddiaçı “özlərini qeyri-səmimi aparmaları”göstərilmiş və barələrində tədbir görülməsi Cavabdeh rəisinə həvalə olunmuşdur. Bundan sonra isə Cavabdeh rəisi Ənvər Həsənovun yuxarıda göstərilən əmrinə əsasən tam əsasız, qanunsuz və qərəzli olaraq Elşad Zeynalov və İddiaçı X19 xidmətdən xaric olunmuşlar. İddiaçı X19, Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etdiyi müddətdə (təqvim xidmət ili: 07 il 04 ay 07 gün, imtiyazlı hesablama ilə 08 il 10 ay 12 gün) və X3 İşlər Orqanlarında, Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etdiyi müddətdə (təqvim xidmət ili: 15 il 05 ay 14 gün, imtiyazlı hesablama ilə 16 il 11 ay 29 gün) xidməti fəaliyyətlərində daim Azərbaycan Respublikasının Konstitusiyasını, Polis Haqqında qanun və digər normativ hüquqi aktlarının tələblərini rəhbər tutub, Polis Andına sadiq olaraq ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı dönmədən mübarizə aparmışlar, vətəndaşlara qarşı hər zaman nəzakətli, diqqətli olmuşlar, eyni zamanda xidmət etdikləri dövrdə X30 əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişlər.Buna görə dəfələrlə müxtəlif vaxtlarda rayon polis şöbəsinin keçmiş rəhbərlikləri tərəfindən həvəsləndirici və digər mükafatlarla təltif olunmuşlar. Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 JVb-li əmrinə əsasən Elşad Zeynalov və İddiaçı törətmədikləri əmələgörə, heç bir günahları olmadığıhalda, həm də ən ağır şəkildə (X19 xidmətdən xaric olunma) heç bir fakta və sübuta əsaslanmadan tam əsassız, qanunsuz və qərəzli olaraq cəzalandırılmışlar. Diqqətinizə çatdırmaq istərdik ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı tərəfindən aparılmış araşdırma nəticəsində baş vermiş hadisə ilə bağlı əlaqələrinin olması və ya hər hansı günahlarının olması müəyyən olunsa idi, İddiaçı və X3 Təhqiqatlar İdarəsinin əmrinə əsasən X19 xidmətdən xaric olunardılar. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 Xb-li əmri tam əsassız, qanunsuz və qərəzlidir, həmin qanunsuz əmr nəticəsində İddiaçı və X12, eyni zamanda onların ailə üzvlərinə maddi, mənəvi ziyan vurulub, onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı evlidir, iki azyaşlı uşaqları var, həyat yoldaşı evdar qadındır, heç bir yerdə işləmir, ailəni dolandıran onun iş fəaliyyəti, qazancıdır, eyni zamanda anası ağır ankoloji xəstədir, (arayışın və sənədlərin surətləri ərizəyə əlavə olunur). X2 evlidir, üç azyaşlı uşaqları var, həyat yoldaşı evdar qadındır, heç bir yerdə işləmir, ailəni dolandıran onun iş fəaliyyəti, qazancıdır, eyni zamanda himayəsində yaşlı valideynləri var. (arayışın və sənədlərin surətləri ərizəyə əlavə olunur) Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmri tam əsassız, qanunsuz olduğundan, həmçinin həmin əmrin qüvvədə olması İddiaçı və X9 hüquqlarını kobud formada pozduğuna görə ləğv olunmalıdır və işə bərpa olunmasına dair qərar qəbul edilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X21 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili X28 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların və iddiaçıların nümayəndəsi və vəkilinin izahatlarını, şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçılar İddiaçı və X21 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh inzibati orqan kimi təsnif olunmuşdur. «Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyalarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən İmişli şəhəri ərazi vahidi Şirvan İnzibati- İqtisadi Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iddianın əsaslığı ilə bağlı onu qeyd edir ki, iddia aşağıda göstərilən səbəblərə görə tamamilə əsaslı iddiadır. Belə ki, işdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 avqust 2019-cu il tarixli, 205 saylı arayışından görünür ki, Ağcabədi rayonu Qiyaməddinli kənd sakini X9 ailə tərkibi atası, anası, arvadı, 2 qızı və 1 oğlundan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsinin xx.xx.2019-cu il tarixli, 1130 sayl arayışından görünür ki, Quliyev X18 rayonu, Əmirallar kəndində qeydiyyatda olan, Ağcabədi şəhəri, Sultanbəy küçəsi, 280 saylı evdə məskunlaşmışdır. Ailə tərkibi, atası, anası, həyat yoldaşı, oğlu və qızından ibarətdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən “DİO-da xidmətkeçmə haqqında əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İşdə olan 001554 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2019-cu il tarixdən “DİO-da xidmətkeçmə haqqında əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 9-cu və 10-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrindən çıxarışdan görünür ki, polis serjantı İddiaçı və polis baş serjantı X32 xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası “DİO-da xidmət keçmə haqqında əsasnamə” yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. Həmin əmrin verilməsinə əsas olan sənəd Ağcəbədi RPŞ-nin xx.xx.2019-cu il tarixli Ə249-129-19 nömrəli intizam əmri olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh xx.xx.2019-cu il tarixli Ə249-129-19 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarım bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılması müqabilində 500 manatın alınaraq sərbəst buraxılması barədə vətəndaş Elvin Əhmədlinin DİN-in “102” Xidməti-Zəng mərkəzi vasitəsilə daxil olmuş müraciəti əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti təhqiqat aparılmışdır. Belə ki aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 01:00 radələrində qeyd ediən patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı MN-nin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlinin heç bir əsas olmadan Mərkəzi rayon xəstəxanasının yaxınlığında saxlamış onu rayon ərazisində baş vermiş oğlurluq hadisələrində təqsirləndirərək patrul maşınına əyləşdiriİmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra saat 02:30 radələrində sərbəst buraxmışlar. Qeyd olunanları nəzərə alınaraq əmr edirəm: Polis haqqında qanunun 5,13 və 29-cu, "DİO X8 Kodeksi"nin, 1,2,3,4,6,17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlinin heç bir əsas olmadan saxlayıb oğlurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqalr apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəislər və komandirlər tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətləri ilə X30 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ-nin PPXB-niin polis nəfəri polis baş serjantı X21 Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında “Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən və Ağcabədi RPŞ-nin PPXB- nün polis nəfəri polis serjantı İddiaçı Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında “Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X14 xidmətdən xaric edilsin) xx.xx.2019-cu il tarixdən xidmətdən xaric edilsinlər. PPXB-nin tağım komandiri polis mayoru X10 “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiyinə, mövcud nöqsanların vaxtında aradan qaldırılmasını təmin etmədiyinə görə ciddi xəbərdar olunsun. Əmr şəxsi heyətə elan edilsin, surəti maliyyə hissəsinə verilsin. Həmin əmrin verilməsinə əsas olan sənəd Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışı olmuşdur. İş materiallarına əlavə olunmuşvətəndaş Elvin Əhmədlinin müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışında qeyd olunmuşdur ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaş tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə vətəndaş Elvin Əhmədlinin DİN-in "102" Xidməti-Zəng mərkəzi vasitəsi ilə daxil olmuş müraciəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edildi: xx.xx.2019-cu il tarixdə saat 01.00 radələrində 2 nömrəli marşrut üzrə "Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı MN-nin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvirı Əhmədimi heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ-nin «Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli» nə əsasən PPXB-nin polis nəfərləri Elşad Zeynalov vo İddiaçı xx.xx.2019-cu il tarixdə saat 21.00-dan xx.xx.2019-cu il saat 09.00-dək 2 nömrəli marşrut üzrə rayonun H.Əliyev prosoekti ilə rayon İcra Hakimiyyətinin yanındakı dairəyədək, eləcə də Həsən Əliyev küçəsində xidmətdə olduqları göstərilmişdir. PPXB-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı «Xidməti kitabçaları»na baxış keçirilərkən PPXBnin manqa komandiri Elbrus Hüseynov tərəfindən xx.xx.2019-cu il tarixdə saat 04.16-da xidmətin yoxlanıldığı və nöqsan aşkar edilmədiyi barədə qeydiyyat apardığı müəyyən edilmişdir. Ağcabədi RPŞ-nin xx.xx.2019-cu il tarixli Ə75-129-19 nömrəli əmri ilə bölüyün istifadəsində olan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşın PPXBnin polis nəfəri polis serjantı İddiaçı təhkim olunmuşdur. Kapital Bank” ASC-dən təqdim olunmuş 01 08 3019-cu il tarixli arayışda vət. Elvin Əhmədlinin bankın Ağcabədi filialından xx.xx.2019-cu il tarixdə saat 02.24-də A ******* nömrəli bankomatdan özünə məxsus **********834503 nömrəli kartdan 500 manat pul çıxarması qeyd olunmuşdur. Xidməti təhqiqat zamanı vət. Elvin Əhmədli izahatında 2014-cü ilin yanvar ayından Ağcabədi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinə məxsus «N» saylı hərbi hissədə gizir vəzifəsində xidmət etdiyini və həmin hərbi şəhərcikdə də yaşadığını, xx.xx.2019-cu il tarixdə özünə lazım olan ləvazimatları almaq üçün saat 23.00 radələrində Ağcabədi rayonuna gəldiyini, özü üçün dərman almaq məqsədilə Mərkəzi Xəstəxananın yaxınlığında yerləşən aptekə girdiyini, lazım olan dərman aptekdə olmadığı üçün oradan çıxıb hərbi hissəyə qayıtmaq üçün taksi gözlədiyini, xx.xx.2019-cu il tarixdə saat 01.00 radələrində avtopatrulun ona yaxınlaşdığım və iki nəfərin polis formasında avtopatruldan düşərək ona yaxınlaşdıqlarını, özlərini təqdim etmədən birbaşa onu sorğu-sual etdiklərini, həmin polis əməkdaşlarından birinin ona rayona oğurluq etməyə gəldiyini bildirdikdə «N» saylı hərbi hissədə gizir olaraq xidmət apardığı, sənədlərinin isə formasının cibində qaldığını ona bildirsə də inanmadığı, hətta ona Zaqatala rayonundan olduğunu dedikdə həmin rayonda Ceyhun adında dostu olduğunu da bildirdiyini, sonra isə avtopatrulda qabaqda əyləşən polis əməkdaşına müraciət edərək buraxılmasını xahiş etdiyini, lakin həmin əməkdaşını əvvəlcə ondan 900 manat pul istəməsinə baxmayaraq özünün 300 manat verə biləcəyini, sonda isə 500 manata razılaşdıqlarını, "xxxx"a məxsus **********834503 nömrəli kartı cibində olduğu üçün avtopatrula əyləşib “AL” marketin qarşına gəldiklərini və xx.xx.2019cu il tarixdə saat 02.00 radələrində marketin qarşısında yerləşən bankomatdan 500 manat pulu çıxardıb avtopatrulu idarə edən polis əməkdaşına verdiyini, onu şöbəyə aparmadıqlarını və heç kimə deməməsini deyərək sürüb çıxıb getdiklərini, arxadan avtopatrulun nömrəsini götürdüyünü və hərbi hissəyə qayıdan kimi “DİN-in “102” Xidməti- Zəng mərkəzinə bu barədə məlumat verdiyini, şöbədə onu saxlayan polis baş serjantı Elzad Zeynalov və polis serjantı İddiaçı tanıdığını, "500 manat pulu da sonuncuya verdiyini göstərmişdir. Ağcabədi RPŞ PPXB-nin polis nəfəri polis baş serjantı Elşad Zeynalov izahatında xx.xx.2019-cu il tarixdə saat 21.00 təlimatdan sonra polis serjantı İddiaçılə “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı 5991 çağırışlı avtopatrulda dislokasiya üzrə xidmətə başladıqlarını, yanlarında üçüncü əməkdaşın olmadığı, xidmətdə olarkən rayon ərazisində baş vermiş oğurluqda şübhəli bilinən heç kimi saxlamadıqları və 500 manat almadıqlarını, vət. Elvin Əhmədlinin dediklərinin yalan olduğunu göstərmişdir. Polis serjantı İddiaçı də izahatında vət. Elvin Əhmədlinin izahatında qeyd etdiklərini təkzib etmiş, polis baş serjantı Elşad Zeynalovun izahatında qeyd etdiklərini özünə aid olan hissədə təsdiqləmişdir. Ağcabədi RPŞ PPXB-nin komandiri polis mayoru Ərrahman Mehdiyev izahatında xx.xx.2019-cu il tarixdə saat 21.00 təlimatdan sonra sözügedən əməkdaşların bir ekipajda xidmət apardıqlarını, onlar tərəfindən hər hansı bir vətəndaşın saxlanılaraq pul almalarından xəbərsiz olduqlarını, həmin əməkdaşlarında ona bu barədə məlumat vermədiklərini qeyd etmişdir. Ağcabədi RPŞ PPXB-nin manqa komandiri polis baş serjantı Elbrus Hüseynov izahatında polis nəfərləri Elşad Zeynalov və İddiaçı xx.xx.2019-cu il tarixdə saat 21.00-dan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı 5991 çağırışlı avtopatrulda dislokasiya üzrə rayonun H.Əliyev prospektində xidmət apardıqlarını, xx.xx.2019-cu il tarixdə saat 01.20-də onların xidmətini yoxladığını, həmin vaxtı avtopatrulda üçüncü əməkdaşın olmadığını və bu barədə əməkdaşların xidməti kitabçasında da qeydiyyat apardığını, həmin polis nəfərləri tərəfindən rayon ərazisində baş vermiş oğurluq cinayətlərində şübhəli bilinən hər hansı bir vətəndaşın saxlanılması və ondan pul alınmasından məlumatı olmadığını, gündəlik təlimatlarda və xidməti dərslərdə tabelikdəki əməkdaşlardan tələb edildiyini və nəzarəti artıracağını göstərmişdir. Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 01.00 radələrində patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı MN-nin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədimi heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ PPXB-nin komandiri Ərrahman Mehdiyev tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aradan qaldırılmasını təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq, təklif edirik:1. “Polis haqqında” Qanunun 5, 13 və 29-cu, “DİO X8 kodeksi”nin 1, 2, 3, 4, 6, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlini heç bir əsas olmadan saxlayıb oğurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətləri ilə X30 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ PPXB-nin polis nəfəri polis baş serjantı X21 və polis serjantı İddiaçı DİO-da xidmətdən xaric edilməsi RPŞ-nin rəisi polis polkovnik leytehantı Ənvər Həsənova həvalə edilsin. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəməyə göndərdiyi 06 noyabr 2019-cu il tarixli, 023-4633-1219 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 2-1(086)-2242/2019 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə vət. Elvin Əhmədlinin DİN-in "102" Xidməti-Zəng mərkəzi vasitəsi ilə daxil olmuş müraciəti əsasında cari ilin iyul ayında tərəfimizdən xidməti təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 01.00 radələrində 2 nömrəli marşrut üzrə "Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı Müdafiə Nazirliyinin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlini heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ-nin «Post- Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli»nə əsasən PPXB-nin polis nəfərləri Elşad Zeynalov və İddiaçı xx.xx.2019-cu il tarixdə saat 21.00-dan xx.xx.2019-cu il saat 09.00-dək 2 nömrəli marşrut üzrə rayonun H.Əliyev prosoekti ilə rayon İcra Hakimiyyətinin yanındakı dairəyədək, eləcə də Həsən Əliyev küçəsində xidmətdə olduqları göstərilmişdir. Ağcabədi RPŞ-nin xx.xx.2019-cu il tarixli Ə75-129-19 nömrəli əmri ilə bölüyün istifadəsində olan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşın PPXBnin polis nəfəri polis serjantı İddiaçı təhkim olunmuşdur."xxxx" ASC-dən təqdim olunmuş xx.xx.2019-cu il tarixli arayışda vət. Elvin Əhmədlinin bankın Ağcabədi filialından xx.xx.2019-cu il tarixdə saat 02.24-də A ******* nömrəli bankomatdan özünə məxsus **********834503 nömrəli kartdan 500 manat pul çıxarması qeyd olunmuşdur. “Polis haqqında” Qanunun 5, 13 və 29-cu, “DİO X8 kodeksi”nin 1, 2, 3, 4, 6, 17 və 20-ci maddələrinin "İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlini heç bir əsas olmadan saxlayıb oğurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətlərilə X30 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri polis baş serjantı X21 və polis serjantı İddiaçı DİO-da xidmətdən xaric edilməsi RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənova həvalə edilmiş, şöbənin xx.xx.2019-cu il tarixli Ə78ş/h-129-19 nömrəli əmri ilə E.Zeynalov “Azərbaycan Respubklikası DİO-da xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu, İddiaçı isə 9-cu bəndinə əsasən X19 xidmətdən xaric edilmişlər. Əmrin surətinin təqdim olunması üçün Ağcabədi RPŞ-yə müraciət etməyiniz məqsədəmüvafiqdir. İşdə olan xx.xx.2019-cu il tarixli raportda qeyd olunmuşdur ki, məruzə edirəm ki, xx.xx.2019-cu il tarixdə saat 03.05-də özünü hərbiçi kimi təqdim edən, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan, Ağcabədi rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yaşayan X5 070 ***-**-** nömrəli telefonla “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXT-nin 632 çağırışlı patrul avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər əməkdaş tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə məlumat vermişdir. Şifahi məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, gecə saat 12 radələrində Ağcabədi rayonunda yerləşən aptekdən dərman almaq üçün yaşadığı hərbi şəhərciyi tərk etmişdir. Dərman alıb çıxdıqdan sonra taksi gözləmək üçün yolun kənarına gəlmişdir. Bu zaman post patrul xidmətinin maşını ona yaxınlaşmışdır. Həmin maşında adamların sayının 3 nəfər olduğunu qeyd etmişdir. İfadəsinin davamı olaraq bildirmişdir ki, onu maşına əyləşdirdilər, mülki geyimdə olduğu üçün onun hərbiçi olduğuna inanmadılar, bu saatda burada neylədiyini soruşmuşdurlar və onlar oğurluq etmisən deyib onu hədələmişdirlər. Sonra ondan 900 manat pul tələb etmişdirlər, lakin o qədər pulunun olmadığını onlara bildirmişdir. Daha sonra 500 manat verməyə razılaşmışdır. Sonra birlikdə “Almarketin yanında yerləşən bankomata getmiş və kartdan 500 manat çıxardıb onlara vermişdir. Sonra düşüb 30 dəqiqəyə yaxın piyada getdikdən sonra taksiyə minib hərbi hissəyə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra 102-yə zəng edib həmin polis nəfərlərindən şikayət etmişdir. Hərbi hissəyə qayıdarkən Ağcabədi rayonunda yerləşən “Gənclik” kafesinin yanında 632 nömrəli postpatrul maşınını görmüş və yəqin etmişdir ki, ondan pulu alanlar bunlardır. Çünki fikirləşmişdir ki, şəhərdə 1 postpatrul maşını xidmətə çıxır və onlardır. Avqust ayının 1-də Polis şöbəsinə çağırılmış, orada Kamran adlı şəxs onu sorğu-suala tutmağa və izahat almağa başlamışdır. Sonra ondan pul almış polis əməkdaşlarını tanıyıb-tanımadıqını soruşmuşdur. O isə həmin şəxsləri görsə tanıyacağını demişdir. Bundan sonra 8 nəfər polis əməkdaşını gətirmişlər və ondan pul alan şəxsi göstərməyini istəmişdirlər. O isə pul alan şəxslərin sıradakı polis əməkdaşlarından heç birinin olmadığını demişdir. Bundan sonra isə aşağı mərtəbədə “damaşnikli” polis mayorunun yanında gətirmişdirlər. Polis mayoru onun pulunu alanların sırada duran İddiaçı və X11 olduğunu dedi. O isə onları tanımadığını və onu saxlayan və pulunu alan şəxslərin İddiaçı və X11 olmadığını demişdir. Bundan sonra həmin polis mayoru onu işdən çıxartdıracağını və tutduracağını bildirərək ona hədə-qorxu gəlmişdir. O yenə də onunla razılaşmayaraq pulunu onların almadığını bildirsə də həmin polis mayoru narahat olmamağını və sadəcə olaraq həmin polis nəfərlərinə xəbərdarlıq veriləcəyini bildirmişdir. O isə atası xəstə olduğu və işdən çıxarılacağından qorxduğu üçün onun sözləri ilə razılaşıb, təkliflərini qəbul etmişdir. Polis şöbəsindəki izahatını onların diqtəsi ilə yazmışdır. Sonra uşaqları pis vəziyyətdə qoyduğu üçün narahat olub X29 adına 03 avqust 2019-cu il tarixdə məktub yazıb və poçtla yola salmışdır. İddiaçı və X13 heç vaxt görməmiş və tanımır, həmin şəxslər ondan pul almamışlar, onları yalnız polis şöbəsində tanınmada və məhkəmə prosesində iclas zalında görmüşdür və eyni zamanda polis şöbəsində verdiyi izahatlar onun iradəsinə uyğun olmamışdır, polis şöbəsində adını bilmədiyi polis mayorunun təhdidi və diktəsi ilə yazılmışdır. Beləliklə də iş materialları, iddiaçıların, iddaçıların nümayəndəsi və vəkilinin izahatları, şahidin ifadələri ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X30 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X19 xidmətdən xaric olunmuşdur. Həmçinin Cavabdeh xx.xx.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən X1 rayon X33 Patrul Xidməti Bölüyünün polis nəfəri (polis baş serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən (X30 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X19 xidmətdən xaric olunmuşdur. Eyni zamnda müəyyən edilmişdir ki, mübahisələndirilən əmrin verilməsinə əsas olan sənəd Ağcəbədi RPŞ-nin xx.xx.2019-cu il tarixli Ə249-129-19 nömrəli intizam əmri, Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışı olmuşdur. Mübahisəlndirilən əmrin verilməsinə əsas olan Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışının məzmunundan görünür ki, iddiaçıların X14 xidmətdən xaric olunmasına əsas şifahi məhkəmə baxışında şahid qismində dindirilmiş X4 şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olmuşdur. Yəni həmin sənədlərdən müəyyən olunur ki, guya iddiaçılar Elşad Zeynalov və İddiaçı MN-nin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlini heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar, bununla da X30 əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol vermişlər. Halbuki, şifahi məhkəmə baxışı zamanıdindirilmiş şahid X7 iddiaçılar tərəfindən saxlanılmadığını, onu saxlayan şəxslərin sayının 3 (üç) nəfər olduğunu, onu saxlayan maşının dövlət nömrə nişanını hadisə yerində görmədiyini (fikir vermədiyini), 102 xidmətinə zəng edərkən dövlət qeydiyyat nişanını bildirdiyi “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə hadisə yerində (yəni onu saxlayarkən) deyil, hadisə yerindən hərbi hissəyə qayıdarkən Ağcabədi rayonunda yerləşən “Gənclik” kafesinin yanında gördüyünü və onu saxlayıb pulunu alan şəxslərin həmin maşını idarə edənlər olduğunu güman etdiyini, buna görə də həmin avtomobilin dövlət nömrə nişanını 102 xidmətinə zəng edərkən dediyini, iddiaçlara pul vermədiyini, ümumiyyətlə sözügedən hadisədə iddiaçıların iştirak etmədiyini, daxili təhqiqatların araşdırması zamanı iddiaçıarın təqsiri ilə bağlı verdiyi izahatların onun iradəsinə uyğun olmadığını bildirmişdir. Məhkəmə şahid ifadəsini inandırıcı və hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir. Göründüyü kimi şifahi məhkəmə baxışı zamanı iddiaçıların təqsiri ilə bağlı Daxili Təhqiqatlar İdarəsinin apardığı araşdırmanın nəticələri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası X29 xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X30 X8 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X30 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X30nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı iddiaçıların hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edilmədiyindən, həmin əsasla iddiaçıların X19 xidmətdən xaric edilmələri qanusuz olmuşdur. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə görə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.4-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə görə diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, cavabdeh tərəf bu sahədə sübutetmə yükünü həyata keçirə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı (əmri) qanunsuz olmaqla yanaşı, iddiaçı üçün də əlverişsiz olmuşdur. Bu səbəbdən də qanunvericiliyin qeyd edilən tələbinə əsasən həmin inzibati akt hər bir halda ləğv olunmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq, hesab edir ki, iddiaçılar İddiaçı və X9 «X14 xidmətdən xaric edilməsi barədə» Cavabdeh 07 avqust 2019-cu il tarixli Ə 78 ŞH-129-19 nömrəli əmri yuxarıda qeyd edilən əsaslara görə qanunsuzdur və bu səbəbdən də ləğv olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını cavabdehin iddianı qəbul etməsi ilə sona çatdıra bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan, iddiaçıların onların işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində tələbi haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutemə qaydasıdır və bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı və X9 Azərbaycan Respublikasının X19 xidmətdən xaric olunması haqqında Cavabdeh 07 avqust 2019-cu il tarixli Ə 78 ŞH-129-19 nömrəli əmri ləğv edilməli, iddiaçıların əvvəlki işinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iş üzrə hər hansı prosessual xərc mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin olunsun. İddiaçılar İddiaçı və X9 Azərbaycan Respublikasının X19 xidmətdən xaric olunması haqqında Cavabdeh 07 avqust 2019-cu il tarixli Ə 78 ŞH-129-19 nömrəli əmri ləğv edilsin. İddiaçılar İddiaçı və X9 əvvəlki işinə bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-62/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-62/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver