Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-622/2020 20.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Dövlət X7 Şirvan şəhər şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X7 Şirvan şəhər şöbəsinə qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1950-ciildəanadanolmuşdur, xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında və 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X7 Şirvan şəhər şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxxx 2019-cu il tarixli, **********7 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda, xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində ocaqçı və xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-622/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə “xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi illərin, 1978- 1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında və 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 12 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsinin Şıx Salahlı kənd tam orta məktəbinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı arayışını, Sabirabad rayon Dövlət Arxivinin 11oktyabr 2018-ci il tarixli, 313 nömrəli arxiv arayışını,Hacıqabul rayon Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli, 281 saylı arxiv arayışını, cavabdehin imtina məktubunu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 268 saylı arayışını,Şirvan şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(032)-1638/2019 saylı qətnaməsini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(032)-1638/2019 saylı məktubun və həmin məktuba əlavə edilmiş qətanmənin, Şıx Salahlı kənd tam orta məktəbi tərəfindən göndərilmiş sənədlərin, Dövlət Arxivinin Sabirabad rayon filialı tərəfindən göndərilmiş sənədlərin, Dövlət Arxivinin Sabirabad rayon filialı tərəfindən göndərilmiş sənədlərin, həmçinin Dövlət X9 X10 Şirvan şəhər filialının xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X9 Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1950-ci il tarixdə doğulmuşdur. xx xxxx 2013-cü il tarixdə 63 yaşı tamam olmuşdur və 12 ildən artıq sığorta stajına malik olması, yəni xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində işləməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsinin Şıx Salahlı kənd tam orta məktəbinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı arayışı ilə, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işləməsi Hacıqabul rayon Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli, 281 saylı arxiv arayışı ilə, 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləməsiSabirabad rayon Dövlət Arxivinin 11oktyabr 2018-ci il tarixli, 313 nömrəli arxiv arayışı və kolxozun şəxsi hesab kitabları ilə,Sabirabad rayon Dövlət Arxivinin 11oktyabr 2018-ci il tarixli, 313 nömrəli arxiv arayışının iddiaçıya məxsus olması qanuni qüvvəsini almış Şirvan şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(032)-1638/2019 saylı qətnaməsi ilə, xx.xx.1969-xx.xx.1971-ci illərdə hərbi xidmətdə olması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 268 saylı arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində işləməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsinin Şıx Salahlı kənd tam orta məktəbinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı arayışını, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işləməsinə dair Hacıqabul rayon Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli, 281 saylı arxiv arayışını, 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləməsinə dairSabirabad rayon Dövlət Arxivinin 11oktyabr 2018-ci il tarixli, 313 nömrəli arxiv arayışını və xx.xx.1969-xx.xx.1971-ci illərdə hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 268 saylı arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət X9 X10 Şirvan şəhər filialının məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF X10 Şirvan şəhər filialına müraciət etmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqiarmm yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı əmək fəaliyyətində olduğu müddət əmək kitabçasında qeyd olunmadığına görə həmin müddətin sığorta stajı kimi pensiya təyin edilməsi üçün nəzərə almaq mümkün olmamışdır. Vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF X10 Şirvan şəhər filialına müraciət edərkən təqdim etdiyi sənədlər əsasında 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” adına kolxozunda 4 il 6 ayiş stajı (müəyyən edilmiş minimum əmək iştirakı (iş günü) norması kişilər üçün 240 və ya artıq olarsa tam bir il, natamam iş günləri olduqda isə natamam iş günlərinin sayı toplanaraq 240-a nisbətdə müəyyən edilir), Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində xx.xx.1985-xx.xx.1992-ci illər üzrə 6 il 11 ay 20 gün, Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında xx.xx.1993-xx.xx.2004-cü illər üzrə 11 il 2 ay 12 gün sığorta stajı müəyyən olunub. Ümumilikdə vətəndaşın 1978-2004-cü illər üzrə 22 il 8 ay 2 gün sığorta stajı müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, vətəndaşın yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2013-cü il tarixə 12 il sığorta stajı tələb olunur. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Sabirabad rayon Dövlət Arxivinin 11oktyabr 2018-ci il tarixli, 313 nömrəliarxiv arayışını, Hacıqabul rayon Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli, 281 saylı arxiv arayışını, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsinin Şıx Salahlı kənd tam orta məktəbinin xx xxxxxxx 2018-ci il tarixli, 22 saylı arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi illərin, 1978- 1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin və hərbi xidmət müddətinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Şıxsalahlı kənd tam orta məktəbində, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi illərin, 1978-1985-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət X7 Şirvan şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-622/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-622/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver