Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-633/2023 17.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qeyri yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(120)-633/2023 saylı qərardadı ilə Beyləqan rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-633/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinin “Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona qeyri-yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 16 may 2003-cü il tarixli 23 saylı sərəncamı əsasında Beyləqan şəhəri,Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) kv.metr torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsi İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydiyyatdan keçirilmişdir. 22 noyabr 2017-ci il tarixli,M-132-149 saylı ərizəsi əsasında Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli, 195 nömrəli sərəncamı ilə Beyləqan şəhəri,S.Qazıyeva küçəsində baş planda göstərilən 58,0 kv.metr torpaq sahəsində qeyriyaşayış binasının tikintisinə icazə verilmiş, 2017-ci ildə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ayrılmış S=58 kv.m torpaq sahəsinin situasiya sxemi-baş planı tərtib edilmiş və torpaq sahəsinin situasiya sxemi Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı, Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli, 088759 nömrəli lisenziya əsasında layihələndirmə fəaliyyəti ilə məşğul olan, Şirvan şəhəri,T.İsmayılov,ev 27 A,mənzil 06 ünvanında yerləşən "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində tikinti sahəsi S=57,96 kv.m,ümumu sahəsi S=52,0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyri- yaşayış obyektinin inventar nömrəsi 214 olan.lahiyəsi-memarlıq və planlaşdırma bölməsi hazırlanmış, həmin lahiyədə sahənin planı,qeyri yaşayış binasının planı,qeyri yaşayış binasının bünövrəsinin planı,mərtəbənin planı,kəsik 1-1,dam örtüyünün planı,1-3 oxlar arasında fasad,A-C oxlar arasında fasad və 3- 1 oxlar arasında fasad işlənmiş, qeyri- yaşayış binasının həmin lahiyəsi Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı ilə razılaşdırılmaqla “MEMAR- T’ MMC tərəfindən və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsi Baş Memarı tərəfindən təsdiq edilmişdir.2018-ci ildə həmin qeyri yaşayış binası şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir.Həmin qeyri-yaşayış binasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin Baş Dövlət tikinti Müfəttişliyi tərəfindən baxış keçirilməklə tikintinin istismara hazırlığını təsdiq edən,xx.xx.2021 -ci il tarixli,ö\005050 nömrəli istismara hazırlıq aktı verilmiş və Tikintilərin Dövlət Reyestri tərəfindən qeyd edilən tikinti obyektinə 60701014-1 -2501-003826\0921 kod nömrəsi verilmiş.Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli,06 nömrəli tikinti obyektinin istismarına icazə məktubu ilə həmin inşa edilmiş qeyri yaşayış binasından təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq, xx.xx.2021-ci il tarixdən ona tikinti obyektinin istismarına icazə verilmişdir. Həmin qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etibarnamə üzrə nümayəndəsi X13 tərəfindən 27 may 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmiş,lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli,**********25 saylı məktubla cavab olaraq bildirilmişdir ki,inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyriyaşayış binasının 1,5 (bir onda beş) metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsinin müəyyən edildiyi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyin 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edildiyi,aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə,faktiki ümumi sahəsi arasında uyğunsuzluq olmasının müəyyən edildiyi,belə ki,təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də,aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olmasının müəyyən edilməsi,Beyləqan rayon icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 8.4x6.9 olmaqla 58.0 kv.m olması qeyd edilsə də,faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 62.0 kv.m təşkil etməsi,aparılmış araşdırmalar zamanı X6 Uşotu İnformasiya sistemində adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə,bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsinin müəyyən edilməsi göstərilməklə,mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. İddiaçı şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxs Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxs Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuş, subay, Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli 23 saylı sərancamından çıxarışında göstərilmişdir ki, İddiaçı mağaza binası tikdirmək üçün Sevil Qazıyeva küçəsində 58 (əlli səkkiz) m2 torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli 195 nömrəli sərəncamı ilə Beyləqan şəhər sakini İddiaçı şəhərin Sevil Qazıyeva küçəsində baş planda göstərilən 58.0 kv metr torpaq sahəsində qeyriyaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan X18 İstismar İdarəsinin xx.xx.2017-ci il tarixli 08/145 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən fiziki şəxs İddiaçı mülkiyyətində olan 58 m2 torpaq sahəsinin yerləşdiyi ərazidə qaz xətti mövcud deyil. İşdə olan X15 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin xx.xx.2017-ci il tarixli 25/1108 nömrəli arayışında göstərilmişdir ki, Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ona ayrılmış 58 m2 torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına daxildir. Lakn yenidənqurma işləri zamanı həmin xəttin yerinin dəyişdirilməsi nəzərdə tutulmuşdur. İşdə olan X15 Cəmiyyətinin Beyləqan Elektrik Şəbəkəsinin xx.xx.2019-cu il tarixli 25/624 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan şəhəri S.Qazıyeva küçəsində yerləşən,ümumi sahəsi 52,0 kv.m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC X1 23 noyabr 2017-ci il tarixli 10/158 nömrəli arayışında göstərilmişdir ki, Beyləqan şəhəri S.Qazıyeva küçəsində İddiaçı ayrılmış S-58 m2 torpaq sahəsindən Beyləqan Telekommunikasiya qovşağına məxsus rabitə xətt və qurğuları keçmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 24 noyabr 2017-ci il tarixli , 01-1/299 nömrəli Sanitariya-gigiyenik rəyində göstərilmişdir ki, Beyləqan rayon Gigiyena və X3 şəhər S.Qazıyeva küçəsi ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus 58 kvadrat metr torpaq sahəsində tikinti aparılmağına etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X12 və Təbii Sərvətlər İdarəsinin 29 oktyabr 2018-ci il tarixli, 353 nömrəli rəyində göstərilmişdir ki, 9 X12 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Beyləqan şəhər sakini fiziki şəxs İddiaçı tərəfindən Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində fərdi sahibkarlıq məqsədi ilə qeyriyaşayış binasının tikintisi aparılacaq torpaq sahəsinə baxış keçirmişlər.Bununla əlaqədar olaraq 9 X12 və Təbii Sənətlər İdarəsi qeyd edilən ərazidə tikinti işləri aparılmasına etiraz etmir və aşağıdakı şərtləri məqsədə müvafiq hesab edir:
1. Ayrılmış torpaq sahəsində tikinti işlərinə mövcud qanunvericilik bazası əsasında Eskiz layihə sənədlərini tərtib edərək və həmin layihəyə uyğun olaraq Dövlət Ekspertiza İdarəsinin və digər müvafiq qurumların rəyi nəzərə alınmaqla Rayon İcra Hakimiyyəti Başçısının göstərilən ərazidə tikinti işləri aparılmasına icazə verilməsi barədə sərəncamdan sonra başlanması
2. Tikinti işləri aparılan zaman göstərilən ərazidən və ölçüdən kənara çıxarılmanıası.
3. Tikinti işləri aparılan zaman ətraf ərazinin və yaşıllıqların toxunulmazlığının təmin edilinəsi
4. Tikinti işləri aparılan zaman və fəaliyyət dövründə ekoloji tələb və normalara riayət olunması
5. Ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli, 2/204 nömrəli rəyində göstərilmişdir ki, Beyləqan rayonu, İcra hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri ayrılmış əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olumuşdur ki, Beyləqan şəhər sakini İddiaçı Sevil Qazıyeva küçəsində qeyri-yaşayış obyekti tikintisi altına ayrılacaq S=58kv.m torpaq sahəsi heç bir kommunikasiya xəttinin təmiri və istismarına və şəhərsalma norma və qaydalarına zidd olmadığından qanuna uyğundur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Qarabağ regional X14 İdarəsinin 24 avqust 2020-ci il tarixli, YTNİŞ-0007 nömrəli aktında göstərilmişdir ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğıntexniki müayinə keçirilərək müəyyən edilmişdir:Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər.qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 ‘İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, “X2 Qaydalarının, 2.02.01-97' “Bina və qurğuların yanğın təhlükəsizliyi” yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 02/12-158 saylı "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsi X9 məktubuna əsasən, Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində İddiaçı ayrılmış 58 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidən X9 su və kanalizasiya xətti keçmir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi İdarəsinin iddiaçıya ünvanladığı 07 iyun 2022-ci il tarixli **********25 nömrəli məktubunda göstərilmişdir ki, müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının 1.5 (bir onda beş metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv olan elektrik xətlərdə 10.0 (on) metr mühafizə zonası müyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. Aparılan araşdırmalar zamanı X6 Uçotu İnformasiya. Sistemində adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan şəhəri, S.Qazıyeva küçəsində yerləşən qeyri-yaşayış binası üzərində etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 may 2022-ci il tarixli müraciətinin icrasından imtina edilir. İşdə olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 06 nömrəli tikinti obyektinin istismarına icazədə göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İşdə olan Azərbaycan RespublikasıBeyləqan rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 13 sentyabr 2022-ci il tarixli 8/672 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan rayon İcra hakimiyyəti xx.xx.2022-ci il tarixli 2-1(120)-1995/2022 nömrəli məktubunuza cavab olaraq Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 23 nömrəli sərəncamının və Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 195 nömrəli sərəncamının təsdiq edilmiş surətini, həmin sərəncamın verilməsinə əsas olan sənədlərin surətini Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 1/82 nömrəli məktubu göndərilmişdir. İşdə olan Azərbaycan RespublikasıBeyləqan rayon İcra Hakimiyyəti Beyləqan rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 14 sentyabr 2022-ci il tarixli 1/86 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan şəhər sakini İddiaçı Sevil Qazıyeva küçəsində 58 kv.m. torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il 23 saylı sərəncamına baxış keçirildi, sərəncamda İddiaçı 58 kv.m. torpaq sahəsinin ayrılması aşkar edilmədi. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003cii il 23 saylı sərəncamının təsdiq edilmiş surəti Sizə göndərilir. Milli Arxiv İdarəsnin 2016-cı il tarixli Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilməklə Nümunəvi siyahıya uyğun olaraq 2022-ci il başa çatmadığı üçün Beyləqan rayon İcra hakimiyyətinin 2017-ci il arxiv sənəd materialları mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə Beyləqan rayon İcra hakimiyyəti Başçısının 24.1 1.2017-ci il tarixli , 195 saylı qərarı Beyləqan rayon İcra hakimiyyətinin daxili arxivində mühafizə olunur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli 10/167 nömrəli məktubu ilə 17 aprel 2023-cü il tarixli 10/167 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 17 aprel 2023-c üil tarixli 10/167 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: Y X 4405602.00 723719.00 4405611.00 723716.00 4405613.00 723721.00 4405604.00 723725.00 Qərardadın ikinci sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası (məqsədli təyinatı) isə yaşayış məntəqələrinin torpaqlarıdır. Qərardadın üçüncü sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin kordinatları daxilində tikili mövcuddur və həmin tikili tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir. Qərardadın dördüncü sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikilinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri və tikililəri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikili həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olduğu müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikinin qeyri-yaşayış binası olmaqla, mişar daşından inşa edildiyi və bir mərtəbədən ibarət olduğu müəyyən edilmişdir.İnşa edilmiş tikinti Beyləqan rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və layihəsi təsdiq edilmiş.İnşa edilmiş tikilinin insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi və digər şəxslərin hüququnun pozulub-pozulmaması məsələsinin müəyyənləşdirilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci sualı üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı Tahr oğluna ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikilinin (qeyri-yaşayış binasının) sənəd üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Qərardadın səkkizinci sualı üzrə Beyləqan Sukanal idarəsinin 23 noyabr 2017-ci il tarixli 01/1-120 saylı arayışına, X18 İstismar İdarəsinin 24 noyabr 2017-ci il tarixli 08/145 saylı məktubuna, X8 (Azərişıq) 23 noyabr 2017-ci il tarixli 25/1108 saylı arayışına və 12 dekabr 2019-cu il tarixli 25/624 saylı məktubuna, X1 23 noyabr 2017-ci il tarixli 10/158 saylı arayışına, Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 24 noyabr 2017-ci il tarixli 01-1/299 saylı rəyinə və 9 X12 və Təbii Sərvətlər Nazirliyinin 29 oktyabr 2018-ci il 353 saylı rəyinə əsasən, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına alınmasına maneə olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə Məmmədov 58 kv.metr torpaq sahəsi ayrılmışdır və Beyləqan rayon İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli 195 nömrəli sərəncamı ilə şəhərin Sevil Qazıyeva küçəsində baş planda göstərilən 58.0 kv metr torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata almaması tələbi ilə Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək göstərilmişdir ki, inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının 1.5 (bir onda beş metrlik məsafəsindən 10 kv-luq elektrik xəttinin və qarşısından su arxının keçməsi müəyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi ilə, faktiki ümumi sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. Aparılan araşdırmalar zamanı X6 X7 adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə cavabdehin imtina üçün göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, cavabdeh müvafiq torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ Həmçinin məhkəməyə təqdim edilmiş ekspert rəyinin 8-ci sual üzrə cavabında Beyləqan Sukanal idarəsinin 23 noyabr 2017-ci il tarixli 01/1-120 saylı arayışına, X18 İstismar İdarəsinin 24 noyabr 2017-ci il tarixli 08/145 saylı məktubuna, X8 (Azərişıq) 23 noyabr 2017-ci il tarixli 25/1108 saylı arayışına və 12 dekabr 2019-cu il tarixli 25/624 saylı məktubuna, X1 23 noyabr 2017-ci il tarixli 10/158 saylı arayışına, Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 24 noyabr 2017-ci il tarixli 01-1/299 saylı rəyinə və 9 X12 və Təbii Sərvətlər Nazirliyinin 29 oktyabr 2018-ci il 353 saylı rəyinə əsasən, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsində yerləşən tikilinin hər hansı xəttin və o cümlədən tikilinin istismarı və dövlət qeydiyyatına alınmasına maneə olan digər mühafizə zonalarına düşməsi müəyyən edilməmişdir. Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində İddiaçı ayrılmış 58 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidən X9 su və kanalizasiya xətti keçmədiyi xx.xx.2022-ci il tarixli, 02/12-158 saylı "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsi X9 məktubunda da öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsassızdır. Məhkəmə cavabdehin imtina üçün göstərdiyi ikinci əsasa münasibət bildirir. Cavabdeh orqan tərəfindən bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının ümumi sahəsinin 52.0 kv.m olması qeyd edilsə də, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planında torpaq sahəsinin 3.4x6.9 olmaqia 58.0 kv.m olmasi qeyd edilsə də, faktiki vəziyyətdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 62.0 kv.m təşkil edir. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekpertizasının rəyinə əsasən, üçüncü sual üzrə cavab olaraq Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin kordinatları daxilində tikili mövcud olması və həmin tikili tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşməsi, yeddinci sual üzrə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 58 kv.metr torpaq sahəsində inşa edilən tikilinin (qeyri-yaşayış binasının) sənəd üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında hər hansı uyğunsuzluq müəyyən edilədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyriyaşayış sahəsinin tam həcmdə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşdiyi üçün və cavabdeh orqan tərəfindən qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 53.9 kv.m təşkil etməsi və sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması halını təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Məhkəmə cavabdehin imtina üçün göstərdiyi üçüncü əsasa da münasibət bildirir. Cavabdeh orqan aparılan araşdırmalar zamanı X6 X7 adıçəkilən qeyri-yaşayış binasının bir hissəsinin yollar və küçələr uqodiyasına aid ümumi istifadədə olan ərazidə, bir hissəsinin isə dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi müəyyən edilməsi barədə məhkəməyə məlumat təqdim etsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekpertizasının rəyinə əsasən, üçüncü sual üzrə cavab olaraq qərardadın ikinci sualı üzrə göstərilmişdir ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə İddiaçı ayrılmış 58 kv.metr torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası (məqsədli təyinatı) isə yaşayış məntəqələrinin torpaqlarıdır. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri - yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlardaxildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən iş materiallarından və ekspert rəyindən cavabdeh sözügedən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli 23 saylı sərancamı, Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli 195 nömrəli sərəncamı mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyriyaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X10 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 16 may 2003-cü il tarixli, 23 saylı sərəncamı ilə Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində ayrılmış 58 (əlli səkkiz) kv.m torpaq sahəsində inşa edilmiş ümumi sahəsi S=52.0 kv.m olan 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Amilya Hüseynova