Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-628/2023 26.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.2017ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verildi və xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək 5 il müddətitıə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsı ilə əlaqədar xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək 5 il müddətinə 2-ci qrup əlillik təyin edildi və lazım olan sənədlərlə təmin edildi. 2019-cu ilin dekabr ayında pensiya və təqaüdü dayandırıldı, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun əlil hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məchuriyyətindədir. Qeyd etmək istəyir ki, onun Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki, o, 20.11.207-ci ildə qiymətləndirılmiş və 5 il müddətinə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar əlilldir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq əlilliyini ləğv etdiyi üçün etibarlı hesab edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 illik 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Belə ki, bir cox onun kimi olan hərbçi (Ali Məhkəmənin 2-1(102)-344 2022 nömrəli və Ali Məhkəmənin 2-1(102)-227 2022 nömrəli anoloji qərarları) yoldaşlarına həmin qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsassız sonuncu müayinəyə dair məlumatın verilməsinə imtina edilməsi məhkəmə qaydasında bərpa edilmişdir. Qeyd etmək istəyir ki, onun pensiya və təqaüdü xx.xx.2019-cu ildən etibarən dayandırılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AAB7R saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar => G81 - Hemiplegiya => G81.0 - Süst hemiplegiya; Diaqnozun mətni: Sol baldırın trofik yarası. Sol baldırın dəlib keçən güllə yarasından sonra qamış sinirinin zədələnməsi. Sol aşağı ətrafın parezi. Şəkərli diabet İİ tip, orta ağır formajnsulin tələbli, çoxsaylı ağırlaşmalarla. Nevroloyi ağırlaşmalarla. Diabetik polineyropatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan hipertonik kriziərlə. Xroniki arteriai çatmamazlıq İİ-İİİ dərəcə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019 -cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Beyləqan rayonunun Milabad qəsəbəsində doğulmuş, yaşayış yeri Beyləqan rayonunun Milabad qəsəbəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1212 nömrəli qərarından, xx.xx.1994-cü il tarixli, 422 №-li “xəstənin stasionar tibbi kartası”ndan çıxarışdan, xx.xx.2018-ci il tarixli, 1578 №-li “xəstəlik tarixindən çıxarış”dan, 26.04.201-ci il tarixli, 281 №-li və xx.xx.2017-ci il tarixli, 231 №-li arayışlardan görünür ki, iddiaçı Beyləqan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.1999-cu il tarixli qərarına əsasən barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə almış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma ilə əlaqədar ona “Sol baldırın yumşaq toxumasının orta 1/3-dən köndələninə dəlib keçən odlu silah yarası” diaqnozu qoyulmuş (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 8 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 281 nömrəli arayışı, Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Beyləqan Rayon Xəstəxanasının baş həkiminin xx.xx.2017-ci il tarixli, 231 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) və qeyd olunmuşdur ki, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş 4110003AAB7R nömrəli Forma 88 üzrə xx.xx.2017-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi qeyd olunmuş, “Sol baldırın trofik yarası, sol baldırın dəlib keçən güllə yarasından sonra qamış sinirinin zədələnməsi, sol aşağı ətrafın parezi, şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, çoxsaylı ağırlaşmalarla, nevroloji ağırlaşmalarla, diabetik polineyropatiya, hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan hipertonik krizlərlə, xroniki arterial çatmamazlıq İİ-İİİ dərəcə” diaqnozu ilə ona xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 180 №-li “stasionar xəstənin tibb kartından çıxarış”ından və ona əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı travmadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Beyləqan Rayon Mərkəzi Xəstəxanasında müalicə almış, xx.xx.2017-ci il tarixli Tibbi rəydə idddiaçıya qoyulan diaqnoz öz təsdiq edilmişdir. Cavabdeh təşkilatın iddiaya qarşı etirazına əsasən iddiaçının əlilliyi Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AAB7R saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək ona 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, lakin AR DİN Tibb İdarəsi xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək 8438 nəfərin, o cümlədən iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və həmin göndərişlər etibarsız hesab olunmuş, cavabdeh həmin məktuba istinadən İddiaçı aid qiymətləndirməni etibarsız hesab etmişdir. İşdə olan cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AAB7R nömrəli göndərişi əsasında xx.xx.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından ona dair tərtib olunmuş 4110003AAB7R nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 5 il müddətinə verilmiş ikinci dərəcə əlillik cavabdeh təşkilat tərəfindən yalnız AR DİN Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubuna əsasən ləğv edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı ikinci dərəcə əlilliyinin etibarsız hesab edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Göründüyü kimi, həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün xx.xx.2017-ci il tarixli, 4110003AAB7R nömrəli Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən xx.xx.2017-ci il tarixdən 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya 5 il müddətinə əlillik təyin edildikdən sonra ona təyin edilmiş əlilliyin göndərişin etibarsız hesab edilməsi əsası ilə X5 etibarsız hesab edilməsi barədə cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçıya əlilliyin təyin edilməsinə əsas olan Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş göndərişin elə həmin idarə tərəfindən etibarsız hesab edilməsi ilə bağlı inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin etibarsız hesab edilməsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, ona xx.xx.2017-ci il tarixdə xəstəliklə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə etibarsız hesab edildiyi tarixdən bərpa olunması vəzifəsi məhz cavabdehə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Bundan başqa, məhkəmə iddiaçıya təyin edilmiş əlilliyin əlillik altsistemində etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə əsas kimi cavabdeh təşkilat Daxili İşlər Nazirliyinin Tibb İdarəsindən daxil olmuş AR DİN Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göründüyü kimi, qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi ləğv etmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələrinin tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə hüquq və maraqlarına toxunan şəxsə və ya şəxslərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029- 3854-1219/5 nömrəli məktubuna istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır. Bundan əlavə, şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyəti olsa da, məhkəmə bunu iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə əlilliyi-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə əlilliyi-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-628/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-628/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver