Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-625/2023 16.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlaması tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli aktın ləğv edilməsi, e-qaimə ilə hədiyyə formasında təqdim edilən hesablanmış və maya dəyərindən aşağı satılmış mallara görə hesablanmış 38365,70 manat X13, 42628,56 manat gəlir vergisi və həmin məbləğlərin cəmi üzrə hesablanmış 40497,13 manat məbləğində maliyyı sanksiyası olmaqla, ümumilikdə 121491,39 manat məbləğində borcun ümumi dövriyyə üzrə hesablanmış vergi borcundan çıxarılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yeni akt qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Beyləqan rayonu, K-2 kollektoru boyunda Əlinəzərli kəndinə gedən yol istiqamətində Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolundakı ünvanda yerləşən anbarlardan Ərzaq və Qida məhsullarının topdansatışı ilə məşğul olmaqdadır. xx.xx.2021-ci il tarixli, **********146580 saylı qərar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 savlı Ərazi Vergi İdarəsinin səyyar vergi yoxlaması başlamışdır. Yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021) üçün xx.xx.2022-ci il tarixində **********6146603 nömrəli AKT tərtib edilərək iddiaçının ünvanına göndərilmişdir. O, hesablanan gəlir vergisi, X13nin və azaldılmış dövriyyəyə əsasən hesablanan maliyyə sanksiyasının əsasının olmadığı qənaətinə gəldiyindən aktı qəbul etməyərək imtina etmiş, bank hesablarının üzərinə sərəncam qoyulmasına yönəlmiş hərəkətlərin edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsinə və üçüncü şəxslərə qadağan edilməsinə dair Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Müraciətinin nəticəsi olaraq həmin akt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfındən ləğv edilmiş, səyyar vergi yoxlaması tərəfındən yenidən xx.xx.2022-ci il tarixdə **********146603 nömrəli akt və xx.xx.2022-ci il tarixli, **********656000 nömrəli sənəd əsasında **********158982 nömrəli qərar tərtib edilərək ona göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfındən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli akt qanunsuz və əsassızdır. Belə ki, hesablanan gəlir vergisinin, X13nin və azaldılmış dövriyyəyə əsasən hesablanan maliyyə sanksiyasının olmadığı qənaətindədir. Bu səbəbdən onun tərəfindən aktı qəbul etməkdən imtina olunmuşdur. Yuxarıda göstərilənləri aydınlaşdırmaq məqsədilə hesablamaların düzğün formasını məhkəməyə təqdim etmək istəyirlər. Belə ki, xx.xx.2022ci il tarixdə **********146603 nömrəli akta əsasən 2019-cu il üzrə müəyyən olunmuş 10873703,61 manat dövriyyə üzrə 18% dərəcə ilə hesablamış ƏDV məbləği 1957266,65 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, aktdan da göründüyü kimi eqaimə ilə hədiyyə formasmda təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat məbləğində (səhifə № 8) olduğu müəyyən olunaraq qeyd edilmişdir. 2020-ci il üzrə isə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat müəyyən olunmaqla 18 % dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan aktdan da göründüyü kimi, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat məbləğində müəyyən edilmişdir (səhifə № 9). Hesab edirlər ki, 2019-cu ilə 2020-ci illər üzrə hesablanmış 38365,70 manat məbbğində ƏDV vergisi qanunsuz və əsassız olmaqla artıq hesablanmışdır. 73549,43+105000,20+34593,20= 213142,83; 213142.83*18%=38365,70. Belə ki, malların yararlılıq müddətinin bitməsinə az qalması malın dəyərinin bazar qiymətinə düşməsinə səbəb olduğundan, həmin malların hədiyyə formasında təqdim edilməsi və maya dəyəri ilə satışa cəlb edilməsi zərurəti yaranmışdır. Belə olan halda tərəfindən 18% ƏDV ödənilməklə alınan malın bazar dəyərindən aşağı qiymətə satılması hətta tərəfindən artıq ödəmələrin yaranmasına gətirib çıxarmışdır. Bu səbəbdən 213142,83 manat məbləğ ümumi dövriyyədən çıxarılmaqla vergiyə cəlb olunmadan azad edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafıq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə verginin heşablanması bazar qiyməti əsasında həyata keçirilə bilər. Sözügedən akt əsasında ƏDV ilə yanaşı yuxarıda qeyd olunan 2019cu və 2020-ci illər üzrə hədiyyə formasında və dəyərindən aşağı qiymətə satılan malların dəyəri üzrə (213142,83 manat) 20% məbləğində gəlir vergisi tətbiq olunmuşdur. 213142,83 x 20% = 42628,56. Lakin yuxarıda da qeyd olunmuş əsaslar üzrə həmin mallardan heç bir gəlir əldə edilmiş olmadığından gəlir vergisinin tətbiq olunması əsassızdır. Yuxarıda qeyd olunan ƏDV və gəlir vergiləri ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasında 80994,26 manat məbləğinin (38365,70+42628,56) 50%-i miqdarında olmaqla 40497,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bildirmək istəyir ki, hesabatları hər ay vaxtı-vaxtında və bütün zəruri məbləğlər tam şəkildə əks etdirilməklə təqdim edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsi tərəfindən həmin sanksiyanın tətbiq olunması hüquqaziddir. Belə ki, qeyd olunan məbləğlər nə azaldılmamış, nə də təqdim edilməkdən yayındırılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146580 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etməklə İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə VM-nin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama İddiaçı səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə keçirilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergi ödəyicisinə 101209,03 manat məbləğdə əlavə vergiləri hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 53173,41 manat məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama zamanı vergilərin azaldılması aşağıdakı kimi müəyyən edilmişdir. X13 üzrə Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X13 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 10759884,15 manat məbləğində ƏDV-yə cəlb olunan əməliyyatların aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə tətbiq olunmaqla 1936779,15 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləğinin 1853864,78 manat olduğu nəzərə alınmaqla büdcəyə ödəniləsi ƏDV məbləği 82914,37 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2020-ci ilin yanvar-dekabr ayları üzrə təqdim olunmuş aylıq X13 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 9555727,57 manat məbləğində (103369,19 manat dəyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 1720030,96 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 1769778,43 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 49747,47 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2021-ci ilin yanvar-fevral ayları üzrə təqdim olunmuş aylıq X13 bəyannamələrində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 1270725,66 manat məbləğində (17030,40 manat dəyərində qaytarılmış mallara görə ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması nəzərə alınmaqla) ƏDV-yə cəlb olunan Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi tətbiq olunmaqla 228730,62 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 237253,25 manat olduğu nəzərə alınmaqla büdcədən istəniləsi ƏDV məbləği 8522,63 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Malların geri qaytatılması barədə” aktları ilə geri qaytarılmış 2019-cu il üzrə 81793,98 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərilmədiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün yoxlama ilə vergi tutulan dövrüyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Qanunvericiliyə əsasən xx.xx.2020-ci il tarixdən “Malların geri qaytarılması barədə” elektron qaimələr mövcuddur. Həmin tarixdən malların geri qaytarılması elektron qaimələr tətbiq edilməklə həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 16 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 17474,73 manat dəyərində, 2021-ci ilin yanvarfevral ayları üzrə 46 sayda elektron qaimə tətbiq edilməklə (ƏDV-siz) 4115,63 manat dəyərində, cəmi (ƏDV-siz) 21590,36 manat dəyərində mallar geri qaytarılmış, geri qaytarılmış malın 20106,19 manat dəyərində alış dəyərinə görə əvəzləşdirilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ləğv edildiyi üçün 21590,36 manat dəyərində geri qaytarma məbləği yoxlama ilə satış kimi nəzərə alınmadı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud olan “Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Malların geri qaytatılması barədə” Aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 10873703,61 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2020-ci il tarixə 64657,65 manat debitor borc məbləği nəzərə alınmaqla vergi tutulan dövriyyə 10695153,98 manat, e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 73549,43 manat və maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi 105000,20 manat) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1957266,65 manat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1852636,89 manat və büdcəyə ödəniləsi ƏDV məbləği 104629,76 manat müəyyən edildi. Yoxlama ilə 2019cu il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 22743,23 manat azaldılması, 1027,83 manat artıq hesablanması, cəmi (22743,23 - 1027,83) 21715,54 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 113819,46 manat azaldılması və alınmış mallar üzrə əsas dəyər ödənilmədən artıq əvəzləşdirilmiş 1227,89 manat ƏDV məbləğinin yoxlama ilə azaldılması olmuşdur. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 9764642,45 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2020 tarixə 64657,65 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 10318220,63 manat, e-qaimə ilə geri qaytarılmış malların dəyəri 17474,73 manat, ləğv edilmiş e-qaimələr 67169,85 manat, maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, xx.xx.2021-ci il tarixə debitor borc məbləği 568386,66 manat, eqaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyəsi 202,21 manat, (64657,65+10318220,63-174xx.xx-67169,85+34593,20- 568386.66+202.21)) 18% dərəcə ilə hesablanmış ƏDV məbləği 1757635,64 manat, əvəzləşdirməyə əsas verən sənədlər üzrə əvəzləşdirilən ƏDV məbləği 1770887,94 manat və büdcədən ödənilməli ƏDV məbləği 13252,30 manat müəyyən edildi. Yoxlama ilə 2020ci il üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə 37813,88 manat azaldılması, 1318,72 manat artıq hesablanması, cəmi (37813,88-1318,72) 36495,16 manat azaldılması aşkar edildi. Verginin azaldılmasına səbəb vergi tutulan dövriyyənin 208914,88 manat azaldılması və alınmış mallar üzrə az əvəzləşdirilmiş 1109,51 manat ƏDV məbləğinin yoxlama ilə əvəzləşdirilməsi olmuşdur. Yoxlama ilə 2021-ci ilin yanvar-fevral aylarında malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan dövriyyə 1307191,16 manat (o cümlədən: e-qaimə ilə təqdim edilmiş malın xx.xx.2021-ci il tarixə 568386,66 manat debitor borc məbləği, e-qaimə ilə təqdim edilmiş malların dəyəri 1696774,54 manat, eqaimə ilə geri qaytarılmış malların dəyəri 24221,82 manat, xx.xx.2021-ci il tarixə debitor borc məbləği bəyannaməsində ümumi gəlirin 96683,11 manat az, ümumi xərclərin 96401,25 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə təqdim olunmuş illik gəlir vergisi bəyannaməsində ümumi gəlir 10227483,43 manat, ümumi xərclər 9907558,71 manat (o cümlədən; işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9568322,89 manat, icarə haqqı 46800,00 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 36878,28 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2141,00 manat), vergiyə cəlb olunan mənfəət 319924,72 manat və vergi məbləği 63984,94 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə mövcud olan “Malların geri qaytarılması barədə” elektron qaimələr tətbiq edilmədən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Malların geri qaytatılması barədə” aktlardan istifadə etməklə (ƏDV-siz) 103369,31 manat məbləğində mallar geri qaytarılmış, geri qaytarma aktları ilə geri qaytarılmış 2020-ci il üzrə 103369,31 manat məbləğində malın dəyəri ƏDV bəyannamələrində dəqiqləşdirilmiş dövriyyənin azaldılması göstərildiyi və alınmış malın ƏDV məbləği əvəzləşdirildiyi üçün əvəzləşdirilmiş məbləğin geri qaytarılması üçün yoxlama ilə vergi tutulan dövriyyə kimi qəbul edildi, gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə ləğv edilmiş, lakin qarşı tərəf imzalamadığı üçün təqdim edilmiş elektron qaimə kimi görünən (yoxlama dövründə qarşı tərəflər elektron imza ilə təsdiq etdiyi 58800,0 manat dəyərində qaimələr ləğv edilmişdir) satılmış malların 67169,85 manat dəyəri yoxlama zamanı ƏDV tutulan dövriyyədən və gəlir vergisinin yoxlanması zamanı ümumi gəlirdən azaldıldı. Yoxlama ilə 2020-ci il üzrə ümumi gəlir 10165000,00 manat, ümumi xərclər 9855970,00 manat (o cümlədən: işçilərə hesablanmış əmək haqqı xərci 100889,28 manat, sosial sığorta haqqı 21491,49 manat, malların dəyəri 9522210,00 manat, icarə haqqı 46800,00 manat, yanacaq xərci 36756,40 manat, rabitə xidməti 96,61 manat, bank xidmət haqqı 4913,41 manat, reklam xərcləri 61441,25 manat, borca görə ödənilmiş bank krediti faizi 40680,00 manat, əsas vəsaitlərə hesablanmış amortizasiya xərci 25244,19 manat, nəqliyyat xərci 1525,44 manat, sığorta haqqı 1058,47 manat, digər xərclər 2863,47 manat), vergiyə cəlb olunan mənfəət 309030,00 manat və vergi məbləği 61806,00 manat müəyyən edildi. Yoxlama zamanı 2020-ci il üzrə gəlir vergisinin 2178,94 manat məbləğdə artıq hesablanması aşkar edildi. Bu da vergi ödəyicisi tərəfindən bu dövr üzrə təqdim olunmuş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 62483,43 manat artıq, ümumi xərclərin 51588,71 manat artıq göstərilməsi səbəbindən yaranmışdır. Ümumilikdə yoxlama nəticəsində vergi ödəyicisinə 36437,94 manat gəlir vergisi hesablandı. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2019-cu il ərzində e-qaimə ilə hədiyyə formasında təqdim edilən malın maya dəyəri ilə satışa cəlb edilən vergi tutulan dövriyyə ilə 73549,43 manat, maya dəyərindən aşağı satılmış mallara görə satış dövriyyəsi ilə 105000,20 manat, 2020-ci il üzrə maya dəyərindən aşağı satılmış mallara görə əlavə dövriyyə 34593,20 manat, cəmi 2019-2020-ci illər üzrə 213142,83 manat məbləğə hesablanmış 38365,70 manat ƏDV və 42628,56 manat gəlir vergisi əsassız olaraq artıq hesablanmışdır. Bununla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göründüyü kimi, Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə hədiyyə formasında təqdim edilən və maya dəyərindən aşağı satılmış mallara görə X13 və gəlir vergisinin hesablanması vergi qanunvericiliyinin tələbindən irəli gəlir. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının eldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prossesual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəfiləsidir. Həmin Məcəllənin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcələnin 44-cü maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********146580 nömrəli qərardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı Vergi Məcələsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2018-fevral 2021ci il vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan KY211577377 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********146610 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq “Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmişdir. İş materiallarında olan “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********147568 nömrəli qərardan görünür ki, İddiaçı icarə müqaviləsi əsasında istifadəsində olan Beyləqan rayonu, X9 Kanalı şosse yolundan mK-2 kollektoru boyunda Əlinəzərli kəndinə gedən yol istiqamətində yerləşən əsas sahəsi 400 kv.m. olan obyektində mal-material qiymətlilərinin və pul vəsaitlərinin inventarizasiyasının aparılması təyin edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********147582 nömrəli və xx.xx.2021-ci il tarixli, **********149408 nömrəli qərarlarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank ödəniş sənədlərinin, nəğdi pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhviltəslim aktlarının, elektron-qaimə fakturaların, fiziki və hüquqi şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrinin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq material hesabatlarının (2021-ci ilin mart, aprel, may ayları üzrə tam və iyun ayının birinci 16 günü üzrə olmaqla ayrı-ayrılıqda), nəzarət-kassa aparatlarının aylıq fiksal hesabatlarının və nəzarət-kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar, qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın, lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blanklann inventarizasiya dövrünün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2021-ci il tarixə son qalıq sayı barədə, seriya və nömrələri göstərilməklə) aparılmış idxal-ixrac əməliyyatlarına dair sənədlərin, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, qanunvericiliyə uyğun tutulmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********147681 nömrəli, xx.xx.2021-ci il tarixli, **********148810 nömrəli, xx.xx.2021-ci il tarixli **********149319 nömrəli, xx.xx.2021-ci il tarixli, **********149407 nömrəli, xx.xx.2021-ci il tarixli, **********149462 nömrəli, xx.xx.2021-ci il tarixli, **********150526 nömrəli, xx.xx.2021-ci il tarixli, **********151365 nömrəli, xx.xx.2021-ci il tarixli, **********151369 nömrəli, xx.xx.2021-ci il tarixli, **********151912 nömrəli, xx.xx.2021-ci il tarixli, **********151914 nömrəli, xx.xx.2021-ci il tarixli **********152658 nömrəli, xx.xx.2021-ci il tarixli **********153035 nömrəli, xx.xx.2021-ci il tarixli **********153037 nömrəli, xx.xx.2022-ci il tarixli, **********153527 nömrəli, xx.xx.2022-ci il tarixli, **********153537 nömrəli, xx.xx.2022-ci il tarixli, **********153652 nömrəli, xx.xx.2022-ci il tarixli, **********155215 nömrəli qərarlarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamanın müddəti dəfələrlə artırılmış, dayandırılmış və bərpa edilmişdir. İş materiallarında olan “Səyyar vergi yoxlaması” haqqında xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli Aktdan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146580 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X5, 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X8 tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə onun səlahiyyətli nümayəndəsi (həyat yoldaşı) X4 iştirakı ilə Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində İddiaçı tərəfindən gəlir vergisinin 38616,88 manat azaldılması (o cümlədən 2019-cu il üzrə 38616,88 manat), X13nin 67729,91 manat azaldılması (o cümlədən 2019-cu il üzrə 22743,23 manat, 2020-ci il üzrə 37813,88 manat və 2021-ci il üzrə 7172,80 manat), habelə X13nin 2955,73 manat, o cümlədən 2019-cu il üzrə 1027,83 manat, 2020-ci il üzrə 1318,72 manat, 2021-ci il üzrə 609,18 manat artıq hesablanması, gəlir vergisinin 2020-ci ildə 2178,94 manat artıq hesablanması, muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 3,07 manat artıq hesablanması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən gəlir vergisinin 38616,88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 19308,44 manat məbləğində, X13nin 56685,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%i miqdarında, yəni 28342,86 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçının yoxlamada iştirak etmiş səlahiyyətli nümayəndəsi (həyat yoldaşı) X6 xx.xx.2022-ci il tarixli **********146603 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə razılaşmamış və onu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli mübahisələndirilən Qərardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********146603 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 106346,8 manat azaldılmış vergilərin hesablanması və 53173,41 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Müvafiq yoxlama dövrünə uyğun “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV və gəlir vergisini məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 25 aprel 2022-ci il tarixli, **********146603 nömrəli səyyar vergi yoxlaması aktında və həmin akt əsasında qəbul edilmiş “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli, **********158982 nömrəli qərarda öz əksini tapmış vergi (ƏDV və mənfəət) məbləğlərinin və vergiyə cəlb olunan dövriyyələrin düzgün olmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına və hesablamaların aparılmasına dair qanunvericiliyin (Vergi Məcəlləsi və s.) tələblərinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 3.606,52 manat məbləğində, gəlir vergisinin 4.007,28 (2019-cu il üzrə 3.774,82 manat, 2020-ci il üzrə 232,46 manat) manat məbləğində az hesablanması müəyyən olunur. Cavabdeh təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyi ilə razılaşmamış və bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın dəlillərini araşdıraraq hesab edir ki, etiraz əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/2901 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmış və mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 saylı qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.). Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı (maddə 83.2.1 – 83.2.4) məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - (maddə 83.2.4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (maddə 67.3). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarı qismən, yəni X13 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********158982 nömrəli qərarı qismən, yəni X13 üzrə 3.606,52 manat və bu məbləğə tətbiq edilmiş 1803,26 manat maliyyə sanksiyası, gəlir vergisi üzrə 4.007,28 manat və bu məbləğə tətbiq edilmiş 2.003,64 manat maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145,0 (bir yüz qırx beş) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-625/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-625/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver