Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-62/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (həm də İddiaçı3 nümayəndəsi), İddiaçı2 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla verilmiş xx.xx.2018-ci il tarixli A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsinin ölçülərini, koordinatları və sair hissəsi onların torpaq sahəsinin üstünə düşdüyü üçün həmin sənədin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşin hazırlıq icraatı mərhələsində iddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “üçüncü şəxs X5 mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsinin A263617 nömrəli planı və ölçüsü sənədinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Gülməmmədov Fəzail oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 0,12 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 4303 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsinin X2, ikinci nüsxəsinin Saatlı rayon şəbəsındə saxlanılması JN-626F, KOD 90801004 nömrəli şəhadətnamədə göstərilmişdir. Bundan başqa Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X7 və onun ailə üzvlərinə 0,09 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamə də iki nüsxədən ibarət tərtib edilmiş və XXX nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X6, ikinci nüsxəsi Saatlı rayon şəbəsində saxlanılması JN-638A, KOD 90801004 nömrəli şəhadətnamədə göstərilmişdir. Daha sonra onlara məlum olmayan bir vaxtda X9 qeyri-qanuni yolla Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı iclas protokoluna əsasən ünvan 2 ünvanında yaşayan X7 şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından, ölçüləri 20x30 m olmaqla 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. X9 həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Seriya RX ******* nömrəli çıxarış almış və həmin torpaq sahəsinin plan və ölçüsü onların mülkiyyətlərində olan torpaq sahəsinin üstünə vurdurmuşdur. Daha sonra onların, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod ********) nömrəli şəhadətnaməyə əsasən X3, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinin üzərinə qoyulması barədə iddia tələbləri Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(120)-789/2020 nömrəli qərarı ilə təmin edilmişdir. Daha sonra Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(120)- 789/2020 nömrəli icra sənədi üzrə Saatlı rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 48396/2021-69-6-006 nömrəli məktubu ilə onlara bildirilmişdir ki, mərzçəkmə işləri aparılarkən həmin sahə X5 mülkiyyətində 0,06 ha olan torpaq sahəsinin ölçüsü (planı, kordinatları, ölçüləri və sair) ilə üst-üstə düşdüyü bildirilmişdir. Həmin torpaq sahəsi (planı, kordinatları, ölçüləri və sair) onların qanuni mənafelərinə toxunduğu üçün X5 mülkiyyətində olan RX seryalı, ******* nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsini (planı, kordinatları, ölçüləri və sair) qanunsuz və əsassız hesab edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçılar İddiaçı1 (həm də İddiaçı3 nümayəndəsi), İddiaçı2 və İddiaçı4 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs X9 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçılar iddia ərizəsində Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X4, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 fərdi yaşayış evinin tikintisi üçün həyətyanı olaraq 0,12 hektar torpaq sahəsinin ayrıldığını bildirirlər. İş materiallarında olan 07 fevral 2006-cı il tarixli, JN-626A, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən”, 30 oktyabr 2008-ci il tarixli, qeydiyyat nömrəsi **********55-10301, inventar nömrəsi 475 olan Daşınmaz əmlakın texniki pasportundan, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilən 0,12 hektar həyətyanı torpaq sahəsi ünvan 3 ünvanında yerləşir. İş materiallarından, o cümlədən işdə olan Saatlı rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş çıxarışdan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin planından, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ünvan 2 ünvanında yaşayan X7 şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından, Saatlı şəhəri, X13 küçəsi ünvanında yerləşən, ölçüləri 20x30 m olmaqla 600 kv.m həyətyanı torpaq sahəsı ayrılmış, Azərbaycan Respublikası Əmlak X8 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli RX serıyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsi ünvan 3ndə, Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə X7 ayrılmış 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsı isə Saatlı şəhəri, X13 küçəsində olmaqla ayrı-ayrı ünvanlarda yerləşir. Qeyd olunanlar X3 və onun ailə üzvlərinin adına verilmiş 07 fevral 2006-cı il tarixli, JN-626A, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də və xx.xx.2018-ci il tarixdə X5 adına tərtib edilmiş A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə əks olunan ayrılmış torpaq sahələrinin xəritə göstəriciləri ilə də təsdiq edilir. İş materiallarında olan və iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi verilmə tarixi əsaslı şübhələr doğuran, torpaq sahəsinin xəritə göstəricisi 07 fevral 2006-cı il tarixli, JN-626A, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki xəritə göstəricisindən tamamilə fərqli olan, X3 və onun ailə üzvlərinin adına verilmiş digər JN-626F, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə bağlı məhkəmə tərəfindən verilən sorğuya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2235/2023 nömrəli məktubunda bildirilmişdir ki, X9 və X3 adları DBF siyahısında mövcudur. X5 adına işlənmiş JN-638A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” DWG məlumatlarında öz əksini tapmışdır. X3 adına işlənmiş torpaq sahəsi 626F kimı deyil, 626A kimi DWG məlumatlarında qeyd olunmuşdur. Sözügedən Şəhadətnamələrinin qeydiyyat kitablarında qeydə alınıb-alınmamasını təsdiq edən səhifənin surətinin təqdim edilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət olunması məqsədəmüvafiqdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabı”na əlavə edilmiş siyahıdan görünür ki, X3 adına 0,12 hektar torpaq sahəsi ilə bağlı verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin nömrəsi 626A olaraq qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, X3 və onun ailə üzvlərinin adına eyni torpaq sahəsi üzrə tərtib edilmiş digər JN-626F, kod 90801004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hüquqi əsası mövcud deyildir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(055)-03/2019 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(106)-127/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinin surətlərindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı1 qarşı Saatlı şəhər XDS İcrayyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından ona ayrılmış, xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli RX serıyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş ölçüləri 20x30 m olmaqla 600 kv həyətyanı torpaq sahəsındən cavabdehin çıxarılması barədə iddia tələbi təmin edilmiş, həmin qətnamədə X5 qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ təsdiq olunmuş, İddiaçı1 sözügedən torpaq sahəsindən qanunsuz istifadə etməsi müəyyən edilərək, onun həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(106)-127/2020 nömrəli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 31 may 2019cu il tarixli, 2(055)-03/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, hər iki məhkəmə aktı qanuni qüvvəyə minmişdir. İPM-nin 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X7 Saatlı şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsi həmin torpaq sahəsinin X7 qədər yüklülüyünü istisna edən mötəbər sübutdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 13 dekabr 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmış, imtinanın səbəbi kimi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq rəyin Mərkəzə təqdim edilməməsi qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 19 dekabr 2022-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, iddiaçının mübahisələndirdiyi və iş üzrə üçüncü şəxs X5 istifadəsində olan torpaq sahəsinə sonuncunun şərait yaratmaması və mane olması səbəbindən baxış keçirilməsinin, çöl-ölçmə işlərinin aparılmasının, nəticədə tələb olunan rəyin veriməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə sübut olunur ki, X1 şəhər XDS İcraiyyə Komitəsinin 16 avqust 1985-ci il tarixli, 08 saylı qərarı ilə şəhərin baş planına uyğun olaraq 32 saylı yaşayış kvartalından ona ayrılmış və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş, ölçüləri 20x30 m olmaqla 600 kv həyətyanı torpaq sahəsınə xüsusi mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və bununla əlaqədar cavabdeh inzibati orqan tərəfindən onun adına hazırki iş üzrə mübahisələndirilən xx.xx.2018-ci il tarixli A263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsi zamanı iddiaçıların hüquqlarının pozulması halına yol verilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla verilmiş xx.xx.2018-ci il tarixli A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla verilmiş xx.xx.2018-ci il tarixli A 263617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-62/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-62/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver