Məhkəmə qərarları › İş №2-1(120)-621/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-621/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-621/2025 11.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı “Masallı rayon Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı “Masallı rayon Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 18 yanvar 2024-cü il tarixli Qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin 28 mart 2024-cü il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 ildən çox müddətdir ki, mübahisələndirilən torpaq sahəsindən istifadə edir və onun mülkiyyətindədir. Lakin onun bacısı X9 əsassız və qanunsuz olaraq bələdiyyə rəhbərliyi ilə birləşib, xx.xx.2021-ci il tarixli, 09 saylı bələdiyyə qərarı ilə, ƏMDX-nin xx.xx.2021-ci il tarixli 242 saylı rəyi və Masallı RİHB-nin memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 84 saylı rəyi əsasında bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun və bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə guya uyğun olaraq X4 adına satmışdır. Bununla da həmin mübahisələndirilən torpaq sahəsinin üzərində olan onun hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, həmin mübahisələndirilən torpaq sahəsi 30 ildən çoxdur ki, onun istifadəsindədir. Şərəfə bələdiyyəsinin qərarı əsassız və qanunsuz olaraq verilmişdir. Həmin qərar verilərkən, ona məlumat verilməmişdir. Bununla da cavabdeh Şərəfə bələdiyyəsi heç bir məhkəmə qərarı olmadan, onun istifadəsində və mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsindən onu məhrum etmişdir. Hal-hazırki günə qədər də, həmin torpaq sahəsi onun istifadəsindədir. Ona görə də hesab edir ki, Şərəfə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarı əsassız və qanunsuzdur. Onsuz da bacısı X9 həmin kənddə yaşamır və mübahisələndirilən torpaq sahəsindən istifadə etmir. Sadəcə olaraq, onunla intiriqa aparır. Müvafiq qanunvericiliyin tələblərinə əsasən, faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər iclasda iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Şərəfə kəndindən yaşayış məntəqələri torpaqlarından 0.1 ha torpaq sahəsi Masallı rayonu Şərəfə Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Masallı rayonu Şərəfə bələdiyyəsi ilə X9 arasında 0.1 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notarial qaydada bağlanmışdır. Masallı Rayon Şərəfə Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarı, ƏMDX-nin xx.xx.2021-ci il tarixli 242 saylı rəyi və Masallı RİHB-nin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 84 saylı rəyi əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq alqı-satqı qaydasında, Notariat qaydada X1. Məlumat üçün bildiririk ki, X5 iddiası nahaqdır və heç bir əsası yoxdur. Belə ki, sözü gedən torpaq sahəsi 90-cı illərdə X8 (İddiaçı və X4 atası) özü yaşadığı həyətdən kənar bir yerdə 0.20 ha torpaq sahəsini zəbt etmişdir. 1999-cu ildə bələdiyyə yarandıqdan sonra sözü gedən torpaq sahəsi də başqa qanunsuz olaraq zəbt olunmuş torpaqlar kimi bu torpaq sahəsi də bələdiyyənin mülkiyyətinə verildi. 2016-2017-ci illərdə İddiaçı bu torpaqdan 0.1 hektarında qanunsuz olaraq fərdi yaşayış evi tikmişdir. Qalan 0.1 ha torpaq sahəsini İddiaçı bacısı X9 2020-ci ildə mövcud qanunlara müvafiq olaraq bələdiyyədən alqı satqı yolu ilə öz adına sənədləşdirdi. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Şərəfə kəndindən yaşayış məntəqələri torpaqlarından 0.1 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun torpaq sahəsi barədə rəyində qeyd edilmişdir ki, müsabiqə və ya hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1098 kv.metr və ya 0.1098 ha torpaq sahəsi Masallı rayon Şərəfə Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları kateqoriyalı, yaşayış evi tikintisi təyinatlıdır. Uqodiyası əkinə aiddir, bonitet balı 100, İ keyfiyyət qrupuna daxildir və alqı-satqı predmetidir. Müsabiqə və ya hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində (yüklülük) məhdudiyyət mövcud deyildir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su. kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və ya sürüşmə zonasında yerləşmir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin (yerquruluşu planında çıxarış əlavə olunur) müsabiqəyə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə baxıla bilər. Masallı RİHB aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli Masallı rayonu Şərəfə bələdiyyəsi tərəfindən müsabiqəyə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan və bələdiyyənin mülkiyyət hüququnun tanınması ilə bağlı yaşayış məntəqəsi torpaqları kateqoriyalı torpaq sahəsi barədə rəyində qeyd edilmişdir ki, Masallı rayonu Şərəfə bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqəyə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan həyətyanı torpaq sahəsi Şərəfə kəndinin cənub-qərbində yerləşir. Bələdiyyənin mülkiyyət hüququnun tanınması nəzərdə tutulan torpağın ümumi sahəsi 0.1098 ha olmaqla şimaldan həyətyanı torpaq sahəsi, cənubdan yol, şərqdən və qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən yerquruluşu planı və torpaq sahəsinin kadastr göstəricilərinə (N MŞ-100, 12.08 2021-ci il D/y********** /y/p100, xx.xx.2021-ci il) əsasən yaşayış məntəqəsi kateqoriyasına aid torpaq sahəsi sürüşmə və mühafizə zonasında yerləşmir və ərazidən kommunikasiya xətti keçmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ƏMDX-nin müvafiq qurumu tərəfindən rəy verildikdən sonra təqdim edilmiş bölgü planı əsasında həmin torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. Masallı rayonu Şərəfə Bələdiyyəsinin 23 avqust 2021-cı il tarixli iclas protokolunun 9 saylı qərarından çıxarışda qeyd edilmişdir ki, Bələdiyyənin yaşayış məntəqələrində alqısatqı predmeti olan 0.10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyinin, Daşınmaz Əmlakın Reyestr Xidmətindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün alımasından ötrü aidiyyəti qurumlara müraciət olunsun. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. Müvafiq sənədləşmə işləri başa çatdıqdan sonra növbəti qərar verilsin. Masallı rayonu Şərəfə Bələdiyyəsinin 28 fevral 2022-ci il tarixli, 02 saylı qərarından çıxarışda qeyd edilmişdir ki, Masallı rayonu Şərəfə kənd sakini X4 mülkiyyətinə Şərəfə bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin perespektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılması məqsədə müvafiq hesab edilsin və bu barədə 3-gün müddətində vətəndaşa bildiriş göndərilsin. Torpağın dəyəri son hərracın qiyməti nəzərə alınmaqla 1830 (bir min səkkiz yüz otuz) manat X9 tərəfindən 60-gündən gec olmayaraq bələdiyyənin bank hesabına ödənilsin. Həmin müddətdə torpağın dəyəri ödənilərsə, bələdiyyə ilə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlansın. Göstərilən müddət ərzində torpağın dəyəri ödənilməzsə və alqı-satqı müqaviləsi bağlanmazsa, bələdiyyənin torpağın mülkiyyətə ayrılması barədə xx.xx.2022-ci il tarixli, 2 saylı iclasının müvafiq qərarı ləğv edilsin.Vətəndaşa bildirilsin ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. Qərarın icrasına nəzarət bələdiyyə sədrinə tapşırılsın. A№ 728417 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Masallı rayonu Şərəfə kəndindən yaşayış məntəqələri torpaqlarından 0.1 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Şərəfə kəndindən yaşayış məntəqələri torpaqlarından 0.10 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/1898 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin sənəd üzrə naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, əmlak növü-torpaq sahəsi, hüquqi statusu-xüsusi mülkiyyətə aid olan torpaq sahəsi və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, əmlak növü-fərdi yaşayış evi, hüquqi statusu-xüsusi mülkiyyətə aid olan torpaq sahəsi olduğu müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0.10 ha və **********95 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahələrinin döngə nöqtələri koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları materialının hüdudları daxilində koordinatlarına uyğun olaraq qeydə alındığı müəyyənləşdirildi. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada sənəd üzrə yerləşmə vəziyyəti ilə fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi iddiaçının faktiki istifadəsində olan sözügedən torpaq sahələri arasında uyğunsuzluğun olmadığı müəyyən edildi. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada sənəd üzrə koordinatlarının bir-biri ilə, həm də sözügedən torpaq sahələrinin digər üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi iddiaçının faktiki istifadəsində olduğu müəyyənləşdirildi. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti X6 Publik Hüquqi Şəxsnin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Şərəfə Bələdiyyəsinin mülkiyyətində olmuş 0.10 ha torpaq sahəsinin (reyestr nömrəsi **********56) satılmasına dair bütün məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X6 publik hüquqi şəxsində baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd olunan Masallı rayonu Şərəfə Bələdiyyəsinin mülkiyyətində olmuş 0.10 ha torpaq sahəsinin alqı-satqısına dair X6 publik hüquqi şəxsi tərəfindən müsabiqə və ya hərrac təşkil edilməmişdir. Masallı Rayon Şərəfə Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 230 nömrəli məktubunda qeyd edilmişdir ki, Bələdiyyə tərəfindən X2 torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsi olub-olmaması barədə sualınıza cavab olaraq bildiririk ki, sözü gedən torpaq sahəsi 90-ci illərdə X8 (İddiaçı və X4 atası) özü yaşadığı həyətdən kənar bir yerdə 0.20 ha torpaq sahəsini zəbt etmişdir. 1999-cu ildə bələdiyyə yarandıqdan sonra sözü gedən torpaq sahəsi də başqa qanunsuz olaraq zəbt olunmuş torpaqlar kimi bələdiyyənin mülkiyyətinə verildi. 2016-2017-ci illərdə İddiaçı bu torpaqdan O.1 hektarında bələdiyyəyə məlum olmayan yollar ilə “Plan ölçü”-süz (kordinatsız) “Çıxarış” (Reyestr N **********95) alımışdır. Torpaq sahəsi Hərraca çıxarılmamışdır. Birbaşa alqı-satqı qaydasında satılmışdır. İddiaçının istifadə etdiyi fərdi yaşayış evli 0.1 ha (Reyestr N **********95) torpaq sahəsinə Şərəfə bələdiyyəsi tərəfindən müdaxilə edilməmişdir. Torpaq sahəsi hərraca çıxarılan zaman iddiaçıya şifahi təklif olunub. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdurur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Torpaq Məcəlləsi: Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.5-1. Bu Qanunun 6.5-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 6.10. Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər. 6.10-1. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş hallar əsasında məqsədəuyğun hesab edilmədikdə və müvafiq məqsədlər üçün torpaq sahələrinin dövlət ehtiyat fondu torpaqlarından ayrılması mümkün olmadıqda torpaq sahələri mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılır. 6.11. Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən, həmçinin proses zamanı iddiaçının nümayəndəsinin izahatlarından da müəyyən edilir ki, iddiaçının hüquqi marağı Masallı rayon Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 09 saylı qərarının ləğv edilməsindən ibarətdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 30 ildən çox müddətdir ki, mübahisələndirilən torpaq sahəsindən istifadə edir və onun mülkiyyətindədir. Lakin onun bacısı X9 əsassız və qanunsuz olaraq bələdiyyənin xx.xx.2021-ci il tarixli 09 saylı qərarı ilə, ƏMDX-nin xx.xx.2021-ci il tarixli 242 saylı rəyi və Masallı RİHB-nin memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 84 saylı rəyi əsasında bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun və bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq X4 mülkiyyətinə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Şərəfə kəndində yaşayış məntəqələri torpaqlarından 0.1 ha torpaq sahəsi Masallı rayonu Şərəfə Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Masallı rayonu Şərəfə Bələdiyyəsinin 23 avqust 2021-cı il tarixli iclas protokolunun 9 saylı qərarından çıxarışda qeyd edilmişdir ki, Bələdiyyənin yaşayış məntəqələrində alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyinin, Daşınmaz Əmlakın Reyestr Xidmətindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün alımasından ötrü aidiyyəti qurumlara müraciət olunsun. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. Müvafiq sənədləşmə işləri başa çatdıqdan sonra növbəti qərar verilsin. Masallı rayonu Şərəfə bələdiyyəsinin 28 fevral 2022-ci il tarixli, 02 saylı qərarından çıxarışda qeyd edilmişdir ki, Masallı rayonu Şərəfə kənd sakini X4 mülkiyyətinə Şərəfə bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin perespektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılması məqsədə müvafiq hesab edilsin və bu barədə 3-gün müddətində vətəndaşa bildiriş göndərilsin. Torpağın dəyəri son hərracın qiyməti nəzərə alınmaqla 1830 (bir min səkkiz yüz otuz) manat X9 tərəfindən 60-gündən gec olmayaraq bələdiyyənin bank hesabına ödənilsin. Həmin müddətdə torpağın dəyəri ödənilərsə, bələdiyyə ilə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlansın. Göstərilən müddət ərzində torpağın dəyəri ödənilməzsə və alqı-satqı müqaviləsi bağlanmazsa, bələdiyyənin torpağın mülkiyyətə ayrılması barədə xx.xx.2022-ci il tarixli, 2 saylı iclasının müvafiq qərarı ləğv edilsin.Vətəndaşa bildirilsin ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. Qərarın icrasına nəzarət bələdiyyə sədrinə tapşırılsın. Bundan sonra həmin mübahisəli torpaq sahəsini xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X9 almış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Masallı rayonu Şərəfə kəndində yerləşən yaşayış məntəqələri torpaqlarından 0.1 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmış və A№ 728417 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məhkəmə tərəfindən mübahisənin ararşdırılması məqsədilə Masallı Rayon Şərəfə Bələdiyyəsinə sorğu göndərilmiş və Bələdiyyə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarı, ƏMDX-nin xx.xx.2021-ci il tarixli 242 saylı rəyi və Masallı RİHB-nin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 84 saylı rəyi əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq alqı-satqı qaydasında, Notariat qaydada X1. Məlumat üçün bildiririk ki, X5 iddiası nahaqdır və heç bir əsası yoxdur. Belə ki, sözü gedən torpaq sahəsi 90-cı illərdə X8 (İddiaçı və X4 atası) özü yaşadığı həyətdən kənar bir yerdə 0.20 ha torpaq sahəsini zəbt etmişdir. 1999-cu ildə bələdiyyə yarandıqdan sonra sözü gedən torpaq sahəsi də başqa qanunsuz olaraq zəbt olunmuş torpaqlar kimi bu torpaq sahəsi də bələdiyyənin mülkiyyətinə verildi. 2016- 2017-ci illərdə İddiaçı bu torpaqdan 0.1 hektarında qanunsuz olaraq fərdi yaşayış evi tikmişdir. Qalan 0.1 ha torpaq sahəsini İddiaçı bacısı X9 2020-ci ildə mövcud qanunlara müvafiq olaraq bələdiyyədən alqı satqı yolu ilə öz adına sənədləşdirdi. Və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Masallı rayonu Şərəfə kəndində yaşayış məntəqələri torpaqlarından 0.10 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Belə ki, məhkəmə həm iddiaçının iddia tələbinə münasibətdə kifayət qədər geniş araşdırmalar apararaq iş üzrə ekspert rəyi də almışdır. Belə ki, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/1898 nömrəli ekspert rəyində bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1573/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin sənəd üzrə naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, əmlak növü-torpaq sahəsi, hüquqi statusu-xüsusi mülkiyyətə aid olan torpaq sahəsi və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, əmlak növü-fərdi yaşayış evi, hüquqi statusu-xüsusi mülkiyyətə aid olan torpaq sahəsi olduğu müəyyən edildi. Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0.10 ha və **********95 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahələrinin döngə nöqtələri koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları materialının hüdudları daxilində koordinatlarına uyğun olaraq qeydə alındığı müəyyənləşdirildi. Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada sənəd üzrə yerləşmə vəziyyəti ilə fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi iddiaçının faktiki istifadəsində olan sözügedən torpaq sahələri arasında uyğunsuzluğun olmadığı müəyyən edildi. Həmçinin Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada sənəd üzrə koordinatlarının bir-biri ilə, həm də sözügedən torpaq sahələrinin digər üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Masallı rayonu Şərəfə kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********66 reyestr nömrəli Çıxarışla üçüncü şəxs X4 mülkiyyətinə verilmiş 0,10 ha və **********95 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahələrinin naturada fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi iddiaçının faktiki istifadəsində olduğu müəyyənləşdirildi. Beləliklə də məhkəmə müəyyən edir ki, mübahisəli torpaq sahəsi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarı, ƏMDX-nin xx.xx.2021-ci il tarixli 242 saylı rəyi və Masallı RİHB-nin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 84 saylı rəyi əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq alqı-satqı qaydasında, notariat qaydada X1. Sözügedən və tədqiq edilən hər iki torpaq sahəsinə münasibətdə uyğunsuzluq və mübahisə aşkarlanmadığından və torpaq sahələrinin naturada sənəd üzrə koordinatlarının bir-biri ilə, həm də sözügedən torpaq sahələrinin digər üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən, belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının, həmçinin mülkiyyət hüququnun pozulduğunu əsaslandıra bilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, hazırda cavabdeh tərəfindən iddiaçının mülkiyyət və ya digər hüquqları pozulmamışdır və iddiaçının hazırkı halda subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə:

Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar