Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-624/2023 11.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X10 torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdehn Başçısının xx.xx.2019-cu il tarixli, 76 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon İnzibati ərazisində yerləşən 96 saylı qış otlaq sahəsindən 83 ha torpaq sahəsinə dair Ağcəbədi İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə verilmiş sərəncam və icarə müqaviləsinin ləğv olunması, həmin torpaq sahəsi ilə bağlı müqavilə bağlanılmasında üstünlük hüququ olduğunu nəzərə alaraq, onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı ərizə ilə müraciət edərək iddi tələbinin dəqiqləşdirilərək “X10 torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 76 №-li sərəncamının ləğv edilməsi” kimi baxılması davam etdirilməsi və X12 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağdam rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(120)-624/2023 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 175 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə Ağdam rayonu ərazisində yerləşən 14 saylı qış otlaq sahəsindən 100 ha, Ağcəbədi rayon İnzibati ərazisində yerləşən 96 saylı qış otlaq sahəsindən 83 hektar torpaq sahəsi atası X2 adına sənədləşdirilməklə onların istifadələrinə verilmişdir. Qeyd olunan sahədən qoyunçuluğun inkişaf etdirmək məqsədi ilə istifadə olunmuş və həmin sahədə subartezan quyuları qazılaraq istifadəyə verilmişdir. Həmin sahədə öz vəsaitləri hesabına tərəflərindən kənd təsərrüfatının, qoyunçuluğun inkişafı üçün fermalar və köməkçi yerlər tikilmişdir. Torpaq sahəsi fasiləsiz və maneəsiz olaraq onların istifadələrində olmuşdur. Onlara məlum olmuşdur ki, Ağcəbədi rayon İnzibati ərazisində yerləşən 96 saylı qış otlaq sahəsindən 83 hektar torpaq sahəsi onların hər hansı bir məlumatları olmadan, onlara məlumat verilmədən başqa şəxslərə icarəyə verilmişdir. Ağcəbədi rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı müraciət etmiş. Ağcəbədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, həmin torpaq sahəsində baxış keçirilmiş və yüklü olmadığı üçün başqa şəxsə icarəyə verilmişdir. İcra Hakimiyyətinin məktubda qeyd etdiyi səbəbin heç bir əsası yoxdur. Qeyd etdiyi kimi, torpaq sahəsi uzun müddətdir ki, fasiləsiz olaraq onlarn istifadəsində olmuş və həmin sahədə subartezan quyuları qazdırmışlar. Eyni szamanda müəyyyən zəruri tikililər aparmışlar. Bununla yanaşı müqavilə müddətimiz bitməmiş torpaq sahəsi qanunsuz olaraq başqa şəxsə verilmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs X12 iddianı qəbul etmədiyini, torpaq sahəsinin uzun müddətdir ki, mənim istifadəmdə olduğunu bilirdi və hazırki vaxta qədər hazırki iddia ilə məhkəməyə müraciət etməmişdir. İddianın əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ərizədə qeyd etydiyiniz torpaq sahəsi vətəndaş müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və yüksüz olduğu müəyyən edildikdən sonra rəy verilmişdir. Həmin razılıq əsasında 2019-cu ildə Cavabdeh tərəfindən sərəncam verilmiş və icarə müqaviləsi bağlanmışdır. Sizin tələbinizin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 175 nömrəli sərəncamından görünür ki, Ağdam rayonu Xındırıstan kənd sakini X3 qış otlaq sahəsinin icarəyə verilməsi barədə Ağdam rayon icra Hakimiyyəti başçısının 11 oktyabr 1999cu il tarixli 130 saylı sərəncamına qismən dəyişitklik edilərək 100 hektar qış otldaq sahəsi geri alınmış, Ağdam rayonu ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün təhkim edilmiş 14 saylı qış otlaq sahəsindən 100 hektar, Ağcəbədi rayonu ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün təhkim edilmiş 96,97 saylı qış otlaq sahələrindən 83 hektar cəmi 183 hektar qış otlaq sahəsi Xındırıstan kənd sakini X3 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 197 nömrəli Torpaq icarəsi müqaviləsindən görünür ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 175 nömrəli sərəncamına əsasən Ağdam rayon İcra Hakimiyyəti ilə X5 qoyunçuluğun inkişaf etdirmək məqsədi ilə 15 il müddətinə 183 ha torpaq sahəsinə dair Torpaq icarəsi müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 76 nömrəli sərəncamından görünür ki, X8 xx.xx.2019-cu il tarixli, A-51-104 saylı ərizəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Döviət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 22 may 2019-cu il tarixli, **********27 saylı razılıq məktubu nəzərə alınmış, Ağcabədi rayonunun inzibati erazisində “Ergi” yaxınlığında dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 76,0 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə Ağdam rayonun Kəngərli kənd sakini X10 15 (on beş) il müddətinə icarəyə verilsin və bağlanmış torpaq icarə müqaviləsi təsdiq edillmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 44 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh ilə X12 arasında Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 76 nömrəli sərəncamına əsasən 15 il müddətinə 76.0 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayon ərazisindən X8 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli kitabın 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, A№ 782736 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağcabədi rayon ərazisindən kənd təsərrüfarı təyinatlı torpaqlardan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 76 nömrəli sərəncamı ilə 76.0 ha torpaq sahəsi 15 il müddətinə X6 icarəyə verilmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-31/2-371-2023 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 mart 1965-ci il tarixli 207 saylı qərarı ilə Ağcabədi rayonunun inzibati ərazisinin 96, 97 saylı qış otlaq sahələri Ağdam rayonuna müvəqqəti istifadəyə verildiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 157 saylı qərarı ilə müvəqqəti istifadə üçün təhkim edilmiş torpaq sahələri hər bir rayonun istifadəsinə qaytarıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam-1 Sudan İstifadəedənlər birliyinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən X8 Ağdam-1 SİBnin xidməti ərazisində əkin sahəsi olduğu və 10/46a, 10/74 reper nömrəli subartezian quyularından istifadə etdiyi, Ağdam-1 SİB-nin electron portalında qeydiyyatda olduğu və istifadə etdiyi suyun dəyərini vaxtında ödədiyi və hal-hazırda istifadə etdiyi suya görə borc olmadığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Ergi ərazisi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 102 nömrəli məktubuna əsasən X10 Ağcabədi rayon İHB-nın xx.xx.2019-cu il tarixli 76 saylı sərəncamına əsasən bağlanmış xx.xx.2019-cu il tarixli 44 saylı icarə müqaviləsi ilə 76,00 ha torpaq sahəsi icarəyə verildiyi və hal-hazırda onun istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 206 nömrəli arayışına əsasən Ağdam rayonunun Kəngərli kəndindən məcburi köçkün, Ağcabədi rayon Muğanlı kəndinə yaxın ərazidə məskunlaşan X10 akta əsasən Muğanlı kəndinə yaxın ərazidə yerləşən Ağcabədi rayonuna məxsus olan 76 (yetmiş altı) ha dövlət torpaq sahəsindən hal-hazırda da istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 175 nömrəli sərəncamı ilə Ağdam rayonu Xındırıstan kənd sakini X3 qış otlaq sahəsinin icarəyə verilməsi barədə Ağdam rayon icra Hakimiyyəti başçısının 11 oktyabr 1999-cu il tarixli 130 saylı sərəncamına qismən dəyişiklik edilərək 100 hektar qış otldaq sahəsi geri alınmış, Ağdam rayonu ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün təhkim edilmiş 14 saylı qış otlaq sahəsindən 100 hektar, Ağcəbədi rayonu ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün təhkim edilmiş 96,97 saylı qış otlaq sahələrindən 83 hektar cəmi 183 hektar qış otlaq sahəsi Xındırıstan kənd sakini X3 15 il müddətinə icarəyə verilmişdir. Belə ki, qeyd edilən sərəncama əsasən bağlanmış torpaq icarə müqaviləsinin müddəti 15 il olduğundan 2019-cu il tarixdə birmişdir. Bundan başqa Ağdam rayon İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-31/2-371- 2023 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 mart 1965ci il tarixli 207 saylı qərarı ilə Ağcabədi rayonunun inzibati ərazisinin 96, 97 saylı qış otlaq sahələri Ağdam rayonuna müvəqqəti istifadəyə verildiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 157 saylı qərarı ilə müvəqqəti istifadə üçün təhkim edilmiş torpaq sahələri hər bir rayonun istifadəsinə qaytarıldığı müəyyən edilmişdir. İddiaçı iddia etdiyi torpağa dair yenidən İcra Hakimiyyəti ilə icarə müqaviləsini artırmamış və yeni icarə müqaviləsi də bağlamamışdır. Həmçinin iddiaçı X5 tərəfindən məhkəməyə Ağdam rayon İcra Hakimiyyətinə və ya Cavabdehnə mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı müqavilənin yenilənməsi və ya yenidən bağlanması məqsədilə müraciətinin olması barədə də sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının İcra Hakimiyyətinə ünvanladığı ərizəsində də qeyd etdiyi torpaq sahəsi vətəndaş müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və yüksüz olduğu müəyyən edildikdən sonra rəy verilmişdir. Həmin razılıq əsasında 2019-cu ildə Cavabdeh tərəfindən sərəncam verilmiş və icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 76 nömrəli sərəncamından görünür ki, X8 xx.xx.2019-cu il tarixli, A-51-104 saylı ərizəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Döviət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 22 may 2019-cu il tarixli, **********27 saylı razılıq məktubu nəzərə alınmış, Ağcabədi rayonunun inzibati erazisində “Ergi” yaxınlığında dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 76,0 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə Ağdam rayonun Kəngərli kənd sakini X10 15 (on beş) il müddətinə icarəyə verilmiş və bağlanmış torpaq icarə müqaviləsi təsdiq edillmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 44 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh ilə X12 arasında Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 76 nömrəli sərəncamına əsasən 15 il müddətinə 76.0 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Ergi ərazisi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 102 nömrəli məktubuna və Azərbaycan Respublikası Cavabdeh başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 206 nömrəli arayışına əsasən X10 Ağcabədi rayon İHB-nın xx.xx.2019-cu il tarixli 76 saylı sərəncamına əsasən bağlanmış xx.xx.2019-cu il tarixli 44 saylı icarə müqaviləsi ilə 76,00 ha torpaq sahəsi icarəyə verildiyi və hal-hazırda onun istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı X10 torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdehn Başçısının xx.xx.2019-cu il tarixli, 76 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdehn Başçısının xx.xx.2019-cu il tarixli, 76 nömrəli sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki,qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Cavabdehn Başçısının xx.xx.2019-cu il tarixli, 76 nömrəli sərəncamı qeyd edilən tarixdən X8 istifadəsində olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara X7 şikayətlər etməmişdir. Lakin, 3 ildən çox müddət keçdikdən sonra İddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ağcabədi rayon İcra Hakimiyətinə sorğu ünvanlayaraq xx.xx.2022-ci il tarixdə məlumat əldə edilməsi müddətin həmin tarixdən hesablanması və ya bərpası üçün əsas ola bilməz. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 29 avqust 2023-cü il tarixli, 2-1(120)-624/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X10 torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdehn Başçısının xx.xx.2019-cu il tarixli, 76 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-624/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-624/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver