Məhkəmə qərarları › İş №2-1(120)-634/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-634/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-634/2025 18.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamıilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1920/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından imtina edilməsi barədə “xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması və əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilsin, 2 saylı X5 və “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1920/2024 nömrəli qərardadı ilə iş üzrə xx.xx.1966-cı ildə Hacıqabul rayonunda anadan olmuş və ünvan 2-də qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsi- AA*******) əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 18 iyul 2024-cü il tarixli, 3-17-4/2-19423/2024 saylı məktubda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin və Agentliyin Mərkəzi tibbi- sosial ekspert komissiyasının həkim-mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun mütəxəssisinin cəlb edilməsi məqsədilə müvafiq orqana xx.xx.2024-cü il tarixli, 3-17-4/2-10522/2024 nömrəli məktub ünvanlanmasına, həmçinin telefon vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən komissiya həkim-mütəxəssisin iştirakı olmadan həyata keçirilmişdir. Vətəndaşların müvafiq orqanların birgə iştirakı ilə əyani müayinəsinin mümkün qısa müddətə həyata keçirilməsi ilə əlaqədar qərardadların bir nüsxəsinin həmin orqanlara da göndərilməsini təklif edirik. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq ekspertlər qarşısında iddiaçı xx.xx.1966-cı ildə Hacıqabul rayonunda anadan olmuş və ünvan 2-də qeydiyyatda olan İddiaçı (ş/v AA*******) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı?- məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17in verdikləri xx.xx.2024-cü il tarixli 3709 saylı rəydə göstərilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəskin asteno-nevrotik vəziyyət (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.8) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal- hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etməsi, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində barotravma alması, yeddi saat huşsuz vəziyyətdə olması, bundan sonra təxliyyə edilməsi, hərbi hospitalda müalicədə olması, sonradan onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu halları və bədənində ağrıların yaranması ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicədə olaraq onda “Barotravma-Spinal bel ağrısı. Hipertoniya İ mərhələ, taxikardiya ilə. Mürəkkəb miopatik astiqmatizm” diaqnozu təyin edilməsi, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-xx.xx.2021 -ci il tarixədək, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri. Xroniki posttravmatik baş ağrısı. Kəskin asteno-nevrotik vəziyyət. Bel-oma radikulopatiyası. İki tərəfli neyrosensor ağıreşitmə. Sol aşağı ətrafın monoparezi. Hər iki gözün hərəkət hipermiopik astiqmatizmi” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicədə olması, X10 mərkəzinin spiral kompüter tomoqrafıya müayinəsinin kediyi zaman onda “Serebral frontal minimal kortikal atrofik dəyişikliklər. Arxa kəllə çuxurunda beyinciyin sağ hemsferinin bazalında qismən beyinciyin sağ aşağı ayaqcığını əhatə edən qliotik ocaqlar: Baş beynin hər iki yarımkürəsinin alın payında semioval mərkəzlərdə qliotik ocaqlar. Arxa kəllə çuxurunda subtentorial nahiyədə solda retroserebellyar araxnoidal kista. Kəllənin alın nahiyəsində dərialtı piy toxuması fonunda sərt yad cismciklər” diaqnozunun müəyyən edilməsi, AR SNnin Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış (ATU-nun .psixiatriya kafedrasının professoru, B.Əsədovun sədrliyi ilə keçirilmiş) xx.xx.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduğu zaman onda “Qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəskin asteno-nevrotik vəziyyət. F06.8” diaqnozunun müəyyən edilməsi, həmçinin müxtəlif tibbi müəssisələrdə diaqnostik müayinələrdən keçməsi, hazırda ona təyin edilmiş müalicələri qəbul etməsi, buna baxmayaraq əvvəlki iş qabiliyyətini tam bərpa etməməməsi, tez-tez baş, bel ağırlarından, tez yorulmadan, gün ərzində heysizlik olmasından və əsəbilikdən əziyyət çəkməsi, yaddaşında zəiflik yaranması və s.) sübut edir. İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçı hal-hazırda Qapalı kəllə-beyin travmasmın qalıq əlamətləri, kəskin asteno-nevrotik vəziyyət (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.8) müəyyən edilir. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməsi və qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il təvəllüdlü, ehtiyatda olan zabit baş leytenant İddiaçı 1990-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) Hərbi Kafedrasını bitirmişdir. Həmin ildə ona Artilleriya ixtisası üzrə leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.2020-ci ildə onu ehtiyatda olan zabit kimi, 54 yaşında çağırış vərəqəsilə (çağırış vərəqəsini hələ də saxlamışdır) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci ildən Müdafiə Nazirliyinin N N-İİ hərbi hissəsində motoatıcı taborun minaatan batareyasının baş zabiti, tağım komandiri vəzifəsində, leytenant rütbəsində yenidən hərbi xidmətə başlamışdır. xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayonunun Tuğ kəndi, Hadrut şəhərinin alınmasında real döyüşlərdə düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində bir zabit-komandir kimi fəal iştirak edərək şəxsi şücayət göstərmişdir. Bu şücayəti Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilərək, ona “Müharibə Veteranı” statusu verilmişdir. Leytenant rütbəsi artırılaraq baş leytenant rütbəsi ilə əvəzlənmişdir. Ali Baş Komandanın əmri ilə “Xocavənd uğrunda”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuşdur.xx.xx.2020-ci ildə Hadrut şəhərini işğaldan azad etdikdən sonra, düşmən təxribatının qarşısını alan zaman, səhər saat 04:00-05:00 radələrində düşmənin əks-hücumu nəticəsində ağır kəllə-beyin travması alaraq (başından və belindən zərbə xəsarəti, üzündən və qolundan sınıq xəsarəti, gözündən qəlpə yarası almaqla 7 saat huşsuz vəziyyətdə, döyüş meydanında yaş torpağın altında qaldıqdan sonra) Ağcabədi Hərbi Hospitalına təxliyyə olunmuşdur. Ağcabədi Hərbi Hospitalında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 7 gün müalicə olunduqdan sonra, həkimlərin etirazına baxmayaraq, yenidən xidmət yerinə qayıdıb döyüşlərə qatılmışdır. Lakin aldığı ağır travmanın gözlərinin və qulağının zəifləməsinə, ürəyində və beynində qan təzyiginin pozulmasına gətirib çıxartdığına görə, xx.xx.2020-ci il tarixində aşağı ətraflarımın hərəkətində çətinliklər yarandığı üçün, tez-tez müvazinətinin pozulmasına görə Bakı şəhərinə Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına təxliyyə olunmuşdur. Mərkəzi Hospitalda müalicə və müayinə olunaraq, şəhadətləndirilmişdir. Hərbi Həkim Komissiyası tərəfindən “Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Travmanın ağırlıq dərəcəsinə görə Dövlət ona 2750 AZN sığorta haqqı vermişdir. Müharibədə aldığı travmalarla əlaqədar hələ də müalicə olunur.12 dekabr 2022-cı il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin Komissiyanın qərarına əsasən, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” QƏRARİ verilmişdir. Lakin aldığı kəllə-beyin travması və digər xəstəliklərlə əlaqədar Qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlər təqdim olunsa da bu günə qədər əlillik dərəcəsi müəyyən edilməmişdir.2023-cü ilin avqust ayında Tibbi-Sosial Ekspert Komissiyasında əyani baxışda olmuşdur, 29 avqust 2023-cü il tarixində isə e-gov portalı üzərindən imtina cavabı almışdır. İmtina cavabında qeyd olunur ki, guya diaqnoz əlillik əlamətləri təyin etmir. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 Nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş-beyinin üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış barotravma) xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə.Barotravma (xx.xx.2020) nəticəsində qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Radikulopatiya. Sol aşağı ətrafların monoplegiyası.).";.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir.Bundan əlavə. Hacıqabul rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Z.lgidəliyevə orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Z.lgidəliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14291 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-bevin travması. baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamstzlıdı. sefalqik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa şəklində nəticəsi. Posttravmatik boyun mielopativası. mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Psixi xəstəlikdən sonrakı şəxsiyyətin mülayim dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, inkişaf geriliyi. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. ikitərəfli nevrosensor aöıreşitmə. pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Burun sümüyünün köhnə bitişmiş sınıöı.Sol mil sümüyünün distat metafizinin köhnə kafi bitişmiş sınığı Dirsək sümüyünün bizəbənzər çıxıntısının bitişməmiş sınıäı. Mil-dirsək sindosmozunun cırılmasıdiastazı. Oynadın osteoartrozu" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir;“Hipertoniva xəstəliyi, İİ (ikinci) mərhələ. Revmatizm. gevri-fəal dövr. Aortal qapaq catısmazlıäı. Hər iki gözün mürəkkəb hipermetropik astiamatizmi 5.0 və 3. OD. saq gözün baslanäıc kataraktası, sol gözün makulopativası nəticəsində görmə itiliyinin hər iki gözdə 0,05-ə qədər azalması. korreksiva ilə saqda 0.3, solda 0.1 olmaqla. Xroniki eroziv qastroduodenit. natamamremissiva mərhələsində. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. C6-C7. L4-L5, L5-S1 fəqərələrarası disklərin orotruzivası. Arxa kəllə çuxurunun araxnoidal kistası. Ənqdə və çənədə ikincili tam adentivava görə aparılmış çıxan lövhəli protezlənmədən sonrakı vəziyyət" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli 1708 nömrəli Tibbi rəyində diaqnoz “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, intellekt geriləməsi Ambulator müalicə alması tövsivvə edilir' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozqunluäu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2488/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-bevnin üzvi (İİ Qara bad müharibəsi zamanı alınmış barotravma) xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları. koqnitiv funksiyaların zəifləməsi" kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, başgicəllənmədən, arterial təzyiqin yüksəlməsindən, təngənəfəslikdən, yuxusuzluqdan, zəif görmədən, hər iki qulaqda olan eşitmə zəifliyindən, bel-oma nahiyəsində olan və sol aşağı ətrafa yayılan ağrıdan, yuxarı və aşağı ətraflarında olan keyimədən, əsəbilikdən, yuxu pozulmasından, qıcıqlara qarşı həssas olmasından, gərginlik hissindən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval- ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır.Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin Qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir, müvafiq inzibati akt xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmişdir, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktı göndərilmə tarixi xx.xx.2023-cü il göstərilmiş, lakin iddiaçıya cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh orqana əyani müayinə üçün müraciət etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17137/2023 saylı qərarı ilə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Bundan qısa müddət sonra, yəni iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İddiaçı tərəfindən özü barəsində Silahlı Qüvvələrin Baş X7 Şöbəsi tərəfindən çıxarış epikrizlər, “Psixi Sağlamlıq Mərkəzi” X14 müayinə olunması barədə sənədlər, X16 tərəfindən tibbi sənədlər, digər ambulator kitabçadan çıxarışlar və digər tibbi sənədlər təqdim edilmişdir. -İşdə olan “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi tərəfindən məhkəməyə ünvanlanməş xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sizin xx.xx.2023-cü il tarixli 2-1(120)-4818/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma spinal travma xəsarətini almışdır”.(əsas:161 nömrəli hərbi hissə tərəfindən verilmiş 18.11,2020-ci il tarixli,16602 nömrəli travma haqqında arayış). Şikayətləri ilə əlaqədar hərbi hissə həkiminə müraciət etmiş və hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün Hərbi Həkim Komissiyasına göndəriş verilmişdir. Hərbi Həkim Komissiyasının müayinəsi zamanı kardioloq, nevroloq, radioloq, oftalmoloq tərəfindən müayinə olunmuşdur. xx.xx.2020-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən ‘‘Xəstəliklər cədvəli”-nin 41 maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş, “Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyinə görə 15 (on beş) gün müddətinə verilməlidir. Məzuniyyət müddəti birdikdən sonra təkrar şəhadətləndirilməlidir” qərarı verilmişdir.xx.xx.2021xx.xx.2021 -ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinələrdə olmuşdur. 12.11 2021 -ci ıl tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 22870 nömrəli “xəstəlik haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2020xx.xx.2020-ci il tarixədək Ağcabədi rayon Mərkəzi Xəstəxanasında “Barotravma-spinal bel ağrısı, hiportaniya İ mərhələ, taxikardiya, miopik astiqmatizma” diaqnozu ilə, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında dəfələrlə M54.1, G44.3, G83.1, F48.0, H90.3, diaqnozları ilə, xx.xx.2022- xx.xx.2021 X13 G.93 “Barotravma (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmasının qaliq əlamətləri” diaqnozu ilə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində İse Respublika Psixiatriya Xəstəxanasında F07.0 “Üzvü travma mənşəli şəxsiyyət pozuntusu” diaqnozı ilə stasionar müalicələrdə olmuşdur. xx.xx.2022 tarixdə Psixi Sağlamlıq Mərkəzinin Baş Direktoru Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı Tibb əlimləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş “Üzvüemosional-labil pozuntu F06.6, üzvi şəxsiyyət pozuntusunu başlaması istisna olunmur” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixində sənədləri toplanara “Baş-beynin üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış barotravma) xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə, barotravma (xx.xx.2020)nəticəsində qapalı kəllə beyin travmasının qalıq əlamətləri, radkulopatiya, sol aşağı ətrafların monoplegiyası” diaqnozu ilə F88 yazılaraq Həkim Məsləhət Komissiyasının sərəncamına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilib. Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. -İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanməş xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli, 2-1 (120)-4818/2023 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır.Azərbaycan Respublikası Naziriər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı dövlət tibb müəssisəsinin 0334003AAGR2, 0334003AAHRW, E00011826HJS və J00107659LCE göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. -İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 1/1172 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yaşayan 1966-cı il təvəllüdlü İddiaçı 26 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi xx.xx.2023-cü il tarixdə İddiaçı 2 nömrəli X1 Həkim Məsləhət Komissiyasından keçmiş və ona “Baş-beynin üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış barotravma) xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə. F07.0” (Yanaşı xəstəlikləri G93; G83.1; İ67.8;M54.1) diaqnozu təyin edilmişdir. Onun sənədləri xx.xx.2023-cü il tarixdə Əlilliyin təyin olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasının alt sisteminə yerləşdirilmişdi (Göndərişin No J00107659LCE). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sistemində xx.xx.2023-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etmir” imtinası verilib. -İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli, 1146 saylı Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatrik Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Qapalı kəllə beyin travmasının qalıq əlamətləri, kəskin astenonevrotik vəziyyət F 06. təyin edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;

3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;

3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.13. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin Əlavəsində 4-cü və 6-cı bəndlərdə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən göndərilmiş J00107659LCE saylı göndərişlə göndərilmiş xx.xx.2023-cü il tarixli, J00107659LCE nömrəli 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17in verdikləri xx.xx.2024-cü il tarixli 3709 saylı ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəydə qeyd olunmuşdur ki, yoxlanılan şəxs İddiaçı halhazırda Qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəskin asteno-nevrotik vəziyyət (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.8) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal- hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etməsi, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində barotravma alması, yeddi saat huşsuz vəziyyətdə olması, bundan sonra təxliyyə edilməsi, hərbi hospitalda müalicədə olması, sonradan onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu halları və bədənində ağrıların yaranması ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicədə olaraq onda “Barotravma-Spinal bel ağrısı. Hipertoniya İ mərhələ, taxikardiya ilə. Mürəkkəb miopatik astiqmatizm” diaqnozu təyin edilməsi, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-xx.xx.2021 -ci il tarixədək, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri. Xroniki posttravmatik baş ağrısı. Kəskin asteno-nevrotik vəziyyət. Bel-oma radikulopatiyası. İki tərəfli neyrosensor ağıreşitmə. Sol aşağı ətrafın monoparezi. Hər iki gözün hərəkət hipermiopik astiqmatizmi” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicədə olması, X10 mərkəzinin spiral kompüter tomoqrafıya müayinəsinin kediyi zaman onda “Serebral frontal minimal kortikal atrofik dəyişikliklər. Arxa kəllə çuxurunda beyinciyin sağ hemsferinin bazalında qismən beyinciyin sağ aşağı ayaqcığını əhatə edən qliotik ocaqlar: Baş beynin hər iki yarımkürəsinin alın payında semioval mərkəzlərdə qliotik ocaqlar. Arxa kəllə çuxurunda subtentorial nahiyədə solda retroserebellyar araxnoidal kista. Kəllənin alın nahiyəsində dərialtı piy toxuması fonunda sərt yad cismciklər” diaqnozunun müəyyən edilməsi, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış (ATU-nun .psixiatriya kafedrasının professoru, B.Əsədovun sədrliyi ilə keçirilmiş) xx.xx.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduğu zaman onda “Qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəskin astenonevrotik vəziyyət. F06.8” diaqnozunun müəyyən edilməsi, həmçinin müxtəlif tibbi müəssisələrdə diaqnostik müayinələrdən keçməsi, hazırda ona təyin edilmiş müalicələri qəbul etməsi, buna baxmayaraq əvvəlki iş qabiliyyətini tam bərpa etməməməsi, tez-tez baş, bel ağırlarından, tez yorulmadan, gün ərzində heysizlik olmasından və əsəbilikdən əziyyət çəkməsi, yaddaşında zəiflik yaranması və s.) sübut edir. İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçı hal-hazırda Qapalı kəllə-beyin travmasmın qalıq əlamətləri, kəskin asteno-nevrotik vəziyyət (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.8) müəyyən edilir. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməsi və qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xəstəlik şəhadətnamələri, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin, Respublika Klinik Xəstəxanası PHŞ-nin, X10 Mərkəzinin, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının, 2 nömrəli Psixiatriya Xəstəxanasında müayinə olunması barədə sənədlər və digər tibbi sənədlər üzrə müəyyən edilir ki, iddiaçıda müəyyən olunan xəstəliyin tam aradan qalxması mümkün deyildir. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, J00107659LCE nömrəli göndərişə əsasən qəbul xx.xx.2023cü il tarixli qərarla İddiaçı əlil təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları-Sıra №-si 7.6.2 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntuları-F06” bəndi tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin diaqnozunun əlillik əlamətinin təyin edilməməsinə istinad etmişdir. Halbuki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2023-cü il tarixli, J00107659LCE nömrəli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları-Sıra №-si 7.6.2 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntuları- F06” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, J00107659LCE nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar