Məhkəmə qərarları › İş №2-1(120)-635/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-635/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-635/2023 09.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Əlibaba oğlunun iştirakı ilə, İddiaçı Əlibaba oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə N9 avqust NNN3-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Əlibaba oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1N yanvar 1993-cü ildən N4 aprel 1995-ci ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində, xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixinədək N saylı hərbi hissədə, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək N №-li hərbi hissədə, xx.xx.1996-cı ildən xx.xx.1999-cu il tarixinədək 7NN saylı hərbi hissədə, xx.xx.1999-cu ildən xx.xx.NNNN-ci il tarixədək NN6 №-li hərbi hissədə gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusu sıralarında erməni daşnaklarına qarşı vuruşmalarda iştirak etmişdir. Bunu ona məxsus H3 seriyalı ******* saylı Hərbi bilet təsdiq edir. O, “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.NNNN-ci il tarixli, 4/3-6546 saylı məktubu ilə xahişi təmin edilməmişdir. İmtinaya səbəb kimi məktubda adının N saylı hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı və 7N3 №-li hərbi hissəyə ezam olunmağının səbəbi məlum olmadığı göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası SHXDÇDX-nin Kürdəmir rayon Şöbəsinin xx.xx.NNNN-ci il tarixli, 158 saylı arayışında onun xidmət keçdiyi hərbi hissələr barədə məlumat mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafıə Nazirliyinin üzrərinə qoyulmasından ibarətdir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasim İsmayilov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərin aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatiarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublıkasının Strateji X1N Agentliyi və hərbi idarəetmə orqan tərəfındən verılmış arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hıssə uzrə əmrlərı və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi islər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakımiyyəti orqanlannın təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi hissələrdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabınetinin NN18-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığı üçün ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.NNN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.NNN7-ci il tarixl Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ys subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin NNN6-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının NN iyun NN17ci il tarixli, N-1(1NN)-1161/NN17 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (NNNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktıki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı Əlibaba oğlu gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı Əlibaba oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.NNNN-ci il tarixli, 4/3-6546 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Mərkəzi Arxivin xx.xx.NNNN-ci il tarixli, 4/N-1613 nömrəli arayışına əsasən xidmət keçdiyiniz N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və 7N3 nömrəli hərbi hissəyə ezamiyyətinizin səbəbi məlum olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.NNNN-ci il tarixli, 4/N-1613 nömrəli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, kiçik gizir X8 7N3 №-li hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N3 №-li əmrilə (əsas: §-3, səh-37) xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbThissə komandirinin xx.xx.1994-cü il tarixli 36 №-li əmrində (əsas: §-4, səh-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) kiçik gizir «RA.3apбалиев»in döyüş əməliyyatları bölgəsindən, 7N3 №-li hərbi hissədən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.NNNN-ci il tarixli, 158 nömrəli arayışından görünür ki, ehtiyatda olan kiçik gizir İddiaçı həqiqətən 1988-ci ilin dekabr ayından 199N-cı ilin dekabr ayınadək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 7N4 nömrəli hərbi hissədə, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 7NN nömrəli hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.NNNN-ci il tarixədək NN6 nömrəli hərbi hissədə gizir qismində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında əsasnamənin” 158-cı maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.NNNN-ci il tarixli, 4/N-5NN1 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 18 №-li əmrilə (əsas: səh 16, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) ehtiyatda olan sıravi X6 “gizir” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xilasedici-paraşutçu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, kiçik gizir X8 7N3 №-li hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3N3 №-li əmrilə (əsas: §-3, səh-37) xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 №-li əmrində (əsas: §-4, səh-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) kiçik gizir «RA.3apбалиев»in döyüş əməliyyatları bölgəsindən, 7N3 №-li hərbi hissədən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissənin motoatıcı batalyonunun minaatan batareyasının starşinası vəzifəsinə təyin edildiyi üçün kiçik gizir X8 N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 1NN №-li əmrilə (əsas: səh NN, §7, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahıısndan və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissədən gəlmiş kiçik gizir X8 N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 73 №-li əmrilə (əsas: səh 175, §7, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N MAT-un minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci minaatan batareyasının baş çavuşu kiçik gizir X9 N №-li hərbi hissənin kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, N №-li əmrilə (əsas: səh 11, §9, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissə komandirinin sərəncamına gönədrilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, N1 №-li əmrilə (əsas: səh 65, §1N, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala, hərbi rütbəsi “baş gizir” yazılmışdır) baş gizir X8 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən 7NN №-li hərbi hissənin X1 batareyasının baş çavuşu təyin edilmiş kiçik gizir X9 N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 168 №-li əmrilə (əsas: səh 65, §7, əmrdə soyadı Zərbəliyev, atasının adı Əlibala yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq 7NN №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissədən gəlmiş kiçik gizir X8 7NN №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli NN7 №-li əmrilə (əsas: səh 1N6, § 1, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək X3 batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. N1N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən NN6 №-li hərbi hissənin Qaubitsalı Artilleriya batareyasının baş çavuşu vəzifəsinə təyin edilmiş Qaubitsalı X3 batareyasının baş çavuşu gizir X8 7NN №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli, 371 №-li əmrilə (əsas: səh 45, §N, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq NN6 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. 7NN №-li hərbi hissədən gəlmiş gizir X8 NN6 №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 35 №-li əmrilə (əsas: səh N6, § 1, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “A” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün İİİ QAB-nın baş çavuşu kiçik gizir X8 NN6 №-li hərbi hissə komandirinin xx.xx.NNNN-ci il tarixli, 147 №-li əmrilə (əsas: səh 7N, §N, əmrdə soyadı Zərbəliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri qeydiyyat üçün Kürdəmir RHK-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.NNNN-ci il tarixli, 884 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan 197N-ci il təvəllüdlü istefada olan gizir İddiaçı dekabr 1988-ci il tarixdən dekabr 199N-cı il tarixədək keçmiş SSRİ Silahlın Qüvvələrində və xx.xx.1993-cü il tarixdən xx.xx.NNNN-ci il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 7N4 nömrəli hərbi hissədə, xx.xx.1996-cı il tarixdən xx.xx.1998ci il tarixədək 7NN nömrəli hərbi hissədə və xx.xx.1999- cu il tarixdən xx.xx.NNNN-ci il tarixədək isə NN6 nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N34 gm nömrəli xx.xx.NNNN-ci il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 158-ci maddəsinin “A” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən ordu sıralarından tərxis olunmuşdur. İddiaçı qeydiyyat kartasında aparılmış qeydə əsasən N,xx.xx.NNNN-ci il tarixdə Füzuli və Qubadlı qarnizon hərbi məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N39.6 maddəsi ilə təqsirli bilinərək N(iki) il müddətinə azadlıqdam məhrum edilmişdir. Onun azadlığa buraxılması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, ”Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şöbəyə müraciət etməsi barədə şəxsi işində məlumat yoxdur. İş materiallarında olan Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.NNNN-ci il tarixli, 171- 18111-1NNN nömrəli arayışından görünür ki, aparılmış araşdırma zamanı Kürdəmir rayonu Çöhranlı kənd sakini, xx.xx.197N-ci il təvəllüdlü X7 hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olunması, yaralanması və s. barədə Kürdəmir rayon Polis Şöbəsində hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində X7 əvvəllər məhkum olunması barədə aşağıda qeyd olunan məlumatlar vardır; - Tərtər qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə (Oğurluq- vətəndaşların şəxsi əmlakının zərər çəkən şəxsə külli miqdarda ziyan vurmaqla) NN il N6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1995-ci il tarixli qərarı ilə hərbi əməliyyatlar başa çatanadək, orduya göndəriməklə hökmün icrası təxirə salınmışdır. - Füzuli və Qubadlı qarnizonu Hərbi Məhkəməsinin xx.xx.NNNN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) N39-cu maddəsinin «B» bəndi ilə (Aralarında tabelik münasibətləri olmadıqda hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) NN il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.NNNN-ci il tarixdə cəza müddətinin başa çatması ilə azad olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 1N may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NN18 tarixli 4NN nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.NNNN-ci il tarixli, 4/3-6546 nömrəli məktubu ilə Mərkəzi Arxivin xx.xx.NNNN-ci il tarixli, 4/N-1613 nömrəli arayışına əsasən iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və 7N3 nömrəli hərbi hissəyə ezamiyyətinin səbəbi məlum olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.NNNN-ci il tarixli, 4/N-5NN1 nömrəli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, kiçik gizir X8 7N3 №-li hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3N3 №-li əmrilə xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 №-li əmrində kiçik gizir «RA.3apбалиев»in döyüş əməliyyatları bölgəsindən, 7N3 №-li hərbi hissədən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Bundan başqa məhkəmə iclasında iddiaçının 7N3 nömrəli hərbi hissəyə ezamiyyətinin səbəbi ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçı 1993-cü ilin noyabr ayında döyüş əməliyyatlarında iştirak etmək üçün 7N3 nömrəli hərbi hissəyə ezam olunduğunu, 1994-cü ilin fevral ayının ortalarınadək Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, sonradan yenidən xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə qaytarıldığını bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçının təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun N4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), N.N.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.N-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.N-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.N) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Əlibaba oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, N3.1-ci, 58.7-ci, 6N-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Əlibaba oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar