Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-620/2020 03.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (orta təhsilli, məcburi köçkün kimi ünvan 1 ünvanında məskuşlaşmış) cavabdeh N saylı hərbi hissəsinin komandanlığının nümayəndəsi XN (hüquqşünas, N-ci Ordu Korpusunda hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi işləyən, ünvan N ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır) iştirakları ilə İddiaçı cavabdeh N nömrəli Hərbi Hissənin Komandanlığına qarşı «N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmrinin ləğv edilməsi, onun xidmətə bərpa olunması və bu əmrə görə itirdiyi pulların hesablanaraq ona verilməsi» barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Hərbi Hissənin Komandanlığına qarşı məhkəmədə iddia qaldıraraq, N nömrəli Hərbi Hissənin Komandanlığının N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmrinin ləğv edilməsi, onun xidmətə bərpa olunması və bu əmrə görə itirdiyi pulların hesablanaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 mart N0N0-ci il tarixli N-1(0N0)-6N0/N0N0 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh N nömrəli Hərbi Hissənin Komandanlığına qarşı «əmrin ləğvi, xidmətə bərpa olunma» barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Füzuli rayonunda doğulmuşdur. Ədliyyə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Qanunla müəyyən olunmuş müddətdə həqiqi hərbi xidmət keçib təxris olunmuşdur. Bundan sonra vətənin bu dar günündə xidmət keçmək üçün müraciət etmişdir. Vətənə əsgər olduğu üçün belə qərara gəlmişdir ki, vətənə xidmət etməkdə davam etsin və bu səbəbdən ərizə verib müqavilə əsasında xidmətini davam etdirmək istədiyini bildirmişdir. Onun müraciətinə baxılıb müsbət həll edilərək 16.04.N014-cü ildə N saylı hərbi hissəyə xidmətdən artıq qulluq edən kimi xidmət keçməyə göndərmişlər. O, hərbi hissəyə gəlib xidmət keçməyə başlamışdır. Xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, həmişə yaxşı xidmət etmiş, 4 gün Aprel döyüşlərində olmuşdur. Evin tək qazanc gətirənidir, ailəsinin başqa gəlir yeri yoxdur. Onu əsgərin N dəqiqəlik valideyini ilə danışdığına görə azad etmişlər. O, bunu əsgər gərgin halda olduğu üçün etmişdir ki, əsgər bir az sakitləşsin. Qulluq mövqeyində heç bir səhvə yol verməmiş, xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Bundan əlavə, müddətdən artıq hərbi xidmət keçmək üçün onunla müqavilə bağlanmış və həmin müqavilənin surətini ona verməmişlər. Əmrdən çıxarışı çox çətinliklə almış, lakin əmrini özünü bu günə kimi almamışdır. Dəfələrlə əmri və qeyri sənədlərini istəsə də almağa müvəffəq olmamışdır. Ona görə də əmrin özünü və qalan sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Vətəninin bu dar günündə xidmət etmək, erməni qəsbkarlarının torpaqlarımızdan təmizlənməsini və Qarabağın işğaldan azad olunmasını istəyir, N nömrəli hərbi hissə komandirinin N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmrini ləğv edib, onun xidmətə bərpa olunması və bu əmrə görə itirdiyi pulların hesablanaraq ona verilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh N saylı hərbi hissəsinin komandanlığının nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyib etirazında göstərmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N6 dekabr N019-cu il tarixli, 0101 əç nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmış və iddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. N nömrəli hərbi hissə komandirinin N6.1N.N019-cu il tarixli 0101 əç nömrəli əmri ilə tanış olmuş və əmri icra edilmişdir. İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» (xidməti uyğunsuzluğa görə) bəndinə (Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinin «z» bəndinə uyğun olaraq intizam cəzası qaydasında) əsasən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin N6.1N.N019-cu il tarixli 0101 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin raportu olmuşdur. İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizamintizamsız, bacarıqsız, təşkilatçılıq qabiliyyəti zəif olan, məsuliyyətsiz, təcrübəsiz, savadsız, hərbi nəzakət qaydalarına əməl etməyən bir hərbi qulluqçu kimi göstərmiş və hərbçi şərəfinə xələl gətirən, ədəb və əxlaq normalarına uyğun olmayan hərəkətlər etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində müxtəlif tarixlərdə kobud intizam pozuntuları etmişdir. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq verilən tapşırıqları vaxtında icra etməmiş, döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində nöqsanlara yol vermiş, dəfələrlə düzülüşlərə gecikmiş və sıra intizamını pozmuş, ona təhkim edilən texnikaya düzgün qulluq etməmiş, vəzifə borclarına laqeyid yanaşmış, Hərbi Hissənin gündəlik fəaliyyətlərində mütəmadi olaraq iştirak etməmiş, dəfələrlə sıranı özbaşına tərk etmiş, növbətçilik qaydalarını və geyim formasını pozmuşdur. Bu səbəbdən hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılması üçün raportla N nömrəli hərbi hissə komandirinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində heç bir səhvə yol vermədiyini, həmçinin əmrdən çıxarışı ala bilmədiyini və əsgəri valideyni ilə danışdırdığı üçün işdən azad olunduğunu qeyd etmişdir. Qeyd edilən əmrin məxfilik qrifi olduğundan və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və müxtəlif səbəblərə görə Silahlı Qüvvələrin müvafiq heyətinin siyahısından çıxarılan hərbi qulluqçular barədə şəxsi heyət üzrə çıxarılan əmrlərdən çıxarışlar iki nüsxədə, bir nüsxəsi hərbi hissədə işə, digər nüsxə isə həmin şəxsin şəxsi işinə tikilir və başqa şəxslərə verilmir. Bundan başqa, İddiaçı əsgəri valideyni ilə danışdırdığı üçün deyil, şəxsi intizamsızlığına görə ordu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı əsgəri telefonla danışdırmaq məsələsinə gəldikdə, o, xidmətdə olduğu 01.1N.N019-cu il tarixdə onunla birlikdə hərbi hissədə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Yüzbaşev Aqil Yunis oğlunu yanına çağıraraq həmin gün onun valideynləri ilə görüşünə gəlmiş əmisinin həyat yoldaşı Əfsanə adlı qadının tanış olmaq üçün nömrəsini istəyərək hərbi qulluqçuya yaraşmayan hərəkətlər etmişdir. Bununla da İddiaçı xidmətdə olduğu zaman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnamələrinin 3-cü maddəsinin «Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi Hərbi Hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır» tələblərini pozmuş və hərbi andına sadiq olmamışdır. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 6N.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və dəlillərini dinləyərək, iş materiallarını tədqiq edib təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materialında olan N-ci artilleriya divizionun komandiri tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış NN.1N.N019-cu il tarixli raportda qeyd olunmuşdur ki, sizdən xahiş edirəm ki, N-ci artilleriya divizionunun 6-cü artilleriya batareyasının N-ci artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu İddiaçı hərbçi şərəfinə xələl gətirən, ədəb və əxlaq normalarına uyğun olmayan hərəkət etdiyinə görə barəsində lazımi tədbirlərin görülməsi məqsədi ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsində dindirilməsi barədə sərəncam verəsiniz. İş materialında olan N nömrəli hərbi hissənin qərargah rəisi - hərbi hissənin komandirinin müavini tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış N6.1N.N019-cu il tarixli N016 nömrəli raportda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin N-ci haubitsalı artilleriya divizionunun 6-cı haubitsalı artilleriya bateriyasının N-ci haubitsalı artilleriya taqımının 6-cı topun sürücüsü İddiaçı özünü xidmət etdiyi müddət ərzində nizam-intizamsız, bacarıqsız, təşkilatçılıq qabiliyyəti zəif olan, məsuliyyətsiz, təcrübəsiz, savadsız, hərbi nəzakət qaydalarına əməl etməyən və zəif xarakterli bir hərbi qulluqçu kimi göstərmişdir. Üzdə nizamnaməyə uyğun hərəkət, davranışları nümayiş etdirsə də əslində divizionun döyüş hazırlığına mənfi təsir göstərən işlərlə məşğuldur. Yuxarı komandanlıq tərəfindən ona edilən iradlardan nəticə çıxarmağı bacarmır. Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 156-cı maddəsinin «e» bəndinə müvafiq olaraq ehtiyata buraxılması barədə sərəncam verəsiniz. İş materialında olan N nömrəli hərbi hissənin «müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi»nin N4 dekabr N019-cu il tarixli 5 nömrəli protokolundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidmət etdiyi müddətdə ərzində nizam-intizamsız, bacarıqsız, təşkilatçılıq qabiliyyəti zəif olan, məsuliyyətsiz, təcrübəsiz, savadsız, hərbi nəzakət qaydalarına əməl etməyən və zəif xarakterli bir hərbi qulluqçu kimi göstərmişdir. Üzdə nizamnaməyə uyğun hərəkət davranışları nümayiş etdirsə də, əslində bölüyün döyüş hazırlığına mənfi təsir göstərən işləri məşğuldur. Xidmətdə yol verdiyi nöqsanlara görə dəfələrlə komandanlıq tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, bütün hallarda müxtəlif bəhanələr gətirərək etdiyi əməllərə haqq qazandırmağa çalışır, yuxarı komandanlıq tərəfindən ona edilən iradlardan düzgün nəticə çıxarmamasını nəzərə alaraq «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ordu sıralarında ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materialında olan N nömrəli Hərbi Hissənin möhürü ilə təsdiqlənmiş aktda göstərilmişdir ki, həqiqətən N-ci artilleriya divizionunun 6-cı artilleriya batareyasının N-ci artilleriya taqımının 6-cı topunun sürücüsü müddətdən artıq həqiqi hərbi xilmət hərbi qulluqçusu əsgər İddiaçı N5.1N.N019-cu il tarixdən söhbət etmək üçün çağırılmış, lakin söhbətləşmə aparmaqdan boyun qaçırmışdır. Belə ki, komissiya qərara gəlmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı söhbətləşmə vərəqəsi imza olunmadan yuxarı qərargaha göndərilsin. İş materialında olan N-ci Ordu Korpusu komandirinin N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq, 6-cı artilleriya briqadasının (006 №li hərbi hissə) 006N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının haubitsalı artilleriya taqımının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsas: N nömrəli hərbi hissə komandirinin raportu. İş materialında olan 6-cı artilleriya batareyasının N-ci taqım komandirinin xidməti xasiyyətnaməsinə əsasən, İddiaçı N-ci artilleriya divizionunun 6-cı artilleriya bateriyasının N-ci artilleriya taqımının 6-cı topun sürücüsü vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərmiş, 6-cı topun sürücüsü kimi öz vəzifəsinin öhdəsindən gələ bilməmiş, o, yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmiş, sürücü kimi öz vəzifə borcunu bilməmiş, nizamnamələrin tələblərini yerinə yetirməkdə çətinlik çəkmiş, günün nizam qaydalarına riayət etməmişdir. Döyüş və ictimai-siyasi hazırlıq dərslərində iştirak edir, digər hərbi qulluqçular arasında nüfuza malik deyildir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) N.N.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun N.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 3N.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nətiicəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 16.04.N014-cü il tarixdə öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmuşdur. İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» (xidməti uyğunsuzluğa görə) bəndinə (Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinin «z» bəndinə uyğun olaraq intizam cəzası qaydasında) əsasən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin N6.1N.N019-cu il tarixli 0101 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin raportu olmuşdur. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında izahat verərkən N dəqiqəlik valideyini ilə danışdığına görə ehtiyata buraxıldığını bildirsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. N nömrəli hərbi hissənin «müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi»nin N4 dekabr N019-cu il tarixli 5 nömrəli protokolundan görünür ki, iddiaçı həmin məhkəmədə elədiyi nöqsanlara görə peşman olduğunu bildirmişdir. Bu fakt onun xətasını etiraf etdiyinə sübutdur. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci bəndinə əsasən, verilmiş intizam cəzaları əsgər və matroslara - şəxsən və ya da sıra önündə elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, əsgər İddiaçı müddətdən artıq hərbi xidmətə qəbul olunduğu tarixdən dəfələrlə müxtəlif növdə cəzalandırılmışdır, təkcə N019-cu ilin iyun və iyul aylarında xəbərdarlıq, 4 dəfə töhmət, N dəfə şiddətli töhmətlə cəzalandırılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə görə, bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 146-cı bəndinə əsasən, vətəni - Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək,əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 50-ci bəndinə əsasən, müddətindən artıq xidmət çavuşlarına a) məzəmmət,b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkalıq həbs; ğ) əlaçı döş nişanından məhrumetmə; d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; e) aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; j) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. Göründüyü kimi, əsgər İddiaçı üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirməmiş və dəfələrlə hərbi intizamı pozduğuna görə barəsində intizam cəzaları tətbiq olunmuş, həvəsləndirmə tətbiq olunmamışdır. Azərbaycan Respublikası Silahlı X1 60-cı bəndinə görə, korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. Yuxargda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, N-ci Ordu Korpusu komandiri N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq, 6-cı artilleriya briqadasının (006 №li hərbi hissə) 006N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının haubitsalı artilleriya taqımının sürücüsü İddiaçı ehtiyata buraxmaqda haqlı olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0 bəndinin 41.0.6 yarımbəndinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci bəndinə görə, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların xidməti uyğunsuzluğa görə - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yol verilir. Həmin Əsasnamənin 156-cı bəndinin “e” yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının İPM-nin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə iclasında cavabdeh N nömrəli Hərbi Hissənin Komandanlığı mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, o cümlədən qanuniliyini və əsaslığını sübut etmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.N-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin N.N.1, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı N nömrəli Hərbi Hissənin Komandanlığına qarşı «N6 dekabr N019-cu il tarixli 0101 «əç» nömrəli əmrinin ləğv edilməsi, onun xidmətə bərpa olunması və bu əmrə görə itirdiyi pulların hesablanaraq ona verilməsi» barədə iddiası təmin olunmasın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-620/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-620/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver