Məhkəmə qərarları › İş №2-1(120)-632/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-632/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-632/2022 18.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialına qarşı «işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsvirihissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. 1972-1974-cü illərdə İmişli rayonu Telman adına kolxozunda, 12.1977xx.xx.2000-ci illərdə İmişli Avtonəqlıyyat ASC-də və xx.xx.2000-xx.xx.2002-ci ilərdə İmişli Pambıq ASC-də işləmişdir. Buna dair əmək kitabçası vardır. Rəsmi sənədlərlə 30 il əmək stajına malikdir. DSMF publik hüquqi şəxsin 10 saylı regional Ərazi Filialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Ondan əmək kitabçası tələb etdilər. Əmək kitabçasının təsdiq olunmuş surətini təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2021ci il tarixli məktubu ilə işlədiyi idarələrin əmr kitablarında işə daxil olub işdən çıxma barədə məlumatların qeyd olunması, lakin 1998-2002-ci illərin əmək haqqı kitabında əmək haqqı alması barədə məlumatın olmaması səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsində göstərilir. 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir:3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Müəssisələrdə bəzi aylarda əmək haqqı cədvəllərində adının yazılmaması onun təqsiri deyil, mühasibatlığın təqsiri ola bilər. O, ştatda olan işçi olmuşdur, bir gün işə getməsəydi, işdən çıxarılardı. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işdə işləməsinin qanuni sənədlə əmək kitabçası ilə təsdiq olunur. Arxivdə sənəd saxlanmamasında onun günahı yoxdur. Əmək kitabçası da qanuni tərtib və təsdiq olunub. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Ona görə Azərbaycan Respublikası İPM-nin 45-46-cı maddələrinə əsasən xahiş etmişdir ki, cavabdehin qanunsuz hərəkətindən müdafiə olunması, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il hərbi xidmət illərini, 1972-1974-cü illərdə İmişli rayonu Telman adına kolxozunda. xx.xx.1977-xx.xx.2000-ci illərdə İmişli Avtonəqliyyat ASC-də və xx.xx.2000-xx.xx.2002-ci ilərdə İmişli Pambıq ASC-də işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 16 fevral 2022-ci il tarixli ********** nömrəli etirazdan görünür ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı tərəfindən İmişli Avtonəqliyyat ASC və İmişli Pambıq ASC-nin əmək haqqı cədvəllərinə baxış keçirilərkən müəyyən dövrlərdə əmək haqqı hesablanmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.1977-xx.xx.2000-ci illərdə İmişli Avtonəqliyyat ASC-də, xx.xx.2000-xx.xx.2002-ci illərdə isə İmişli Pambıq ASC-də işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşınaçatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün)fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2.pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletinə əsasən iddiaçının xx.xx.1975-xx.xx.1977-ci ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 2 il 01 ay 14 gün təşkil edir. İddiaçı İmişli rayon “Telman” adına kolxozda 1972-1974-cü illərdə yerinə yetirilmiş iş günü minimum adam günü normasından yüksək olduğundan həmin illər tam il olaraq 3 (üç) il iş stajı kimi nəzərə alınır. Həmçinin iddiaçının 1973-1974-cü illərdə İmişli ayon “Telman” adına kolxozda işləməsi faktı İmişli rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-248/2014 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin 1972-ci il üzrə kolxozda işləməsi ilə bağlı təsdiq edilmiş əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən müvafiq dövr mübahisələndirilən iş stajı hesab olunur. İddiaçının fərdi uçot sistemində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial sığorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı adına olan əmək kitabçasına əsasən İmişli Avtonəqliyyat ASC-də sürücü vəzifəsində işlədiyi 22 il 4 ay 25 gün (xx.xx.1977-xx.xx.2000-ci illər üzrə) iş stajı mübahisələndirilən sosial sığorta stajı hesab olunur. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 11 nömrəli arayışda iddiaçının 1990-2000-ci illər üzrə tam olaraq əmək haqqı almadığı göstərilmişdir. Əmək kitabçasına əsasən İmişli Pambıq ASCdə işlədiyi 2 il 3 ay 26 gün 1xx.xx.2000-xx.xx.2002-ci illəri əhatə edən dövr) iş stajı mübahisələndirilən sosial sığorta stajı hesab olunur. Əmək haqqı kitablarında İddiaçı adına yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır.İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154cü və AR İPM 47-ci maddələrinin rəblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1 (120)- 632/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasındakı izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialının nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini ərizə yazaraq məhkəmədən xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir.Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, yaşagörə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 21 oktyabr 2021-ci il tarixli 103 nömrəli arayışdan görünür ki, İddiaçı 1972-1974-cü illərdə İmişli rayon Telman adına kolxozda işləmişdir. - İş materiallarında olan АZЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.2000-ci illərdə İmişli Avtonəqliyyat ASC-də və xx.xx.2000-xx.xx.2002-ci illərdə İmişli Pambıq ASC-də işləmişdir. - İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialının 15 noyabr 2021-ci il tarixli, **********9 saylı imtina məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1977-xx.xx.2000-ci illərdə İmişli Avtonəqliyyat ASC-də və xx.xx.2000-xx.xx.2002-ci illərdə İmişli Pambıq ASC-də işləməsi barədə qeyd olunmuş sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı İmişli Avtonəqliyyat ASC-nin və İmişli Pambıq ASC-nin Əmr kitablarında İddiaçı işə daxil olması və çıxması barədə məlumatlar qeyd olunmuşdur. Lakin müəssisənin 1990-2000-ci illərin əmək haqqı cədvəllərinə baxış zamanı məlum oldu ki, vətəndaş İddiaçı adına 1990 və xx.xx.1998-xx.xx.2000-ci illərdə əmək haqqı hesablanmamışdır. İmişli Pambıq ASC-nin xx.xx.2000-xx.xx.2002-cı illərin əmək haqqı kitablarında vətəndaş İddiaçı adına yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır. xx.xx.2000xx.xx.2002-ci illərin əmək haqqı cədvəllərində əmək haqqı alması barədə məlumat qeyd olunmamışdır. Bu səbəbdən vətəndaş İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. - Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində İddiaçı tanıdığını, birlikdə 1981-1998-ci ilədək İmişli Avtomobil ASC-də birlikdə sürücü işlədiklərini, İddiaçı ondan əvvəl həmin müəssisədə işlədiyini sonradan 1998-ci il tarixdə müəssisə özəlləşdikdən sonra işdən çıxdığını, amma İddiaçı işləməyə davam etdiyini bildirmişdir. - İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 12 yanvar 2022-ci il tarixli 04 nömrəli məktubundan görünür ki, İmişli Avtonəqliyyat ASC-in 1990-2000-ci illərin və İmişli Pambıq ASC- nin isə xx.xx.2000-xx.xx.2002-illərin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli rayon DA-i tərəfindən İddiaçı verilmiş olan 103 nömrəli, xx.xx.2021-ci il tarixli arayış İmişli rayonunda fəaliyyət göstərmiş “Telman” adına kolxozun son hesablaşma kitablarında olduğu kimi yazılmaqla bu kolxozla bərabər İmişli rayonunda bütün kolxozlarda kişilər üçün minimum adam günü norması 260 gün olmuşdur. - İş materiallarında olan "xxxx" ASC-nin 17 yanvar 2022-ci il tarixli 14 nömrəli məktubuna əsasən, İddiaçı "xxxx" ASC-də olan sənədləri-şəxs vərəqəsi, 200-ci ilin avqust, sentyabr, oktyabr aylarına olan əmək haqqı cədvəlləri, 05.05.200-ci il tarixdə işə sürücü işinə qəbul edilməsi barədə əmrin surəti məhkəməyə göndərilmişdir. - İş materiallarında olan "xxxx" ASC-nin 18 yanvar 2022-ci il tarixli 19 nömrəli məktubuna əsasən, İddiaçı 15 dekabr 1977-ci il tarixli 145 saylı şəxsi heyət əmri ilə 3-cü dərəcəli sürücü,əmək haqqı işəmuzd olmaqla işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 164 saylı sərəncamına əsasən Dövlət Əmlak Komitəsinin 12 dekabr 1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, nəqliyyat vasitələrinin satılması qaydalarına uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 09 aprel 1998-ci il tarixli 614 saylı sərəncamına əsasən idarə etdiyi avtomabili özəlləşdirdiyi üçün 10 may 2000-ci il tarixli 11 saylı əmrə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir, 1990-2000-ci illər arası əmək haqqı cədvəli, xx.xx.1977-ci il tarixli işə qəbul əmrinin, xx.xx.2000-ci il tarixli işdə aad edilməsi barədə əmrin surətləri göndərilmişdir. - İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(036)-248/2014 saylı qətnaməsinə əsasən, İddiaçı 1973-1974-cü illərdə İmişli rayonunun Telman adına kolxozunda işləməsi faktı müəyyən edilmişdir. - İş materiallarında olan İmişli rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(030)248/2014 nömrəli məktubuna əsasən, İmişli Rayon Məhkəməsinin 24 fevral 2014cü il tarixli, 2(036)-248/2014 saylı qətnaməsindən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.Qətnamənin təsdiq olunmuş surəti məhkəməyə göndərilir. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-114 saylı məktubuna əsasən, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" ASC (VÖEN: **********) və "xxxx" ASC (VÖEN: **********) xx.xx.1996-cı il tarixindən qeydiyyatdadırlar. - İş materiallarında olan Azərbaycan Respublikasının İmişli Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 15 saylı məktubuna əsasən, xx.xx.2022-ci il tarixli **********3 saylı İddiaçı Hunun 1972-1974-cü illərdə İmişli rayonundakı “Telman” adma kolxozda işləməsi, kolxozda kişilər üçün minimum əmək iştirakının normasının neçə gün olması, mirlərdən çıxarışların, əmək haqqı cədvəllərinin və digər zəruri məlumatlarla bağlı sorğunuza cavab olaraq bildiririk ki, iddiaçıya verilmiş olan əmək haqqı arayışı -onun Telman adına kolxozunun İmişli rayon Dövlət Arxivindəki 28 № li fondunda mühafızə olunan və saxlanılan 60 işdən ibarət kolxozçuların son hesablaşma kitablarında olduğu kimidir. İmişli rayonunda fəaliyyət göstərmiş olan kolxozlarda kişilər üçün minimum adam günü norması 260, qadınlar üçün isə 180 gündür. Kolxozçuların və X2 son hesablaşma kitablarından başqa İmişli rayon Dövlət Arxivində təsərrüfatlara aid hər hansı dair sənədlər saxlanılmır. - İş materiallarında olan "xxxx" ASC-nin 28 aprel 2022-ci il tarixli 18 nömrəli məktubuna əsasən, İddiaçı 2000-ci ildə cəmiyyətə aid yük avtomobilinin sürücüsü kimi işə qəbul olunub.Lakin sürücü İddiaçı üç ay işlədikdən sonra işə çıxmamış, işə çıxmaması barədə cəmiyyətə sənəd və ya hər hansı bir məlumat təqdim etməmiş, həmçinin idarə etdiyi avtomobilin nasaz olub-olmaması barədə heç bir məlumat verməmişdir.Ümumiyyətlə cənab hakim cəmiyyət 2001-2002-ci illərdə tənəzzül dövrünü yaşamış və 2002-ci ildə heç bir gəlir əldə etmədiyi üçün fəaliyyəti tamamilə dayandırılmışdır (hal-hazıra kimi).Qeyd olunan səbəblərdən İddiaçı əmək haqqı hesablanmamışdır. - İş materiallarında olan "xxxx" ASC-nin 04 may 2022-ci il tarixli 30 nömrəli məktubuna əsasən, İddiaçı "xxxx" ASC-də xx.xx.1977-xx.xx.2000-ci illərdə işəmuzd sürücü işləmişdir. Üzürsüz səbəbdən işləmədiyi vaxtlarda ona əmək haqqı hesablanmamışdır. İşldiyi dövrdə əmək haqqı ilə bağlı heç bir mübahisə olmamışdır. xx.xx.2000-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə cədvəl və tələb edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. 1977-2000-ci illərə dair əmək haqqı cədvəlinə nəzər yetirildikdə müəyyən edilmişdir ki, 1977, 1999, 2000-ci illərdə əmək haqqı hesablanmamış, 1978-ci ilin sentyabr, 1979-cu ilin yanvar, 1984-cü ilin dekabr, 1987-ci ilin yanvar, 1988-ci ilin mart, may, avqust, 1990-cı ilin iyul,oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, sentyabr, noyabr, 1992-ci ilin fevral, sentyabr, oktyabr, dekabr, 1993-cü ilin fevral, mart, aprel, avqust, sentyabr, dekabr, 1994-cü ilin yanvar-iyun, 1995-ci ilin yanvar, iyun, sentyabr, noyabr, 1996-1997-ci illərin aprel, iyun, iyul, noyabr, 1998-ci ilin fevral, aprel-dekabr aylarında əmək haqqı hesablanmamışdır. - İş materiallarında olan "xxxx" ASC-nin 31 may 2022-ci il tarixli 35 nömrəli məktubuna əsasən,İddiaçı "xxxx" ASC-də xx.xx.1977-xx.xx.2000-ci illərdə işəmuzd sürücü işləmişdir.Üzürsüz səbəbdən işləmədiyi vaxtlarda ona əmək haqqı hesablanmamışdır.İşlədiyi dövrdə əmək haqqı ilə bağlı heç bir mübahisə olmamışdır. xx.xx.1993-cü ildə şəxsi ərizəsinə əsasən idarə etdiyi avtomaşını icarə üsulu ilə işləməsi barədə müraciət etmiş, cəmiyyətimiz onun ərizəsini nəzərə alaraq xx.xx.1993-cü il tarixdən 71KO əmrlə idarə etdiyi avtomaşını icarəyə verilməsini əmrləşdirmişdir. İdarə etdiyi avtomşının ona satılması barədə ərizə ilə müraciət etmiş cəmiyətimiz onun ərzəsini nəzərə alaraq xx.xx.2000-ci il №11Ş/H əmri ilə idarə etdiyi avtomaşını özəlləşdirilərək sürücü İddiaçı satıldığı üçün işdən azad edilmişdir.Tələb olunan əmək haqqı cədvəli və digər sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilir. - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08 iyul 2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, X1 İmişli Avtonəqliyyat ASC-də işlədiyi xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövr onun sığorta stajına daxil edilmişdir. - Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialı tərəfindən hesabat cədvəlinə əsasən, iddiaçının yaşa görə pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. İddiaçı əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı- 25 il təşkil edir. İddiaçı əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı- 28800 manat; “İmişli Avtonəqliyyat" ASC (xx.xx.1977-xx.xx.2000)- 22 il 04 ay 25 gün Əmək haqqı hesablanıb: 15 il 9 ay "xxxx" ASC (xx.xx.2000-xx.xx.2002)- 2 il 3 ay 26 gün Əmək haqqı hesablanıb: 3 ay; “Telman adına kolxoz”- 2 il məhkəmə qətnaməsi ilə təsdiqlənib (1973- 1974), 1 il (1972)-Əmək kitabçasında öz təsdiqini tapmadığı üçün mübahisəli dövrdür. Hərbi xidmətdə olduğu dövr-(xx.xx.1975-xx.xx.1977)-2 il 1 ay 14 gün təşkil edir. - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 oktyabr 2022-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 29 sentyabr 2022-ci il tarixli 2-1(120)-632/2022 nömrəli iş üzrə sorğunuza cavab olaraq İddiaçı əmək fəliyyətinin yoxlanılmasına dair tərtib edilmiş qarşılıqlı yoxlama aktlarının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. DSMF-nin publik hüquqi şəxsinin 10 saylı regional Ərazi filialının xx.xx.2021-ci il tarixli akta əsasən, İddiaçı 1977-2000-ci illərdə İmişli "xxxx" ASC-nin əmr kitabında 1978-ci il tarixli əmrlə ASC-də kamaz 55111 markalı, 40-67 AQF dövlət nömrə nişanlı avtomobilin sürücüsü işinə təyin olunması müəyyən olunmamışdır. xx.xx.2000-ci il tarixli, 11 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Y.X10 ASC-nin əmr kitabında xx.xx.2000-ci il tarixli, 21 saylı əmrlə "xxxx" ASC-də kamaz 5320 markalı maşınına sürücü işinə təyin edilməsi müəyyən olunmuşdur. xx.xx.2002-ci il tarixli 36 saylı əmrlə ASC-də kamaz 5320 markalı maşınına sürücüsü vəzifəsindən azad edilməsi müəyyən olunmuşdur. İmişli Pambıq ASCnin 2000-2002-ci illərin əmək haqqı cədvəllərinə baxış zamanı məlum oldu ki, İddiaçı adına yalnız 2000-ci ilin avqust, sentyabr, oktyabr aylarında əmək haqqı aldığı qeyd olunmuşdur. xx.xx.2000-xx.xx.2002-ci illərin əmək haqqı cədvəllərində əmək haqqı alması barədə məlumat alınmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim etdiyi əmək kitabçası, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, iddiaçı xx.xx.1977-xx.xx.2000-ci illərdə İmişli Avtonəqliyyat ASC-də və xx.xx.2000-xx.xx.2002-ci illərdə İmişli Pambıq ASC-də işləməsinə dair АЗЕ ******* nömrəli əmək kitabçasını və arxiv arayışlarını, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmasına dair isə НЗ ******* nömrəli hərbi biletini təqdim etmişdir, həmçinin şahid ifadəsi ilə təsdiq olunmuşdur. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının hərbi xidmətdə olduğu müddət və İmişli Avtonəqliyyat ASC-də və İmişli Pambıq ASC-də işləyib, əmək haqqı aldığı dövrlər sığorta stajına daxil olur. Məhkəmə də iddiaçının hərbi xidmətdə olduğu müddəti və müəssisələrdə işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, əmək kitabçasında iddiaçının İmişli Avtonəqliyyat ASC-də sürücü vəzifəsində xx.xx.1977-xx.xx.2000-ci illər üzrə işləməsi qeyd edilmiş, lakin "xxxx" ASC-nin 18 yanvar 2022-ci il tarixli 19 nömrəli məktubla İddiaçı 15 dekabr 1977-ci il tarixli 145 saylı şəxsi heyət əmri ilə 3-cü dərəcəli sürücü, əmək haqqı işəmuzd olmaqla işə qəbul edilməsini, 2000-ci il tarixdə isə işdən azad edilmə barədə əmrinin surətini göndərmiş, 1977-2000-ci illərə dair əmək haqqı cədvəlini təqdim etmişdir. Əmək haqqı cədvəllərinə nəzər yetirildikdə 1977, 1999, 2000-ci illərdə əmək haqqı hesablanmamış, 1978-ci ilin sentyabr, 1979-cu ilin yanvar, 1984-cü ilin dekabr, 1987-ci ilin yanvar, 1988-ci ilin mart, may, avqust, 1990-cı ilin iyul,oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, sentyabr, noyabr, 1992-ci ilin fevral, sentyabr, oktyabr, dekabr, 1993-cü ilin fevral, mart, aprel, avqust, sentyabr, dekabr, 1994-cü ilin yanvar-iyun, 1995-ci ilin yanvar, iyun, sentyabr, noyabr, 1996-1997-ci illərin aprel, iyun, iyul, noyabr, 1998-ci ilin fevral, aprel-dekabr aylarında əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. "xxxx" ASC-nin əmr kitabında xx.xx.2000-ci il tarixli, 21 saylı əmrlə "xxxx" ASC-də kamaz 5320 markalı maşınına sürücü işinə təyin edilməsi müəyyən olunmuşdur, 2000-ci ilin avqust, sentyabr, oktyabr aylarında əmək haqqı aldığı qeyd olunmuşdur. xx.xx.2000-xx.xx.2002-ci illərin əmək haqqı cədvəllərində əmək haqqı alması barədə məlumat alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının sovxozda işlədiyi həmin dövrlər sığorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçıcavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialına qarşı «işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialına qarşı «işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar