Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-63/2020 27.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Səyadulla qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Cəlilabad bələdiyyəsinə qarşı «iddiaçıya məxsus torpaq sahəsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Səyadulla qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Cəlilabad bələdiyyəsinə qarşı «iddiaçıya məxsus torpaq sahəsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş və sоnuncudаn iddiаyа qаrşı öz münаsibətini (еtirаzını) yаzılı şəkildə məhkəməyə bildirmək tələb оlunmuş, həmçinin, tərəflər işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün 10 oktyabr 2019-cu il tarixdə, saat 11:00-da məhkəməyə dəvət оlunmuşlаr. Göstərilən vахtdа tərəflər məhkəmənin hazırlıq iclаsınа gəlmədiyindən, tərəflər işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün təkrаrən 26 noyabr 2019-cu il tаriхdə, sааt 14:30-a məhkəməyə dəvət оlunmuşlаr. Həmçinin, iddiаçıyа məhkəmə icrааtındаn yаyınmаsı səbəbindən iddiаnın gеri götürülmüş sаyılmаsı ilə bаğlı Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 55.3-cü mаddəsinin tələbləri izаh оlunmuşdur. Göstərilən vахtdа tərəflər məhkəmənin hazırlıq iclаsınа gəlmədiyindən, tərəflər işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün təkrаrən növbəti məhkəmə iclasına dəvət оlunmuşlаr. Həmçinin, iddiаçıyа məhkəmə icrааtındаn yаyınmаsı səbəbindən iddiаnın gеri götürülmüş sаyılmаsı ilə bаğlı Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 55.3-cü mаddəsinin tələbləri izаh оlunmuşdur. İddiaçının məhkəmənin hazırlıq iclаsınа gəlmədiyindən, məhkəmə tərəfləri işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün təkrаrən 27 fevral 2020-ci il tаriхdə, 15:00-dа məhkəməyə dəvət etmişdir. Təkrarən iddiаçıyа məhkəmə icrааtındаn yаyınmаsı səbəbindən iddiаnın gеri götürülmüş sаyılmаsı ilə bаğlı Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 55.3-cü mаddəsinin tələbləri izаh оlunmuşdur. Bunа bахmаyаrаq iddiаçı (həmçinin, cаvаbdеhin nümаyəndəsi) təkrаrən məhkəmə icrааtındаn yаyınаrаq məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər. İş materiallarında olan xəbərnamələrdən müəyyən olunur ki, keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri iddiaçı tərəfindən alınmışdır. Məhkəmə onu da qeyd edir ki, 2-1(086)-2255/2019 saylı 10 oktyabr 2019-cu il tarixli məktubla iddiaçıya yardım edib, tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı tələbini də dəqiqləşdirməmişdir. Yəni iddiaçının hazırkı iddiaya hüquqi marağının olmadığı açıq-aşkar görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qəraradda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İPM-nin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-nin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPMnin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-nin 55.3cü maddəsi göstərilməmişdir. İPM-nin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı:
1. İddiaçı Səyadulla qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Cəlilabad bələdiyyəsinə qarşı «iddiaçıya məxsus torpaq sahəsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası geri götürülmüş sayılsın.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər.
Hakim Samir Həsənov