Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-64/2020 23.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036əç nömrəli əmrin və bu əmrin verilməsinə səbəb olmuş materialların-intizam qaydasında cəzalandırılmağı barədə 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin, xidmətə uyğun olmamağı barədə hərbi hissədə keçirilmiş şərəf məhkəməsinin 21.01.2019cu il tarixli qərarının surətlərinin ona təqdim edilməsinin cavabdehə həvalə olunması barədə» iddiasına dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036-əç nömrəli əmrin və bu əmrin verilməsinə səbəb olmuş materialların-intizam qaydasında cəzalandırılmağı barədə 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin, xidmətə uyğun olmamağı barədə hərbi hissədə keçirilmiş şərəf məhkəməsinin 21.01.2019cu il tarixli qərarının surətlərinin ona təqdim edilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə əsasında 17 aprel 2018-ci ildən 25.02.2019-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036-əç nömrəli əmri ilə Azərbaycan Respublikası «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluq) müvafiq olaraq ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxılmağının səbəblərini və əsaslarını dəqiqləşdirmək məqsədilə nümayəndəsi və vəkili X1 tərəfindən Müdafiə Nazirliyinin rəhbərliyinə intizam qaydasında cəzalandırılmağı barədə 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin, xidmətə uyğun olmaması barədə hərbi hissədə keçirilmiş şərəf məhkəməsinin 21.01.2019-cu il tarixli qərarının və MN-nin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036-əç əmrin təsdiq edilmiş surətlərinin onlara təqdim edilməsi barədə rəsmi müraciət etməsinə baxmayaraq, qeyd olunan sənədlər onlara təqdim edilmədiyindən hüquqlarını müdafiə etmək, işdən azad olunmağına səbəb olmuş və əsassız hesab etdiyi halları mübahisələndirmək imkanından məhrum edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına səbəb olmuş materialların, o cümlədən həmin materiallar əsasında tərtib edilmiş yekun arayışın ona təqdim edilməsini xahiş etmək məcburiyyətindədir. İddiaçının ona təqdim olunmasını tələb etdiyi sənədlərin məhkəməyə göndərilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu ünvanlanmış və cavabdeh tərəfindən X2 Müavini-Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 fevral 2019cu il tarixli 036əç əmrindən çıxarışın, 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin əks olunduğu xidməti vərəqənin, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarının, xidməti xasiyyətnamənin, aktın, rəyin, təqdimatın, protokolun, 10 yanvar 2019-cu il tarixli, 1290 saylı arayışın, söhbət vərəqəsinin, raportun, N nömrəli hərbi hissənin N yanvar 2019cu il tarixli 8 nömrəli əmrindən çıxarışın surətləri məhkəməyə təqdim olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli məktubu ilə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş X2 Müavini-Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 fevral 2019-cu il tarixli 036əç əmrindən çıxarışın, 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin əks olunduğu xidməti vərəqənin, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarının, xidməti xasiyyətnamənin, aktın, rəyin, təqdimatın, protokolun, 10 yanvar 2019-cu il tarixli, 1290 saylı arayışın, söhbət vərəqəsinin, raportun, N nömrəli hərbi hissənin N yanvar 2019-cu il tarixli 8 nömrəli əmrindən çıxarışın surətləri iddiaçının və onun nümayəndəsi və vəkilinin ünvanına göndərilmişdir. Həmçinin tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün 23 yanvar 2020ci il tarixə saat 11:20-yə məhkəməyə dəvət olunmuşlar. Buna baxmayaraq, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin olunduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036-əç nömrəli əmrin və bu əmrin verilməsinə səbəb olmuş materialların-intizam qaydasında cəzalandırılmağı barədə 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin, xidmətə uyğun olmamağı barədə hərbi hissədə keçirilmiş şərəf məhkəməsinin 21.01.2019-cu il tarixli qərarının surətlərinin ona təqdim edilməsinin cavabdehə həvalə olunması barədə» iddiası üzrə işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BM ŞQBQR-in 25.02.2018-ci il tarixli 036əç nömrəli əmrin və bu əmrin verilməsinə səbəb olmuş materialların-intizam qaydasında cəzalandırılmağı barədə 24 noyabr, 06 dekabr və 26 dekabr 2018-ci il tarixli əmrlərin, xidmətə uyğun olmamağı barədə hərbi hissədə keçirilmiş şərəf məhkəməsinin 21.01.2019cu il tarixli qərarının surətlərinin ona təqdim edilməsinin cavabdehə həvalə olunması barədə» iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-64/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-64/2020
23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver