Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-637/2020 04.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı (Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X10, X12, X4 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, 41 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, X12, X4 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, 41 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41 fərdi yaşayış evini X2 04.11.2015-ci il tarixdə AN-1 ******* nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlayaraq 20.000 manata almışdır. Həmin müqavilə əsasında mənzili 13.12.2019-cu il tarixdə DƏDRX-nin Şirvan Ərazi İdarəsində dövlət qeydiyyatına aldıraraq tam mülkiyyətinə keçirmişdir. Həmin mənzilə dair ona mənzilin texniki pasportu və çıxarış verilmişdir. Həmin mənzildə X10, X12, X4 və X13 qeydiyyatdadırlar. Hal-hazırda həmin şəxslərin harada yaşamaları barədə məlumatı yoxdur. Əsassız olaraq həmin şəxslərin ona məxsus olan evdə qeydiyyatda qalması və könüllü olaraq qeydiyyatdan çıxmaq istəməmələri ona mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə yaradır. Bu barədə Cavabdehnə rəsmi ərizə ilə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 21.09.1961-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X3 ilə X14 arasında bağlanmış 04.11.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.2 kv.m, yaşayış sahəsi 27.2 kv.m, yardımçı sahəsi 37 kv.m olan 2 otaqlı fərdi yaşayış evi alıcı X1. İşdə olan 04.11.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 11-ci bəndindən görünür ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İşdə olan 04.11.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 13-cü bəndindən görünür ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 04.11.2015-ci il tarixdən satdığı mənzildən çıxmağı öhdəsinə götürür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 13.12.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 29.01.2020-ci il tarixli, 305-2377M- 3220 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 14.02.2020-ci il tarixli, 305-4097-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, X10, X12, X4 və X8 Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41 ünvanına qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Həmin şəxslər Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41 ünvanında 2008-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 04.06.2020-ci il tarixli, 2842 nömrəli arayışında qeyd olunmuşdur ki, X6, X13, X5 şəhəri, Heyranxanım küçəsi, ev 41 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 41-də qeydiyyatda olan üçüncü şəxslər X10, X12, X4 və X8 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.06.2020-ci il tarixli, 2842 nömrəli arayışına qeyd olunur ki, X6, X13, X5 şəhəri, Heyranxanım küçəsi, ev 41 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X10, X12, X4 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, 41 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X10, X12, X4 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, 41 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-637/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-637/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver