Məhkəmə qərarları › İş №2-1(120)-635/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-635/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-635/2020 18.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X2 iştirakıilə, İddiaçı cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli məktubla iddiaçının yaşa görə tələb olunan sosial sığorta stajı 25 il olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1968-ci il tarixdən 1972-ci ilin sonlarına qədər Cəlilabad rayon Ruhulla Axundov adına sovxozda işlədiyi müddətin, xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1977-ci ilə kimi hərbi xidmətdə olduğu müddətin, xx xxxxxxxx 1978-ci ildən xx xxxx 1999-cu ilə kimi 108 nömrəli orta Texniki Peşə məktəbində işlədiyi müddətin sığorta stajı kimi müəyyən edilərək, cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 1968-ci il tarixdən 1972-ci ilin sonlarına qədər Cəlilabad rayon Ruhulla Axundov adına sovxozda işlədiyi müddətin, xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1977-ci ilə kimi hərbi xidmətdə olduğu müddətin, xx xxxxxxxx 1978-ci ildən xx xxxx 1999-cu ilə kimi 108 nömrəli orta Texniki Peşə məktəbində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 79/04- 302 saylı imtina məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyiniz sənədlərdə (əmək kitabçası, arxiv arayışı, həqiqi hərbi xidmətdə olduğu dövrlər) yaşa görə tələb olunan sosial sığorta stajınız 25 il olmadığına görə sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, yaşayış yerindən arayışını, arxiv arayışınının notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, arxiv çıxarışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş xx xxxx 2020-ci il tarixli arxiv arayışının qarşılıqlı yoxlama aktının, Dövlət X5 Cəlilabad rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********7 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və digər iş materialları ilə müəyyən edildi ki,yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon M.Əzizbəyov küçəsi evnömrə 37-də yaşayan İddiaçı, xx.xx.1955-ci il təvəllüdlü, yaşa görə əmək pensiyası almaq üçün şöbəyə müraciət etmişdir. Hal-hazırda vətəndaşa “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən vətəndaş xx.xx.1968-ci ildən xx.xx.1972-ci ilə kimi Cəlilabad rayonu keçmiş “R.Axundov” adına sovxozda xx.xx.1972-ci ildən xx xxxxxx 1975-ci ilə və 14,12.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Salyan rayon kənd təsərrüfatı texnikumunda təhsil almış xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi Hərbi xidmətdə olmuş xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilə kimi Cəlilabad rayon Prişib 108nömrəli orta TPM-də işləməklə 24 il 6 ay 29 gün sığorta stajı qazanmışdır. Vətəndaşın 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmır. Xahiş edirik vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmadığına görə iddia ərizəsini rədd edəsiniz.Nəzərə almağınızı xahiş edirik. Məhkəmə qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi on manat dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarətdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hesab edir ki, prosessual xərc (ödənilmiş dövlət rüsumu vəsaiti) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət X5 Cəlilabad rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddiası əsassız olduğundan təmin edilmir.

2. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar