Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-638/2023 02.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi ilə X4 ona qarşı “mağaza sahəsinə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” barədə iddia tələbi təmin edilmişdir. Mübahisə predmeti olan mağaza tərəfindən 2007-ci ildə ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində inşa edilmişdir. Ağcabədi rayon Notariat kontorunda 7E-8823 reyestr nömrəsi ilə qeydə alınıb təsdiq olunmuş 14 dekabr 2010-cu il tarixdə ona məxsus həyətyanı torpaq sahəsində üstəmov Rizvan Yapon oğluna 16 kv.metr ölçüdə mağaza inşa etməsinə icazə verməyə razılıq ərizəsi əsasında Cavabdeh tərəfindən 04 fevral 2011ci il tarixli, 16 saylı sərəncam verilmişdir. Notariat kontorunda sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamış və imza etməmişdir. Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 31 may 2022-ci il tarixli, 401 saylı sorğuya cavab məktubunda onun adına “E-Notariat” avtomatlaşdırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Həmin razılıq ərizəsi ona məlum olmayan şəxs tərəfindən saxta tərtib edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən mübahisə predmeti olan mağazanı 2007-ci ildə özü tikdirmiş və müxtəlif vaxtlard həmin mağazaları kənar şəxslərə, o cümlədən X6 2009-cu ildə hər ay 150 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir. X9 icqarəd haqqını ödəmədiyinə görə 2022-ci ilin əvvəlində onu mağazadan çıxarmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, 23 yanvar 2016-cı il tarixli çıxarışla mağaza yerləşən 0,0601 ha torpaq sahəsinə həmin torpaq sahəsində inşa edilmiş 109,4 kv.metr olan fərdi yaşayış evinə onun və ailə üzvləri X5, X1, X8, X2 və X7 1/5 pay olmaqla ümumi birgə mülkiyyət hüquqları tanınmış və həmin ünvana yeni-20A ünvanı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi X11, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək bildirdi ki, mübahisə üzrə iş materiallarına əlavə edilən sənədlərə əsasən, eləcə də Ağcabədi rayon Məhkəməsinin müvafiq qərarına, polis orqanlarında şikayət məktublarına, Nadiya xanımın notariosda imzaladığı ərizəyə və digər sənədlərə əsasən mübahisələndirdiyi sərəncamla artıq uzun zamandır məlumatı olduğu müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən əsaslarla münasibət bildirərək İddiaçı cavabdehə qarşı “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə müddətin tətbiq edilməsini və işin mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək tərəfindən tikinti işlərinin aparılması ilə bağlı sərəncam verilməsindən ötrü Nadiya xanımın notarial təsdiqi olan ərizəsinin məhkəməyə təqdim edildiyi, qeyd edilən gündən görülən tədbirlərlə bağlı məlumatının olduğunu bildirərək işin mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, ev 20 A yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X5, X1, X8, X2 və X7 adına daşınmaz əmlakın dövlət reyestrdə 26 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh başçısına ünvanlanmış Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı evdə yaşayan İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 5i X6 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh başçısına ünvanlanmış Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı evdə yaşayan İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin Ağcabədi rayonunun Avşar kəndində yaşayan X6 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. (ərizə notariat qaydasında təsdiq edilmişdir) İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 16 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon Avşar kənd sakini X4 əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv.metr ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 211 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhər sakini İddiaçı şəhərin H.Hacıyev küçəsində öz həyətyani torpaq sahəsində 20 m x 4 m=80 kv.metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 31 may 2022-ci il tarixli, 491 saylı məktubundan görünür ki, “E-Notariat” avtomatlaşdırılmış informasiya sistemindən İddiaçı adına xx.xx.2010-cu il tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-492/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 ünvanında X6 məxsus, sahəsi 16 kv.metr olan mağazadan istifadəyə yönəlmiş maneələr aradan qaldırılmış və mağazanın giriş-çıxış qapısı açılmış, Mağazaya müdaxilə cavabdeh İddiaçı dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul alınaraq X6 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********482000 nömrəli məktubundan görünür ki, fərdi sahibkar X9 (VÖEN **********) vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi Ağcabədi şəhəri (Hüsü Hacıyev 24 əvvəlki) indiki Hüsü Hacıyev 20A ünvanda yerləşən mağazada xx.xx.2007-ci il tarixdən vergi orqanlarında qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi dövrdə, qeyd edilən ünvanda 8 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli **********2635 saylı qərara əsasən xx.xx.2010cu il tarixdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş və 400 manat, xx.xx.2011 -ci il tarixli **********8766 saylı qərara əsasən xx.xx.2011-ci il tarixində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş və 400 manat, xx.xx.2011-ci il tarixli **********3168 saylı qərara əsasən xx.xx.2011-ci il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 30 manat, xx.xx.2013-cü il tarixli **********1445 saylı qərara əsasən xx.xx.2013-cü il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 30 manat, xx.xx.2014-cü il tarixli **********9711 saylı qərara əsasən xx.xx.2014-cü il tarixində Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktı aşkar edilmiş və 31.20 manat, xx.xx.2015-ci il tarixli **********7877 saylı qərara əsasən xx.xx.2015-ci il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 50 manat, xx.xx.2017-ci il tarixli **********8623 saylı qərara əsasən xx.xx.2017-ci il tarixində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması hallarının pozulmasına görə 1700 manat maliyyə sanksiyaları və inzibati cərimələr yazılmışdır. Baza məlumatlarına əsasən X4 xx.xx.2022-ci il tarixə fəaliyyəti aktivdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 16 nömrəli sərəncamının ləğv edilməsini xahiş edirlər. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam xx.xx.2011-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin iyul ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 11 il 5 ay sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, sərəncamla bağlı tikinti işlərinin aparılması həmin ərazidə yaşayan hazırkı iddiaçıya elə o dövrdə də (2011-ci ildə) məlum idi. Belə ki, cavabdeh və üçüncü şəxs tərəfindən notarial təsdiqi olan xx.xx.2010-cu il tarixli ərizə məhkəməyə təqdim edilmişdir ki, qeyd edilən ərizə də İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 5i X6 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. Həmin ərizənin saxta və ya əsassız olduğunu təsdiqləyən tutarlı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********482000 nömrəli məktubundan görünür ki, fərdi sahibkar X9 (VÖEN **********) vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi Ağcabədi şəhəri (Hüsü Hacıyev 24 əvvəlki) indiki Hüsü Hacıyev 20A ünvanda yerləşən mağazada xx.xx.2007-ci il tarixdən vergi orqanlarında qeydiyyata alınmış, 2010-2017-ci illər arası fəaliyyətində pozuntular aşkar edilərək cərimələr yazılmışdır. Baza məlumatlarına əsasən X4 xx.xx.2022-ci il tarixə fəaliyyəti aktiv olmuşdur. 2011-ci il tarixli sərəncamdan sonraki dövrlər arasında X4 fəaliyyəti mübahisələndirilməyən haldı və qeyd edilən dövrlər də iddiaçı tərəfindən Rizvan Rüstəmovun hərəkətləri mübahisələndirilməmişdir. İddiaçının qeyd edilən tikilini X6 2009-cu ildə 150 manata icarəyə verdiyi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən halı təsdiqləyən icarə müqaviləsi və ya digər tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, inzibati aktlar onlara “elan” olunmuş sayılmalı və bu səbəbdən də iddia müddətləri buraxılmış kimi qiymətləndirilməlidir. Hətta iddiaçı müvafiq tikililərlə əlaqədar mülki məhkəmə icraatında baxılan ayrıca işdə proses iştirakçısı kimi çıxış etmişdir. İddiaçı tərəfindən sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə cavabdeh tərəfindən ünvanlanan iddia müddətinin tətbiqinə dair ərizəyə və məhkəmənin xx.xx.2023cü il tarixli, 2-1(120)-638/2023 nömrəli hüquqi yardım məktubuna iddiaçı tərəfindən etiraz edilmiş və ərizənin rədd edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfin ifadəsindən, müzakirə olunan ərizəyə münasibətindən və iddia ərizəsindən prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1964/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(120)-638/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-638/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-638/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver