Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-637/2025 16.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı,onun nümayəndəsi X9,nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Muradov Şakir Vəkil oğlunun, Üçüncü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********15-10301 reyestr və 911- 2/28934 inventar nömrəli, ünvan 7 ( yeni qaydalarla A 1812, ünvan 1 ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının- Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********15-10301 reyestr və 911-2/28934 inventar nömrəli, ünvan 7 ( yeni qaydalarla A 1812, ünvan 1 ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının-Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1927/2024 nömrəli qərardadı ilə, İddiaçı vəsatəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-637/2025 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Fərdi yaşayış evinin texniki pasportunda qismən dəyişiklik edilməsi” barədə iddia tələbi üzrə Muradov Şakir Vəkil oğlu iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-637/2025 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “fərdi yaşayış evinin texniki pasportunda qismən dəyişiklik edilməsi” barədə iddia tələbi üzrə Şirvan şəhər Bələdiyyəsi iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 20A saylı xüsusi yaşayış evini Şirvan şəhər sakini X3 notariat alqı-salqı müqaviləsi ilə almışdır. xx.xx.2022-ci il tarixdə həmin yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair öz adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstr və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən “Texniki Pasport” və “Çıxarış” almışdır. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,06 ha faktiki sahə isə 0,09 ha göstərilmişdir. Texniki pasportda ştrixlənmiş hissə kimi 3 sot torpaq sahəsi vardır ki, burada darvaza və qaraj yerləşir. Bununla bərabər hasar da mövcuddur. Hazırki vaxtda cavabdeh fiziki şəxs Muradov Şakir Vəkil oğlu İnzibati orqanlara müraciət edərək rəsmi olaraq onun aldığı torpaq sahəsinin içərisində yerləşən qarajın özünə aid olduğunu iddia edərək onun istifadəsinə verilməsini tələb etmişdir. Həm də bu tələbini 2021-ci ildə, artıq bu tarixdən 16 il qabaq vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun adına 13 saylı Şirvan Ərazi İdarəsindən aldığı saxtalaşdırılmış “Texniki pasportla” əsaslandırır ki, bu sənəddə də eyni torpaq sahəsi, qaraj, daş hasar və qapı” göstərilmişdir. Lakin ona münasibətdə satıcı olan X2 SSRİ dövründə atasının adına verilmiş “Texniki pasportu” 1959-cu ilə aidir ki, bu da həmin sənədin daha mötəbər və həqiqi olduğunu təsdiq edir. Onun şikayəti əsasında Şirvan şəhər Prokurorluğunda yoxlama aparılarkən cavabdeh fiziki şəxsin, artıq qeyd etdiyi kimi bundan xeyli il əvvəl vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun “Texniki pasportunun”icraçısı X12 izahatı alınmışdır. Cavabdeh hüquqi şəxsin iş üzrə cəlb olunan nümayəndəsi etiraf etmişdir ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 2 ünvanında verləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcud olunmuşdur. Həmin texniki səhvin necə yarandığını indi izah edə bilmir. Texniki pasportdan görünür ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş Şirvan səhəri, Sirin Şükürov 18 ünvanında yerləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda göstərilən “B” şərti ilə işarələnmiş qaraj xx.xx.2022-ci il tarixli İddiaçı adına verilmiş texniki pasportda hər ikisinin istifadəsində olan zəbt olunmuş əran kimi göstərilir. Lakin, İddiaçı texniki pasportuna baxdıqda 1959-cu il tarixli sənədlər əsasında verildiyi məlum olur. Vəkil Muradovun adına verilmiş texniki pasportda qarajın nəyə görə onun istifadəsində olan ərazi kimi göstərildiyini izah edə bilmir. Bu texniki səhvin nəticəində yaranmışdır və bu səhvi edərkən hər hansı tamah və ya sair şəxsi niyyəti olmamışdır. İddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, 2021-ci ildə Muradov Vəkil Miriş oğlu texniki pasport əldə etmişdir, texnik pasportunda xətalar olduğundan prokurorluqa şikayət etmişdir. Həmin araşdırmada texniki pasportu tərtib etmiş X11 izahat alınmışdır.O Pokurorluqda verdiyi izahatda da təsdiq edir ki, texniki pasportda səhvlər mövcud olmuşdur və hemin texniki səhvin necə yarandığını izah edə bilmir. Texniki paportda düzəliş olunacağını və orada həqiqətən səhv olduğunu etiraf edir. Həmçinin deyilir ki, gediş-gəliş yoluna düşür, mütəxəssis rəyində bu barədə məlumat yoxdur, iddia ərizəsini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 iddia ərizəsini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Muradov Şakir Vəkil oğlu məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisə predmeti olan qarajın yerləşdiyi 0.03 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və həmin torpaq sahəsi ilə bağlı tərəflərlə heç bir icarə müqaviləsi bağlanmamış və ya digər sənədləşmə işləri aparılmamışdır. Həmin tikili bələdiyyə mülkiyyətinə aid zəbt torpaq sahəsi üzərində yerləşir. Mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olması ekspert rəyində müəyyən olunmuşdur. 5 il müddətində burada yaşayırsa hərrac keçirilmir. Həmin yer ümüumi istifadə də olan torpaq sahəsi kimi gösdərilmişdir. Hər iki tərəfin iddiaçının və üçüncü şəxsin texnik çıxarışları ilə tanış olmuşdur. Ekspert və mütəxəssis rəyindən də müəyyən olunmuşdur ki, torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir,orada hər hansı subyektiv hüquqdan söhbət gedə bilməz. İddianın mümkünsüz sayılmasını xahiş etmişdir. 29 yanvar 2021-ci ildə Muradov Şakir tərəfindən,12 dekabr 2023-cü ildən İddiaçı istifadəsindədir. Prokurorluğun da qərarı var, orada cinayət törədiləcək bir məsələ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 Humay Habil qızına ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi, ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsini 12000 manat pul məbləğinə satmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi İddiaçı adına hüquq subyekti olaraq qeydə alınmışdır. Texniki pasportun xüsusi qeyd hissəsində: 0.0368 ha zəbt olunmuş torpaq sahəsi müəyyən olunmuş və texniki pasporda ştrixlə göstərilmişdir. Fərdi yaşayış evində tikinti altı sahə 22.5 kv.m olan icazəsiz inşa edilmiş tikili sahəsi müəyyən olundu və ştrixlənərək göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi Muradov Vəkil Miriş oğlunun adına hüquq subyekti olaraq qeydə alınmışdır. Texniki pasportun xüsusi qeyd hissəsində: torpaq sahəsində 0.0186 ha zəbt sahəsi var, texniki pasportda ştrixlə göstərilmişdir. B tikilisi zəbt sahəsində yerləşir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və torpaq sahəsi isə 0.06 ha qeydə alınmışdır. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 4 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasport sənədində və Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 18 ünvanda yerləşən Muradov Vəkil Miriş oğluna məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində eyni tikili (qaraj tikilisi hər iki sənədə daxil edilmişdir. Hər iki sənəddə həmin tikilinin bələdiyyə mülkiyyətinə aid zəbt torpaq sahəsi üzərində yerləşdiyi göstərilmişdir. İkin inventarlaşdırma işləri aparılan zaman həm iddiaçının, həm də qonşunun sözügedən qaraj tikilisi çəkiliş üçün Ərazi İdarəsinin mütəxəssislərinə təqdim edilmişdir. Sonradan həmin tikili məhkəmə predmeti olmuşdur. Qaraj tikilisi ilə bağlı mübahisəli məsələyə məhkəmədə baxılmış və xx.xx.2023cü il tarixli, 2(032)-1248/2023 nömrəli qərardada əsasən, ünvan 6 ünvanında yerləşən Muradov Vəkil Miriş ogluna məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun dəyişdirilməsi tələbinə iş üzrə icraata aidiyyəti üzrə uyğunsuzluq səbəbindən mahiyyəti üzrə qərar qəbul edilmədən xitam verilmişdir. Müvafiq olaraq, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun dəyişdirilməsi hüquq sahibinin və ya onun etibarnamə üzrə nümayəndəsinin müraciəti əsasında aparıla bilər. Qarşı tərəfin Ərazi idarəsinə belə bır müraciəti olmadığından iddiaçının müraciətinin icrasının təmin edilməsi mümkün deyil. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1400/2025 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli, 10/1400/2025 №-li saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 08.01.25 tarixli 3-21-3-38/2-34/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. 12.12.2022- ci il tarixli, 911-2/8927 nömrəli inventar. **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 12.12.2022- ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaqla yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. 12.12.2022- ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş. Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi mövcuddur, texniki pasportda göstərilən vəziyyətinə uyğun yerləşmişdir, texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur. Lakin, təyinatı üzrə istifadəyə yararlı olub-olmamasının cavablandırılması səlahiyyətləri çərçivəsində deyil. xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 0.06 torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olduğu və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir. 12.12.2022- ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 0.06 torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri və tikililəri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı adına qeydə alınmış texniki pasportda və Muradov Vəkil Miriş oğlunun adma qeydə alınmış texniki pasportda bələdiyyə mülkiyyətinə aid olan sahə kimi göstərilmiş lakin vətəndaşların mübahisəli ərazi kimi göstərdikləri (texniki pasportda ştrixlənmiş sahələr) torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Hazırda qarajın, darvazanın və hasarın yerləşdiyi 0.03 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin ərazi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin göstərdiyi kimi ümumi istifadə yolu olub- olmamasının cavablandırılması mümkün olmamışdır. Həmin ərazinin istifadə olunması ilə qonşuların servitut da daxil olmaqla küçəyə çıxışlarının kəsilibkəsilməməsinin araşdırılması mümkün olmamışdır. İddiaçı adına olan xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasportda 1959-cu ildə verildiyini göstərən qeydin indiki vəziyyətlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 0,06 torpaq sahəsi və xx.xx.2021-ci il tarixli, 911-2/8934 nömrəli inventar, **********15-10301 reyestr nömrəli texniki pasport əsasında Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 18 ( Yeni qaydalarla : ünvan 10 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin texniki sənədlərdəki artıq torpaq sahəsi kimi göstərilmiş (bələdiyyə mülkiyyətinə aid) ştrixlənmiş sahələrin eyni ərazi olduğu müəyyən edilmişdir. Muradov Vəkil Miriş oğlunun fərdi yaşayış evinin şərq tərəfindən sonradan aparılan artırmanın 0.03 ha torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər, mütəxəssis rəyi və ekspert rəyi üzrə müəyyən edilmişdir ki, İddiaçı adına olan xx.xx.2022-ci il tarixli, 911- 2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasportda 1959-cu ildə verildiyini göstərən qeydin indiki vəziyyətlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 0,06 torpaq sahəsi və xx.xx.2021-ci il tarixli, 911-2/8934 nömrəli inventar, **********15-10301 reyestr nömrəli texniki pasport əsasında Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 18 ( Yeni qaydalarla : ünvan 10 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin texniki sənədlərdəki artıq torpaq sahəsi kimi göstərilmiş (bələdiyyə mülkiyyətinə aid) ştrixlənmiş sahələrin eyni ərazi olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Məhkəmə tərəfindən qeyd edilir ki, AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 Humay Habil qızına ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evini, ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsini 12000 manat pul məbləğinə satması barədə məlumat ətraflı olaraq öz əksini tapmışdır, həmçinin əvvəlki mülkiyyətçi X4 mülkiyyətində məhz 0.06 ha torpaq sahəsinin mövcud olması barədə onun adına olan çıxarış və texniki pasporta məlumat mövcuddur. Yəni, əvvəlki mülkiyyətçi X7 İddiaçı məhz öz mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evini, ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna malik olduğu üçün, alqı-satqı qaydasında məhz ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evini, ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsini iddiaçıya satmışdır. Zəbt kimi qeydə alınmış torpaq sahəsi barədə alqı-satqı müqaviləsində məlumat mövcud deyildir, Mübahisələndirilən torpaq sahəsinin hazırki mülkiyyətçisi Şirvan Bələdiyyəsidir, məhz Şirvan Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsini satmaq, icarəyə vermək və ya digər səlahiyyətlərdən istifadə etmək hüququna malikdir. Həmçinin iddiaçının mübahisələndirdiyi 1959-cu il tarixdə tərtib edilmiş texniki pasortla bağlı ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına olan xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasportda 1959-cu ildə verildiyini göstərən qeydin indiki vəziyyətlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 911-2/8927 nömrəli inventar, **********59-10301 reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 0,06 torpaq sahəsi və xx.xx.2021-ci il tarixli, 911-2/8934 nömrəli inventar, **********15-10301 reyestr nömrəli texniki pasport əsasında Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 18 ( Yeni qaydalarla : ünvan 10 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin texniki sənədlərdəki artıq torpaq sahəsi kimi göstərilmiş (bələdiyyə mülkiyyətinə aid) ştrixlənmiş sahələrin eyni ərazi olduğu müəyyən edilmişdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmamışdır. Məhkəmə tərəfindən İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi yardım göstərərək, hazırki halda iddiaçının subyektiv hüququnun olması və cavabdeh orqan tərəfindən subyektiv hüququn və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və hazırki iddianı qaldırmaqda hüquqi marağın olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********15- 10301 reyestr və 911-2/28934 inventar nömrəli, ünvan 7 ( yeni qaydalarla A 1812, ünvan 1 ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının-Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********15-10301 reyestr və 911-2/28934 inventar nömrəli, ünvan 7 ( yeni qaydalarla A 1812, ünvan 1 ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının-Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-637/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-637/2025
16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver