Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-641/2020 15.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdeh Dövlət X8 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X4 (Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X7 Naziriliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsinin Cəlilabad rayon filialına qarşı hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Dövlət X8 Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubunda ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olduğunu, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixə və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi işlədiyini və hərbi xidmətdə olduğu dövrləri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəyişdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin “xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olduğunu, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixə və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi işlədiyi və hərbi xidmətdə olduğu dövrləri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Eyni zamanda İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuş, hal-hazırda həmin ünvanda yaşayır. Ona xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixdən əlillik dərəcəsi verilmişdir və həmin tarixdən 2-ci qrup əlillik növü üzrə sosial müavinət alır. Əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdən başlamışdır. 1983-1984, 1986-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi müxtəlif sahələrdə işləməklə və 1984-1986-cı illərdə hərbi xidmətdə olmağı ilə birlikdə 21 il 07 ay 08 gün sosial sığorta stajı qazanmışdır. 2-ci qrup əlilliyə görə əmək pensiyası almaq üçün 2018-ci ilin dekabr ayında DSMF Cəlilabad rayon şöbəsinə müraciət etmiş, ona DSMF Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubu verilmişdir. Ona 2019-cu ilin martın 1-nə olan qanunvericiliklə yox, hazırki qanunu tətbiq etməklə 2-ci qrup əlilliyə görə əmək pensiyasının düşmədiyini bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X8 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cəlilabad rayon Ocaqlı kənd sakini İddiaçı xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlillik növü üzrə sosial müavinət alır. Vətəndaş xx.xx.1983-cü il tarixdən xx.xx.2006cı il tarixə kimi müxtəlif əmək fəaliyyəti ilə məşğul olaraq 21 il 7 ay 8 gün iş stajı qazanmışdır. Vətəndaş pensiyanın bir növündən digərinə, yəni 2-ci qrup əmək pensiyası təyin etdirmək üçün xx.xx.2020-ci il tarixdə DSMF Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın yaşına uyğun 12 il 4 ay sığorta stajı tələb olunur. İndiki qanunvericiliyə uyğun olaraq vətəndaşın fərdi hesabındakı qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinin təyin edilməsi üçün tələb olunan kapitaldan az olduğundan pensiya təyin edilməsinə imkan vermir. İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəliqərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə X12 Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Cəlilabad rayonunun Ocağlı kəndində doğulmuş, Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1984-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan X1 elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlil hesab edilmişdir. İşdə olan “Cəlilabad Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 22 nömrəli əmrlə müəssisədə T-40 markalı traktorda traktrist vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-ci il tarixli, 17 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olanƏmək və X7 Naziriliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsinin Cəlilabad rayon filialının xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon Ocaqlı kənd sakini İddiaçı xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlillik növü üzrə sosial müavinət alır. Vətəndaş xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək əmək fəaliyyətində xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixə və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olaraq hərbi xidmət dövrü ilə birlikdə 21 il 7 ay 8 gün sosial sığorta stajı qazanmışdır. Vətəndaş pensiyanın bir növündən digərinə, yəni 2-ci qrup əmək pensiyası təyin etdirmək üçün xx.xx.2020-ci il tarixdə DSMF Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın xx.xx.2018-ci il tarixə kimi əlillik aldığı dövrə yaşına uyğun 12 il 4 ay sığorta stajı tələb olunur. xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının minimum məbləği 110x1,057=116,27 manat təşkil edir. Vətəndaşın xx.xx.2006-cı il tarixə olan 21 il 7 ay sığorta stajını xx.xx.2018-ci ilə kimi sığorta kapitalına çevirərək (21x306)+(806:12x7)=6604,50x1,183x1,167x208x1,015x1,057x1,079x1.0,011x1,024x1,014x 1,0400x1,124x1,057=15140,23 manat təşkil edib. Vətəndaşın yaşına uyğun tələb olunan iş stajına əsasən aylara müəyyən edib, əmsalı tapırıq, (12x12 aya)+4 ay=148 ay:192-ə bölünüb, 144-ə vurmaqla yaşına uyğun əmsal müəyyən edilir, yəni 111, sığorta stajına əsasən müəyyən edilmiş sığorta kapitalı 15140,23 manat:111-ə bölünməklə vətəndaşın əlilliyə görə əmək pensiyası müəyyən edilir, 1514023:111=13640 manat edir. 21 il 7 ay sığorta stajına görə vətəndaşa xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya düşür. İddiaçı xx.xx.2020-ci il tarixdə DSMF Cəlilabad rayon şöbəsinə müraciət etdiyindən hazırki qanunla vətəndaşa 21 il 7 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası düşmür. İşdə olan “Cəlilabad Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 80 nömrəli arayışından görünür ki, Cəlilabad şəhər Aqrotexservis müəssisəsinin işçisi İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixli, 22 nömrəli əmrlə Cəlilabad Aqrotexservis ASC-də T-40 markalı traktorda sürücü vəzifəsində işləyib, xx.xx.2006-cı ildə 17 nömrəli əmrlə işdən azad olunub. İşdə olan “Cəlilabad Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 80 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 22 nömrəli əmrlə Cəlilabad Aqrotexservis ASC-də T-40 markalı traktoruna sürücü vəzifəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2006-ci il tarixli, 17 nömrəli əmrlə Cəlilabad Aqrotexservis ASC-də T-40 markalı traktorunda sürücülük vəzifəsindən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Cəlilabad rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 83 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon “Aqrotexservis”in xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyəti olmuşdur. Hal-hazırda da fəaliyyəti var və qeydiyyatdadır. İşdə olanƏmək və X7 Naziriliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsinin Cəlilabad rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon Aqrotexservis ASC xx.xx.2012-ci il tarixə kimi sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 12.1-ci maddəsinə əsasənƏlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada:SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;K - sığorta davamiyyəti əmsalıdır. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır 32.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri, yəni xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətini təqdim etmişdir. Мəhkəmə xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir.Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1.Tələb olunan sığorta stajı 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı tələb olunan 12 il 06 ay (53 yaş, əlillik dərəcəsinin təyin olunduğu yaş - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 38) x 4 ay = 152 ay/12 ay= 12 il 06 ay) sığorta stajını toplamışdır. Eyni zamanda iddiaçının 21 il 7 ay sığorta stajını pensiya kapitalına çevirdikdə, həmin pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2018ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və X7 Naziriliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsinin Cəlilabad rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və X7 Naziriliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsinin Cəlilabad rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-641/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-641/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver