Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-620/2024 16.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Lənkəran şəhər rayon Polis Şöbəsinə qarşı “iddiaçıya məxsus ünvan 7dən X9, Həsənli (Nəsirli) Sevanə Arif qızının, X6, X3 və X16 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçıya məxsus ünvan 7dən X9, X7, X6, X3 və X16 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-2437/2023 nömrəli qərardadı ilə X9, X7, X6, X3 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir (qeydiyyat nömrəsi: **********).Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində hal- hazırda X20, X17, X18, X10 və X23 qeydiyyatdadır və onların qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Bununla əlaqədar "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixdə PKKİED/10000 saylı məktubla AR DİN Lənkəran şəhər-rayon Polis Şöbəsinə müraciət olunaraq X20, X17, X18, X10 və X12 "xxxx" KB ASC-nin mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması xahiş olunmuşdur. 107428 №li poçt qaiməsindən də görünür ki, məktub xx.xx.2022-ci il tarixində AR DİN Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul edilmişdir. Həmin tarixdən halhazırki vaxtadək AR DİN Lənkəran şəhər-rayon Polis Şöbəsindən heç bir cavab məktubu daxil olmamışdır. "xxxx" KB ASC yuxarıda qeyd olunan şəxslərin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında deyil, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Konstitusiya və digər qanunvericilik aktlarından irəli gələn mülkiyyət hüquqlarına əsasən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evini hərrac vasitəsilə aldığı üçün həmin hərracın keçirilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi məlumat üçün AR DİN Lənkəran şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. X20, X17, X18, X10 və X19 Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində hal-hazırki vaxtadək qeydiyyatda qalması AR DİN Lənkəran şəhər-rayon Polis Şöbəsinin adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılmasından qanunsuz və əsassız imtinası kimi qiymətləndirilməli və aşağıda göstərilən hüquqi əsaslara görə mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, ev 39 tam mülkiyyət hüququ üzrə “X15” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - “X15” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran şəhər-rayon Polis şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “X15” Açıq Səhmdar Cəmiyyəti 3-cü şəxslər X9, X7, X6, X3 və X16 ünvan 7dən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. -işdə olan Sürətli poçt daşıma xidmətinin 107428 nömrəli yol qaiməsinin surətindən görünür ki, X15” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubu qarşı tərəf xx.xx.2022-ci il tarixdə almışdır. -işdə olan Bakı Hərrac Mərkəzinin 293/21 nömrəli protokolunda göstərilmişdir ki, X13 məxsus ünvan 3 ünvanında yerləşən ev X15” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 118192,50 manat qarşılığında alınmışdır. -İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 10 sentyabr 2021ci il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən ev X15” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 118192,50 manat qarşılığında alınmışdır. - Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-5/04 nömrəli məktubundan göstərilmişdir ki, X20, X17, X18, X10 və X1 şəhəri, Vaqif Hüseynov küçəsi, 39 ünvanında yaşamırlar. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 26 sentyabr 2023-cü il tarixli 3-6/2-10376/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə 12 sentyabr 2023-cü il tarixdə daxil olmuş 2-1(120)- 2437/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi qismən- “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilsin. İlk iddia üzrə cavabdeh X8 tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617.97 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 601.36 manat məbləğində müəyyən edilsin və həmin faiz məbləğləri qətnamənin icra olunduğu gün Azərrbaycan manatına olan məzənnə ilə tutumuşdur. Qətnamə qalan, “cavabdehdən əsas, xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı əlavə kredit müqaviləsi üzrə 4392,83 ABŞ dolları,xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsi üzrə 11645,43 ABŞ dolları faiz borcunun və cərimə məbləğlərinin tutulması, ipoteka predmetinin satış qiymətinin 185400 manat müəyyən edilməsi və zaminlərə qarşı iddia tələblərinin rədd edilib, X4, X2 və X11 zaminliklərinə xitam verildiyi” hissələrdə dəyişdirilmədən saxlanılmişdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 150 manat məbləğində pulun 140 manatı cavabdeh X8, 10 manatı isə "xxxx" KB ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 300 manat pul isə ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, "xxxx" ASC Əməliyyat filialı, M\h: AZ89NABZ********************, kod: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H\h: AZ40AMRA********************) köçürülmüşdür. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2942/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən 26 aprel 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsinin surəti Sizə göndərilir. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 31 oktyabr 2023-cü il tarixli 3-6/2-12134/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə 24 oktyabr 2023-cü il tarixdə daxil olmuş 2-1(120)- 2437/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi qismən- “cavabdehdən faiz borcunun tutulması" hissəsində dəyişdirilsin. İlk iddia üzrə cavabdeh X8 tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617.97 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 601.36 manat məbləğində müəyyən edilsin və həmin faiz məbləğləri qətnamənin icra olunduğu gün Azərrbaycan manatına olan məzənnə ilə tutumuşdur. Qətnamə qalan, “cavabdehdən əsas, xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı əiavə kredit müqaviləsi üzrə 4392,83 ABŞ dolları,xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsi üzrə 11645,43 ABŞ dolları faiz borcunun və cərimə məbləğlərinin tutulması, ipoteka predmetinin satış qiymətinin 185400 manat müəyyən edilməsi və zaminlərə qarşı iddia tələblərinin rədd edilib, X4, X2 və X11 zaminliklərinə xitam verildiyi” hissələrdə dəyişdirilmədən saxlanılmişdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 150 manat məbləğində pulun 140 manatı cavabdeh X8, 10 manatı isə "xxxx" KB ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 300 manat pul isə ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, "xxxx" ASC Əməliyyat filialı, M\h: AZ89NABZ********************, kod: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H\h: AZ40AMRA********************) köçürülmüşdür. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilmişdir.Qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2942/2021 nömrəli, 26 aprel 2021 -ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən 26 aprel 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsinin surəti göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənəkəran ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-1082/2023 nömrəli məktubundan görünür ki, Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 07 mart tarixli, 2-1(120)- 2437/2023 saylı inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, iddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin adına tam mülkiyyət hüququ üzrə xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış”ın (Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi ünvanında istifadədə olan 0.01913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 304 kv.m-dən ibarət 39 saylı fərdi yaşayış evinə dair) və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surəti baxılmasından ötrü Sizə təqdim olunur - İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-96/2-29038/2023 nömrəli məktubundan göstərilmişdir ki, X20 09.11,2007-ci il tarixdə, X10 xx.xx.2007-ci il tarixdə, X17 xx.xx.2013-cü il tarixdə, X18 xx.xx.2011 -ci il tarixdə və X23 isə xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi alaraq həmin ünvana qeydiyyata alındıqlarından qeydiyyata alınmalarına əsas verən sənədlərin saxlama müddətləri bitdiyi üçün məhv edildiklərindən Sizə təqdim olunması mümkün deyildir Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi “X15” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslər X20, X17, X18, X10 və X14 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar “X15” Açıq Səhmdar Cəmiyyətinə cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-5/04 nömrəli arayışından müəyyən olunur ki, X20, X17, X18, X10 və X1 şəhəri, Vaqif Hüseynov küçəsi, 39 ünvanında yaşamır. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X9, X7, X6, X3 və X16 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci)yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X9, Həsənli (Nəsirli) Sevanə Arif qızının, X6, X3 və X16 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-620/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-620/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver