Məhkəmə qərarları › İş №2-1(120)-642/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-642/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-642/2024 15.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ X5 Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən imtina edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “İ” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrini ləğv edərək yenidən işə bərpa edilməsi” barədə tələbinə dairişə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən imtina edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “İ” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrini ləğv edərək yenidən işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən Ağdam rayonu N nömrəli hərbi hissədə xidmətdən artıq gizir kimi qulluq etmişdir. Xidmət etdiyi zaman heç bir pozuntu olmayıb, daim xidmətini qüsursuz yerinə yetirmişdir. Bundan sonra 2022-ci il oktyabr ayında ona məlum olmayan səbəbdən Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.7-с maddəsinə (intizam qaydasında hərbi rütbədən məhrum edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin "i" bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2016-cı ilin aprel döyüşləri iştirakçısıdır, bundan sonra 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Ailəlidir, iki övladı var, ailəsində tək işləyən odur, yəni ailənin tək qazancı onun gizir kimi işlədiyib aldığı maaş olub. Qeyd edir ki, o, evin tək qazanc gətirənidir, valideyinlərinə və ailəyə o baxır. O, qulluq mövqeyində heç bir səhvə yol verməmişdir. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Onun şəxsi vəsiqəsində əmr yazılmaqla ona verilmiş, lakin əmrin surətini bu günə kimi almamışdır. Dəfələrlə əmrin surətini istəməyinə baxmayaraq, yenə də əmrin surətini almağa müvəffəq ola bilməmişdir. O, əmrin ləğv edilərək işə bərpa olunmağı üçün cavabdehə müraciət etsə də cavabdeh ona imtina etmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli işə bərpa edilməyinə dair qərar qəbul edilməlidir. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə baxılır. Müdafiə Nazirliyinin Quru Qoşunları iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi (müddət buraxılmaya görə) əsassız olduğuna görə iddianı mümkünsüz sayasınız. Belə ki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2514/2023 nömrəli, 16 mart 2023-cü il tarixli məktubundan və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq döyüş növbətçiyilini rəhbər sənədlərin tələblərinə uyğun təşkil etməmiş, döyüş növbətçiliyinə cəlb edilmiş şəxsi heyətə zəif nəzarət etmiş və tabeliyində olan şəxsi heyətin hərbi intizamının səviyyəsi aşağı olduğuna görə Müdafiə nazirinin müavini-X3 17 avqust 2022-ci il tarixli 328 nömrəli əmri ilə Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 61-ci maddəsinin "i" (gizir hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılma) bəndinə əsasən intizam məsuliyyətinə cəlb edilmişdir. Gizir Həsənov X4 nazirinin müavini-X3 17 avqust 2022-ci il tarixli 328 nömrəli əmri ilə Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 61-ci maddəsinin "i" (gizir hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılma) bəndinə əsasən intizam məsuliyyətinə cəlb edildiyinə görə Müdafiə nazirinin müavini- X3 19 oktyabr 2022-ci il tarixli 0159 gm nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu 41.0.7-ci (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Gizir İddiaçı Müdafiə nazirinin müavini-X3 19 oktyabr 2022-ci il tarixli 0159gm nömrəli əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu 41.0.7-ci (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) maddəsi ilə hərbi xidmətdən ehtiyata buraxılması N oktyabr 2022- ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli 319 nömrəli əmri ilə ona elan edilmiş, təyinat vərəqəsi verilmiş, hərbi hissənin siyahısından çıxarılaraq hərbi uçota durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İnzibati Prosessual məcəllənin 24.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət pozuntusu proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.3-cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallarda şamil olunur. Qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu 41.0.7-ci (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) maddəsinə əsasən ehtiyata buraxılması barədə qəbul edilmiş inzibati orqanın aktı N oktyabr 2022-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmiş, lakin İddiaçı tərəfindən yalnız 2023-cü ilin mart ayında bu barədə Şirvan İnzibati Məhkəməsinə müraciəti daxil olmuşdur. Odur ki, Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasını mümkünsüz mümkünsüz hesab edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisələndirilən əmrin ona rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək qeyd edilən əmrlə razı olmadığını, qanunvericiliyinin tələblərinin ona aydın olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən əmrin iddiaçıya rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmənin 2-1(120)-2514/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli məktubu ilə, həmçinin məhkəmə prosesi zamanı İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə edilmiş iddiaçının AO ******* nömrəli hərbi biletinin surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir İddiaçı, N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının komandirinin müavini, Müdafiə nazirinin müavini-X3 17 avqust 2022-ci il tarixli 328 nömrəli əmri ilə Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 61-ci maddəsinin "i" (gizir hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılma) bəndinə əsasən intizam məsuliyyətinə cəlb edildiyinə görə Müdafiə nazirinin müavini- X3 19 oktyabr 2022-ci il tarixli 0159gm nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu 41.0.7-ci (intizam qaydasında hərbi rütbədən məhrum edildikdə) maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinə göndərilmişdir. (səh.22) İş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cü il tarixli 25 nömrəli Təyinat Vərəqəsinə əsasən iddiaçı Həsənov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli söhbət vərəqəsinə əsasən müəyyən edilir ki, iddiaçı ilə müvafiq söhbətlər aparılmış və ehtiyata buraxılması ilə bağlı fikri soruşulmuşdur. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən imtina edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “İ” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrini ləğv edərək yenidən işə bərpa edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı halda iddiaçı bu əmri xx.xx.2023-cü ildə (məhkəməyə daxil olduğu vaxt), yəni əmrlərin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 5 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci tarixli əmrini 16 mart 2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci ildə qəbul edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletə əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi əmr barədə xəbərdar imiş. Eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinə göndərildiyi müəyyən edilir.Bu faktlar öz təsdiqini Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda, onunla aparılmış söhbət vərəqəsindən, xidmət vərəqəsindən və təyinat vərəqəsindən müəyyən edilir. Məhkəmə iclasında İddiaçı qeyd edilənləri təsdiqləyərək xəbərdar edildiyini bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Lakin xəbərdar olduğu halda, həmin əmrlərdən mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür.Səbəb kimi isə cinayət işinin yekunlaşmasını gözlədiyini bildirmişdir.Lakin məhkəmə araşdırması zamanı 23 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilməsi müəyyən edilmişdir.Həmçinin iş materiallarından müvafiq əmrin N oktyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli 319 nömrəli əmri ilə iddiaçıya elan olunduğu müəyyən edilir. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi barədə ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-2514/2023 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Quru Qoşunların komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən imtina edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “İ” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrini ləğv edərək yenidən işə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar