Məhkəmə qərarları › İş №2-1(120)-623/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-623/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-623/2022 15.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək stajını, hərbi xidmət müddətini, zərərli və ağır şəraitli işlərdə çalışdığı və təhsil aldığı illəri nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-623/2022 nömrəli qərardadı ilə iddia tələbinə “57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. 63 yaşı vardır. xx.xx.1975-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Halhazırda da Qarasu Əməliyyat Şirkətində operator vəzifəsində vəzifəsində çalışır. Bu müddət ərzində zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Belə ki o, 1983,1984-1991, 1994- 1995 və 1996-cı ildən hal-hazıra kimi zərərli və ağır şəraitli çalışmışdır, hal-hazırda da əmək fəaliyyətini davam etdirir. Eyni zamanda, 1981-1984-cü il tarixlərində Şirvan şəhər X8-Mülki Tikintilər fakültəsinin əyani şöbəsində təhsil almışdır. Təhsil müddəti ərzində əmək fəaliyyəti ilə məşğul olmamışdır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. 63 yaşının tamam olmasına baxmayaraq ona əmək stajını nəzərə alınmaqla əmək pensiyası təyin edilməmişdir. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək 57 yaçdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh cavab olaraq müraciətindən imtina etmişdir. Lakin hazırda onun əmək stajı və yaşı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas yaradır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) fəhlələr yarımbəndində (a) müvafiq olaraq - neft və qaz hasilatı üzrə operatorlar; - quyuların tədqiqatı üzrə operatorlar; - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; - quyuların yeraltı təmiri üzrə operatorlar; -quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar vəzifələri nəzərdə tutulmuşdur. X4 Mərkəzi Filiala təqdim etdiyi “X10” Şirkətinin xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında xx.xx.2009-cu il tarixindən bugünədək quyuların kimyəvi emalı üzrə operator, kimyəvi işləmə üzrə operator və quyuların kimyəvi işləmə üzrə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də İlham Şıxəliyevin güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1995-xx.xx.1996- cı il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2008- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. Göstərilənləri nəzərə alaraq, İlham Şıxəliyevin əmək funksiyaları barədə geniş məlumatın əldə olunması məqsədilə adıçəkilən şəxsin vaxtilə işlədiyi müəssisəyə müraciət etməyi məqsədə müvafiqdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. İddiaçının 12 il 6 ay güzəştli iş stajı üzrə “X10” Şirkətində işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə və şirkətin arayışı ilə təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. - İşdə olan iddiaçının НЗ № ******* nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) fəhlələr yarımbəndində (a) müvafiq olaraq neft və qaz hasilatı üzrə operatorlar, quyuların tədqiqatı üzrə operatorlar, quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə opratorlar, quyuların yeraltı təmiri üzrə operatorlar, quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “X10”nin sizə dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında xx.xx.2009-cu il tarixindən bugünədək quyuların kimyəvi emalı üzrə operator, kimyəvi işləmə üzrə operator və quyuların kimyəvi işləmə üzrə operator vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 11 ay 25 gün(xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İş materiallarında olan “X10”nin xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı Karasu Əməliyyat Şirkətində 1 saylı neft və qaz çıxartma sexində Quyuların kimyəvi işləmə üzrə operator vəzifəsində işləyir. O, traktor nəqliyyat sexinə 2(ikinci) dərəcəli yanacaq doldurma operatoru vəzifəsində xx.xx.2000-xx.xx.2002-ci il tarixədək, Mişovdağ sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində xx.xx.2002xx.xx.2003-cü il tarixədək, nəqliyyat bölməsində qarajda dispetçer xx.xx.2003-xx.xx.2004ci il tarixədək, yanacaq doldurma stansiyasının operatoru vəzifəsində xx.xx.2004xx.xx.2008-ci il tarixədək, quyuların Cari və Əsaslı Təmiri sexində boru bazasında kompressor borularının testi və təzyiqdə yoxlanılması üzrə operator vəzifəsində xx.xx.2008-xx.xx.2008 -ci il tarixədək, Quyuların Cari və Əsaslı Təmiri sexində qazmaçı köməkçisi vəzifəsində xx.xx.2008-xx.xx.2009-ci il tarixədək, quyuların Əsaslı vəYeraltıTəmiri sexində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində xx.xx.2009xx.xx.2009-ci il tarixədək, quyuların Əsaslı və Yeraltı Təmiri sexində neft və qaz hasilatında mədənlərdə neft avadanlıqları üzrə təmirçi-çilingər vəzifəsində xx.xx.2009xx.xx.2009-ci il tarixədək, hasilat Texnologiyası şöbəsində 1 saylı neft və qaz hasilatı sexində quyuların kimyəvi emalı üzrə Operator vəzifəsində xx.xx.2009-xx.xx.2016-ci il tarixədək, Elmi-tədqiqat və istehsalat işləri sexində (Mədən ərazisi) kimyəvi işləmə üzrə operator vəzifəsində xx.xx.2016-xx.xx.2020-ci il tarixədək, 1 saylı neft və qazçıxarma sexində quyuların kimyəvi işləmə üzrə operator vəzifəsində xx.xx.2020-xx.xx.2021-ci ilədək, cəmi 12 il 11 ay 4 gün işləmişdir. X1 əmək kitabçasında göstərilən 21, 22 nömrəli qeydlərə əsasən Mişovdağ sahəsində 4 dərəcəli Yeraltı təmir operatoru xx.xx.1996xx.xx.1996-cı ilədək, traktor nəqliyyat sexinə 2-ci dərəcəli yanacaq doldurma operatoru vəzifəsində xx.xx.1996-xx.xx.2000-ci ilədək işləmişdir, 13 il, 9 ay,10 gün imtiyazlı iş stajına malikdir. - İş materiallarında olan ЖТ №042960 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1981-1984-cü illərdə X2 təhsil almışdır. - Məhkəmə sorğusuna cavab olaraq, “X10”nin xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışından görünür ki, iddiaçı İ.Şıxəliyev xx.xx.2009-xx.xx.2016-cı illərdə - Hasilat texnologiyası şöbəsində, 1 nömrəli neft və qaz hasilatı sexində Quyularm kimyəvi emalı üzrə operator. Peşə təlimatına əsasən vəzifəsi - quyuların kimyəvi emalı üzrə operator; şöbə - hasilat şöbəsi; əsas vəzifələri - neft quyularının kimyəvi emalı üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən neft quyularının müxtəlif reagentlərlə sirkulyasiya yolu ilə işlədilməsi, xüsusi texnika ilə quyulara reagentin vurulması, dozator nasoslarına nəzarət və onların reagentlə doldurulması və s.; xx.xx.2016-xx.xx.2020-ci illərdə - Elmi-tədqiqat və istehsalat işləri sexində Kimyəvi işləmə üzrə operator. Peşə təlimatına əsasən vəzifəsi - kimyəvi işləmə üzrə operator; şöbə - Elmi-tədqiqat və istehsalat işləri sexi; əsas vəzifələri - quyularm emalı üzrə iş planlarının həyata keçirilməsi, kimyəvi reagentlərin hazırlanması, daşınması və saxlanması qrafıklərinin tərtib edilməsi, təmir işlərinin hazırlanması və aparılması və s; xx.xx.2020-xx.xx.2021-ci illərdə - 1 saylı neft və qaz çıxartma sexində Quyularm kimyəvi işləmə üzrə operatoru; şöbə - N1 neft və qaz hasilatı sexi; əsas vəzifələri - quyularm emalı üzrə iş planlarının həyata keçirilməsi, kimyəvi reagentlərin hazırlanması, daşınması və saxlanması qrafıklərinin tərtib edilməsi, təmir işlərinin hazırlanması və aparılması, texnoloji proseslərə riayət olunmasına nəzarət, yeni texnika və texnologiyanın tətbiqində iştirak və s. İddiaçı Əməliyyat şirkətində göstərilən tarixlərdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunmuş aşağıdakı vəzifəyə uyğun hesab edilir: 10.2.neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar”. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1957-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1995-xx.xx.1996- cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmaması səbəbindən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı xx.xx.2014-cü ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni xx.xx.1978-xx.xx.1981-ci illərdə, xx.xx.1995-xx.xx.1996-cı illərdə 4-cü dərəcə ilə JATA operatoru, xx.xx.1996-xx.xx.1996-cı illərdə X3 traktor nəqliyyat sexinə 2-ci dərəcəli yanacaq doldurma operatoru vəzifəsində, xx.xx.1996-xx.xx.2000-ci illərdə,xx.xx.2000-xx.xx.2006-cı illərdə "xxxx" Əməliyyat Şirkəti Traktor Nəqliyyat sexinə 2ci dərəcəli yanacaq doldurma operatoru qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Mişovdağ sahəsinə neft qaz hasilatı üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə qarajda dispetçer, xx.xx.2004-cü il tarixdə yanacaq doldurma stansiyasının operatoru, xx.xx.2006-cı ildən sonrakı dövrdə isə cavabdehin mübahisələndirmədiyi xx.xx.2008xx.xx.2009-cu illərdə qazmaçı köməkçisi, xx.xx.2009-xx.xx.2009-cu illərdə quyuların yeraltı təmiri üzrə operator vəzifəsində əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Belə ki, ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, xx.xx.1978xx.xx.1981-ci illərdə, xx.xx.1995-xx.xx.1996-cı illərdə 4-cü dərəcə ilə JATA operatoru, xx.xx.1996-xx.xx.1996-cı illərdə X3 traktor nəqliyyat sexinə 2-ci dərəcəli yanacaq doldurma operatoru vəzifəsində, xx.xx.1996-xx.xx.2000-ci illərdə,xx.xx.2000-xx.xx.2006-cı illərdə "xxxx" Əməliyyat Şirkəti Traktor Nəqliyyat sexinə 2-ci dərəcəli yanacaq doldurma operatoru qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Mişovdağ sahəsinə neft qaz hasilatı üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə qarajda dispetçer, xx.xx.2004-cü il tarixdə yanacaq doldurma stansiyasının operatoru vəzifəsində çalışmış, xx.xx.2008xx.xx.2009-cu illərdə qazmaçı köməkçisi, Həmçinin xx.xx.2009-xx.xx.2009-cu illərdə quyuların yeraltı təmiri üzrə operator vəzifəsində çalışması cavabdeh orqan tərəfəindən qəbul edilmişdir. 2 nömrəli Siyahının “10.2. Neft, qaz və qaz kondensatının hasilatıa)fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorları; neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyuların əsaslı təmirinin qazmaçıları” nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" Əməliyyat Şirkətinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2021-ci il tarixli arayışda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. “X10” Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04-2/501 nömrəli arayışından məlum olmuşdur ki, İddiaçı Karasu Əməliyyat Şirkətində 1 saylı neft və qaz çıxartma sexində Quyuların kimyəvi işləmə üzrə operator vəzifəsində işləyir. O, traktor nəqliyyat sexinə 2(ikinci) dərəcəli yanacaq doldurma operatoru vəzifəsində xx.xx.2000xx.xx.2002-ci il tarixədək, Mişovdağ sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində xx.xx.2002-xx.xx.2003-cü il tarixədək, nəqliyyat bölməsində qarajda dispetçer xx.xx.2003-xx.xx.2004-ci il tarixədək, yanacaq doldurma stansiyasının operatoru vəzifəsində xx.xx.2004-xx.xx.2008-ci il tarixədək, quyuların Cari və Əsaslı Təmiri sexində boru bazasında kompressor borularının testi və təzyiqdə yoxlanılması üzrə operator vəzifəsində xx.xx.2008-xx.xx.2008-ci il tarixədək, Quyuların Cari və Əsaslı Təmiri sexində qazmaçı köməkçisi vəzifəsində xx.xx.2008-xx.xx.2009-ci il tarixədək, quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində xx.xx.2009xx.xx.2009-ci il tarixədək, quyuların Əsaslı və Yeraltı Təmiri sexində neft və qaz hasilatında mədənlərdə neft avadanlıqları üzrə təmirçi-çilingər vəzifəsində xx.xx.2009xx.xx.2009-ci il tarixədək, hasilat Texnologiyası şöbəsində 1 saylı neft və qaz hasilatı sexində quyuların kimyəvi emalı üzrə Operator vəzifəsində xx.xx.2009-xx.xx.2016-ci il tarixədək, Elmi-tədqiqat və istehsalat işləri sexində (Mədən ərazisi) kimyəvi işləmə üzrə operator vəzifəsində xx.xx.2016-xx.xx.2020-ci il tarixədək, 1 saylı neft və qazçıxarma sexində quyuların kimyəvi işləmə üzrə operator vəzifəsində xx.xx.2020-xx.xx.2021-ci ilədək, cəmi 12 il 11 ay 4 gün işləmişdir. X1 əmək kitabçasında göstərilən 21, 22 nömrəli qeydlərə əsasən Mişovdağ sahəsində 4 dərəcəli Yeraltı təmir operatoru xx.xx.1996xx.xx.1996-cı ilədək, traktor nəqliyyat sexinə 2-ci dərəcəli yanacaq doldurma operatoru vəzifəsində xx.xx.1996-xx.xx.2000-ci ilədək işləmişdir, 13 il, 9 ay,10 gün imtiyazlı iş stajına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2 şifrəsi ilə qeyd edilmiş “Neft, qaz və qaz kondensatının hasilatı-a)fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorları; neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyuların əsaslı təmirinin qazmaçıları” peşəsinə uyğundur. Belə ki, əmək kitabçasında qeyd edilmiş “yanacaq doldurma stansiyasının operatoru” ilə “neft və qaz hasilatı üzrə operatorlar”; “nəqliyyat bölməsində qarajda dispetçer” ilə “neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” eyni peşədir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) 15 aprel 2021-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar