Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-639/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli is stajı əsasında, 57 yaşdan xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və xx.xx.2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli is stajı əsasında, 57 yaşdan xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və xx.xx.2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi topladığım ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh 15 fevral 2023-cü il tarixli, 3- 17-1/2-M-29559/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, “01 iyun 1989-03 dekabr 2021-ci il tarixləri arasındakı dövr ərzində, Azərbaycan Meliorasiya Su Təsərrüfatı” ASC-nin Meliorasiya Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-nin Meliorasiya Mexaniki Təmir Zavodunun fəaliyyət sahəsi sözügedən arayəşda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya İstehsalatı” və “Metal Emalı” sahələrinə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 20 avqust 1962-ci il tarixində Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olmuş və hazırda ünvan 1-də yaşayır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dəmir Yollarının Salyan İşarə vermə və Rabitə Distansiyasına 08 oktyabr 1979-cu il tarixində fəhlə vəzifəsinə işə qəbul edilmiş, 01 fevral 1980-01 noyabr 1980-ci il tarixində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində elektromexanik kursunda təhsil almış, 10 fevral 1983-cü ildə Salyan İşarəvermə və Rabitə Distansiyasına elektromexanik vəzifəsinə işə qəbul edilmiş, 01 oktyabr 1984-cü ildə yenə də orada 4-cü dərəcəli eletrik montyoru keçirilmiş, 22 may 1986cı ildə təkarən elektromexanik vəzifəsinə keçirilmiş, 19 noyabr 1986-cı ildə işdən azad edilmiş, 09 fevral 1987-ci il tarixində Əli-Bayramlı şəhərində yerləşən Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu peşəsinə işə qəbul edilmiş, 01 iyun 1989-cu il tarixindən presləyici keçirilmiş, 01 may 2001-ci il tarixindən metal əritmə sahəsində operator keçirilmiş və 03 dekabr 2021-ci il tarixində həmin vəzifədə işdən çıxmışdır. Əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Güzəştli iş stajı transportyorçu, presləyici və metal əritmə sahəsində operator peşəsində topladığı iş stajlarıdır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər-ən azı 25 il ümumi, bu stajın ən azı 12 il 6 aylıq hissəsini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi, bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər mən ümumilikdə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışam ki, bu da mənə 01 yanvar 2006 -cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yaş və staj tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsas verir. İşlədiyi transportyorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (sonradan-Siyahı) XİV. Metal emalı bölməsində 2150100a—19213 kodu ilə qeyd edilmiş əritmə sobalarının yanında konveyerlərin xidmətilə məşğul olan transportyorçular, presləyici peşəsi Siyahının Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsində 2092300-17046 kodu ilə qeyd edilmiş qırıntıların və metal tullantıların presləyiciləri, operator peşəsi isə 2. Polad və ferroərintilər istehsalatı yanmbölməsində 1030200a—15701 kodu ilə qeyd edilmiş isti işlərdə məşğul olan (tökücü pult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəst ahların fasiləsiz tökmə maşınlarının operatorları peşəsinə uyğundur. Cavabdehin mübahisələndirdiyi hal, onun göstərilən peşələrdə işlədiyi sahənin metallurgiya və metal emalı sahələrinə aid olmaması (öz subyektiv mülahizəsinə görə) və bu səbəbdən də onun güzəştli iş stajının olmamasıdır. Cavabdehin vəzifə öhdəlikləri və səlahiyyətləri imkan verirdi ki, onun müraciətinə aid müstəqil şəkildə dəlil, sübut toplasın və onların əsasında müraciətində iddia etdiyi hüququnun olmasına sübut və ya əks arqument irəli sürsün və imtinasını həmin arqumentlərlə əsaslandırmış olsun. Cavabdeh isə bunu etməmiş, “göründüyü kimi” ifadəsini işlətməklə, imtinasını əsaslandırmaq istəmişdir. Lakin cavabdehin həmin ifadə ilə nəyi nəzərdə tutması bəlli deyildir. Cavabdeh əgər işlədiyi müəssisənin metallurgiya və metal emalı istehsalat sahələrinin olmasına əks sübutu var idisə, bunu imtina məktubunda göstərməli idi. Bunun üçün cavabdeh işlədiyi müəssisəyə sorğu göndərməli və qeyd edilən istehsalat sahəsinin həmin müəssisədə mövcud olub-olmamasına rəsmi cavab almalı idi. Belə ki, əgər həmin istehsalat sahələri işlədiyi müəssisədə mövcud olsaydı, iddiada haqlı, olmasaydı, haqsız olacaqdı. Lakin cavabdeh belə bir sorğu göndərməmiş, öz mütəxəssislərini bu barədə yoxlama aktı tərtib etmək üçün həmin müəssisəyə göndərməmiş, bu mənada hərəkətsizlik nümayiş etdirmişdir. Nəticədə öz subyektiv mülahizəsinə əsasən, onun pensiya hüquqlarını pozmuşdur. Onun Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, 57 yaşdan, 20 avqust 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və cavabdehin imtina məktubunda etiraf etdiyi kimi, müraciət etdiyi 12 oktyabr 2022-ci il tarixindən əvvəlki son 36 ay üçün-12 oktyabr 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ona ödənilməsinin cavabdehə həvalə edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda “Metallurgiya istehsalatı” (əlvan metallar) (Vİİİ) və “Metal emalı” (XİV) sahələri nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi 06 dekabr 2022-ci il tarixli 197 nömrəli arayışa əsasən xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər ərzində "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin müəssisənin Meliorasiya Mexaniki Təmir zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya istehsalatı” və “Metal emalı” sahələrinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Dəmir Yollarının Salyan İşarə vermə və Rabitə Distansiyasına 08 oktyabr 1979-cu il tarixində fəhlə vəzifəsinə işə qəbul edilmiş, 01 fevral 1980-01 noyabr 1980-ci il tarixində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində elektromexanik kursunda təhsil almış, 10 fevral 1983-cü ildə Salyan İşarəvermə və Rabitə Distansiyasına elektromexanik vəzifəsinə işə qəbul edilmiş, 01 oktyabr 1984-cü ildə yenə də orada 4-cü dərəcəli eletrik montyoru keçirilmiş, 22 may 1986-cı ildə təkarən elektromexanik vəzifəsinə keçirilmiş, 19 noyabr 1986-cı ildə işdən azad edilmiş, 09 fevral 1987-ci il tarixində Əli-Bayramlı şəhərində yerləşən Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu peşəsinə işə qəbul edilmiş, 01 iyun 1989-cu il tarixindən presləyici keçirilmiş, 01 may 2001-ci il tarixindən metal əritmə sahəsində operator keçirilmiş və 03 dekabr 2021-ci il tarixində həmin vəzifədə işdən çıxmışdır. İşdə olan H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 6 nömrəli Salyan İşarəvermə və Rabitə Sahəsinin xx.xx.2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, "xxxx" QSC İD 6 nömrəli Salyan İşarəvermə və Rabitə sahəsinin sabiq işçisi İddiaçı xx.xx.1979-ci il tarixli, 591 sayli əmri ilə Salyan İşarəvermə və Rabitə Distansiyasında fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1980-cı ildə tarixli, 70 sayli əmrlə ADY Bakı texniki peşə məktəbinə 10 aylıq İMB elektro mexaniklik kursuna göndərilmişdir. Hərbi xidmətdən sonra xx.xx.1983-cü ildə 14 sayli əmrlə Osmanlı-Azadkəndi stansiyasına 3 dərəcəli elektromontyor vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə 66 saylı əmrlə Osmanlı-Salyan İMB sexinə İMB üzrə elektikmexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1984-ci il tarixdə 85 saylı əmrlə Əlibayramlı-Osmanlı sexinə 4 dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə 36 saylı əmrlə Əli-bayramlı-Osmanlı sexinə İMB üzrə elektikmexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə 70 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2022-ci il tarixli, 197 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Əli-Bayramlı şəhərində yerləşən Melioarsiya Mexaniki Təmir Zavoduna 10 fevral 1987-ci il tarixində transportyorçu peşəsinə işə qəbul edilmişdir. 01 iyun 1989-cu il tarixindən 2-ci dərəcəli presləyici keçirilmişdir. 02 dekabr 1989-cu il tarixindən 3-cü dərəcəli presləyici keçirilmişdir. 01 may 2001-ci il tarixindən metal əritmə sahəsində 4-cü dərəcəli operator keçirilmişdir. 03 dekabr 2021-ci il tarixində əmək müqaviləsinə Azərrbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir. İddiaçı yuxarıda sadalanan peşələrdə əmək vəzifələri metallurgiya, metal (qara və əlvan) emalı, təkrar emalı, əritmə və əridilmiş metallardan tökmə istehsalatı ilə bağlı olmuşdur. Presləyici əlvan və qara metal qırıntılarının əritmə sobalarına yerləşdirilməsi üçün əvvəlcədən preslənərək daşına bilən hala gətirilməsini, transportyorçu həmin preslənmiş metal qırıntılarının ərtimə sobalarına və orada əridilmiş metalların tökmə qəliblərinə qədər daşınmasını, operatorlar isə, əridilmiş metalların pəstah qəliblərinə tökülməsini tökücülər pultda həyata keçirilməsi ilə məşğul olurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajları həmin siyahıdakı vəzifələrlə eynilik təşkil edir. İddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 18 il 10 ay 21 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı vardır. İşdə olan Azərrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-29559/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır oian işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitınə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabih sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmek pensiyasının minimum məbləğindən az olmayan pensiya temlnatma imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isa azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin ediimiş səxsiər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən ediimiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu iıə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin Fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda “Metallurgiya istehsalatı” (əlvan metallar) (Vİİİ) və “Metal emalı” (XİV) sahələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin sizə dair 6 dekabr 2022-ci il tarixli, 197 nömrəli arayışında xx.xx.1989-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxanda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya istehsalatı” və “Metal emalı” sahələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Azərrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-92838/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il 10 ay 8 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonrakı dövrlər üçün isə 9 il 7 ay olduğu müəyyən edilmişdir. Həmçinin adıçəkilən şəxsin xx.xx.2019cu il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 27593,73 manat təşkil etmişdir. Eyni zamanda, adıçəkilən şəxsin xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 37714,97 manat təşkil etmişdir. (xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23945,74 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 13769,23 manat olmaqla). Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda “Metallurgiya istehsalatı” (əlvan metallar) (Vİİİ) və “Metal emalı” (XİV) sahələri nəzərdə tutulmuşdur. Zahid X2 təqdim etdiyi "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin ona dair 6 dekabr 2022-ci il tarixli, 197 nömrəli arayışında xx.xx.1989-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya istehsalatı” və “Metal emalı” sahələrinə aid deyil. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-232236/2023 nömrəli etiraza əlavədən görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da. yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı’nda “Metallurgiya istehsalatı” (əlvan metallar) (Vİİİ) və “Metal emalı” (XİV) sahələri nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi 06 dekabr 2022-ci il tarixli 197 nömrəli arayışa əsasən "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunda xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər transportyorçu, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər presləyici və xx.xx.2001-ci il tarixdən xx.xx.2021 -ci il tarixə qədər operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin müəssisənin Meliorasiya Mexaniki Təmir zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya istehsalatı” və “Metal emalı” sahələrinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2023-cü il tarixli, 92 nömrəli məktubundan görünür ki, Azərbaycan Meliorasiya Və X8 Səhmdar Cəmiyyətinin 01 Dekabr 2021-ci il tarixli 094ü saylı əmrinə əsasən ASC-nin Şirvan şəhərində yerləşən Meliorasiya-mexaniki təmir zavodu ləğv edilərək Sumqayıt Melioservis İdarəsinə birləşdirilmiş, aktiv və passivlərinin hüquqi varisi elan edilmişdir. Təqdim edilmiş ərizə vətəndaşın idarəyə təqdim etdiyi əmək kitabçasında idarəyə məxsus möhürlə möhürlənmiş qeydlərə və birləşmə zamanı qarşı tərəfin təhvil təslimdə iştirak etməməsi səbəbilə müəyyən hissəsi əldə edilmiş Meliorasiya Mexaniki Təmir zavodunun kadr sənədlərinə əsasən (müəyyən hissəsi təqdim olunmuş əmək haqqı cədvəlləri, müəyyən hissə kadr əmrləri, əmək müqavilələri və s.) yazılmışdır. İddiaçı Meliorasiya-mexaniki təmir zavodunda xx.xx.1987-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işlədiyi peşələr metaləritmə istehsalatı ilə bağlı olan işləri yerinə yetirən fəhlələr kateqoriyasına aid edilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:
1. xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajının toplanmaması;
2. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun güzəştli iş stajının olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan içox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - Azərbaycan Dəmir Yollarının Salyan İşarə vermə və Rabitə Distansiyasına 08 oktyabr 1979-cu il tarixində fəhlə vəzifəsinə işə qəbul edilmiş, 01 fevral 1980-01 noyabr 1980-ci il tarixində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində elektromexanik kursunda təhsil almış, 10 fevral 1983-cü ildə Salyan İşarəvermə və Rabitə Distansiyasına elektromexanik vəzifəsinə işə qəbul edilmiş, 01 oktyabr 1984-cü ildə yenə də orada 4-cü dərəcəli eletrik montyoru keçirilmiş, 22 may 1986-cı ildə təkarən elektromexanik vəzifəsinə keçirilmiş, 19 noyabr 1986-cı ildə işdən azad edilmiş, 09 fevral 1987-ci il tarixində Əli-Bayramlı şəhərində yerləşən Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu peşəsinə işə qəbul edilmiş, 01 iyun 1989-cu il tarixindən presləyici keçirilmiş, 01 may 2001-ci il tarixindən metal əritmə sahəsində operator keçirilmiş və 03 dekabr 2021-ci il tarixində həmin vəzifədə işdən çıxmışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının qanunvericiliyə uyğun olaraq xx.xx.2006-cı il tarixdəkə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifələrində işlədiyi "xxxx" ASC-nin Meliorasiya Mexaniki Təmir zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxanda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan “Metallurgiya istehsalatı” və “Metal emalı” sahələrinə aid olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2001ci il, xx.xx.2001-01 yanvar 2006-cı il tarixləri arasındakı dövr ərzində, Azərbaycan Meliorasiya Su Təsərrüfatı” ASC-nin Meliorasiya Təmir zavodunda transportyorçu, presləyici və operator vəzifələrində işlədiyi müddəti mübahisəli dövr kimi hesab etdiyi iddiaçının işlədiyi həmin dövrlə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2023-cü il tarixli, 92 nömrəli məktubundan görünür ki, Azərbaycan Meliorasiya Və X8 Səhmdar Cəmiyyətinin 01 Dekabr 2021-ci il tarixli 094ü saylı əmrinə əsasən ASC-nin Şirvan şəhərində yerləşən Meliorasiya-mexaniki təmir zavodu ləğv edilərək Sumqayıt Melioservis İdarəsinə birləşdirilmiş, aktiv və passivlərinin hüquqi varisi elan edilmişdir. Təqdim edilmiş ərizə vətəndaşın idarəyə təqdim etdiyi əmək kitabçasında idarəyə məxsus möhürlə möhürlənmiş qeydlərə və birləşmə zamanı qarşı tərəfin təhvil təslimdə iştirak etməməsi səbəbilə müəyyən hissəsi əldə edilmiş Meliorasiya Mexaniki Təmir zavodunun kadr sənədlərinə əsasən (müəyyən hissəsi təqdim olunmuş əmək haqqı cədvəlləri, müəyyən hissə kadr əmrləri, əmək müqavilələri və s.) yazılmışdır. İddiaçı Meliorasiya-mexaniki təmir zavodunda xx.xx.1987-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işlədiyi peşələr metaləritmə istehsalatı ilə bağlı olan işləri yerinə yetirən fəhlələr kateqoriyasına aid edilir. Eləcə də, sorğu cavabına iddiaçının işlədiyi illər üzrə şəxsi vərəqəsi, əmək müqaviləsi əlavə edilmişdir. - Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2024-cü il tarixli, 24-010 nömrəli məktubundan görünür ki, Vətəndaşa təqdim edilmiş güzəştli iş stajı barədə arayış vətəndaşın idarəyə təqdim etdiyi əmək kitabçasında idarəyə məxsus möhürlə möhürlənmiş qeydlərə və birləşmə zamanı qarşı tərəfin təhvi! təslimdə iştirak etməməsi səbəbilə müəyyən hissəsi əldə edilmiş Meliorasiya Mexaniki Təmir zavodunun kadr sənədlərinə əsasən (müəyyən hissəsi təqdim olunmuş əmək haqqı cədvəlləri, müəyyən hissə kadr əmrləri, əmək müqavilələri və s.) yazılmışdır. Qeyd etmək istəyirik ki, vəzifə təlimatları təhvil-təslim zamanı bizim müəssisəyə təhvil verilməmişdir, Meliorasiya-mexaniki tərmir zavodunda 10.02,1987-ci il tarixindən 03.12,2021- ct il tarixinədək işlədiyi peşələr metaləritmə istehsalatı ilə bağlı olan İşləri yerinə yetirən fəhlələr kateqoriyası ma aid edilir, belə ki; O, həqiqətən də Əli-Bayramlı Təmir-Mexaniki Zavodun 10 fevral 1987-ci il tarixində transportyorçu peşəsinə işə qəbul edilmişdir (əmr№ 34,09,02,1987-ci il), 01 iyun 1989-cu il tarixindən 2-ci dərəcəli presləyici keçirilmişdir (əmr N42, 07,05.1989-cu il), 02 dekabr 1989-cu iİ tarixindən 3-cü dərəcəli presləyici keçirilmişdir (əmr xx.xx.1989-cu il), 01 may 2001-ci iİ tarixindən metal əritmə sahəsində 4-cü dərəcəli operator keçirilmişdir (əmr N07, xx.xx.2001-ci il), 03 dekabr 2021-ci il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir. (əmr №53, 03 dekabr 2021-ci il). İddiaçı yuxanda sadalanan peşələrdə əmək vəzifələri metallurgiya metal (qara və əlvan) emalı, təkrar emalı, əritmə və əridilmiş metallardan tökmə istehsalaı ilə bağlı olmuşdur. Presləyici vəzifəsində çalışan işçi əlvan və qara metal qırıntılarının əritmə sobalarına yerləşdirilməsi üçün əvvəlcədən preslenərək daşına bitən hala gətirilməsini təmin edir, transportyorçu həmin preşlənmiş metal qırıntılarının ərtimə sobalarına və orada əridilmiş metalların tökmə qəliblərinə qədər daşınmasını, operator isə, tökücü pultla əridilmiş metalların pəstah qəliblərinə tökülməsini təmin edir. Hər üç vəzifədə çalışan işçilər eyni iş yerində birgə və eyni ağır və zərəİİ iş şəraitində çalışırlar. İddiaçı eyni hüquqi əsaslarla güzəştli pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş ..Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»-na uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajları aşağıdakı cədvəldə göstərilməkdədir:
İşçinin vəzifəsinin və ya Həmin vəzifədə/peşədə Vəzifənin və peşənin Siyahıda peşəsinin adı topladığı güzəştli iş stajı uyğun bölmə, istehsalat, kodu və peşənin adı transportyorçu 2 il 3 ay 22 gün XİV. Metal emalı. 1. Tökmə istehsalatı. 2150100a-19213 əritmə sobalarının yanında konveyerlərin xidmətilə məşğul olan transportyorçular presləyici 11 il 11 ay Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) 19. Əlvan və qiymətli metalların emalı və təkrar emalı. 2092300a-17046 qırıntıların və metal tullantıların presləyicisi operator 4 il 8 ay (01 yanvar 2006-cı Metallurgiya istehsalatı. 2. il tarixinə kimi) Polad və ferroərintilər istehsalatı. 1030200a-15701 isti işlərdə məşğul olan (tökücü poult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəstahların fasiləsiz tökmə maşınlarının operatorları Ümumilikdə - 18 il 10 ay 21 gün
İddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 18 il 10 ay 21 gün güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı vardır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Cavabdeh inzibati orqanın Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin təqdim etdiyi güzəştli arayışının həqiqətə uyğun olmadığının sübuta yetirilmədiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, 12 oktyabr 2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2019cu il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 12 oktyabr 2022-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 12 oktyabr 2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli is stajı əsasında, 57 yaşdan xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və xx.xx.2019-cu il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov