Məhkəmə qərarları › İş №2-1(120)-626/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-626/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-626/2025 14.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qarşı “2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 NETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbində iddiaçı və iddia tələbi olduğu kimi saxlanılaraq, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tanınması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alımışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə üzrə sübutların təqdim edilməsi ilə əlaqədar "xxxx" ASC-nin qarşısında İddiaçı (AZE0*******) tərəfindən 2010-2015-ci illər üzrə aparılmış məcburi dövlət sosial sığorta ödənişlər (tarixlər dəqiq göstərilməklə) barədə məlumat və məlumatı təsdiqləyən sənədlər Şirvan İnzibati Məhkəməsinə təqdim olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1855/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «məcburi sosial sığorta haqları üzrə apardığı ödənişləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-626/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Neftçala rayonu Aşağı Surra kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı kənd ərazisində 1997-ci ildə ailə üzvləri olan atası X4, X2 və o İddiaçı adına olmaqla 4 hissədə olmaqla ümumilikdə 1.92 ha pay torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahələrində taxıl, pambıq, yonca və s. bitkilər əkilməklə ailələrini dolandırırlar. 2011-ci ildən etibarən ünvanlı sosial müavinətin verilməsi ilə əlaqədar hər ay istifadələrində olan torpaq sahələri üzrə məcburi sosial sığorta haqqları ödəyirdi. xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin edildi. Təyin edilmiş əmək pensiyasının məbləğin aşağı olması və tərəfindən ödənilmiş məcburi sosial haqlarının fərdi hesabda əks olunmaması və yenidən hesablanması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında tərəflərindən 2011, 2014-2015-ci illər üzrə sığortaedənin uçot nömrəsi almaqla sığortaedən kimi uçot məlumatları, təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2), ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3) və ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs"lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin tərəflərindən həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Müraciətdə qeyd edilən dövrlərdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Müvafiq dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən onun istifadəsində olan torpaq sahələrinin istifadəsi ilə əlaqədar məcburi sosial sığorta haqqları üzrə ödəniş məbləğlərini əməkdaşların bildirildiyi məbləğlərdə ödəmişdir. Ödənilmiş aylar üzrə məbləğləri əks etdirən bəzi qəbzlər naməlum səbəbdən itirilmişdir.Hesab edir ki, mülkiyyətlərində olan torpaq sahələri ilə əlaqədar məcburi sosial sığorta haqqları üzrə hesablamalar düzgün aparılmamış, bunun nəticəsi olaraq əmək pensiyası düzgün hesablanmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 2 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosıai ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatda olan 2-1(120)- 1855/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. xx.xx.1958-ci ıl təvəilüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən pensiya yaşına çatmışdır. Lakin onun qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən sosiai sığorta stajı olmadığından habelə, sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı ona təyin olunan məbləğin yenidən hesablanması barədə ərizə təqdim edərək Fonda müraciət etmişdir. Fond tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 3-171/2-A- 223214/2023 tarixli məktubla iddiaçıya imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. Lakin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi 2011.2014-2015 illəri üzrə mədaxil qəbzlərinin düzgünlüyünün yoxlanılması üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir.Sorğunun nəticəsinə əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi iddiaçıya aid 2011, 2014-2015 illəri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə illik hesabat”lar (bundan sonra - Forma B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyrı-kommersıya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1 -ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1,9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:5 hektaradək olduqda - 2 faiz miqdarında;5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında;10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. Sözügedən müddəalara əsasən qeyd etməlidir ki, məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında” Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin M. Abdullayev torpaq mülkiyyətçisi kimi Fondun yerli orqanında uçota durmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sıqortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqaninin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Göründüyü kimi İddiaçı tərəfindən 2011. 2014-2015-ci illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır.Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaoiunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilmədiyi müvafiq illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı qanunvericiliklə tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq inzibati iş üzrə iddiaçı X5 "əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixdə Neftçala Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuş və Neftçala rayonunun Aşağı Surra kəndində yaşayır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 13 nömrəli, xx.xx.2011-ci il tarixli 04 nömrəli,xx.xx.2012-ci il tarixli 21 nömrəli, xx.xx.2014-cü il tarixli 28 nömrəli və 28 yanvar 2015-ci il tarixli 04 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən sosial sığorta haqqı üzrə müvafiq olaraq ödənişlər edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 60/356 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 2011-ci ilin fevral, mart, aprel və may ayları ərzində həqiqətən sığorta haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 7.30 manat ödəmişdir. İş materiallarında olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 6.90 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-171/2-A-223214/2023 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş məktubunuza baxılmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında 2011, 2014 - 2015-ci illər üzrə sığortaedənin uçot nömrəsi almaqla sığortaedən kimi uçot məlumatları, təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2), ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3) və ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 2011, 2014-2015-cı illər üzrə 'Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabına əks olunmamışdır.Müraciətdə qeyd edilən dövrlərdə qüvvədə olan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.Azərbaycan Resoublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixili 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 2019-cu il 1 yanvar tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-99004/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsindən daxil olmuş İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2024-cü il 5 fevral tarixli 2-1(120)-1855/2024 nömrəli məktuba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (FİN: xxxxxxx; SSN: **********112) aid sığortaedən kimi uçot məlumatları, 2006-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra-Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra-Forma B3), 2017—2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi 2006-2016-cı illər üzrə təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında, 2017-2018-ci illər üzrə isə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirilmiş, lakin qeyd edilən dövrlər üzrə İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar tərəfimizdən X3 17 saylı Regional Xəzinədarlıq İdarəsinə və Neftçala rayonu üzrə Maliyyə idarəsinə ünvanlanmış müraciəti cavablandırıldıqdan sonra əlavə məlumat veriləcəkdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********949000 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (120)-1855/2024 saylı icrası ilə bağlı olaraq İddiaçı (FİN: xxxxxxx) barəsində məlumatın təqdim edilməsinə dair müraciətinə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Uçot-baza məlumatlarına əsasən İddiaçı aid əmək müqaviləsi müəyyən edilməmişdir. 2018-ci il və ondan əvvəlki dövrlər üzrə məcburi sosial sığorta haqları barədə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2024/111/13996 nömrəli məktubunda göstərilmişdir ki, məktuba əlavə olunan qərarda qeyd olunan məlumatlara əsasən bankdaxili sistemdə araşdırma aparılmışdır. Təqdim olunan məlumatlara əsasən İddiaçı adına cari hesab aşkar olunmamışdır. Ətraflı araşdırma aparmaq üçün ödənişlərin olunduğu hesab barədə məlumat təqdim etmək xahiş olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 0.55 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********53 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 0.192 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 0.23 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********51 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 1 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 sədr müavini Hüseyn Paşayevin Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının direktoru Abuzər Mütəllimova ünvanladığı xidməti məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, İddiaçı təqdim etdiyi ödəniş qəbzlərində qeyd olunan məbləğlərin araşdırılması ilə bağlı müraciətinizə dərkənara uyğun olaraq Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. İddiaçı tərəfindən 2011 və 2014-cü illər üzrə ödənilmiş cəmi 33,00 (9,75 manat, 3,25 manat və 20,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının **********112 nömrəli iərdi şəxsi hesabında əks olunması üçün Fond tərəfindən “DOST X6” MMC-yə 16 iyul 2024-cü il tarixində 3-17-1/3-1- 55471/2024 nömrəli məktub göndərilmişdir. “DOST X6” MMC 13 avqust 2024-cü il tarixli 3-17-7/3-1- 13891/2024 .nömrəli cavab məktubunda İddiaçı sığortaedən kimi uçot məlumatlarının olmaması səbəbindən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks etdirilməsinin mümkün olmadığını bildirmişdir. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edərr şəxs”lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməşi(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. İddiaçı sübutedici sənədlərlə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi qeydiyyatda olduğu ərazi üzrə vergi orqanında uçota alındıqdan sonra sözügedən ödənişlərin fərdi şəxsi hesabında əks etdirilməsi təmin ediləcəkdir. Həmçinin, bildirilir ki, tərəflərindən sözügedən iş üzrə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlər üzrə həmin şəxslərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, barədə xx.xx.2024-cü il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq təqdim edilmiş məktubda göstərilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (FİN: xxxxxxx; SSN: **********112) aid sığortaedən kimi uçot məlumatları, 2006-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra-Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra-Forma B3), 2017—2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi 2006-2016-cı illər üzrə təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında, 2017-2018-ci illər üzrə isə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirilmiş, lakin qeyd edilən dövrlər üzrə İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığoriaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraçiətinə əşaşən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsj qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində **********112 saylı dövlət sosial sığorta şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda qeyd olunanları, iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alaraq vətəndaş məmnunluğunun, vətəndaşların sosial təminat hüququnun dövlət siyasətinə uyğun təmin edilməsi, Fondun əleyhinə qərar qəbul edilməsinin qarşısının alınması məqsədilə İddiaçı müraciətinə yenidən baxılmasını xahiş edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.1958-ci ildə anadan olmuş İddiaçı xx.xx.2011-ci il tarixli, 60/356 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Neftçala Rayon Şöbəsinin 2011-ci ilin fevral-may ayları üzrə siğorta haqqı ödəməsi barədə arayışını, xx.xx.2011-ci il tarixli, 13 saylı 9.75 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2011-ci il tarixli, 04 saylı 3.25 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2015-ci il tarixli, 04 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2013-cü il tarixli, 22 saylı 19.60 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2014-cü il tarixli, 28 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzlərini əlavə etməklə ərizə ilə cavabdeh oqarana müraciət etmiş, lakin kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər etdiyi dövrlərdə (2011, 2014, 2015) 2011, 2014-2015 illəri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə illik hesabat”lar (bundan sonra - Forma B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməyi üçün və 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmadığına görə, ondan daxil olmuş vəsaitlər fərdi şəxsi hesabına işlənməmiş və cavabdeh orqan tərəfindən imtina edilmişdir. Məhkəmə İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2011-ci il tarixli, 60/356 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Neftçala Rayon Şöbəsinin 2011-ci ilin fevral-may ayları üzrə siğorta haqqı ödəməsi barədə arayışını, xx.xx.2011-ci il tarixli, 13 saylı 9.75 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2011-ci il tarixli, 04 saylı 3.25 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2015-ci il tarixli, 04 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2013-cü il tarixli, 22 saylı 19.60 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2014-cü il tarixli, 28 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzlərinə əsasən müvafiq olaraq ödədiyi vəsaitlərin ödənişlər etdiyi dövrlərdə 2011, 2014-2015 illəri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə illik hesabat”lar (bundan sonra - Forma B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməməsi və 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmadığına görə fərdi şəxsi hesabına işlənilməməsini əsassız hesab edir. Göründüyü kimi, İddiaçı 2011, 2014 və 2015-ci illərdə mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə ödəmiş, qeyd olunan vəsaitlər barədə xx.xx.2011-ci il tarixli arayışın əsli və xx.xx.2011-ci il tarixli, 13 saylı 9.75 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2011-ci il tarixli, 04 saylı 3.25 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2015-ci il tarixli, 04 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2013-cü il tarixli, 22 saylı 19.60 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzi, xx.xx.2014-cü il tarixli, 28 saylı 20 manat sosial siğorta haqqının ödənilməsi barədə ödəniş qəbzlərinin əsilləri təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (FİN: xxxxxxx; SSN: **********112) aid sığortaedən kimi uçot məlumatları, 2006-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra-Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra-Forma B3), 2017—2018-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi 2006-2016-cı illər üzrə təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında, 2017-2018-ci illər üzrə isə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirilmiş, lakin qeyd edilən dövrlər üzrə İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Qeyd olunduğu kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 21.1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən dörd il əvvəl (2011, 2014, 2015) ödəmiş və həmin vəsaitlər qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Neftçala rayon şöbəsinə və “X16 filialına işlənilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasıntn məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: - sığortaedən və şığoriaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini. onların etibarh şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); - sığortaolunana onun rnüraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təgdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində **********112 saylı sığorta şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.2023-cü il tarixdə pensiya yaşına çatmışdır. xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar