Məhkəmə qərarları › İş №2-1(120)-642/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-642/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-642/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x3, Cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinin nümayəndəsi x4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinə qarşı «işlədiyi illərin, hərbi xidmətdə olduğu müddətin və pensiya kapitalının sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 01.07.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 20 dekabr 1965-ci ildə Cəlilabad rayonu, Bəcrəvan kəndində anadan olmuşdur.1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, 13.10.1986-cı il tarixdən 08.08.1994-cü il tarixə kimi müxtəlif sahələrdə, 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixə kimi N saylı hərbi hissədə işləmişdir. Ona 02.04.2008-ci il tarixdən əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1984-1986-cı illərdə hərbi xidmətdə olduğu, 13.10.1986-cı il tarixdən 08.08.1994-cü il tarixə kimi müxtəlif sahələrdə, 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixə kimi N saylı hərbi hissədə işləməyi ilə bağlı sosial sığorta kimi nəzərə alınmaqla, 01.07.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2020-ciiltarixli, 2-1(120)-642/2020 saylı qərardadı ilə iddia tələbinə “işlədiyi illərin, hərbi xidmətdə olduğu müddətin və pensiya kapitalının sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 01.07.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun işlədiyi illərin, hərbi xidmətdə olduğu müddətin və pensiya kapitalının sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinin 16 yanvar 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, 01.08.1992-ci il tarixdən 08.08.1994-cü il tarixədək olan iş stajı əmək kitabçasında göstərilmədiyi üçün əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinin nümayəndəsi x7 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əlillik arayışından çıxarışı, hərbi biletin təsdiq olunmuş surəti, əmək kitabçasının təsdiq olunmuş surətini, məcburi dövlət sosial sığorta haqqı üzrə elektron sistemdən çıxarışların və məlumatların təsdiq olunmuş surətlərini, sığorta olunan barədə hesabatların təsdiq olunmuş surətlərini, sosial arayışların təsdiq olunmuş surətlərini, Dövlət x10 Cəlilabad rayon şöbəsinin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasiəbətini bildirmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 02 aprel 2008-ci il tarixdən əlil kimi müavinat almışdır. Belə ki, o, 29 noyabr 2018-ci il tarixdə x1 tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yəni 02.05.1984- 06.05.1986-cı illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, 01.08.1992- 08.08.1994-cü illərdə işləməsi Azərbaycan Respublikası Cəlillabad rayon Dövlət Arxivinin 26 may 2015-ci il tarixli, 472 nömrəli arxiv arayışı ilə, 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixə kimi N saylı hərbi hissədə və digər müəssisələrdə işləməsi NT-İ ******* nömrəli əmək kitabçası və məcburi dövlət sosial sığorta haqqı üzrə elektron sistemdən çıxarışları, məlumatların təsdiq olunmuş surətləri, sığorta olunan barədə hesabatların təsdiq olunmuş surətləri və sosial arayışların təsdiq olunmuş surətləri ilə təsdiq olunur. Ümumiyyətlə cavabdeh iddiaçının bütün iş illərini deyil, məhz əmək kitabçasında qeyd edilməyən 01.08.1992-08.08.1994-cü dövrlərdə işlədiyi illəri mübahisələndirir. Yəni digər illər əmək kitabçasında qeyd edildiyindən həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmir. Dövlət x10 Cəlilabad rayon şöbəsinin məhkəməyə göndərdiyi 03 aprel 2020-ci il tarixli, **********9 saylı yazılı münasibətində bildirilmişdir ki, Cəlilabad rayon Bəcirəvanı kəndi sakini İddiaçı 23.06.2017-ci il tarixdə pensiyanın bir növündən digər növünə, yəni İİ qurup əlilliyə görə əmək pensiyası təyin olunmasına görə DSMF Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən 13.07.1983-cü il tarixdən 08.08 1994-cü il tarixə kimi müxtəlif sahələrdə işləyərək 9 il 9 ay 28 gün iş stajı və 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixə kimi N saylı hərbi hissədə işləyərək N il N ay ış stajı qazanmış, ümumilikdə 1N il 2 ay 28 gün iş stajı vardır. Vətəndaşın yaşına uyğun 1N il stajı tələb olunub. 03.03.1992-ci il tarixdən 08.08.1994-cü il tarixə kimi işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün "x8” Azərbaycan Respublikasının qanununun 3.1.1 -ci maddəsinə əsasən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta stajı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, x2 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «x8» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və x9 Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «x8» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «x8» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «x8» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «x8» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (01.08.1992-08.08.1994-cü illərdə işləməsinə dair Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivinin 26 may 2015-ci il tarixli, 472 nömrəli arxiv arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivinin 26 may 2015-ci il tarixli, 472 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 01.08.1992-08.08.1994-cü illərdə işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 01.08.1992-08.08.1994-cü illərdəişləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı işlədiyi illərin, hərbi xidmətdə olduğu müddətin və pensiya kapitalının sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 01.07.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi öhdəliyi cavabdeh Dövlət x10 Cəlilabad rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar