Məhkəmə qərarları › İş №2-1(120)-636/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-636/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-636/2021 30.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına qarşı “08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur, 08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 27 yanvar 2021-ci il tarixli, **********9 saylı imtina məktubu verilərək, işlədiyi illərə dair arayış təqdim edilsə də, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı “08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətini, 1975- 1978-ci illərdə Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(120)-636/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, “xxxx” ASC-nin 25.01.2018-ci il tarixli, 25/01 nömrəli arayışını, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 15 dekabr 2017-ci il tarixli, 49 nömrəli arayışını, X4 filialının 25 iyun 2018-ci il tarixli, 318 nömrəli arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, “xxxx” ASC-nin Neftçala tikinti filialının 01.12.2000-ci il tarixli, 16/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 28.04.1980-ci il tarixli, 59/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 27.02.1985-ci il tarixli, 30/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 19.07.1999-cu il tarixli, 10/k nömrəli əmrindən çıxarışını, Salyan rayon Dövlət Arxivinin 12.02.2021-ci il tarixli, 58 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, X4 filialının 23 aprel 2021-ci il tarixli, 212 nömrəli arxiv arayışını, Şirvan Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(106)-2278/2020 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, “xxxx” ASC-nin Neftçala tikinti filialının 01.12.2000-ci il tarixli, 16/k nömrəli əmrindən çıxarışının, 31 nömrəli SMD “xxxx” trestinin 28.04.1980-ci il tarixli, 59/k nömrəli əmrindən çıxarışının, 31 nömrəli SMD “xxxx” trestinin 27.02.1985-ci il tarixli, 30/k nömrəli əmrindən çıxarışının, 31 nömrəli SMD “xxxx” trestinin 19.07.1999-cu il tarixli, 10/k nömrəli əmrindən çıxarışının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 06 aprel 2021-ci il tarixli, **********7 nömrəli iddia tələbinə etirazın, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 16 mart 2021-ci il tarixli, 54 nömrəli məktubunun və ona əlavə olunmuş əmrlərdən çıxarışların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. 17 iyun 2018-ci il tarixdə 63 yaş yarımı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, yəni 08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin 02.07.2018-ci il tarixli, 215 nömrəli arayışı ilə, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də işləməsi “xxxx” ASC-nin 25.01.2018-ci il tarixli, 25/01 nömrəli arayışı, “xxxx” ASC-nin Neftçala tikinti filialının 01.12.2000-ci il tarixli, 16/k nömrəli əmrindən çıxarışı, 31 nömrəli SMD “xxxx” trestinin 28.04.1980-ci il tarixli, 59/k nömrəli əmrindən çıxarışı, 31 nömrəli SMD “xxxx” trestinin 27.02.1985-ci il tarixli, 30/k nömrəli əmrindən çıxarışı, 31 nömrəli SMD “xxxx” trestinin 19.07.1999-cu il tarixli, 10/k nömrəli əmrindən çıxarışı ilə, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində işləməsi Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 15 dekabr 2017-ci il tarixli, 49 nömrəli arayışı, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 16 mart 2021-ci il tarixli, 54 nömrəli məktubu və ona əlavə olunmuş 16 may 1978-ci il tarixli, 4 nömrəli, 26 aprel 1980-ci il tarixli, 34 nömrəli əmrləri ilə, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində işləməsi X4 filialının 25 iyun 2018-ci il tarixli, 318 nömrəli arayışı, Salyan rayon Dövlət Arxivinin 12.02.2021-ci il tarixli, 58 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləməsi Neftçala rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(053)-302/2020 nömrəli qətnaməsi, Şirvan Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(106)-2278/2020 nömrəli məktubu və ona əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(106)-2278/2020 nömrəli qətnaməsi ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(106)-2278/2020 nömrəli qətnaməsinin təsviri hissəsindən görünür ki, Neftçala rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(053)-302/2020 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş və onun 18 avqust 1975-ci ildən 16 may 1978-ci ilədək X5 İdarəsində 3-cü dərəcəli maşinist vəzifəsində, 16 may 1978-ci ildən 26 aprel 1980-ci ilədək X2 İdarəsinə 3-cü dərəcəli maşinist vəzifəsində, 29 aprel 1980-ci ildən 26 fevral1985-ci ilədək və 19 iyul 1999-cu ildən 01 dekabr 2000-ci ilədək Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Neftçala Tikinti filialında avtokrançı vəzifəsində, habelə 1985ci ilin mart ayından 1999-cu illin iyun ayınadək “Azərbalıq” Konserni”ndə X6 avtokrançı vəzifəsində işləməklə əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(106)-2278/2020 nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Neftçala rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Neftçala Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(053)-302/2020 saylı qətnaməsinin qismən, ərizəçi İddiaçı 18 avqust 1975-ci ildən 16 may 1978-ci ilədək X5 İdarəsində 3-cü dərəcəli maşinist vəzifəsində, 16 may 1978-ci ildən 16 aprel 1980-ci ilədək X2 İdarəsinə 3-cü dərəcəli maşinist əzifəsində, 29 aprel 1980-ci ildən 26 fevral 1985-ci ilədək və 19 iyul 1999-cu ildən 01 dekabr 2000-ci ilədək Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Neftçala Hkinti filialında avtokrançı vəzifəsində işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi hissədə ləğv olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(106)-2278/2020 nömrəli qərardadından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Neftçala rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməs, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" barədə ərizəsi üzrə 18 avqust 1975-ci ildən 16 may 1978-ci ilədək X5 İdarəsində 3-cü dərəcəli maşinist vəzifəsində, 16 may 1978-ci ildən 26 aprel 1980-ci ilədək X2 İdarəsinə 3-cü dərəcəli maşinist vəzifəsində, 29 aprel 1980-ci ildən 26 fevral 1985-ci ilədək və 19 iyul 1999-cu ildən 01 dekabr 2000-ci ilədək Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Neftçala Tikinti filialında avtokrançı vəzifəsində işləməsindən ibarət hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi hissələrində işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan X4 filialın X4 filialının 25 iyun 2018-ci il tarixli, 318 nömrəli arayışından, X4 filialının 23 aprel 2021-ci il tarixli, 212 nömrəli arxiv arayışından, Salyan rayon Dövlət Arxivinin 12.02.2021-ci il tarixli, 58 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan “xxxx” ASC-nin 25.01.2018-ci il tarixli, 25/01 nömrəli arayışından görünür ki, İddiaçı 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də krançı vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 15 dekabr 2017-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, İddiaçı 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində maşinist işləmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 25.01.2018-ci il tarixli, 25/01 nömrəli arayışından, “xxxx” ASC-nin Neftçala tikinti filialının 01.12.2000-ci il tarixli, 16/k nömrəli əmrindən çıxarışından, 31 nömrəli SMD “xxxx” trestinin 28.04.1980-ci il tarixli, 59/k nömrəli əmrindən çıxarışından, 31 nömrəli SMD “xxxx” trestinin 27.02.1985-ci il tarixli, 30/k nömrəli əmrindən çıxarışından, 31 nömrəli SMD “xxxx” trestinin 19.07.1999-cu il tarixli, 10/k nömrəli əmrindən çıxarışından görünür ki, İddiaçı 29.04.1980-26.02.1985 və 19.07.1999- 01.12.2000-ci illərdə “xxxx” ASC-də işləmişdir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980- 26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (arayışlar, qətnamələr, arxiv arayışı, hərbi bileti və s) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması və bu sosial sığorta stajının iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının 29 iyun 2021-ci il tarixli, **********7 nömrəli məktubunda da öz əksini tapmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının 29 iyun 2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 6 saylı Regional ərazi filialı Sizə məlum edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin 6 saylı Regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və 18.08.1975-18.08.1978-ci illərdə Salyan rayon Mexaniki Suvarma idarəsində. 16.05.1978-26.04.1980-cı illərdə X2 idarəsində, 29.04.1980- 26.02.1985 və 19.07.1999- 01.12.2000-ci illərdə “xxxx” ASC-nin Neftçala Tikinti Filialında, həmçinin 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “ Azərbalıq Konserni” X6 işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Neftçala rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2-1 (053)-302/2020 saylı və Şirvan Apelyasia Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(106)-2278/2020 saylı qərarı ilə ilə İddiaçı 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “ Azərbalıq Konserni” SMD-də işlədiyi 14 il 3 ay iş stajının sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir, İddiaçı 08 may 1973-cü ildən 13 may 1975-ci ilədək SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası X4 filialının 25.06.2018-ci il tarixli 318 nömrəli arxiv arayışında 18.08.1975- 8.08.1978-ci illərdə Salyan rayon Mexaniki Suvarma idarəsində, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X2 idarəsinin 15 dekabr 2017-ci il tarixli 49 nömrəli arayışında 16.05.1978-26.04.1980-cı illərdə X2 idarəsində, Azərbaycan Respublikası Muğantikinti Açıq Səhmdar Cəmiyyətinin Neftçala Tikinti Filialının 25/1 saylı 25 yanvar 2018-ci il tarixli arayışına əsasən 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-nin Neftçala Tikinti Filialında ışləməsi məhkəmə qaydasında təsdiqlənərsə 10 il 11 ay 17 gün iş stajının sosial sığorta stajı, ümulikdə 27 ay 17 gün iş stajının sosial sığorta stajı kimi nəzərə alınacaqdır. Məlumat üçün bildirirk ki, 08.10.2009-cu il tarixli 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “ Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikas n Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əməl pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılma və saxlanılması Qaydalarının İİİ bölməsinin 3.1.1 bəndinə əsasən qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyas hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün təqdim olunan arxiv arayışı Qaydalarının İİİ bölməsinin 3.1.1 bəndinə uyğun gəlmədiyi üçün vətəndaşa yaşa görə əmək pensiyasının təyin olunması qeyri mümkündür. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik. İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin 02.07.2018-ci il tarixli, 215 nömrəli arayışını, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də işləməsinə dair “xxxx” ASC-nin 25.01.2018-ci il tarixli, 25/01 nömrəli arayışını, “xxxx” ASC-nin Neftçala tikinti filialının 01.12.2000-ci il tarixli, 16/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 28.04.1980-ci il tarixli, 59/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 27.02.1985-ci il tarixli, 30/k nömrəli əmrindən çıxarışını, 31 nömrəli SMD “xxxx” trestinin 19.07.1999-cu il tarixli, 10/k nömrəli əmrindən çıxarışını, 16.05.1978- 26.04.1980-ci illərdə X2 İdarəsində işləməsinə dair Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X2 İdarəsinin 15 dekabr 2017-ci il tarixli, 49 nömrəli arayışını, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində işləməsinə dair X4 filialının 25 iyun 2018-ci il tarixli, 318 nömrəli arayışını, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləməsinə dair Neftçala rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(053)-302/2020 nömrəli qətnaməsini təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999-01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı 08.05.1973-13.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1975-ci ilin avqust ayından 1978-ci ilin iyun ayınadək Salyan rayon Mexaniki Suvarma İdarəsində, 16.05.1978-26.04.1980-ci illərdə X2 İdarəsində, 29.04.1980-26.02.1985 və 19.07.1999- 01.12.2000-ci illərdə “xxxx” ASC-də, 1985-ci ilin mart ayından 1999-cu ilin iyun ayınadək “Azərbalıq” konsernində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar