Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-639/2025 15.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlum X5 Azərbaycan Respublikası Daxili qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinə qarşı “X6 Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il təvəllüdlü oğlu X10 təsil aldığı unveristeti bitirdikdən sonra 2019-cu ilin iyul ayında SHXÇDX tərəfindən hərbi həkim komissiyasının rəyinə əsasən tam sağlam hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinə təyin edilmişdir. Hərbi xidmətə başlayarkən vətəninə dövlətinə layiqli əsgər kimi xidmət etmişdir. Vətən qarşısında borcunu şərəf və ləyaqətlə yerinə yetirmiş dövlətimizin Daxili təhlükəsizliyini və içtimai asayişin daimi keşiyində duran peşəkar əsgər olmuşdur. Bu peşəkarlıq gündəlik gərgin təlimlər və məşqlər sahəsində əldə olunur. Verilən hər bir tapşırığın vaxtında və dəqiq yerinə yetirilməsi üşün hər bir əsgərin mənəvi psixoloji hazırlığı və fiziki cəhətdən sağlamlığı vacib şərtdir. Şəxsi heyyət arasında xidməti yükün düzgün bölünməsi məşğələlər zamanı fiziki gərginliyinin planlaşdırılması və fərdi tərbiyə işinin istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə hər bir komandir üçün tabeliyində olan əsgərin psixoloji və sağlamlıq durumu haqqında geniş məlumata sahib olması zəruridir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən X6 Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 27 may 2024-cü il tаriхli, 2-1(120)-1934/2024 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinə qarşı “X6 Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinin tanınması, iddia tələbinə “xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlum X5 Azərbaycan Respublikası Daxili qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən oğlunun şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən oğlunun şəhid olmasını təsdiq edən sənəd vəsiqə) verildiyi halda, o, ərinin adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində olan Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlu X10 Azərbaycan Respublikası Daxili Qoşunların Gəncə N nömrəli hərbi hissəsində Azərbaycan Respublikası Suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili Qoşunların Gəncə N nömrəli hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-14-18/2-1242/2024 nömrəli məktubundan və ona əlavə olunmuş arayışından görünür ki, X6 Azərbaycan Respublikası Suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə heç bir əsas olmamışdır. X3 məzuniyyətdə olduğu vaxt xəstəliyi bilinməyən səbəbdən dünyasını dəyişmişdir. İş materiallarında olan cavabdehin eyni məzmunlu etirazlarında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu, mərhum əsgər Səbuhi Həşimovun atası vətəndaş İddiaçı1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı “şəhidlik statusunun alınması” barədə iddiası əsassız, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, mərhum X11 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tam sağlam Hərbi-həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinə təyin edilmiş, hərbi xidmətə başlayarkən vətəninə, dövlətinə layiqli əsgər kimi xidmət etmiş, vətəni qarşısında borcunu şərəf və ləyaqətlə yerinə yetirərək dövlətimizin daxili təhlükəsizliyinin və ictimai asayişin daima keşiyində duran peşəkar əsgər olmuş, peşəkarlığı gündəlik gərgin təlimlər və məşqlər sayəsində əldə etmiş, verilən hər bir tapşırığın vaxtında və dəqiq yerinə yetirməsi üçün hər bir əsgərin mənəvi-psixoloji hazırlığı və fiziki cəhətdən sağlamlığının vacib şərtdir. Həmçinin, iddiaçı ərizəsində şəxsi heyət arasında xidməti yükün düzgün bölünməsi, məşğələlər zamanı fiziki gərginliyin planlaşdırılması və fərdi tərbiyə işinin istiqamətlərinin müəyyən edilməsi məqsədilə hər bir komandirin tabeliyində olan əsgərin psixoloji və sağlamlıq durumu haqqında geniş məlumata sahib olmasının zəruriliyini qeyd etmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı ərizəsində qanun və qanunvericilik normalarından əsas gətirərək mərhum oğlu X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğranda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini əsassız hesab edirəm və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Müəyyən edilmişdir ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, mərhum əsgər S.Həşimov xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 333 №-li nizami hissə üzrə əmrinə əsasən “gənc əsgərlərin hazırlıq kursu”nu başa vuraraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 192 №-li nizami hissə üzrə əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 283 №-li nizami hissə üzrə əmrinə əsasən xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 294 №-li nizami hissə üzrə əmrinə əsasən xx.xx.2019-cu il tarixdə ağ ciyər ürək çatışmamazlığı xəstəliyindən vəfat etdiyinə görə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Müəyyən olunmuşdur ki, əsgər X11 xx.xx.2019-cu il tarixdə Daxili Qoşunların qospitalında sol tərəfli çəp qasıq yırtığı və ağ xəttin yırtığına görə hemiotomiya və hemioplastika cərrahi əməliyyatına cəlb olunmuş, müvafiq müalicə tədbirlərindən sonra Hərbi-həkim komissiyasının protokoluna əsasən ona 15 gün xəstəliyinə görə məzuniyyət verilməsi məqsədəuyğun hesab edilmişdir. O, 25.11,2019-cu il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndinə məzuniyyətə buraxılmış, 4 gün sonra xx.xx.2019-cu il tarixdə yaşadığı ünvanda qəflətən səhhətində dəyişikliklər baş vermiş və ağciyər arteriyasının orta şaxəsinin trombozundan inkişaf edən hemorragik infarkt ocaqlarından yaranmış kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş AZS0565162 “Ölüm haqqında tibbi şəhadətnamə”də əsgər S.Həşimovun ölümünün səbəbi “Kəskin ağciyər və ürək çatışmazlığı” göstərilmişdir. Əsgər S.Həşimovun ölüm faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılmış və onun ölümündə cinayət hadisəsi olmadığına görə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər”. Sabiq hərbi qulluqçu, mərhum əsgər X5 vəfat etməsi xx.xx.2019-cu il tarixdə yaşadığı ünvanda “Kəskin ağciyər və ürək çatışmazlığı” səbəbindən olduğundan yuxarıda qeyd olunan Qaunun və Qərarın tələbləri ona şamil olunmur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi Qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göstərilənlərə əsasən, İddiaçı1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı “şəhidlik statusunun alınması” iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməsin. İş materiallarında olan Cəlilabad rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ağciyər ürək çatışmazlığından vəfat etmiş, 151 C-19 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ 041218 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ağciyər ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan Lənkəran Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-3-180/2-1487/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon sakini vətəndaş Həşimov X12 Hərbi prokurorluğuna xx.xx.2023-cü il tarixdə teleqram göndərərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Vüsal Həsənovun qanunsuz əməlləri ilə bağlı şikayət etmiş, həmin şikayətlə bağlı izahatı alınan zaman o, oğlu X13 Qoşunların N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə Daxili Qoşunların Hərbi Hospitalında əməliyyat olunduğunu, əməliyyatla bağlı yaşadığı Cəlilabad rayonunda məzuniyyətdə olan zaman səhətində pisləşmələrin olduğunu, Biləsuvar rayon mərkəzi xəstəxanasına apardığını, xx.xx.2019-cu il tarixdə isə yaşadığı evdə vəfat etdiyini bildirmişdir. O, oğluna şəhidlik statusunun verilməsi üçün şahidliklə bağlı arayışın verilməsi məqsədilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi, Vüsal Həsənovun yanında olduğunu, lakin, Vüsal Həsənovun onunla kobud danışması səbəbindən şikayət etdiyini, Vüsal Həsənovun şöbədə hər hansı bir qanunsuzluğa yol verməsindən məlumatının olmadığını, öz şübhələrinə əsasən yazdığını, hazırda həmin faktla bağlı araşdırmanın dayandırılmasını bildirmiş, lakin oğluna şəhidlik statusunun verilməsinin təmin edilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı1 ərizəsi ilə bağlı Cəlilabad rayon prokurorluğuna sorğu göndərilmiş, sorğunun cavabına əlavə edilmiş qərardan görünür ki, X5 vəfat etməsi ilə bağlı cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən İddiaçı1 SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun qanunsuz əməlləri ilə bağlı müraciəti Lənkəran Hərbi prokurorluğunda işə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 rayonunda məzuniyyətdə olarkən xx.xx.2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmçinin iş materiallarında olan Cəlilabad rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ağciyər ürək çatışmazlığından vəfat etmiş, 151 C-19 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Hazırda İddiaçı1 mərhum oğlu X5 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıların hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı mərhum oğlu X5 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hesab edir. Ona görə də mərhum oğlunun X5 şəhid statusu olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 rayonunda məzuniyyətdə olarkən xx.xx.2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmçinin iş materiallarında olan Cəlilabad rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ağciyər ürək çatışmazlığından vəfat etmiş, 151 C-19 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə iş materiallarından görünür ki, Cəlilabad rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayət verilməmiş, həmin qərarla razılaşmışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının mərhum oğlu X5 ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, xx.xx.2019-cu il tarixdə ağciyər ürək çatışmazlığı nəticəsində vəfat etdiyindən X9 Azərbaycan Respublikası Daxili qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlum X5 Azərbaycan Respublikası Daxili qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlum X5 Azərbaycan Respublikası Daxili qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-639/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-639/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver