Məhkəmə qərarları › İş №2-1(120)-635/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-635/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-635/2021 16.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh 11 mart 2019-cu il tarixli **********9 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, işlədiyi dövrün və güzəştli hərbi xidmət dövrünün sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İşdə olan İddiaçı məxsus 03.11.1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 1970-1992-ci illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.12.2020-ci il tarixli 12/2603 nömrəli arayışında qeyd edilir: “Verilir, Lənkəran rayonu Şiləvar kənd sakini İddiaçı ondan ötrü ki, o, həqiqətən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N mart 1993-cü il tarixdən 15 may 1995-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu dövrün “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 01 may 1997-ci il tarixədək qüvvədə olmuş 2-ci hissəsinin “b” bəndinin birinci abzasının müddəalarına əsasən N mart 1993-cü il tarixdən 05 dekabr 1993-cü il tarixədək olan 08 ay 26 gün müddətinin bir ayı iki ay kimi, həmin Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəlarına əsasən isə 05 dekabr 1993-cü il tarixdən 15 may 1995-ci il tarixədək olan 01 il 05 ay 10 gün müddətinin bir ayı üç ay kimi güzəştli qaydada sayılır. Odur ki, İddiaçı N nömrəli hərbi hissədəki xidmət illəri: təqvimlə - 02 il 02 ay 06 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddəti – 03 il 07 ay 16 gün, ümumi xidmət illəri isə 05 il 09 ay 22 gün təşkil edir. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə təqdim etmək üçün verilir”. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 7 saylı Regional Ərazi Filialı tərəfindən İddiaçı ünvanlanmış 21.01.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd edilir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 7 saylı Regional Ərazi Filialı Sizə bildiririk ki, 14.01.2021ci il tarixli müraciətinizə baxıldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.12.2020ci il tarixli 12/2603 saylı arayışında Sizin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 19.03.1993-cü il tarixdən 15.03.1995-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olduğunuz dövrün “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 01 may 1997-ci il tarixədək qüvvədə olmuş 2ci hissəsinin “b” bəndinin birinci abzasının müddəalarına əsasən isə 05 dekabr 1993-cü il tarixdən 15 may 1995-ci il tarixədək olan 01 il 05 ay 10 gün müddətinin bir ayı üç ay kimi güzəştli qaydada sayılması barədə arayış əsasında və əmək kitabçanızda qeyd olunmuş 16.06.1976-cı il tarixdən 20.03.1981-ci il tarixədək Lənkəran “ATP”-1-də, əmək kitabçanızda qeyd olunmuş 01.04.1981-ci il tarixdən 12.06.1992-ci il tarixədək Lənkəran “Avtoşkola” müəssisəsində əmək kitabçanızda qeyd olunmuş 09.03.1976-cı il tarixdən 04.05.1976-cı il tarixədək “TTK-7” Lənkəran su tikinti müəssisəsində işləməyinizə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün Sizə əmək pensiyası təyin etmək filialın imkan xaricindədir. Məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Qeyd: Müdafiə Nazirliyinin arayışına əsasən Sizin N saylı hərbi hissədəki xidmət illəriniz təqvimlə 2 il 2 ay 6 gün, xidmət illərində güzəştli qaydada əlavə olunan müddət 3 il 7 ay 16 gün, ümumi xidmət illəriniz isə 5 il 9 ay 22 gün göstərilmişdir”. İşdə olan Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialı tərəfindən məhkəməyə ünvanlanmış 10.03.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, 3 fevral 2021-ci il tarixli 2-1(120)-635/2021 saylı məktubunuza cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.12.2020-ci il tarixli 12/2603 saylı arayışında İddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 19.03.1993-cü il tarixdən 15.03.1995-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu dövrün “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 01 may 1997-ci il tarixədək qüvvədə olmuş 2-ci hissəsinin “b” bəndinin birinci abzasının müddəlarına əsasən N mart 1993-cü il tarixdən 05 dekabr 1993-cü il tarixədək olan 08 ay 26 gün müddətinin 1 ayı 2 ay kimi həmin Qərarın (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına əsasən isə 05 dekabr 1993-cü il tarixdən 15 may 1995-ci il tarixədək olan 01 il 05 ay 10 gün müddətinin bir ayı üç ay kimi güzəştli qaydada sayılması barədə arayış əsasında və əmək kitabçasında qeyd olunmuş 16.06.1976-cı il tarixdən 20.03.1981-ci il tarixədək Lənkəran “ATP”-1-də , əmək kitabçasında qeyd olunmuş 01.04.1981-ci il tarixdən 12.06.1992-ci il tarixədək Lənkəran “Avtoşkola” müəssisəsində, əmək kitabçasında qeyd olunmuş 09.03.1976-cı il tarixdən 04.05.1976-cı il tarixədək “TTK-7” Lənkəran su tikinti müəssisəsində işləməsinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün vətəndaşa əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Vətəndaşa əmək pensiyası təyin edilməsi üçün azı 25 il sığorta stajı tələb olunur. İddiaçı 30.09.1970-ci ildən 03.11.1973-cü il tarixədək Lənkəran rayon 1 nömrəli tərəvəzçilik sovxozunda (20.09.1971-ci il tarixdən Lənkəran sovxoz texnikum adlandırılmışdır) işlədiyi illər, 24.11.1973-cü ildən 28.11.1975-ci il tarixədək hərbi xidmətdə olduğu illər, 25.02.1993cü ildən 15.05.1995-ci il tarixədək (bir ay iki və ya üç ay götürülmədikdə) hərbi xidmətdə olduğu dövrlər əmək stajına götürülə bilər. Vətəndaşın cəmi sığorta stajı 23 il 5 ay 7 gün təşkil edir. Müdafiə Nazirliyinin arayışında qeyd olunan 25.02.1993-cü il tarixdən 15.05.1994-cü il tarixədək olan müddətdə 1 ay iki ay kimi qəbul edildikdə cəmi staj 24 il 7 ay 27 gün təşkil edir. Müdafiə Nazirliyinin arayışında qeyd olunan 25.02.1993-cü il tarixdən 15.05.1994-cü il tarixədək olan müddətdə 1 ay üç ay kimi qəbul edildikdə cəmi staj 25 il 10 ay 14 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə göndərdiyi 23 aprel 2021-ci il tarixli, 01/3-662 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “TQİ-20” müəssisəsinə, “Bəhrəmtəpə” qum-çınqıl karxanasına, “Kemen” müəssisəsinə, İmişli ATN Faiq kooperativinə, “TTK-7” Lənkəran su tikinti müəssisəsinə və Lənkəran "xxxx" müəssisəsinə dair məlumat mövcud deyildir. Eyni zamanda bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 iyun 1996-cı il tarixindən, Lənkəran “Avtomobil məktəbi” (hazırda “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialı) isə 03 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 19 may 2021ci il tarixli 01/3-938 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “X1”na, "xxxx"xxxx"xxxx" QSC-yə, "xxxx" MMC-yə “TTK-7” Lənkəran su tikinti müəssisəsinə, Lənkəran "xxxx"-ə, “Azərmeliorasiya Su Tikinti Baş İdarəsi”nə, "xxxx"xxxx"xxxx" şirkətinə, “Sahib” istehsal-kommersiya kiçik müəssisəsinə, Wakefield İnspection Services-BAKU LTD-yə, “4 №-li Bakı ANK”-yə, “Qalam” kooperativinə, “Avto LTD” firmasına və “Mərd Petrol” birgə müəssisəsinə dair məlumat mövcud deyildir. "xxxx" MMC 11 iyun 1997-ci il tarixindən, “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsi 05 may 1997-ci il tarixindən, “ Azərkəndtikinti” SMD 29 sentyabr 1996-cı il tarixindən, “Qələbə” Xarici-iqtisadi Assosiasiyası 18 iyul 1996-cı il tarixindən, “AZFA” firması 20 may 1997-ci il tarixindən, “DAM Ekspo” kiçik müəssisəsi 18 iyun 1996-cı il tarixindən, “Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzi “ 04 sentyabr 1997-ci il tarixindən, Lənkəran “Avtomobil məktəbi (hazırda “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialı) 03 iyul 1996-cı il tarixindən, “Azəri Kayalar Azərbaycan Türkiyə Müştərək müəssisəsi” 25 avqust 1998-ci il tarixindən və “Şəmkir-Avtoservis” 27 iyun 1996cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Əməliyyat Şirkəti” MMC 01 iyul 1996-cı il tarixindən 11 avqust 1999-cu il tarixinədək qeydiyyatda olmuş, "xxxx" Azərbaycan-Rusiya qapalı tipli səhmdar investisiya cəmiyyəti (sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) 23 sentyabr 1997-ci il tarixindən, "xxxx" çoxsahəli şirkət (hazırda "xxxx" MMC) 12 fevral 1997-ci il tarixindən qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi 08.06.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı (AZE № 0*******, FİN: xxxxxxx) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-635/2021 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-635/2021 nömrəli iş üzrə verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında 30.09.1970-03.11.1973-cü il tarixlərdə Lənkəran rayon 1 №-li Tərəvəzçilik sovxozunda, 09.03.1976-04.05.1976-cı il tarixlərdə “TTK-7” Lənkəran su tikinti müəssisəsində, 16.06.1976-20.03.1981-ci il tarixlərdə Lənkəran "xxxx"də və 01.04.1981-12.06.1992-ci il tarixlərdə Lənkəran “Avtomobil məktəbi”ndə işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci maddəsinə görə hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrlə bağlı X4 Filialına, Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergi İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Statistika Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna sorğular göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergi İdarəsindən cavab məktubu daxil olmamışdır. X4 Filialından daxil olmuş 16.03.2021-ci il tarixli № b/90 məktubda adı gedən təşkilatlara dair sənədlərin arxivdə saxlanılmadığı; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 20.05.2021-ci il tarixli **********30 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edildiyi; Dövlət Statistika Komitəsindən daxil olmuş 19.05.2021-ci il tarixli № 01/3-938 məktubda “TTK-7” Lənkəran su tikinti və Lənkəran "xxxx" adlı müəssisələrə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində mövcud olmadığı, Lənkəran “Avtomobil məktəbi”nin (hazırda Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialı) 03 iyul 1996-cı il tarixdən qeydiyyatda olduğu göstərilmişdir. “TTK-7” Lənkəran su tikinti və Lənkəran "xxxx" adlı qurumlara dair məlumatların olmadığı və Lənkəran “Avtomobil məktəbi”nin 03 iyul 1996-cı il tarixdə qeydiyyata alındığı nəzərə alınaraq, bu səbəbdən 09.03.1976-12.06.1992-ci il tarixləri əhatə edən sığorta stajı İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda Fonda ünvanlanmış İddiaçı adına 01.01.2006-cı il tarixdən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olub-olmamasına dair xidməti məktuba cavab olaraq iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqqınını ödənilməsi barədə məlumatların aşkar olunmadığı qeyd olunmuşdur. Beləliklə, İddiaçı ümumilikdə sosial sığorta stajı 30.09.1970-03.11.1973cü il tarixlərdə Lənkəran rayon 1 №-li Tərəvəzçilik sovxozunda, 24.11.1973-28.11.1975-ci il tarixdə həqiqi hərbi xidmətdə olduğu dövr, 25.02.1993-15.05.1995-ci il tarixdə N nömrəli hərbi hissədəki xidmət illəri (Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş №-li 12/2603 arayışa əsasən, güzəştli qaydada hesablanaraq 05 il 09 ay 22 gün müəyyən olunur) hesablanaraq 10 il 11 ay təşkil edir (tələb edilən 25 ildən az). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, məhkəmədən İddiaçı 2-1(120)- 635/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 avqust 2021-ci il tarixli, 75 nömrəli məktubunun məzmunundan və ona əlavə olunmuş əmrlərdən və əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, İddiaçı 01.04.1981-ci il tarixli, 30 saylı əmrlə işə qəbul olunmuş və 12.06.1992-ci il tarixli, 27 saylı əmrlə işdən azad olunmuşdur və işlədiyi dövrdə əmək haqqı almışdır. İşdə olan X6 Səhmdar Cəmiyyətinin 05.04.2021-ci il tarixli, 01 saylı “əmək haqqının aylar üzrə məbləği” vərəqindən görünür ki, İddiaçı 1977, 1978,1979, 1980 və 1981-ci illərdə əmək haqqı almışdır. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasında “TTK-7” Lənkəran su tikinti müəssisəsində, Lənkəran "xxxx" və Lənkəran “Avtomobil məktəbi”ndə işlədiyi göstərilsədə yoxlama zamanı vətəndaşın əmək kitabçasında qeyd olunan 09.03.1976-04.05.1976-cı illərdə “TTK-7” Lənkəran su tikinti müəssisəsində, 16.06.1976-20.03.1981-ci illərdə Lənkəran "xxxx"-də, 01.04.1981- 12.06.1992-ci illərdə Lənkəran “Avtomobil məktəbi”ndə (hazırda Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialında) işləməsi təstiq edən əmr kitablarını və əmək haqqı cədvəllərini müəyyən etmək mümkün olmamışdır. Bu arada məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 30.09.1970- 03.11.1973-cü il tarixlərdə Lənkəran rayon 1 №-li Tərəvəzçilik sovxozunda, 24.11.1973- 28.11.1975-ci il tarixdə həqiqi hərbi xidmətdə olduğu dövr, 25.02.1993-15.05.1995-ci il tarixdə N nömrəli hərbi hissədəki xidmət illəri daxil olmaqla 10 il 11 ay sığorta stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni, həmin dövrlər inzibati orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, vətəndaşın əmək kitabçasında qeyd olunan 09.03.1976-04.05.1976-cı illərdə “TTK-7” Lənkəran su tikinti müəssisəsində, 16.06.1976- 20.03.1981-ci illərdə Lənkəran "xxxx"-də, 01.04.1981-12.06.1992-ci illərdə Lənkəran “Avtomobil məktəbi”ndə (hazırda Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialında) işləməsini təstiq edən əmr kitablarını, əmək haqqı cədvəllərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasına ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək kitabçasında qeyd olunan 09.03.1976-04.05.1976-cı illərdə “TTK-7” Lənkəran su tikinti müəssisəsində, 16.06.1976-20.03.1981-ci illərdə Lənkəran "xxxx"-də, 01.04.1981-12.06.1992-ci illərdə Lənkəran “Avtomobil məktəbi”ndə (hazırda Azərbaycan Respublikası “Hərbi Vətənpərvərlik və X2” məhdud məsuliyyətli cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialında) əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin müəssisədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin müəssisənin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 avqust 2021-ci il tarixli, 75 nömrəli məktubunun məzmunudan və ona əlavə edilmiş sənədlərən (əmrlər kitabından və əmək haqqı cədvəllərindən çıxarışdan) müəyyən edilmişdir ki, İddiaçı 01.04.1981-ci il tarixdən 12.06.1992-ci il tarixinə kimi Lənkəran “Avtomobil məktəbi”ndə əmək fəaliyyətində olmuş və əmək haqqı almışdır. Həmçinin işdə olan X6 Səhmdar Cəmiyyətinin 05.04.2021ci il tarixli, 01 saylı “əmək haqqının aylar üzrə məbləği” vərəqindən görünür ki, İddiaçı 1977, 1978,1979, 1980 və 1981-ci illərdə əmək haqqı almışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını və Lənkəran "xxxx"-in Lənkəran Nəqliyyat ASC-nin hüquqi varisi olduğunu və həmin müəssisədəki əmək fəaliyyətinə dair müəssisəyə məxsus bütün sənədlərin Lənkəran şəhərində Atovağzalın qarşısında yerləşən 1 nömrəli avtobazanın binasında saxlanıldığını və həmin sənədləri şəxsən gözü ilə gördüyünü, həmçinin məhkəməyə təqdim etdiyi X6 Səhmdar Cəmiyyətinin 05.04.2021-ci il tarixli, 01 saylı “əmək haqqının aylar üzrə məbləği” vərəqəsinin həmin əmək haqqı cədvəllərinə əsasən yazıldığını, lakin həmin sənədlərin məhkəməyə təqdim etmək imkanının olmadığını, lakin yerində baxış keçirilməsinin mümkün olduğunu qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisənin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının qeyd etdiyi əraziyə baxış keçirməklə əmək fəaliyyətinə dair Lənkəran "xxxx" müəssisəsinə məxsus sənədlərin yerində baxış keçirməklə, qarşılıqlı yoxlamasını aparmalı idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar