Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-621/2022 12.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nosttrifikasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi üzrə “Fizoterapiya və Reabilitasiya” bölməsində 4 (dörd) illik təhsili müvəffəqiyyətlə tamamlamaqla Türkyə Səhiyyə Nazirliyi İzmir Səhiyyə İdarəsi Stasionar Sağlamlıq Xidməti üzrə Şöbədə 20.07.2015-ci il tarixində qeydiyyata alınmış, 29.03.2016-cı ildə ona təqdim edilmiş ********* nömrəli diplomun tanınmasını və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nosttrifikasiya İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nosttrifikasiya İdarəsi Təhsildə X2 ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Saatlı rayonu, Qara Nuru kəndi olduğunu, Saatlı rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 28.10.2021-ci il tarixli, 2-1(112)-11389/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə anadan olmuş və orta məktəbi Saatlı rayonunda qurtardıqdan sonra 2010-cu ildə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi üzrə “Fizoterapiya və Reabilitasiya” bölməsində 4 (dörd) illik təhsili müvəffəqiyyətlə tamamlamış və 24.06.2015-cı ildə həmin Ali Məktəbin məzunu olmuşdur. Bu barədə ********* nömrəli diplom Türkyə Səhiyyə Nazirliyi İzmir Səhiyyə İdarəsi Stasionar Sağlamlıq Xidməti üzrə Şöbədə 20.07.2015-ci il tarixində qeydiyyata alınmışdır. Ali Təhsil üzrə ********* nömrəli diplom ona 29.03.2016-cı ildə təqdim edilmişdir. Həmin diplom 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 29.03.2016-cı ildə 4069 saylı nömrəli qeydlə Apostil edilmişdir. Azərbaycan Respublikasında Təhsil Qanunvericiliyinə əsasən ona verilmiş ali təhsil ixtisası üzrə - “Diplom”un Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş və onunla müsabiqə aparılmışdır. O zaman ona şifahi olaraq bildirilmişdir ki, onun ərizəsini təmin etmişlər və onun ünvanına göndərilmiş 18.07.2016-cı il tarixli, 259/ANİ saylı məktubda bildirilmişdir ki, “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı’nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarında dəyişiklik edilməsi və bəzi qərarların qüvvədən düşmüş hesab edilməsi haqqında” Qərara uyğun olaraq o - 040711-idman və müalicə masajı ixtisası üzrə fəaliyyət göstərə bilər”. Bundan sonra o, ixtisasının təsdiq və ekvivaletliyinin (nostrifıkasiya) tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, ona “Şəhadətnamə” təqdim edilməmişdir. Ona görə o, ikinci dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təkrar müraciət etsə də, Nazirlik qanunla müəyyən edilmiş müddətdə cavab verməmişdir. Sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsi ona 25.05.2018-ci il tarixli, 23-04- 337/ANİ saylı məktubu göndərmiş və bildirmişdir ki, “Hazırda ölkə ərazisində xarici ali təhsil sənədlərinin tanınmasına dair müvafiq qaydaya əsasən ilk peşə və orta ixtisas barədə diplomların ölkə ərazisində tanınmasına zərurət yoxdur”. Hesab edir ki, ona verilmiş cavab əsassızdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsinin onun təkrar müraciətinə cavabı əsasızdır, qüvvədə olan qanunları düzgün tətbiq edilməməsi ilə yanaşı və onun təhsil hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Əvvəla qeyd edir ki, onun təhsil aldığı Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərin Universitetlər səviyyəsindədir və həmin universitet Türkiyə Respublikasında Ali Məktəb kimi qeydiyyata alınaraq fəaliyyət göstərir. Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi orta ixtisas məktəbi səviyyəsinə endirməyin heç bir əsası yoxdur. Bunun üçün Türkiyə Respublikasında Univesitetlərə və Ali Məktəblərə dair İnternet saytlarına daxil olmaqla müəyyən etmək olar. İkincisi, onun təhsil aldığı Universitet dörd illik Bakalavr dərəcəsi üzrə təhsil verir. Türkiyədə fəaliyyət göstərən orta ixtisas təhsil məktəbləri isə Azərbaycan Respublikasında olduğu kimi iki illik təhsil verir. Ali Təhsil məktəbinin Orta İxtisas təhsil məktəbi səviyyəsinə endirilməsi əsasızdır. Ona görə hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsinin ona vermiş olduğu imtina əsasızdır və onun təhsil hüququnun pozulmasıdır. Bu hal məhkəmə qaydasında bərpa edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarına” əsasən onun aldığı ixtisası o, tam mənimsəmiş və bu barədə ona diplom verilmişdir. Əgər o, təhsil aldığı dili bilməmiş olsaydı, o zaman ona təhsil haqqında diplom verməzdilər. O, təhsil aldığı dili sərbəst bilir və öz fikrini izah edir. Lakin Təhsil qurumu göstərilən halları nəzərə almamışdır. Həmçini o, Türkiyə Respublikasında əyani təhsil almış və həmin dörd illik təhsil müddətində o, Türkiyyə Respulikasında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli sərancamında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13 may 2003-cü il tarixli qərarına əsasən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür”. Qərarın 1.3-cü bəndinə əsasən Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qərarın 1.4-ci bəndinə əsasən Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Təhsildə X2nin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə 01.12.2018-ci il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Cavabdehin müraciətinə baxaraq ərizəçinin aldığı “fiziki tibb və reabilitasiya” ixtisasının subbakalavr ixtisasına aid olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat 25.05.2018-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının təhsil sənədlərinin araşdırılması zamanı ərizəçinin aldığı “fiziki tibb və reabilitasiya” ixtisasının subbakalavr ixtisasına aid olması aşkar olunmuşdur. Xarici dövlətlərin ali təhsil sənədlərinin ölkə ərazisində tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın müddəalarına əsasən həyata keçirilir. Hazırda ölkə ərazisində xarici ali təhsil sənədlərinin tanınmasına dair müvafiq qaydaya əsasən ilk peşə və orta ixtisas barədə diplomların ölkə ərazisində tanınmasına zərurət yoxdur. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28.07.2016-cı il tarixli, 258/ANİ nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2010-cu il tarixli 11 saylı “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” qərarına uyğun olaraq Siz 040711- İdman və müalicə masajı ixtisası üzrə fəaliyyət göstərə bilərsiniz. İş materialarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.05.2018-ci il tarixli, 23-04-337/ANİ nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sizin aldığınız “fizoterapiya və reabilitasiya” ixtisası subbakalavr ixtisasına aiddir. Bildiririk ki, xarici dövlətlərin ali təhsil sənədlərinin ölkə ərazisində tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalarına əsasən həyata keçirilir. Hazırda ölkə ərazisində xarici ali təhsil sənədlərinin tanınmasına dair müvafiq qaydaya əsasən ilk peşə və orta ixtisas barədə diplomların ölkə ərazisində tanınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 29.03.2016-cı il tarixli, ********** nömrəli diplom verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nosttrifikasiya İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinə baxılmış və ərizəçinin aldığı “fiziki tibb və reabilitasiya” ixtisasının subbakalavr ixtisasına aid olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24.06.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Məhkəmənin mövqeyinə görə iddiaçının aldığı “fizoterapiya və reabilitasiya” ixtisası subbakalavr ixtisasına aid olduğundan, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin hazırda ölkə ərazisində xarici ali təhsil sənədlərinin tanınmasına dair müvafiq qaydaya əsasən ilk peşə və orta ixtisas barədə diplomların ölkə ərazisində tanınmasına zərurət olmaması qənaəti ilə İddiaçı diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nosttrifikasiya İdarəsinin (hazırda Təhsildə X2) İddiaçı Türkiyə Respublikasının Dokuz Eylül Universiteti Fizoterapiya və Reabilitasiya Ali Məktəbi tərəfindən verilmiş 29.03.2016-cı il tarixli, ********** nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-621/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-621/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver