Məhkəmə qərarları › İş №2-1(120)-621/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-621/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-621/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Astara rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Həkim Məsləhət Komissiyasının müayinə və göndərişinə əsasən əlillik və sağlamlıq imkanının məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə “Astara rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qoyulması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mən, xx.xx.1984-cü ildə Astara rayonu Sərək kəndində anadan olmuşdur. Astara rayon Hərbi Komissarlığı tərəfindən 2003-cü ildə hərbi xidmətə çağrılmışdır. xx.xx.2004-cü il tarixdə hərbi xilmət vəzifələrini yerinə yetirərkən yaralanmış. Yaralanma diaqnozu: «döş qəfəsin sağ yarasını dəlib keçən güllə yaralanması (xx.xx.2003-cü il) hemopnevmotoraks, sağ ağ ciyərin divararalığının yaralanmasına görə tarakatomiya, sağ ağ ciyər yarasının tikilməsi, divararalığının plevra boşluğunun sanasiya və drenaj olunmasının nəticəsi, xarici tənəffüs funksiyasının pozulması» olmuşdur xx.xx.2004-cü ilidə MN MHKH-nin cərahiyyə profili HHK tərəfindən tibbi şəhadətləndirilmişdir.Hərbi travma hərbi xidmət vəzifələrini yerinə yetirərkən alımışdır. MN MHHK-nın cərahiyyə profili HHK-nın yaralanmanını hərbi xədmətlə səbəbli əlaqəsi haqqında xx.xx.2004-cü il tarixli 821 saylı qərarı ləğv edilmişdir. 17.11. 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhaininin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidmətində müayinə olunmuş və TSEK-in diaqnozu: döş fəqərələrinin dəlib keçən güllə yaralanmasına görə tarakatomiya əməliyyatından sonrakı vəziyyət, mötədil tənəffüs pozğunluğu ilə ANV olmuşdur. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komisiyyasında müayinə olunmuş. Nəticə olaraq əlillik verilməsindən imtina edilmiş və səbəb isə əlavə müalicəyə ehtiyacın olması, xəstənin diaqonozu ilə əlaqədar stasionar müalicə yetərli deyildir. X1 İnstitutunda istisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür. xx.xx.2021-ci ildə yenidən müayinə olunmuş və başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmamazlığı, döş qəfəsinin sağ yarasının dəlib keçən güllə yaralanmasından tarakatomiya əməliyyatından sonrakı vəziyyət, qarışıq tipli ventilysiya pozulması TÇ-İİ dərəcəsi diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci ildə yenidən müayinə olunmuş və əllilik qrupunun verilməsindən imtina edilmişdir. Bundan başqa xx.xx.2021-ci ildə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş Tibbi Sosial Ekspert Komissiaysına göndərişlərin reyestrinə daxil edilmişdir. Həmçinin X1 institutu tərəfindən verilmiş arayışda onda ventilyasiya pozğunluğu qeyd olunmuşdur.Aldığı xəsarət fotoşəkillərdə öz əksini tapmışdır. Aldığı xəsarət nəticəsində o hər-hansı bir işlə məşğul ola bilmir. Cavabdehə təqdim olunan müalicə və müayinə sənədlərinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin olunmamışdır. Diaqnozda isə əlavə müalicəyə ehtiyacın olması, əlavə müalicə ixtisaslaşmış müalicəyə ehtiyacın olması göstərilməklə əllilik təyin olunmasından imtina edilmişdir. Onun və Həkim Məsləhət Komissiyasının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti, Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdiyim sənədlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20- S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9 -Diaqnozun mətni: Döş fəqərələrinin dəlib keçən güllə yaralanmasına gorə torakatomiya əməliyyatından sonrakı vəiyyət . Mötədil tənəffüs pozğunluğu ilə ANV; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.0 - Kəskin respirator çatmamazlı...; Diaqnozun mətni: Döş fəqərələrinin dəlib keçən güllə yaralanmasına gorə torakatomiya əməliyyatından sonrakı vəiyyət, Mötədil tənəffüs pozğunluğu ilə ANV; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.0 - Kəskin respirator çatmamazlı...; Diaqnozun mətni: Döş fəqərələrinin dəlib keçən güllə yaralanmasına gorə torakatomiya əməliyyatından sonrakı vəiyyət, Mötədil tənəffüs pozğunluğu ilə ANV; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.0 - Kəskin respirator çatmamazlı...; Diaqnozun mətni: Döş fəqərələrinin dəlib keçən güllə yaralanmasına gorə torakatomiya əməliyyatından sonrakı vəiyyət , Mötədil tənəffüs pozğunluğu ilə ANV; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J95- J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.0 - Kəskin respirator çatmamazlı...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından torakotomiya əməliyyatından sonrakı vəziyyət.Qarışıq tipli ventilyasiya pozulması TÇ-İİ dərəcə.Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki abstuktiv bronxit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil.X1 İnstitutunda ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.1 - Xroniki respirator çatmamazl...; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından torakotomiya əməliyyatından sonrakı vəziyyət.Qarışıq tipli ventilyasiya pozulması TÇ-İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 sentyabr 2021 -ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir.Qərarda qeyd edilmişdir ki, Astara rayonu sakini X5 (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0226003AAİHHW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, S.Lürfiyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-ci il tarixli 288 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin saq yarısının dəlib-keçən güllə yaralanması(xx.xx.2003), hemopnevmotoraks, saq aq ciyərin divararalıqının yaralanmasına görə torakotomiya, saq aq ciyər varasırılın tikilməsi, divararalıgının plevra boşluğunun sanasiva və drenaj olunmasının nəticəsi, xarici tənəffüz funksiyasının pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələriniu yerinə yetirərkən alınmışdır” kimi .müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından torakotomiya əməliyyatından sonrakı vəziyyət.Qarışıq tipli ventilyasiya pozulması TC-İİ dərəcə.Dəqiqləşdirilməmiş xroniki bronxit. Xroniki abstuktiv bronxit” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri müəyyən edilmir. Saturasiya 98 faizdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli, 288 nömrəli Qərarından müəyyən olunur ki, Cəlilabad RHK tərəfindən 2003-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2004-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı yaralanma –diaqnoz: «döş qəfəsin sağ yarasını dəlib keçən güllə yaralanması (xx.xx.2003-cü il) hemopnevmotoraks, sağ ağ ciyərin divararalığının yaralanmasına görə tarakatomiya, sağ ağ ciyər yarasının tikilməsi, divararalığının plevra boşluğunun sanasiya və drenaj olunmasının nəticəsi, xarici tənəffüs funksiyasının pozulması» olmuşdur xx.xx.2004-cü ilidə MN MHKH-nin cərahiyyə profili HHK tərəfindən tibbi şəhadətləndirilmişdir. Hərbi travma hərbi xidmət vəzifələrini yerinə yetirərkən alımışdır. Qeyd olunan hərbi travma ilə əlaqədar ona İİİ dərəcə əlillik təyin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə aparılmış təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlilliyi 1 il müddətinə uzadılmış, Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə aparılmış təkrar müayinə nəticəsində Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlilliyi daha 1 il müddətinə uzadılmış, Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə aparılmış təkrar müayinə nəticəsində Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlilliyi 5 il müddətinə uzadılmış, Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir”. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1984-cü ildə Astara rayonunda anadan olmuş və Astara rayonu, Şuvi Ərazi Dairəsi, Sərək kəndində qeydiyyatda olan və yaşayan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə, yoxsa Əsasnamənin 2.3-cü bəndində nəzərdə tutulmuş xəstəliklərə aiddir? - Xəstənin sağlamlığında yaranmış əlilliyə gətirib çıxaran vəziyyət, aldığı qəlpə yarası ilə əlaqədar ola bilərmi? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X9 verdikləri 23 yanvar 2023-cü il tarixli, T18/2023 saylı rəydə göstərilmişdir ki, Vətəndaş S.A.Lütfiyevin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd edilən “X Sinif - tənəffüs sistemi xəstəlikləri =>J95-J99-tənəffüs orqanlarının digər xəstəlikləri=>J96-başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı =>J96.1 -xroniki respirator çatmamazlı.. Diaqnozun mətni: başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yaralanmasından torakotomiya əməliyyatından sonrakı vəziyyət, qarışıq tipli ventilyasiya pozulması, TÇ-İİ dərəcə” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Əlilliklə əlaqədar bütün sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 23 yanvar 2023-cü il tarixli, T18/2023 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1-ci “Tənəffüs sistemi orqanlarının xəstəlikləri” bölməsinin 1.1-ci “Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri” yarımbölməsinin (tənəffüs sistemi orqanlarının digər xəstəlikləri-J95-J99) əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Həmçinin, İddiaçı əlilliyinin hərbi xidmət dövründə vəzifələrini yerinə yetirərkən aldığı yaralanma səbəbindən yaranması, TSEK tərəfindən xx.xx.2005-ci il tarixdə aparılmış müayinə nəticəsində iddiaçının üçüncü dərəcəli əlilliyinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin olunması, xx.xx.20214-cü il tarixdə aparılmış müayinə nəticəsində isə ikinci dərəcəli əlilliyinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin olunması, xx.xx.2015-ci il tarixdə aparılmış müayinə nəticəsində ikinci dərəcəli əlilliyinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin olunması, xx.xx.2016-cı il tarixdə aparılmış müayinə nəticəsində ikinci dərəcəli əlilliyinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin olunması, xx.xx.2021ci il tarixdə “aparılmış müayinə nəticəsində əlavə müalicəyə ehtiyacın olması-səbəb: xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil X1 İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina edilməsi, xx.xx.2021-ci il tarixdə isə diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina olunması göstərir ki, iddiaçının əlilliyin qiymətləndirilməsi ilə bağlı ziddiyyətlər mövcuddur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı X5 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar