Məhkəmə qərarları › İş №2-1(120)-643/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-643/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-643/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayədəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarının ləğv edilməsi və ona 10 avqust 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 01 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsi və əlillik təyinatı aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarının ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 21 fevral 2024-cü il tarixli qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 16 may 2024-cü il tarixli, xxxxxxx0014 saylı qərarının ləğv edilməsi və ona 16 may 2024-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarının ləğv edilməsi və ona 10 avqust 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Ağcabədi X2 İdarəsinin Yuxarı Qiyaməddinli sahəsində çilingər işləmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Yuxarı Qiyaməddinli kəndində yerləşən X2 İdarəsinin balansında olan subartezian quyusunun nasosu yandığı üçün nasosu quyudan çıxarıb təmir üçün Şotlanlı kəndindəki sexə aparmışdır. Nasos sexdə təmir olunduqdan sonra xx.xx.2019-cu il tarixdə saat 08 radələrində nasosu götürüb subartezian quyusunun yanına gətirmişdir. Həmin vaxt istismar sahəsində usta işləyən Surxay və sürücü Naiblə birlikdə idilər. Nasosu və 3 borunu quyuya sallayıb bağladıqdan sonra təxminən 18 metr uzunluğunda olan su borusunu quyuya sallayanda boru ortadan, yəni qaynaq olunduğu hissədən qırılmışdır. Həmin vaxt borunu qaldıran kranın yuxarı hissəsinə çıxıb dayanmışdır ki, borunu yuxarı hissədən tutub nizamlaya bilsin. Boru qırıldıqdan sonra aşağı hissə yerə doğru düşmüş, yuxarı hissəsi, yəni trosa bağlanmış hissə isə yellənib kranı da tərpətməyə başlamışdır. Borunun quyunun yanındakı transformatora doğru hərəkət etdiyin görüb onun üstündən özünü yerə atmış və kranın sol tərəfində üzü üstə yerə düşmüşdür. Yerə düşdükdən sonra sol qolunun sındığını hiss etmişdir. Bundan sonra iş yoldaşları onu yerdən qaldırıb həmin vaxt orada olan “VAZ-21015” markalı avtomobilə qoyub, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona müvafiq tibbi yardım göstərilmiş, 2 ay xəstəxanada stasionar müalicə aldıqdan sonra, ambulator müalicə almaq üçün evə buraxılmışdır. Onu da qeyd etmək istəyir ki, krandan üzü üstə yerə yıxılarkən sol qolunun sınmasından əlavə çənə sümüyü və burun sümüyü də sınmışdır. Bu səbəbdən də bu vaxta kimi burundan nəfəs almaqda çox çətinlik çəkir və dərmansız nəfəs almağı mümkünsüzdür. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar Ağcabədi rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanmış və araşdırma aparıldıqdan sonra bütün təqsir idarədə onunla birlikdə işləyən usta X7 üzərinə qoyularaq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək iş məhkəməyə göndərilmiş və müvafiq olaraq məhkəmə hökmü çıxarılmışdır. Onu da qeyd etmək istəyir ki, hadisə zamanı onların idarəsində işləməyən kənd sakini X10 da təsadüfən hadisə yerində olmuş və o da ağır dərəcəli bədən xəsarəti almışdır. Bütün bu faktları qeyd etməklə baş vermiş bədbəxt hadisə kimin üzərinə qoyulması onun üçün maraqlı deyildir. Onun üçün maraqlı odur ki, 2 ay müddətində xəstəxanada müalicə olunaraq bir neçə dəfə əməliyyat olunmuşdur. Xəstəxanadan çıxarıldıqdan sonra da uzun müddət ərzində müalicə olunsa da, sağlamlığı bərpa edilməmiş və aldığı xəsarətlər nəticəsində sol qolu tamamilə işləmir və əlil olmuşdur. Lakin onun müalicəyə 5000 manatdan çox xərci çıxsa da, nə işlədiyi idarənin rəhbərliyi, nə də Dövlət Sığorta Kommersiya Şirkəti ona heç bir maddi yardım etməmişlər. Belə ki, xəstəxanadan çıxdıqdan sonra 8 ay müddətində bülletendə olmuş və cəmi 10 ay müddətində ona 6 ay ərzində işləmədiyi müddətə görə maaş verilmişdir. Bundan başqa xəsarət alıb xəstəxanaya çatdırılan vaxt X2 idarəsinin rəisi Atamoğlan Babayev ona cəmi 300 manat pul vermiş və ondan şikayətçi olmamasını xahiş edərək, bunun müqabilində onun müalicəsini və digər xərclərini tam ödəməyə söz vermişdir. X12 bir daha ona heç bir sahədə yardım etməmiş, hətta qanunsuz olaraq onu işdən azad etmişdir. O, istehsalatda xəsarət almağı ilə bağlı qanuna müvafiq olaraq ona maddi yardım edilməsi və əlillik verilməməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmiş, lakin müraciəti Dövlət Sığorta Şirkətinə yönəldilmişdir. Şirkətin ona ünvanladığı 24 iyul 2020-ci il tarixli, 08/S-293 saylı məktubda qanunsuz olaraq qeyd edilir ki, “Fərdi qəza”dan sığorta üzrə müqavilə bağlanmadığı üçün ödəniş edilməməsini əsas kimi qeyd etmişdir. Bundan başqa istehsalatda aldığı xəsarətlə bağlı əlilliyin verilməsi üçün bir neçə dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də nəticəsi olmamışdır. Hansı ki, onun sol qolu aldığı xəsarət nəticəsində uzun müddət işləmədiyi halda xx.xx.2021-ci il tarixdə TSEK ona əlillikdən imtina cavabı vermişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qeyd edilmişdir. Həkimin rəyi: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi və köməkçi diaqnostik müayinələr yetərli deyil. Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci tarixli cavabı birinci dəfə olduğu kimi heç bir sübuta əsaslanmır. Belə ki, həmin cavabda qeyd edilir: Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. Ona aydın deyil, əlillik dərəcəsi almaq üçün TSEK hansı meyarları əsas götürməlidir. Belə ki, qeyd etdiyi kimi iş zamanı xəsarət alaraq əmək qabiliyyətini demək olar ki, tam itirmiş və sol qolu aldığı xəsarətin nəticəsi olaraq işləmir, hazırda qolunda dəmir mil yerləşdirilmiş və sol qolu hərəkət imkanından tam məhrum olmuşdur. Belə vəziyyətdə ona əlillik dərəcəsi verilməsindən necə imtina edilə bilər? Məhz bu səbəblərdən də TSEK-in gəldiyi nəticəni tam qanunsuz hesab edir. Bütün yuxarıda qeyd edilənlərə görə də ədalətin bərqərar edilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəzıyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli gondərişi əsasında baxılmış və Diaqnozun mətni: T92 Yuxarı ətraf travmalarının nəticələri, Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sol dirsək oynaqların artrozu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol dirsək oynağın kontrakturası Ağırlaşma R52 0 Kəskin ağrı, Sol dirsək oynağında ağrılı sindrom. i; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ağcabədi rayon sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə etdiyi müraciət əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış (xx.xx.2021-GND. xx.xx.2021- GND, xx.xx.2021-MDE, xx.xx.2021-GND, xx.xx.2021-DƏƏTE) sonuncu dəfə “diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən istehsalat travması nəticəsində sol bazu oynağındakı xəsarət aldığını bildirmiş, hazırda qolunda olan ağrı və hərəkət məhdudluğundan şikayətlənmiş, bəzi sənədlər təqdim etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci ildə təqdim edilmiş 482 nömrəli Arayışda vətəndaşın xx.xx.2019-cu ildə İstehsalat travması ilə nəticələnən xəsarət aldığı qeyd edilmişdir. Təqdim olunmuş ET-Travmotologiya və Ortopediya İnstitunun xx.xx.2020-ci il tarixli 200311874-nömrəli Arayışında diaqnoz “Sol bazu sümüyünün kondiluslarından keçən oynaq daxili bitişməkdə olan sınığı (metal fiksatorla osteosintezindən sonra) sol dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, daimi ağrı sindromu” olmuşdur. Obyektiv müayinə zamanı sol yuxarı ətraf əzələlərində atrofiya izlənilməmiş, dirsək oynağında hərəkətlər ağrılı olmuş, pronasiya, supinasiya hərəkətləri icra edilmişdir. Sol dirsək oynağında hərəkət həcminin təyininə ağrıdığını əsas gətirərək icazə verməmiş -30 dərəcə və daha artıq hərəkəti icra etməyi bacarmış sol əlin tutma funksiyası pozulmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfındən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qüvvədə saxlanılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfındən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-ın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X11 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nümayəndəsi X11 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 məhkəməyə ünvanladığı 12 dekabr 2023-cü il tarixli 18-1-23/2-570/2023 nömrəli məktubundan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Ağcabədi rayonu Şotlanlı kəndində yaşayan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı “Sağ dirsək oynağının çoxqəlpəli açıq yerinidəyişən sınığı” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Digər ikinci artroz” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Oynaqların kontrakturası” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. İş materiallarında olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun xx.xx.2020-ci il tarixli, 2003/1874 nömrəli arayışından görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar diaqnozu “Sol bazu sümüyünün konduluslardan keçən, oynaq daxili bitişməkdə olan sınığı (metal fiksatorlarla osteosintezindən sonra) Sol dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, daimi ağrı sindromu” olmuşdur. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0220003AAS71 nömrəli göndərişi əsasında İddiaçı “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Sümük əzələ deffekti. Metalik ekstra medulyar ostiosintezi. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Ağrılı sindrom. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Ağrılı sindrom. Ağırlaşma: R52.2 Digər daimi ağrı. Ağrılı sindrom. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Astenonevrotik vəziyyət”. diaqnozu ilə tibbi müayinə üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, TSEK tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış, “Göndərişin natamam doldurulması. Əsas diaqnozu təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbindən ona əlilliyin təyinatından imtina edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AATJB nömrəli göndərişi əsasında İddiaçı “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Sümük əzələ deffekti. Metalik ekstra medulyar ostiosintezi. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Ağrılı sindrom. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondilusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Ağırlaşma: R52.2 Digər daimi ağrı. Ağrılı sindrom. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Ağrılı sindrom.Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Astenonevrotik vəziyyət”. diaqnozu ilə tibbi müayinə üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış, “Göndərişin natamam doldurulması. Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbindən ona əlilliyin təyinatından imtina edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AATLN nömrəli göndərişi əsasında İddiaçı “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Sümük əzələ deffekti. Metalik ekstra medulyar astiosintezi. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın pozulması. Ağrılı sindrom. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Ağrılı sindrom. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın pozulması. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondilusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Astenonevrotik vəziyyət”. diaqnozu ilə tibbi müayinə üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış, “Əlavə müalicəyə ehtiyacın olması, müayinə və müalicəni davam etdirməli olması, müalicə potensialının tükənməməsi” səbəbindən ona əlilliyin təyinindən imtina edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AAWC1 nömrəli göndərişi əsasında İddiaçı “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol bazu sümüyünün distal 1/3-nin oynaq daxili çoxqəlpəli defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması. Xəstə xx.xx.2025-ci il tarixdə ETTOİ-da olmuş və 2003/18. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyridüzgün bitişmiş sınığı. Ağırlaşma: M24.5 Oynaqların kəskin kontrakturası. Ağırlaşma: R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Ağırlaşma: R26.0 Ataktik yeriş. Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Funksiyanın pozulması. Ağırlaşma: L91.0 Hipertrofik çapıq. Oynağın arxa səthində postravmatik kobud çapıq. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Dirsək oynağında daimi ağrılar. Ağırlaşma: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Valqus deformasiyası. Ağırlaşma: M84 Sümük tamlığının pozulmaları. Ağırlaşma: M19.0 Digər oynaqların birincili artrozu artroz-postravatik. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında daimi ağrılar”. diaqnozu ilə tibbi müayinə üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış, “Göndərişin natamam doldurulması. Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi və köməkçi diaqnostik müayinələr yetərli deyil” səbəbindən ona əlilliyin təyinatından imtina edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AAYNJ nömrəli göndərişi əsasında İddiaçı “Əsas diaqnoz: T92 Yuxarı ətraf travmalarının nəticələri. Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynaqların artrozu. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol dirsək oynağın kontrakturası. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında ağrılı sindrom. Ağırlaşma: M84 Sümük sınığının pis bitişməsi. Sol bazunun qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynağının valqus deformasiyası. Ağırlaşma: Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma: Z96.7 Digər sümüklərin və vətərlərin implantatların olması. Bazu sümüyünün distal ucunda implantın olması. Ağırlaşma: L91.0 Hipertrofik çapıq. Dəridə kobud kelloid çapıq vardır”. diaqnozu ilə tibbi müayinə üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş, TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” qərarı qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artropatiyalar => M15-M19-Artrozlar => M19-Digər artrozlar => M19.1-Digər oynaqların postravmatik artrozu. Diaqnozun mətni: T92 Yuxarı ətraf travmalarının nəticələri. Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynaqların artrozu. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol dirsək oynağın kontrakturası. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında ağrılı sindrom. Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir qərarı qəbul edilmişdir”. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18165/2024 saylı məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon sakini İddiaçı əyani müayinə olunması barədə məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əmək qabiliyyətinin bir il müddətinə 20 % itirilməsi seçilməklə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının 16 may 2024-cü il tarixli, 3-17-4/3-1-13976/2024 nömrəli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinə aparılmış, əyani müayinə zamanı, X5 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Tibbi rəyinə əsasən vətəndaşa dair obyektiv və instrumental müayinə nəticəsində diaqnoz “Sol bazu sümüyünün distal 1/3-nin oynaqdaxili, çoxqəlpəli, defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması” şəklində göstərilsə də, əlillik təyinatına əsas verən patofunksional pozuntu və ya nevroloji defisit aşkar edilməmiş, nəticədə, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” və əmək qabiliyyətinin 1 il müddətinə 20% itirilməsi barədə qərar qəbul edilmisdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 saylı iddiaçıya əlilliyin təyinatından imtina qərarını əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 30 yanvar 2023-cü il tarixli, 1026 saylı rəyinə əsasən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı İddiaçı “Sol bazu sümüyünün distal ucunun metaepifizinin bitişmiş sınığı (metal lövhə ilə osteosintezdən sonra), sol dirsək sümüyünün proksimal metafızinin bitişmiş sınığı, sol dirsək oynağınm İİİ dərəcəli artrozu, açılıb bükülməsi kəskin kontrakturası (bükmə 95 dərəcə, açma 100 faiz) daimi ağır sindromu sol yuxarı ətrafın funksiyasının pozulması” müəyyən edilmiş, İddiaçı səhhəti ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacının olmadığı bildirilmişdir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı ona əlillik təyinatından imtina edildiyi sonuncu müayinəsinin nəticəsi olaraq qeyd olunmuş “Diaqnoz əlillik əlaməti təyin etmir” rəyi ilə “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 30 yanvar 2023-cü il tarixli, 1026 rəyləri arasında ciddi ziddiyyət vardır. İş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0220003AAS71 nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AATJB nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AATLN nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AAWC1 nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AAYNJ nömrəli göndərişləri üzrə xəstəliyi ilə bağlı İddiaçı təyin olunmuş diaqnozlar həm sadalanan göndərişlərə əlavə edilmiş xx.xx.2019-xx.xx.2019-cu il dövrünü əhatə edən ******* nömrəli, xx.xx.2019-xx.xx.2019-cu il dövrünü əhatə edən ******* nömrəli, xx.xx.2019-xx.xx.2020-ci il dövrünü əhatə edən ******* nömrəli, xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhatə edən ******* nömrəli, xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhatə edən ******* nömrəli və xx.xx.2020xx.xx.2020-ci il dövrünü əhatə edən ******* nömrəli xəstəlik tarixləri və onlara əlavə olunmuş çoxsaylı tibbi sənədlər-epikriz, həkimlərin gündəlik müayinələri, müşahidə gündəlikləri, laboratoriya analizləri ilə, həm də cavabdehin 16 may 2024-cü il tarixli, 3-17- 4/3-1-13976/2024 nömrəli qərarında qeyd olunmuş Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun (hazırda “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi) xx.xx.2021-ci il tarixli, ********** nömrəli Tibbi rəyinə əsasən iddiaçıya dair obyektiv və instrumental müayinə nəticəsində təyin olunmuş “Sol bazu sümüyünün distal 1/3-nin oynaqdaxili, çoxqəlpəli, defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması” diaqnozu ilə tam təsdiq edilmişdir. Həmçinin, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 0220003AAS71 nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AATJB nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AATLN nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AAWC1 nömrəli, xx.xx.2021-ci il tarixli, 0220003AAYNJ nömrəli göndərişləri üzrə müəyyən olunmuş, Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu tərəfindən “obyektiv və instrumental müayinə” ilə təsdiq olunmuş, TSEK tərəfindən aparılmış müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müayinələrin nəticə hissəsində də əksini tapmış xəstəlikləri ilə bağlı İddiaçı təyin olunmuş diaqnozların əlillik təyinatına əsas vermədiyini bildirmək əvəzinə, yalnız formal tələblərə (göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, müalicə potensialının tükəməməsi) əsasən əlillik təyinatından imtina edilməsi, eləcə də mübahisələndirilən xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 saylı “diaqnozun öz təsdiqini tapmaması” qərarının heç bir dəlil-sübutla, tibbi sənədlə təsdiq edilməməsi yuxarıda qeyd olunan diaqnozlarda əksini tapmış xəstəliklərin iddiaçıya müvafiq əlilliyin təyininə imkan verdiyi qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, iş üzrə təqdim olunmuş tibbi sənədlərlə, o cümlədən TSEK müayinələri ilə İddiaçı təyin olinmuş diaqnozlarla müəyyən edilmiş xəstəliklərinin o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) bəndlərinə uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, İddiaçı əlilliyin təyinatından imtinanın verildiyi xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli diaqnozlarda, eləcə də Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2020-ci il tarixli, 2003/1874 nömrəli arayışında qeyd olunmuş İddiaçı xəstəliyi ilə əlaqədar “Sol bazu sümüyünün konduluslardan keçən, oynaq daxili bitişməkdə olan sınığı (metal fiksatorlarla osteosintezindən sonra) Sol dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, daimi ağrı sindromu” diaqnozunda və həmin tibb müəssisəsinin cavabdehin 16 may 2024-cü il tarixli, 3-17-4/3-1-13976/2024 nömrəli qərarında qeyd olunmuş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Tibbi rəyindəki “Sol bazu sümüyünün distal 1/3-nin oynaqdaxili, çoxqəlpəli, defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması” diaqnozunda göstərilən xəstəliklərinin o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1,M99.0) bəndlərinə uyğunluğu təsdiq olunduğu halda, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyinatından imtina edilmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, iddiaçı müayinə üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məhz cavabdeh inzibati orqanın göndərişləri əsasında getmiş, lakin həmin tibb müəssisəsinin İddiaçı xəstəliyi ilə əlaqədar apardığı obyektiv və instrumental müayinənin nəticəsi olaraq təyin etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci və 2.3.2-ci bəndlərinə tam uyğunluğu təsdiq olunan “Sol bazu sümüyünün konduluslardan keçən, oynaq daxili bitişməkdə olan sınığı (metal fiksatorlarla osteosintezindən sonra) Sol dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, daimi ağrı sindromu” və “Sol bazu sümüyünün distal 1/3-nin oynaqdaxili, çoxqəlpəli, defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması” diaqnozları cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5ci Dorsopatiyalar bəndində qeyd olunmuşdur ki, Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə “Meyarlar”ın 13.5-ci Dorsopatiyalar bəndində təsbit olunmuş halları nəzərə almamışdır. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarında iddiaçının sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların aşkarlanmadığı bildirilmişdir. Halbuki, TSEK-nın iş materiallarında olan və yuxarıda sadalanan İddiaçı əlillik təyinatından imtina edildiyi xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müayinə aktlarında cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarında qeyd edilmiş iddiaçının “sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların aşkarlanmadığı” barədə nəticəsi təkzib olunur. Belə ki, iddiaçının əlillik vəziyyəti ilə bağlı xx.xx.2020-ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Sümük əzələ deffekti. Metalik ekstra medulyar ostiosintezi. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Ağrılı sindrom. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Ağrılı sindrom. Ağırlaşma: R52.2 Digər daimi ağrı. Ağrılı sindrom. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın kəskin pozulması. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Astenonevrotik vəziyyət”, xx.xx.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Sümük əzələ deffekti. Metalik ekstra medulyar astiosintezi. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın pozulması. Ağrılı sindrom. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Ağrılı sindrom. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sağ dirsək oynağının açıcı və bükücü rigid kontrakturası, funksiyanın pozulması. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Sol dirsək oynağının bazu sümüyünün kondulusundan keçən çoxqəlpəli açıq yerinidəyişən sınığı. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya. Astenonevrotik vəziyyət”, xx.xx.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: “Əsas diaqnoz: S42.4 Bazu sümüyünün aşağı ucunun sınığı. Sol bazu sümüyünün distal 1/3-nin oynaq daxili çoxqəlpəli defektli döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Fraqmentlərin metal fiksatorlarla asteosintezi. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynaqlarının yarımbükülü vəziyyəti, kəskin kontrakturası, astrozu-postravmatik. Valqus deformasiyası. Oynağın arxa səthində postravmatik kobud çapıq. Dirsək oynağında daimi ağrılar və funksiyanın pozulması. Xəstə xx.xx.2025-ci il tarixdə ETTOİ-da olmuş və 2003/18. Ağırlaşma: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı. Dirsək sümüyünün proksimal 1/3-nin kobud qeyridüzgün bitişmiş sınığı. Ağırlaşma: M24.5 Oynaqların kəskin kontrakturası. Ağırlaşma: R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Ağırlaşma: R26.0 Ataktik yeriş. Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Funksiyanın pozulması. Ağırlaşma: L91.0 Hipertrofik çapıq. Oynağın arxa səthində postravmatik kobud çapıq. Ağırlaşma: M25.5 Oynaqda ağrı. Dirsək oynağında daimi ağrılar. Ağırlaşma: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Valqus deformasiyası. Ağırlaşma: M84 Sümük tamlığının pozulmaları. Ağırlaşma: M19.0 Digər oynaqların birincili artrozu artroz-postravatik. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında daimi ağrılar”, xx.xx.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: “Əsas diaqnoz: T92 Yuxarı ətraf travmalarının nəticələri. Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynaqların artrozu. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol dirsək oynağın kontrakturası. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında ağrılı sindrom. Ağırlaşma: M84 Sümük sınığının pis bitişməsi. Sol bazunun qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynağının valqus deformasiyası. Ağırlaşma: Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma: Z96.7 Digər sümüklərin və vətərlərin implantatların olması. Bazu sümüyünün distal ucunda implantın olması. Ağırlaşma: L91.0 Hipertrofik çapıq. Dəridə kobud kelloid çapıq vardır”. Həmçinin, iddiaçının əlillik vəziyyəti ilə bağlı xx.xx.2023-cü il tarixdə aparılmış müayinə nəticəsində TSEK tərəfindən təyin edilmiş diaqnozun mətnində qeyd olunmuşdur: “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artropatiyalar => M15-M19-Artrozlar => M19-Digər artrozlar => M19.1-Digər oynaqların postravmatik artrozu. Diaqnozun mətni: T92 Yuxarı ətraf travmalarının nəticələri. Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma: M19.1 Digər oynaqların postravmatik artrozu. Sol dirsək oynaqların artrozu. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol dirsək oynağın kontrakturası. Ağırlaşma: R52.0 Kəskin ağrı. Dirsək oynağında ağrılı sindrom. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında və əlilliyin təyinatından imtina qərarlarında iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə müalicəyə ehtiyacının olmasını qeyd etməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. Həmçinin, məhkəməyə təqdim olunmuş tibbi sənədlərlə İddiaçı ona əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.4.1.1-ci bəndində (dirsək oynağında yüngül bükmə kontrakturası ilə) orqanizmin funksiyalarının pozulma faizi 40-60, pozulma müddəti 2 il, 6.8.1-ci bəndində (cüzi əzələ zəifliyi əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il, 6.9-cu (Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması) bəndinin 6.9.3-cü və 6.9.5-ci yarımbəndlərində orqanizmin funksiyalarının pozulma faizi 35-40, pozulma müddəti 1 il, habelə 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci bəndində (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il göstərilmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı xəstəliyi ilə bağlı hal-hazıradək müəyyən olunmuş diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixədək qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü bəndinin 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.4.1.1-ci, 6.8.1-ci, 6.9.3-cü və 6.9.5-ci yarımbəndlərinə, 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci və 13.5-ci bəndlərinə uyğunluğu təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ona əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarının ləğv edilməsini və həmin tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X16 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X16 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarı ləğv edilməli və İddiaçı 10 avqust 2023-cü il tarixdən 35-40 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 10 avqust 2023-cü il tarixli, xxxxxxx0013 saylı qərarı ləğv edilsin və İddiaçı 10 avqust 2023-cü il tarixdən 35-40 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar