Məhkəmə qərarları › İş №2-1(120)-623/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-623/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-623/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 26 aprel 2023-cü il tarixli protokolu ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X10 əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-xx.xx.1979-ci illər təhsil, xx.xx.1979-xx.xx.1980-ci illər mühəndis, xx.xx.1980-xx.xx.1981-ci illər hərbi xidmət, xx.xx.1981-xx.xx.1982-ci illərdə usta, xx.xx.1982-xx.xx.1983-cü illər mühəndis, xx.xx.1984xx.xx.1985-ci illər yol ustası, xx.xx.1985-xx.xx.1089-cu illər mühəndis, xx.xx.1989xx.xx.1994-cü illər iş icraçısı, xx.xx.1994-xx.xx.1994-cii illər baş mühəndis, xx.xx.1994xx.xx.1994-cü illər iş icraçısı, xx.xx.1994-xx.xx.1995-ci illər mühəndis, xx.xx.1997xx.xx.2001 -ci illər çilingər quraşdırıcı vəzifələrində işləmiş, həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmişdir. Bunun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 2 savlı Şirvan X19 müraciət etmiş və pensiya təyin edilməsindən imtina edilmişdir. Filiala təqdim etdiyi arayışa baxmayaraq 25 il ümumi stajı olmadığından imtina edilmişdir. Məktubda təqdim etdiyim arxiv arayışına, əmək kitabçasının, diplomun və hərbi biletin surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cı il tarixinədək təhsil aldığı illər və xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 1 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək. xx.xx.1094-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001- ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət X17 xx.xx.2022-ci il tarixli № 250 saylı arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş 11 №li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, Salyan 116 №-li X2 dəstənin xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək. 118 №-li Təmir Tikinti trestinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995 ci il tarixinədək, Təsərrüfat hesabı Salyan Təmir Tikinti sahəsinin xx.xx.1997-ci tarixdən xx.xx.2001-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Salyan Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının, qanunla nəzərda tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajını qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Faktiki işlədiyi müddət 25 ildən çox olduğunu və bunu əmək kitabçası və şahidləri də sübut edə biləcəyini bildirmişdir. Hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsəd ilə vətəndaşlara aylıq puİ ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Məlumat üçün bildiririk ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixə qədər (əlilliyin müddəti bitənə qədər) ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmış və xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixə kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmiş və həmin tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verməsi üçün hədd 28800 manat olmuşdur. iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə cavabdeh inzibati orqan tərəfindən baxılaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı (azı 28800 manat) və ya sığorta stajına (azı 25 il) malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Qanunun 22- 1.1-ci maddəsinin tətbiq edilərək avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır (həmçinin yaşa görə pensiya hüququ yaranan tarixədək və hazıradək). Bildiririk ki, iddiaçının təqdim etdiyi arxiv arayışına, əmək kitabçasının, diplomunun və hərbi biletin surətlərinə əsasən mübahisələndirilməyən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövr və xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 1 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət X17 xx.xx.2022-ci tarixli № 250 saylı arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş 11 №-li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsinin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, Salyan 116 №-li X3 dəstəsinin xx.xx.1994-cü il, xx.xx.1994-cü il tarixədək, 118 №-li Təmir Tikinti trestinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək, X20 Təmir Tikinti sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmr kitabları və əməkhaqqı cədvəlləri Salyan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının 10- 11-ci səhifələrində qeydlərin sıra nömrələri 14 və 15 olsa da, 12-13-cü səhifələrində ümumiyyətlə nömrə qovulmamış, 14-15-ci səhifələrindən başlayaraq qeydlərin nömrələnməsi 1-dən başlanılmış, 15-ci səhifədə əmrin nömrəsində qaralamaya, 16-cı səhifədə müvafiq qeyddə pozulma və qaralamaya yol verilsə də, qanunauyğun düzəliş edilməmişdir. Bunlar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyildir. Belə ki, sözügedən Qaydaların 3.2-ci bəndinin 4cü cümləsinə əsasən “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Qaydaların 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 yerli qurumları tərəfindən aparılır. Qaydaların 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə ipliyində “İş haqqında məlumat’’ bölməsində geydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “……..” nömrəli qeyd etibarsızdır”. Qaydaların 3.7-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" haqqında iddia tələbi təmin edilməməlidir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, 266123 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə İldırım adına Azərbaycan Politexnikumuna daxil olmuş və 1979-cu ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda istilik-qaz təchizatı və ventilyası ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1980-ci illər mühəndis, xx.xx.1980-xx.xx.1981-ci illər hərbi xidmət, xx.xx.1981-xx.xx.1982-ci illərdə usta, xx.xx.1982-xx.xx.1983-cü illər mühəndis, xx.xx.1984-xx.xx.1985-ci illər yol ustası, xx.xx.1985-xx.xx.1089-cu illər mühəndis, xx.xx.1989-xx.xx.1994-cü illər iş icraçısı, xx.xx.1994-xx.xx.1994-cii illər baş mühəndis, xx.xx.1994-xx.xx.1994-cü illər iş icraçısı, xx.xx.1994-xx.xx.1995-ci illər mühəndis, xx.xx.1997-xx.xx.2001 -ci illər çilingər quraşdırıcı vəzifələrində işləmişdir. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, 069730 nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan sənədlərə əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi ələlliyə görə əmək pensiyası təyin edildiyi müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın1-dək sığorta stajı 25 il hesabianır. Təqdim etdiyi arxiv arayışına, əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajını (xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı illər və xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 1 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət X17 xx.xx.2022-ci il tarixli № 250 saylı arayışına əsasən əmək kitabçanın surətində qeyd olunmuş 11 №-li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, Salyan 116 №-li X4 dəstəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, 118 №-li Təmir Tikinti trestinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, X20 Təmir Tikinti sahəsinin xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Salyan rayon Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci ii tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2022-ci il tarixli, 157 nömrəli arxiv arayışından görünür ki, X24 filialında mühafizə olunan Salyan rayon 5 № li Səyyari Mexanikləşdirilnıiş dəstəsinin 1985-1989; 10 №X14 Mexanikləşdirilmiş Dəstəsinin 1989- 1993- cü illərə aid əmək haqqı cədvəllərində İddiaçı mühəndis və iş icraçısı işləyib əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmət dövrü, diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-cü il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-cı il tarixindən xx.xx.1983-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1994-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işsizlik müavinəti aldığı dövr üzrə ümumilikdə 19 il 1 ay 9 gün mübahisələndirilməyən sığorta stajı olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2022-ci il tarixli №250 nömrəli arayışına və Fondun 2 saylı X10nın xx.xx.2022-ci il tarixli aktına əsasən Fl.Şahbazovun xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan illər üzrə 6 il 2 ay 20 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/3-4481 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “11 nömrəli Təmir Tikinti tresti”nin 115 nömrəli Tikinti Mexanizmləri idarəsinə, Salyan 116 nömrəli X4 Dəstəyə və 118 nömrəli Təmir Tikinti trestinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Salyan rayonu üzrə 115 nömrəli Tikinti Mexanizmləri İdarəsi 11 oktyabr 2001-ci il tarixindən qeydiyyatdadır, 116 nömrəli X4 Dəstə isə 30 iyul 1996-cı il tarixindən 16 yanvar 2003-cü il tarixinədək qeydiyyatda olmuşdur. X20 Təmir Tikinti sahəsi 30 iyul 1996-cı il tarixindən 16 yanvar 2003-cü il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********598600 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestrində “115 nömrəli Tikinti Mexanizmləri ldarəsi"nin xx.xx.1997-ci il il tarixdə 9 rəqəmli (7********) VÖEN-lə vergi uçotuna alınması və xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək ********** saylı VÖEN əldə etməsi barədə məlumat mövcuddur. “Salyan 116 nömrəli X4 Dəstə”, “118 nömrəli Təmir Tikinti Tresti" və “X20 Təmir Tikinti Sahəsi” adlı hüquqi şəxslər barədə dövlət reyestrində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2018-ci il tarixdən iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə təqdim edilmiş bəyannamələrin görülməsi və həmin illər üçün dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövrlərinə görə isə bəyannamələrin görülməsi və dəqiqləşmiş bəyannamələrin verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq bildiririk ki, müraciətdə qeyd edilən dövrlər ərzində vergi ödəyiciləri tərəfindən işçilər üçün hesablanmış əmək haqqı, məcburi dövlət sosial sığortası haqları və ödənilmiş sığorta haqları barədə məlumatlar Dövlət Vergi Xidmətinin proqram təminatına inteqrasiya edilmədiyi üçün həmin dövrlər üzrə olan hesablanmış və ödənilmiş sığorta haqları barədə məlumatların vergi orqanı tərəfindən təqdim olunması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-41598/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 11 №-li Təmir Tikinti trestinin 115 nömrəli Tikinti Mexanizmləri idarəsinin xx.xx.1994-xx.xx.1994-cü illərdə, Salyan 116 №-li X4 Dəstənin xx.xx.1994-xx.xx.1994-cü illərdə, 118 №-li Təmir Tikinti trestinin xx.xx.1994-xx.xx.1995-ci illərdə və X20 Təmir Tikinti sahəsinin xx.xx.1997- 01,06.2001-ci illərdə qeydiyyatının və fəaliyyətinin olub-olmaması; Müəssisələrin qeyd olunan illərdə sosial sığorta ödənişlərini ödəyib-ödəməməsi; Müəssisələrin təsis sənədləri; İddiaçı qeyd olunan illərdə həmin müəssisələrdə fəaliyyətinin olub-olmaması barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətə Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialında baxılmışdır. Müraciətdə qeyd edilən 1ci və 2-ci suallarla bağlı Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialı tərəfindən təqdim edilən hesabat sənədlərinə əsasən 11 nömrəli Təmir Tikinti Trestinin 115 nömrəli Tikinti Mexanizmləri İdarəsinin xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatları təqdim edilmişdir. Əlavə olaraq bildiririk ki, X20 Təmir Tikinti Sahəsinin, Salyan 116 nömrəli X4 Dəstənin və 118 nömrəli Təmir Tikinti Trestinin rekvizitlərinin dəqiqləşdirilərək yenidən müraciət edilməsi məqsədəmüvafiq hesab olunur. Müraciətdə qeyd edilən 3-cü sualla bağlı bildiririk ki, sığortaedənin iş qovluğunda təsis sənədləri aşkar edilməmişdir. Müraciətdə qeyd edilən 4-cü sualla bağlı bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı ilin 1 yanvar tarixindən başlayaraq aparıldığından və müraciətdə qeyd edilən məlumatlar 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövr üzrə tələb olunduğundan İddiaçı qeyd edilən illərdə həmin sığortaedəndə işləməsi barədə məlumatların təqdim edilməsi tərəfimizdən mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-173300/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X9 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək X20 Tikinti Quraşdırma Sahəsindəki əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 19 il 1 ay sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - 11 №-li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsinin xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək, Salyan 116 №-li X3 dəstəsinin xx.xx.1994-cü il, xx.xx.1994-cü il tarixədək, 118 №-li Təmir Tikinti trestinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək, X20 Təmir Tikinti sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmr kitabları və əməkhaqqı cədvəlləri Salyan rayon Dövlət Arxivinə təhvil verilməməsi; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər iki əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 19 il 1 ay (xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövr və xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) əmək fəaliyyəti dövrləri kimi qeyd edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmət dövrü, diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-cü il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-cı il tarixindən xx.xx.1983-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1994-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işsizlik müavinəti aldığı dövr üzrə ümumilikdə 19 il 1 ay 9 gün mübahisələndirilməyən sığorta stajı olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2022-ci il tarixli №250 nömrəli arayışına və Fondun 2 saylı X10nın xx.xx.2022-ci il tarixli aktına əsasən Fl.Şahbazovun xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan illər üzrə 6 il 2 ay 20 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/3-4481 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “11 nömrəli Təmir Tikinti tresti”nin 115 nömrəli Tikinti Mexanizmləri idarəsinə, Salyan 116 nömrəli X4 Dəstəyə və 118 nömrəli Təmir Tikinti trestinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Salyan rayonu üzrə 115 nömrəli Tikinti Mexanizmləri İdarəsi 11 oktyabr 2001-ci il tarixindən qeydiyyatdadır, 116 nömrəli X4 Dəstə isə 30 iyul 1996-cı il tarixindən 16 yanvar 2003-cü il tarixinədək qeydiyyatda olmuşdur. X20 Təmir Tikinti sahəsi 30 iyul 1996-cı il tarixindən 16 yanvar 2003-cü il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********598600 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestrində “115 nömrəli Tikinti Mexanizmləri ldarəsi"nin xx.xx.1997-ci il il tarixdə 9 rəqəmli (7********) VÖEN-lə vergi uçotuna alınması və xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək ********** saylı VÖEN əldə etməsi barədə məlumat mövcuddur. “Salyan 116 nömrəli X4 Dəstə”, “118 nömrəli Təmir Tikinti Tresti" və “X20 Təmir Tikinti Sahəsi” adlı hüquqi şəxslər barədə dövlət reyestrində məlumat aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilən sənədlərə əsasən 15 nömrəli Tikinti Mexanizmləri ldarəsi"nin “Azmənzilsənayetikintitəmir” birliyinin nəzdində yarandığı, birliyin isə nizamnaməsinin 1994-cü ilin iyun ayında qəbul edildiyi, fəaliyyətinin isə 1990-cı ilin noyabr ayından başladığı müəyyən edilmişdir. - məhkəmə iclasında iddiaçı onunla birlikdə işləyən X7 həmin mübahisəli hesab edilən müəssisədə işlədiyini bildirmişdir. Bu istiqamətdə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş X9 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək X20 Tikinti Quraşdırma Sahəsindəki əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-173300/2023 nömrəli məktubu) - məhkəmə iclasında iddiaçı onunla birlikdə işləyən X8 və X16 həmin mübahisəli hesab edilən müəssisələrdə onunla birlikdə işlədiyini bildirmiş və əmək kitabçalarından çıxarışların surətini təqdim etmişdir. Qeyd edilən sənədlərə baxılan zaman X8 1993-1995ci illərdə 11 №-li Təmir Tikinti trestinin 116 nömrəli İSMD-də, X16 isə 1990-1994-cü illərdə11 №-li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsində işlədiyi müəyyən edilmişdir. - işdə olan sənədlərə və sorğu cavabına əsasən 11 №-li Təmir Tikinti trestinin 115 №li Tikinti Mexanizmləri idarəsi tərəfindən xx.xx.1994-xx.xx.1994-cü illər arasında məcburi dövlət sosial sığort haqları üzrə ödəniş etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi 11 №-li Təmir Tikinti trestinin 115 №-li Tikinti Mexanizmləri idarəsinin, Salyan 116 №-li X3 dəstəsinin, 118 №-li Təmir Tikinti trestinin, X20 Təmir Tikinti sahəsinin fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması və əmək kitabçasındakı qeydlərdə hər hansı qaralamalrın olması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil aldığı illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar