Məhkəmə qərarları › İş №2-1(120)-623/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-623/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-623/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “20 may 2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ilə iddia tələbinə “üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, Lənkəran rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X11 məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, T260/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilmiş “bud sümüyü cisminin (diafızinin) sınığı, odlu silah yaralanması, sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu stasionarda kliniki, laboratorinstrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin istər xx.xx.2021-ci il tarixdə TSEK-də, istərsə də xx.xx.2022-ci il tarixdə “MTE və PA Birliyi” PHŞ-də əyani müayinələri zamanı əsas xəstəlik və ağırlaşması obyektiv müayinələrdə öz təsdiqini tapmadığından onu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı.Vətəndaş İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)-750/2022 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-123/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X11 məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, T329/2023 saylı rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “XİX Sin;f - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyü sınığı => S72.3-Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafızinin) sınığı, odlu silah yaralanması, sol və sağ bud sümüyünün dəlib- keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Odlu silahla yaralanmadan sonra, sol budun orta aşağı 1/3-nn iç səthində kobud dartıcı çapıq toxuması, sol bud sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı, sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 170°, bükmə 95°) daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Qərardadda göstərilən digər suallar məhkəmətibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları. Haqqında Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-123/2023 saylı qərarı ilə, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, İddiaçı ilkin olaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini Şirvan İnzibati Məhkəməsindən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə 10 yanvar 2022-ci il tarixli ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(120)-750/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə "üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Yəni birinci instansiya məhkəməsi iddiaçının "üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini icraata qəbul etmişdir. Həmçinin həmin tələbə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını dolğun araşdırmamışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə müayinədə olmuş, müayinə zamanı "sol bud sümüyünün aşağı ucunun çoxqəlpəli yerini dəyişən sınığından sonrakı vəziyyət, sol bud sümüyünün distal ucunun sümük defekti, sol diz oynağının bükmə kontrakturu, sol diz oynağının postravmatik artozu İİİ subkompensasiya, hər iki budun dərisinin çapıqlaşmış vəziyyəti və fibrozu” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Əlillik müddəti bitdiyi üçün iddiaçı növbəti müddətə əlilliyin təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli iddiaçı barəsində olan qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, "diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar, yəni inzibati akt qəbul edilmişdir. Belə olan halda iddiaçı üçüncü dərəcəli əlilliyin bərpa edilməsi barədə deyil, müvafiq inzibati aktın ləğv edilməsi və ona növbəti müddətə əlilliyin təyin edilməsi barədə iddia qaldırmalı idi. Lakin birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamış və iddiaçıya bu istiqamətdə, yəni iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, əlillik müddəti bitdiyi üçün iddiaçı növbəti müddətə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi ilə əlaqədar inzibati orqana müraciət edir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumat vərəqindən görünür ki, cavabdeh inzibati orqan iddiaçının istədiyi inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati akt qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdeh inzibati orqanın iddiaçının istədiyi inzibati aktın qəbul edilməsindən imtina barədə ayrıca inzibati akt formasında müvafiq inzibati akt qəbul edib-etməməsini aydınlaşdırmamış və cavabdeh inzibati orqana sorğu verməmişdir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinə riayət edilib-edilməməsi ilə bağlı iddianın mümkünlüyünə qiymət verməlidir. O cümlədən iddiaçı barəsində xx.xx.2021-ci il tarixində qərar qəbul edilsə də, iddiaçının bu qərardan 2021-ci ilin noyabr ayında məlumatlı olması barədə iddiaçının fikirlərinə qiymət verilməlidir. İddia tələbi dəqiqləşdirildikdən və iddianın mümkünlüyünə qiymət verildikdən sonra, işə mahiyyəti üzrə baxılacağı təqdirdə birinci instansiya məhkəməsi iddiaçının XBT-10 kodu göstərilməklə (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) xəstəliyinin adının, əsas diaqnozunun, ağırlaşmalarının, yanaşı xəstəliklərinin, xəstəliklərinin yaranma əsaslarının, onun hazırkı sağlamlıq durumu ilə əlil olduğu müddətdəki sağlamlıq durumu arasındakı fərqin, əlil olduğu dövrlə müqayisədə əlillik müddəti bitdikdən sonra sağlamlıq durumunun yaxşılaşıb-yaxşılaşmaması barədə, yaxşılaşdığı təqdirdə hansı forma və dərəcədə yaxşılaşması barədə məlumatların aydınlaşdırılması üçün iddiaçının xəstəliyi üzrə ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssisi icraata cəlb edilməlidir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1852/2024 nömrəli qərardadı ilə iddia ərizəsi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Məhkəmənin 25 yanvar 2024-cü il tarixli, 2-1(120)-1852/2024 nömrəli qərardadı ilə İddiaçı (şəxsiyyət vəsiqəsi-AZE********) əlilliyinin müəyyən edilməsi üçün iddiaçının müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi-mütəxəssis cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8063/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AALHY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, X6 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/12461 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol diz oynağının kontrakturası - bükmə 90 dərəcə, açma tamdır. Hər iki budda kobud, ağrılı çapıqlar. Yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Bundan irəli gələrək, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1852/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında–iddiaçı xx.xx.1989cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X11 verdikləri xx.xx.2024-cü il tarixli, T458/2024 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə X6 və Ortopediya İnstitutunda mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanması. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik üçüncü dərəcəli artrozu, sol diz oynağının kontrakturası-bükmə 90°, açma tamdır. Hər iki bud nahiyələrində kobud çapıqlar, ağrı sindromu ilə. Yerişin çətinləşməsi” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas dianoz:S72.3-bud sümüyü cisminin (diafızinin) sınığı. Odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığının ağırlaşmaları; b)Ağırlaşmalar: M16.3-digər displastik koksartrozlar, sol bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu İİİ dərəcə, M17.3-digər posttravmatik qonartrozlar, sol diz oynağının posttravmatik deformasiyaedici artrozu İİİ dərəcə, M24.5-oynaqların kontrakturası, sol bud-çanaq oynağının kəskin bükmə <60 dərəcə və yaxınlaşdırma <25 dərəcə kontrakturası, W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığının ağırlaşmaları; c)Yanaşı xəstəliklər: R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Sol aşağı ətrafın dayaq-hərəkət funksiyasının kəskin pozulması, R52.2-digər daimi ağrı sindromu” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də vətəndaşın xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı ETTOİ-nun xx.xx.2021-ci il tarixli, **********/12461 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün orta V^-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik kontrakturası- bükmə 90°, açma tamdır. Hər iki budda kobud, ağrılı çapıqlar. Yerişin pozulması” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən hərəki pozuntular müəyyən edilməmişdir. Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnoz, ağırlaşmalar, yanaşı xəstəliklər hərbi xidmət dövründə alınmışdır (Əsas: 1935 nömrəli, xx.xx.2009-cu il tarixli xəstəlik şəhadətnaməsi).Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpaedici müalicəyə zərurət yarandığı təqdirdə cəlb edilə bilər. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin 30 yanvar 2025-cü il tarixli, 2-1(120)-623/2025 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia ərizəsinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü qərarın ləğv edilməsi və həmin tarixdən 31-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin 25 iyun 2025-cü il tarixli, 2-1(120)-623/2025 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia ərizəsinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən 2007-ci ildə Hərbi Xidmətə göndərilmişdir. 707 saylı Hərbi Hissədə xidmət etmişdir. Hərbi Xidmətin bitməsinə 5 gün qalmış, 26 mart 2009-cu il tarixdə ön mövqedə döyüş növbətçiliyini dəyişən zaman əsgər yoldaşının əlindəki silahdan atəş açıldığına görə sağ və sol budun dəlib keçən güllə yaralanması almışdır. Ona 16 sentyabr 2009-cu il tarixli xəstəlik haqqında 1935 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin 12-ci bəndindən görünür ki, sağ budun orta 1/3 yumşaq toxmalarınm, sol budun aşağı 1/3 dəlib keçən güllə yaralanması (xx.xx.2009),sol bud sümüyünün çoxqəlpəli yerini dəyişən sınığına görə İizarov aparatı ilə Osteosintez cərrahiyyə əməliyatından sonra (xx.xx.2009) tam bərkimiş sümük döyənəyi, sol diz oynağının birinci mərhələ osteoartrozu, kontraktura,funksiyanın mülayim dərəcədə pozulması ilə bağlı qərar verilmişdir. Sözü gedən şəhadətnamədən məlum olur ki, aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır. 6 ay müalicədə olmuşdur. (Bax: 6 ay müalicə ilə bağlı xx.xx.2009-cu il tarixli xəstəlik haqqında şəhadətnamənin 9-cu bəndinə).Sığorta məbləği almaq üçün 230 saylı Hərbi Hissənin Hərbi Həkim Komissiyası tərəfindən 16 sentyabr 2009-cu il tarixli, 1935 nömrəli arayış verilmişdir. Həmin arayışdan görünür ki, aldığı xəsarət ağır xəsarətdir. Xəsarəti ilə əlaqədar 4350 (dörd min üç yüz əlli) manat sığorta məbləği almışdır.2009-cu il tarixdən 2021-ci linin may ayına qədər hər ay İİİ qrup əlil kimi sosial pensiya almışdır, eyni zamanda Prezident təqaüdçüsü olmuşdur. 2021-ci ilin may ayından pensiya almır. Çünki Komissiyanın vaxtı çatdı.Ona görə də pensiyanın yenilənmsi üçün müvafiq instansiyalara müraciət etmişdir. Belə ki, TSEK-ə göndərişə əsas verən 0284003AALEL nömrəli müayinə vərəqəsindən görünür ki, 02 iyun 2021-ci il tarixdə müayinə tarixi olmuşdur. TSEK-ə göndəriş zamanı aşağıdakı diaqnoz verilmişdir odlu silah yaralanması sol və sağ sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı sol bud sümüyünün qeyri üzgün bitişmiş sınığının ağırlaşması sol bud çanaq oynağının posttravmatik deformasiyaedici kontraktura İİİ dərəcəli sol diz oynağının postravmatik deformasiyaedici artrozu İİİ dərəcəli sol bud çanaq oynağının kəskin bükmə və yaxınlaşdırma kontrakturalı, sol diz oynağının kəskin bükmə və açma kontrakturalı sol aşağı ətrafın dayaq-hərəkət funksiyasının kəskin pozulması, daimi ağrılı sindromlu.İyun ayında müayinədə olmağına baxmayaraq cavabdeh tərəfindən 2021-ci ilin iyun ayından 2021-ci ilin noyabr ayına kimi heç bir cavab ala bilmirmiş. Şikayət etdikdən sonra, zənglər etdikdən sonra nəhayət ona sms vasitəsi ilə 2021-ci ilin noyabr ayında imtina cavabı verilmişdir, həmçinin elektron sistemdən çıxarış verilmişdir, lakin imtina qərarın özü indiyədək ona verilməmişdir. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Bundan qısa müddət sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirmişdir. Cavabdehin qəbul etdiyi inzibati aktın-xx.xx.2021-ci il tarixli qərarı sistemə xx.xx.2021-ci il tarixdə daxil edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı məhkəməyə verdiyi iddia tələbi xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin təsdiqlədiyi qiymətləndirmə üzrə məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müayinədə olmuş, müayinə zamanı “sol bud sümüyünün aşağı ucunun çoxqəlpəli yerini dəyişən sınığından sonrakı vəziyyət, sol bud sümüyünün distal ucunun sümük defekti, sol diz oynağının bükmə kontrakturu, sol diz oynağının postravmatik artozu İİİ subkompensasiya, hər iki budun dərisinin çapıqlaşmış vəziyyəti və fibrozu” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. - İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə üzrə məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı “bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu ilə əlillikdən imtina edilib. Səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. - İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının göndərilmə tarixi xx.xx.2021-ci il olan cavab vərəqində qeyd edilmişdir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası X11 göndərdiyi xəstə İddiaçı münasibətdə (TSEK-də müayinə tarixi: xx.xx.2021) diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildə “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən ilkin təyin edilmiş üçüncü dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2016-cı ildə “əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0284003AALHY nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2021-ci il tarixdə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı dair tələb olunan digər sənədlərin (Forma 088) əldə olunması məqsədi ilə həmin şəxsə dair göndərişi rəsmiləşdirilən dövlət tibb müəssisəsinə müraciət etməlidir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2-ci bəndində birinci, ikinci və üçüncü dərəcəli əlilliyinin təyin edilməsi üçün əhatə dairəsinə düşən xəstəliklər göstərilmişdir. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. C.Həsənovun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0284003AALHY saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstə hal-hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Məhkəmə tərəfindən həmçinin qeyd edilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilən zaman əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı xəstəliyi ilə əlaqədar tərtib edilmiş tibbi sənədlər əsasında sağlamlıq durumunun ona “əlil hesab olunmasına əsas vermir” nəticəsinə gəlinməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Zahid Hüseyn oğlunun əlillik təyin təyin olunmasından yalnız formal əsaslara istinadən imtina etmişdir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-123/2023 saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 verdikləri xx.xx.2023-cü il tarixli, T329/2023 saylı ekspert rəyinə əsasən, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyü sınığı => S72.3-Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafızinin) sınığı, odlu silah yaralanması, sol və sağ bud sümüyünün dəlib- keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Odlu silahla yaralanmadan sonra, sol budun orta aşağı 1/3-nn iç səthində kobud dartıcı çapıq toxuması, sol bud sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı, sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 170°, bükmə 95°) daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. İnzibati iş Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra yenidən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir və ekspertiza təyin edilən zaman Ekspertiza Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi-mütəxəssis cəlb edilməklə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertlərinin iştirakı olmadan keçirilməsi barədə göstəriş verilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X11 verdikləri xx.xx.2024-cü il tarixli, T458/2024 saylı rəydə isə göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə X6 və Ortopediya İnstitutunda mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanması. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik üçüncü dərəcəli artrozu, sol diz oynağının kontrakturası-bükmə 90°, açma tamdır. Hər iki bud nahiyələrində kobud çapıqlar, ağrı sindromu ilə. Yerişin çətinləşməsi” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas dianoz:S72.3-bud sümüyü cisminin (diafızinin) sınığı. Odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığının ağırlaşmaları; b)Ağırlaşmalar: M16.3-digər displastik koksartrozlar, sol bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu İİİ dərəcə, M17.3-digər posttravmatik qonartrozlar, sol diz oynağının posttravmatik deformasiyaedici artrozu İİİ dərəcə, M24.5-oynaqların kontrakturası, sol bud-çanaq oynağının kəskin bükmə <60 dərəcə və yaxınlaşdırma <25 dərəcə kontrakturası, W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanması. Sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığının ağırlaşmaları; c)Yanaşı xəstəliklər: R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Sol aşağı ətrafın dayaq-hərəkət funksiyasının kəskin pozulması, R52.2-digər daimi ağrı sindromu” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də vətəndaşın xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı ETTOİ-nun xx.xx.2021-ci il tarixli, **********/12461 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün orta V^-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik kontrakturası- bükmə 90°, açma tamdır. Hər iki budda kobud, ağrılı çapıqlar. Yerişin pozulması” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən hərəki pozuntular müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X14 xx.xx.2024-cü il tarixli, T458/2024 saylı rəy verən zaman məhkəmənin qərardadında qedy etdiyi göstərişə məhəl qoymamış və İddiaçı xx.xx.2024-cü il tarixdə X6 və Ortopediya İnstitutunda mütəxəssislər tərəfindən müayinəsi zamanı onun barəsində verdiyi tibbi sənədi nəzərə almamış və səlahiyyətindən kənara çıxaraq xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı cavabdeh orqan tərəfindən verilmiş qərara əsaslanaraq məhkəməyə rəy təqdim etmişdir. Buna görə məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 verdikləri xx.xx.2024-cü il tarixli, T458/2024 saylı rəy mötəbər sübut olaraq qəbul edilmir. Bundan başqa məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 14432/2025 saylı məktubuna əsasən, sorğuda qeyd edilən X2 (XBT) kodları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nın aşağıda qeyd edilən müvafiq bəndlərinə uyğun əlillik təyinatı üzrə nəzərdə tutulan ağırlaşma və patofunksional pozuntular xəstədə aşkar edilməmişdir.

1. L90.5 kodu üzrə 13.6.1, 13.6.2 və 13.6.3 bəndlərinə;

2. M17.5 kodu üzrə 13.4.32, 13.4.33, 13.4.34, 13.4.35 və 13.4.36 bəndlərinə;

3. M16.3 və M17.3 kodları üzrə 13.3 və 13.4 bəndlərinə;

4. R26.8 kodu üzrə 6.1.10 bəndinə; Digər XBT kodlarında (L91.0, S.72.0, M84.0, M21.0, M23.5, R52.1, S72.3, M24.5, R52.; Y36.4, M81.2 və W33.0) qeyd edilən əlilliyə əsas verən patofunksional pozuntu və ya xəstəliy uyğun bənd Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrs Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf'nda öz əksini tapmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı barəsində tərtib edilmiş forma 88 göndərişi və cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli qəbul edilən vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etməli olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" barədə Əsasnaməyə istinad etmişdir. Bundan aydın olur ki, məhkəmə tərəfindən verilmiş sorğu yanlış cavablandırılmışdır. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli, 0284003AALHY saylı göndərişdə qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin gedişinin xroniki olması göstərilmişdir. İşdə olan “Azərbaycan X6 və Ortopediya İnstitutu” X13 ********** saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, İddiaçı barəsində odlu silahla yaralanmadan sonra hər iki budun orta 1/3 hissəsinin aşağı 1/3-nin, tık və iş səthlərində kobud dartıcı çapıq toxuması, sol bud sümüyünün distal 1/3-nin qeyri-düzgün qəlpəli bitişmiş sınığı, perifokal yumşaq toxumada ostifikatları, osteoparozu, sol diz oynağının ostiartozu, açıcı-bükücü kontrakturası (açma 70 dərəcə), (bükmə 83 dərəcə) valgus deformasiyası, oynağın qeyristabilliyi, fizioloji lumbar lordozun düzləşməsi, bel fəqərələrinin əpondilyoru, ostrexondozu, irrodiasiya verən kəskin kökcük ağırı sindromu, əzələ strotiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması. XBT kod: Y36.4, L90.5, L91.0, S72.3, M84.0, M25.7, M81.2, M17.5, M24.5, M21.0, M23.3, M40.4,. M47.8, M42.9, M54.1, M623, R32.1,R26.8, T93.0, T93.2 Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, 0284003AALHY nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixdə yerləşdirilmiş xx.xx.2021-cci il tarixli qərarla İddiaçı əlil təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin diaqnozunun əlillik əlamətinin təyin edilməməsinə istinad etmişdir. Halbuki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyü sınığı => S72.3-Bud süm...2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5); 3.1.23. bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları – (R26.0-R26.8, R27.0-R 27.9); 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5) tətbiq edilməlidir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2010-cu il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2010-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2010-cu il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2010-cu il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. xx.xx.2021-ci il tarixli, 0284003AALHY nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilsin və həmin vaxtdan İddiaçı 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar