Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-627/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (İmişli şəhəri, Aran küçəsi, ev 56-da yaşayan), cavabdehin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun (İmişli şəhəri, H.Əliyev prospekti, ev 141-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, İmişli şəhəri, Aran küçəsi, ev 56-da yaşayır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2019-cu il tarixli, **********0 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979, 1981 və 1982-ci illərdə İmişli rayonunun “xxxx” adına kolxozunda, xx.xx.1986-xx.xx.1986-cı illərdə İmişli rayonunun Kommunal Müəssisələr Kombinatında, xx.xx.1987-xx.xx.1987-ci illərdə İmişli rayonunun Yaşıllaşdırma İdarəsində, xx.xx.2009-xx.xx.2015-ci illərdə İmişli KMK-da, xx.xx.2012-xx.xx.2019-cu illərdə İmişli rayonunun Kommunal Xidmətlər Kombinatında işlədiyinə dair arxiv arayışı və əmək kitabçasının pensiya hesablanması üçün qəbul edib əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, 1979, 1981-1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda və 1984-1985-1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona xx.xx.2012-ci il tarixdə müddətsiz 2-ci qrup əlillik təyin olunmuşdur. İş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2019-cu il tarixli, **********0 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, 1979, 1981-1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda və 1984-1985-1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 37 saylı arayışında 1979-1981-1982-ci illərdə “xxxx” kolxozunda işləməsi qeyd edilsə də minimum adam günü normaları yerinə yetirilməmişdir. Əmək kitabçasında xx.xx.1986-xx.xx.1986-cı illərdə İmişli rayonunun Kommunal Müəssisələr Kombinatında, xx.xx.1987-xx.xx.1987-ci illərdə İmişli rayonunun Yaşıllaşdırma İdarəsində işləməsi qeyd olunmuşdur. Onun 2006-cı ilə qədər 4 ay 307,20 manat, fərdi hesabın sığorta hissəsində isə 5 il 6 ay 1773,50 manat, cəmi 2080,70 manat pensiya kapitalı vardır. Vətəndaşın xx.xx.2020-ci il tarixə tələb olunan minimum pensiya məbləği 25800 manat pensiya kapitalını ödəmir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin 12.1-ci maddəsində göstərilən tələblər yerinə yetirilmədiyindən vətəndaşa əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X6 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2012-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Məmmədli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-1431/2015 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979, 1981 və 1982-ci illərdə İmişli rayonunun Kür (xxxx) kolxozunda işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979,1984-1985 və 1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda işləmiş, əmək haqqı almışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, İddiaçı 1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda işləmiş, əmək haqqı almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli arayışından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsindən hər ay İİ qrup əlil kimi ömürlük 130 manat sosial müavinət alır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin iddiaçıya ünvanladı xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, əlilliyə görə əmək pensiyası təyin olunması üçün təqdim etdiyi sənədlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin 12.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Bu səbəbdən əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 18 nömrəli məktubundan görünür ki, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə xx.xx.2015-ci il tarixdə baxılaraq ərizə tələbi təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə göndərilmişdir. Qətnamədən apelyasiya şikayəti verilməmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, vətəndaşın iddia etdiyi sosial sığorta stajı nəzərə alınsa belə xx.xx.2020-ci il tarixə tələb olunan minimum pensiya məbləği 25890 manat pensiya kapitalına ödəmir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı hal-hazırda İİ qrup əlilliyə görə şöbədən sosial müavinət alır. Onun əlilliyə görə əmək pensiyası almaq hüququ sosial müavinətin ödənilməsinin dayandırılması ilə bağlı rəsmi müraciət edəcəyi təqdirdə yaranacaqdır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ümumilikdə 14 il 4 ay sosial sığorta stajı və 25800 manat sığorta kapitalı tələb olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi sosial sığorta stajı 4 il 10 ay, sosial sığorta kapitalı isə 1368,69 manatdır. xx.xx.2006-cı il tarixdən hal-hazırki tarixədək isə sosial sığorta stajı 7 il 3 ay, sosial sığorta kapitalı 2440,94 manat təşkil edir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 68 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonunun Lenin (Azadlıq) adına kolxozda işləmiş İddiaçı 1979, 1984, 1985 və 1988-ci illərdə minimum adam günü 200 olmuşdur. İşdə İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 70 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində verilmiş xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışı doğrudur, xx.xx.2020-ci il tarixli, 24 nömrəli arxiv arayışında texniki səhv olaraq 1979-cu il 1980-ci il kimi göstərilmişdir. İddiaçı Kürdəmir rayonunun “Lenin” (sonrakı adı Azadlıq) adına kolxozda işləməsi barədə arxiv və həmin arayışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 110 nömrəli məktubundan görünür ki, kolxozçular X1 və X4 iş stajı barədə tərtib olunmuş arayışlar əlavə etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (xx.xx.2019-cu il tarixli, 108 nömrəli və xx.xx.2020-ci il tarixli, 27 nömrəli arxiv arayışlarını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışını və İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Мəhkəmə, həmçinin İmişli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-1431/2015 nömrəli qüvvəyə minmiş qətnaməsini də mötəbər sübut kimi qəbul edir. Həmin qətnamə ilə İddiaçı 1979, 1981 və 1982-ci illərdə İmişli rayonunun Kür (xxxx) kolxozunda işləməsi faktı müəyyən edilmişdir. Odur ki, məhkəmə 1979, 1981 və 1982-ci illəri tam əmək stajı kimi nəzərə alır. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışlarının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979,1984-1985 və 1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Məhkəmə hesab edir ki, iddiaçının 1979-cu il istisna olmaqla ( həmin ildə işləməsi məhkəməsi qətnaməsi ilə öz təsdiqini tapmışdır), 1984-1985 və 1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozdakı iş stajı həmin kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Belə ki, iddiaçı 1984-1985 və 1988-ci illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı (36 ay) kimi deyil, 18 ay kimi (44+190+72)=306 x 12=4464:200=18,36) hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. Belə ki, işdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 99 nömrəli məktubundan görünür ki, İmişli rayonunun “xxxx” adına və “Kür” kolxozun kolxozçuların son hesablaşma kitablarında kolxozçuların yerinə yetirilmiş adam günü norması (faktiki işlədiyi adam günləri) qeyd olunmamışdır. İmişli rayon Dövlət Arxivi tərəfindən X1 və X4 iş stajı barədə tərtib olunmuş və nümunə kimi məhkəməyə təqdim edilmiş arayışlardan da görünür ki, qeyd olunan illərdə həmin kolxozda yerinə yetirilmiş adam günü norması (faktiki işlədiyi adam günləri) qrafası boş saxlanılmışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışında iddiaçının 1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə əmək haqqı aldığı qeyd edilmişdir. İddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1979, 1981-1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda və 1984-1985-1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan (50 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 36 x 4 ay = 144 ay/12ay= 12 il) sığorta stajını topladığından ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2012-ci il tarixdə yaransa da, o, əlilliyə görə əmək pensiyasının təyin olunması barədə cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1979, 1981-1983, 1986-1987, 1989-1992, 1994- 1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda və 1984-1985-1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi xx.xx.2019cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1979, 1981-1983, 1986-1987, 1989-1992, 1994-1995-ci illərdə İmişli rayonunun “xxxx” və “Kür” adına kolxozunda və 1984-1985-1988-ci illərdə Kürdəmir rayonunun “Lenin” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-627/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-627/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver