Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-62/2023 19.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdeh tərəfindən ona 288000 manat məbləğində vurulan zərərin alınıb ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2854/2021 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Beyləqan rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beylaqan rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 km.m olan 2 ərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququnun bütün aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Müraciət etdiyi aidiyyat orqanlar zərərin əvəzini, yəni kompensasiyası almaq üçün məhkəməyə müraciət etməyi tövsiyə etdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin TV hissəsinə əsasən isə dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmayacağı təqdirdə, həmin struktur qurumların qərarlarından (hərəkətlərindən və hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada inzibatı qaydada və məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü madddəsinin 3-cü hissəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak münasibətləri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Konstitusiyanın 29-cu maddəsinin 2 və 4-cü hissələrinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və yalnız dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun (bundan sonra Qanun) 4.1 -ci maddəsinə əsasən dövlət ehtiyacları məqsədləri üçün torpaqların alınması dövlət tərəfindən kompensasiya ödənilməklə həyata keçirilir. Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Əks təqdirdə Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana Və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. İQ, Qanunun yuxarıda sadalanan ayrı-ayrı müddəalarından göründüyü kimi sizə icarə əsasında ayrılmış torpaq sahəsi və mülkiyyətinizdə olan qeyri-yaşayış binası (yeməkxana) yerli icra hakimiyyətinin sərəncamı əsasında deyil, könüllü alqı-satqı yolu ilə, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alma bilər. Qeyd olunanları və Konstitusiyamızın 60-cı maddəsini və 71-ci maddəsinin 7-ci hissəsini nəzərə alaraq məsələnin həll olunması məqsədilə miivafıq məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edir. Dövlət Sərhəd Xidmətinin tikinti işlərini aparan podratçı Bakı şəhərində yerləşən “Qaraçay“ şirkəti tərəfindən ona kompensasiya ödənilmədən böyük zəhmətlə ağır xərclər gördüyü işlər xidməti obyekti “Həyat” restoranı, yararsız hala salınaraq sahibkarlıq fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır. Bunun nəticəsində bu günə qədər 288000 manat məblğində Dövlət Sərhəd Xidməti tərəfindən zərər vurulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququ bütün aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Müraciət etdiyi aidiyyəti orqanlar zərərin əvəzini, yəni kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdirlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tikinti işlərini aparan podratçı Bakı şəhərində yerləşən “Qaraçay” şirkəti tərəfindən ona kompensasiya ödənilmədən böyük zəhmətlə ağır xərclər gördüyü işlər xidməti obyektin “Həyat” restoranı yararsız hala salınaraq sahibkarlıq fəaliyyətinin qanunsuz olaraq dayandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar O.Bəşirovun, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri R.Pəsiyevin, X3 şəbəkəsinin rəis əvəzi M.Mehdiyevin, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru B.Qılıncovun, “Telekommunikasiya” qovşağının rəisi T.Fərhadovun, X6 Yanğın Nəzarəti İdarəsinin Beyləqan şöbəsinin böyük inspektoru V.Həsənovun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekaologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Ə,əsgərovun, Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının Beyləqan şəhəri üzrə nümayəndəsi F.Abdullayevin, 37 saylı Yol İstismar İdarəsinin rəisi F.Quliyevin, Suvarma Sistemləri İdarəsinin rəisi Ə.Məmmədquliyevin, Sukanal İdarəsinin rəisi B.Əliyevin, Beyləqan şəhər Yaşıllaşdırma sahəsinin rəisi İ.Balakişiyevin və “Aztelekom” İB X4 Qovşağının Beyləqan nümayəndəsi Ə.İmanovun imza etdikləri tikinti altına torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli aktın surətindən görünür ki, eyləqan şəhər sakini İddiaçı mal bazarına gedən yolun sağ tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 240.00 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. İşdə olan Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı xidmət obyektinin tikintisi üçün mal bazarına gedən yolun sağ tərəfində yerləşən ərazidən 240,0 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışının surətindən görünür ki, Beyləqan şəhərində icarəsində olan 0.024 ha torpaq sahəsində yerləşən 2 girişli, 61.4 kv.m ümumi, 55.3 kv.m əsas, 6.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli, K/273/15/A-427 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakının dəyərinin ödənilməsinə köməklik göstərilməsinə dair əvvəlki müraciətinin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə xx.xx.2014-cü ildə onun, həmin dövrdə Beyləqan rayonu İcra hakimiyyəti başçısının 1-ci müavini Telman Məstanovun, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin həmin dövrdə rəisi Rəfail Pəsiyevin və DSX-nin nümayəndələrinin iştirakı ilə qeyd olunan məsələ araşdırılmışdır. Əraziyə naturada baxış keçirilərkən müəyyən edilmişdir ki, daşınmaz əmlakının ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşir, eyni zamanda torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Müdafiə Nazirliyinin istifadəsinə verilmişdir. Daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşdiyindən həmin əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********89 nömrəli məktubundan görünür ki, müraciətində qeyd edilən məsələ Komitənin ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış və müəyyən edilmişdir ki, Beyləqan Rayon icra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 240 kv.m torpaq sahəsi icarə əsasında sizə ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz əmlakın döviət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini cənab A.Şərifovun 14 dekabr 2012-ci il tarixli, 17/5842-25/10/29 nömrəli dərkənarına əsasən həmin ərazidə 21,2 ha torpaq sahəsi, o cümlədən icarənizdə olan 240 kv.m torpaq sahəsi də daxil olmaqla Beyləqan Rayon İcra Hakimiyyətinin 29 dekabr 2012-ci il tarixli, 184 nömrəli Sərəncamı ilə növlər Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən mülkiyyətinizdə olan tikiliyə görə kompensasiya Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sizinlə qarşılıqlı razılaşma əsasında və ya razılıq əldə edilmədiyi ‘əqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən ödənilməlidir. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2019-cu il tarixli, 9/A-104-039 nömrəli məktubundan görünür ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 93 saylı sərəncamı ilə icarənizə sahibkarlıq məqsədi ilə 240 kv.m torpaq sahəsi ayrıldığını, sonradan həmin torpaq sahəsinin qanunsuz olaraq əlindən alındığı üçün kompensasiya ödənilməsinə müvafiq köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Baş Nazirinin ünvanına göndərdiyi ərizə aidiyyəti üzrə baxılması üçün rayon İcra hakimiyyətinə göndərilmişdir. Müraciətinə cavab olaraq bildiririk kı, həmin torpaq sahəsi ümumilikdə Beyləqan şəhəri də daxil olmaqla "xxxx" qoyunçuluq üzrə kənd təsərrüfatı istehsalı Müəssisəsinin torpaqlarıdır, icarənizə ayrılmış 240 m" torpaq sahəsi Beyləqan Aerodromuna 1958-ci ildə ayrılmış 48 hektar torpaq sahəsi ilə, köhnə mal bazarı olan torpaqların arasında yerləşir və əkinə yararsız torpaq sahəsi olmaqla Dövlət mülkiyyətindədir. Beyləqan Aerodromunda uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun 4.12.2012-ci il tarixli, 17/5842- 25/10/29 saylı dərkanarına əsasən 21.2 hektar torpaq sahəsi ayrılması xahiş edilmişdir. Həmin məktuba əsasən Aerodroma İcra hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə 21.2 ha torpaq sahəsi ayrılmışdır. icarəyə ayrılan 240 kv.m torpaq sahəsi də Aerodroma ayrılmış torpaq sahəsinə aid olan hissəsidir. Azərbaycan Respublikasında Torpaq Məcəlləsinin 70.71.72-ci maddələrinin tələblərinə uyğun olaraq Toıpaq sahələri Dövlət ehtiyacları üçün geri alındıq da həmin torpaq sahəsi istifadəçisi və icarəçinin razılığı ilə tələbkar tərəfindən torpaq üzərində olan tikili və qurğular daxil olmaqla kompensasiya edilməlidir. Odur ki, Sizin də istifadənizdə olan sahibkarlıq obyekti və digər qurğular söküləcəyi təqdirdə kompensasiya məsələsi ilə bağlı hüquqi addım ata bilər. İşdə olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(020)-174/2020 nömrəli qərarından görünür ki, İddiaçı Müsltim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/292/15/A-241/2 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlakının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2020-ci il tarixli, 8/A-44-149 nömrəli məktubundan görünür ki, xidməti obyektinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeçiliyinə verilməsinə görə kompensasiya ödənilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış müraciətini baxılması üçün rayon İcra hakimiyyətinə göndərilmişdir. Beyləqan rayon İcra hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarənizə ayrılmış 240 kv.m torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 61,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini cənab Abid Şərifovun 14 dekabr 2012-ci il tarixli, 17/5842-25/10/29 nömrəli dərkənarına əsasən 21.2 ha torpaq sahəsi ayrılması xahiş edilmişdir. Həmin məktuba əsasən Beyləqan rayon İcra hakimiyyətinin xx.xx.2012-ci il tarixli 184 nömrəli sərəncamı ilə Beyləqan aerodromuna 21.2 ha torpaq sahəsi ayrılmışdır. Sözü gedən obyektin ərazisi Beyləqan aerodromunun ərazisi ilə həmsərhəddir və zərurət yaranmadığından qonşuluqda yerləşən həmin əmlak Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü madddəsinin 3-cü hissəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak münasibətləri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/3348 nömrəli məktubundan görünür ki, müraciətinizin ətraflı araşdırılması məqsədilə sözügedən əraziyə Müdafiə Nazirliyinin Beyləqan rayon Mənzil-istismar hissəsinin nümayəndələri tərəfindən baxış keçirilmişdir. Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin torpaq sahələri haqqında məlumatlara (forma 405) və əraziyə baxış zamanı bir daha müəyyən edilmişdir ki, həmin ərazi Müdafiə Nazirliyinin balansına verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, xx/xx- 1656nömrəli məktubundan görünür ki, müraciətinə əlavə edilmiş sənədlərdə (iqtisadiyyat Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin cavab məktublarında) sizə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarə əsasında torpaq sahəsi ayrılması, onun üzərində inşa edilmiş qeyri-yaşayış binasının (yeməkxana) tam müiKiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alındığı və həmin torpaq sahəsi də daxil olmaqla Beyləqan Rayon icra Hakimiyyətinin müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılması bildirilmişdir. Konstitusiyanın 29-cu maddəsinin 2 və 4-cü hissələrinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və yalnız dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun (bundan sonra Qanun) 4.1-ci maddəsinə əsasən dövlət ehtiyacları məqsədləri üçün torpaqların alınması dövlət tərəfindən kompensasiya ödənilməklə həyata keçirilir. Məlumat üçün bildiririk ki, bu məqsədlə Qanunun 6-cı və 9-cu maddələrinin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu və alan orqan müəyyən edilir. Bu orqan dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsini, alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsini, alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsini, alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsini yerinə yetirildikdən sonra torpağın alınması haqqında təklifi Nazirlər Kabinetinə təqdim edir. Qanunun 19.1-ci maddəsinə əsasən Nazirlər Kabineti təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edir. Bununla yanaşı diqqətə çatdırırıq ki, Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Əks təqdirdə Qanunun 29.1 -ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Qanunun yuxarıda sadalanan ayrı-ayrı müddəalarından göründüyü kimi sizə icarə əsasında ayrılmış torpaq sahəsi və mülkiyyətinizdə olan qeyri-yaşayış binası (yeməkxana) yerli icra hakimiyyətinin sərəncamı əsasında deyil, könüllü alqı-satqı yolu ilə, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Əlavə olaraq bildiririk ki, Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunanları və Konstitusiyanın 60-cı maddəsini və 71 -ci maddəsinin 7-ci hissəsini nəzərə alaraq məsələnin həll olunması məqsədilə müvafiq məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/768/15A-241/4 nömrəli məktubundan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən baxılmış və 2016-cı, 2019-cu illərdə və 2020-ci ildə (4 dəfə) tərəflərindən -xx.xx.2020-ci il tarixli, K/8/15/A-427/2 №-li, xx.xx.2020-ci il tarixli, K/69/9/A-241/1 №-lı, xx.xx.2020-ci il tarixli, K/292/15/A-241/2 №-li, xx.xx.2020-ci il tarixli, K/319/15/A-241/3 №-li, Beyləqan Rayon icra Hakimiyyətinə- xx.xx.2014cü il tarixli, K/15/2402 №-li, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə- 27 02.2019-cı il tarixli K/272/15/A-427 №-lı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınaxx.xx.2019-cı il tarixli, K/70/9/A-241 №-li sənədlərlə məsələnin mahiyyəti üzrə əsaslandırılmış cavab məktubları göndərilmişdir. Həmçinin həmin ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. Daşınmaz əmlakın ərazisi "Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmədiyindən, daşınmaz əmlakın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ №-li Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən isə dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmayacağı təqdirdə, həmin struktur qurumların qərarlarından (hərəkətlərindən və hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada inzibatı qaydada və məhkəməyə şikayət etmək hüququnuz vardır. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 126 nömrəli məktubundan görünür ki, İddiaçı Müsltim oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 240 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə Beyləqan rayon İcra hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 04 nömrəli sərəncamının təsdiq edilmiş surəti göndərilir. Digər xx.xx.2012-ci il tarixli 184 nömrəli sərəncam aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, iddia ərizəsinə əsasən Beyləqan Rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 240 kv.m torpaq sahəsi icarə əsasında İddiaçı ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adına qeydiyyata alınmışdır. Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavininin 14 dekabr 2012-ci il tarixli, 17/5842- 25/10/29 nömrəli dərkənarına əsasən həmin ərazidə iddiaçının icarəsində olan 240 kv.m torpaq sahəsi də daxil olmaqla, 21,2 ha torpaq sahəsi Beyləqan Rayon İcra Hakimiyyətinin 29 dekabr 2012-ci il tarixli, 184 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılmışdır. İddiaçının Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən iddiaçının mülkiyyətində olan tikiliyə dəymiş ziyana görə kompensasiya ödənilməsi tələbi ilə bağlı bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının hüquqlarının pozulması ilə əlaqədar hər hansı qərar qəbul olunmamış, hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı tərəfindən də Xidmətə qarşı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/7122 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixdə **********53 nömrəli məktubuna əsasən: Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış binası (yemekxana), Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.metr torpaq sahəsinin daxilində yerləşir. Qərardadın üçüncü və altıncı sualları üzrə: qərardadın üçüncü və altıncı suallarının cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı üçün həmin suallar üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü və beşinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixdə **********53 nömrəli məktubuna əsasən: Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsi və Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********5, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri yaşayış binası (yeməkxana), Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ayrılmış 21.2 hektar torpaq sahəsinin hüquqları daxilinə düşür. Qərardadın yeddinci, səkkizinci və doqquzuncu sualları üzrə: Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65- 06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/5892 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı tərəfindən təsdiq edilmiş “Beyləqan şəhər sakini İddiaçı mal bazarının qarşı tərəfindən ayrılmış S=240.00 m2 torpaq sahəsinin və abadlaşıdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400,00 manat məbləğində olduğu müəyyən edilmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1-ci bəndinə görə bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və dəyişdirilməsi; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. Həmin Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanunun 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Göründüyü kimi, torpaqların yolların çəkilməsi məqsədilə alınması (aerodromunun uçuşenmə zolağının genişləndirilməsi) dövlət ehtiyacı hesab edilir və dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə isə alınmanın təsirinə məruz qalmış şəxsə kompensasiyanın ödənilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçıya kompensasiya ödənilmədən ona məxsus torpaq sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən cavabdeh tərəfindən müəyyən işlər görülməklə həmin torpaq sahəsinin istifadəsiz vəziyyətə gətirilməsi onun konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Həmin Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmasa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə imkanı məhdudlaşdırılmış və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləridə pozulmuşdur. Bu halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin iş materiallarına əlavə edilən mütəxəssis rəyində də qeyd edildiyi kimi torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki: - Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququ aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Azərbaycan Respublikası Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2020-ci il tarixli, 8/A-44-149 nömrəli məktubundan görünür ki, . Sözü gedən obyektin ərazisi Beyləqan aerodromunun ərazisi ilə həmsərhəddir və zərurət yaranmadığından qonşuluqda yerləşən həmin əmlak Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/768/15A-241/4 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlakının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. - İşin araşdırması zamanı qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh Dövlət Sərhəd Xidmətinin hər hansı bir iddiasını olmadığı, “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddə yerləşdiyi müəyyən edilir. Məhkəmə tərəfindən keçirilən ekspert rəylərinə əsasən Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil etdiyi və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı tərəfindən təsdiq edilmiş “Beyləqan şəhər sakini İddiaçı mal bazarının qarşı tərəfindən ayrılmış S=240.00 m2 torpaq sahəsinin və abadlaşıdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş 15350 manat ziyanın iş materiallarına əlavə edilmiş sübutlar (disk və kağız daşıyıcılar) əsasında Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığı müəyyən edilmiş, həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş 17400 manat ziyanın isə Dövlət Sərhəd Xidməti tərəfindən görülən işlər zamanı vurulduğu müəyyən edilir. Qeyd edilən hallarla bağlı iddiaçıya hüquqi yardım göstərilmiş və iddiaçı tərəfindən dəqiqləşdirmə barədə ərizə təqdim edilmişdir ki, məhkəmə cavabdeh inzibati orqandan “dəymiş ziyanla bağlı 17400 manat məbləğində pulun ödənilməsi” tələbini ədalətli və əsaslı hesab edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçılar ona dəymiş ziyanın cavabdeh orqanın hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 50 manat İddiaçı və digər 50 manat isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 50 manat İddiaçı və digər 50 manat isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-62/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-62/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver