Məhkəmə qərarları › İş №2-1(120)-623/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-623/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-623/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçıcavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Lənkəran rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, Lənkəran rayonu, Boladi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X6 Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, A/719 nömrəli, xx.xx.2012-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1970-xx.xx.1998-ci illərdə Lənkəran rayonunun Boladi kəndində yerləşən “Nizami” adına sovxozda və “Boladi” İstehsal Kooperativində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1958-ci ildə Lənkəran rayonunda anadan olmuş, əmək fəaliyyətinə 1970-ci il mart ayının 25-də Boladi kəndində fəaliyyət göstərən “Nizami” adına sovxozda fəhlə kimi başlamışdır. “Nizami” adına sovxozun həmin tarixli, 22 nömrəli əmri ilə sovxoza fəhlə qəbul edilmiş, sovxoz ləğv olunana kimi orada çalışmış, sovxoz təsərrüfatının ləğv olunması ilə əlaqədar 1996-cı ilin mart ayında işdən azad edilmişdir. Həmin tarixdən “Boladi” İstehsal Kooperativinə üzv qəbul edilmiş, 1998-ci ilin yanvar ayında kooperativ üzvlüyündən azad edilmişdir. Onun adına “Nizami” adına sovxoz tərəfindən əmək kitabçası verilmişdir. Onun əmək fəaliyyəti əmək kitabçasında tam qeyd edilməmişdir. Əmək kitabçasında onun 1974-cü ildən işdən azad olunana kimi olan dövr üçün əmək fəaliyyəti qeyd edilmiş, 1974-cü ildən əvvəlki əmək fəaliyyəti əmək kitabçasında qeyd edilməmişdir. Ona yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Arxivi Lənkəran filialının arxiv arayışını və əmək kitabçasını DSMF Lənkəran şəhər şöbəsinə təqdim etmiş, DSMF Lənkəran şəhər şöbəsi arxiv arayışında göstərilən bütün iş stajının əmək kitabçasında qeyd olunmamasını əsas gətirərək ona əmək pensiyası təyin olunmasından imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. “Nizami” adına sovxozda 1970-1998-ci illəri əhatə edən 28 illik əmək fəaliyyəti Dövlət Arxivi Lənkəran filialı tərəfindən verilmiş A/719 nömrəli, xx.xx.2012-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Lənkəran rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 61 yaşı (x xxxx 2018-xx xxxx 2019-cu il tarixlərdə qadınlar üçün pensiya yaşı 61 yaşdır) tamam olmuşdur. İddiaçının xx.xx.1972-xx.xx.1998 illərdə Lənkəran rayonunun Boladi kəndində yerləşən “Nizami” adına sovxozda və “Boladi” İstehsal Kooperativində iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09180701 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Boladi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2012-ci il tarixli, A/719 nömrəli arxiv arayışından görünür ki, Cəfərova X1 “Nizami” adına sovxozun xx.xx.1970-ci il tarixli, 22 nömrəli əmrilə sovxoza fəhlə təhkim edilmişdir. xx.xx.1996-cı il tarixli, 18 nömrəli əmrilə sovxozun ləğv olunması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1996-cı il tarixli, 2 nömrəli protokola əsasən “Boladi” İstehsal Kooperativinə üzv qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 1 nömrəli əmrilə kooperativin üzvlüyündən azad edilmişdir. İşdə olan Dövlət X6 Lənkəran rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinə əsasən xx.xx.1970ci ildən xx.xx.1998-ci ilədək Lənkəran rayonu Boladi kənd “Nizami” adına sovxozda işlədiyi dövrlə əlaqədar adına verilmiş xx.xx.2012-ci il tarixli, a/719 nömrəli Dövlət Arxivinin Lənkəran filialının arxiv arayışındakı iş stajı əmək kitabçasında qeyd olmadığı üçün iş stajına götürülməsi qanunamüvafiq deyildir. Məhkəmə qaydası ilə iş stajı təsdiq olunandan sonra pensiya hesablanmasına tətbiq etmək olduğu bildirilmişdir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, B/32 nömrəli məktubunda İddiaçı Lənkəran rayonu Boladi kənd “Nizami” adına sovxozda işləməsi barədə arxiv arayışı və həmin arayışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini göndərmişdir. İşdə olan Dövlət X6 Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya hüququ xx.xx.2019cu ildən yaranır və 26 il 7 ay 6 gün sığorta stajı vardır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2012-ci il tarixli, a/719 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2012-ci il tarixli, a/719 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəllkəsinin 193-cü maddəsinə (“İşə qəbul etməyə yol verən yaş”) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 14 yaşı xx.xx.1972-ci il tarixdə tamam olduğundan həmin vaxtdan xx.xx.1998-ci il tarixədək işlədiyi illər onun sosial sığorta stajına hesablanmalı və həmin hissədə iddia təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Başqa sözlə, iddiaçı xx.xx.1972-xx.xx.1998-ci illərdə Lənkəran rayonunun Boladi kəndində yerləşən “Nizami” adına sovxozda və “Boladi” İstehsal Kooperativində iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilməli, Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2012ci il tarixli, a/719 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1972-xx.xx.1998-ci illərdə “Nizami” adına sovxozda və “Boladi” İstehsal Kooperativində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Lənkəran rayon filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2012-ci il tarixli, a/719 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1972-xx.xx.1998-ci illərdə “Nizami” adına sovxozda və “Boladi” İstehsal Kooperativində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Lənkəran rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar