Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-644/2020 13.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına qarşı pensiya məbləğindən tutulmuş pulların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehƏmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğindən tutulmuş pulların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı və cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Cəbrayıl rayon filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,2-ci qrup əlildir. Əlilliklə bağlı olaraq ona pensiya təyin olunmuşdur. Sonradan yaşa görə pensiya yaşı çatdığından əmək pensiyaçısı kateqoriyasına keçirilmişdir. Əmək müqaviləsinə xx xxxxxxx 2017-ci il tarixdə xitam verilməsi ilə bağlı sənədləri cavabdeh təşkilata təqdim etmiş və pensiyası yenidən hesablanmışdır. Sonradan yenidən əmək fəaliyyətinə başladığından ona təyin olunmuş daha yüksək həcmli pensiya azaldılaraq minimal pensiya həddinə çatdırılmışdır. Bunun da nəticəsində məndən hər ay güya artıq ödənilmiş 74,23 manat pul geri qaytarılır. Cavabdeh təşkilatın iddiasına görə 632,15 manat pulu geri qaytarmalıdır. Bu hal da onun ailə büdcəsinə əsaslı təsir edir. Cavabdeh təşkilata müraciət etmiş və həmin orqan ona imtina məktubu göndərmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli iddia ərizəsinə münasibətində göstərmişdir ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş Cəbrayıl rayonu, B.Mərcanlı kənd sakini İddiaçı xx.xx.2013-cü il tarixdən 2-ci qrup işləyən əlil kimi əmək pensiyası alır. İddiaçı xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi üçün tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı işdən azad edildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə görə 2-ci qrup əlilliyə görə pensiyasının yenidən hesablanması üçün sənədlərini şöbəyə təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsində göstərilmişdir: “ əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləğ tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.” Qanunun göstərilən maddəsinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi fərdi hesabına toplanmış 3272,83 manat pensiya kapitalına görə 2-ci qrup əlilliyə görə pensiyası 74,23 manat artırılmışdır. Aparılan monitorinq zamanı İddiaçı xx xxxxxx 2019-cu il tarixdən “X4 məhsulları” X1 ilə əmək müqaviləsi bağladığı və işə başladığı məlum olmuşdur. Bağlanmış əmək müqaviləsi ilə bağlı şöbəyə heç bir məlumat verilməmişdir. İddiaçı yenidən əlilliyə görə işləyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın üzərinə hesablanmış 74,23 manat pul azaldılmışdır. xx xxxxxxx 2019-cu il tarixdən İddiaçı pensiyası minimum məbləğə yəni 200,00 manata çatdırılmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi işlədiyi dövr ərzində 632,15 manat artıq pensiya almış, artıq aldığı məbləği şöbənin hesabına bərpa etməlidir. Vətəndaş İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun düzgün hesablanmışdır. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin əsaslı deyildir. Belə ki, iddiaçı pensiya məbləğindən tutulmuş pulların geri qaytarılması öhdəliyinin cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09245633 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuş, Cəbrayıl rayonu, B.Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialının İddiaçı ünvnladığı xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.2ci maddəsinə əsasən əlilliyə görə əmək pensıyası alan şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə toplanmış pensiya kapitalına əsasən pensiyası yenidən hesablanır. Əmək müqaviləsinə xx xxxxxxx 2017-ci il tarixdə xitam verilməsi ilə əlaqədar təqdim etdiyi sənədlərə əsasən fərdi hesabına toplanmış kapitala görə pensiyası yenidən hesablanmışdır. Aparılmış araşdırma zamanı iddiaçının xx xxxxxx 2019-cu il tarixdən yenidən əmək fəaliyyətinə başladığı müəyyən olunmuşdur. Odur ki, işləyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar pensiyanın üzərinə hesablanmış 74,23 manat azaldılmışdır. xx xxxxxxx 2019-cu il tarixdən pensiyanın məbləği minumum pensiyaya yəni 200,00 manata çatdırılmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi işlədiyi dövr ərzində 632,15 manat artıq pensiya almışdır. Artıq alınmış məbləğ şöbənin hesabına bərpa olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubuna əlavə edilmiş Əmək və X3 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə “X4 Məhsulları” MMC tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatından görünür ki, İddiaçı “X4 Məhsulları” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi qüvvədədir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun : 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. [51] 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır.[52] 13.3-1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.[54] 13.4-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.2 əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş İddiaçı xx.xx.2013-cü il tarixdən 2-ci qrup işləyən əlil kimi əmək pensiyası alır. İddiaçı xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi üçün tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı işdən azad edildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə görə 2-ci qrup əlilliyə görə pensiyasının yenidən hesablanması üçün sənədlərini cavabdeh orqana təqdim etmişdir. Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi fərdi hesabına toplanmış 3272,83 manat pensiya kapitalına görə 2-ci qrup əlilliyə görə pensiyası 74,23 manat artırılmışdır. Daha sonra aparılan monitorinq zamanı iddiaçının xx xxxxxx 2019-cu il tarixdən “X4 məhsulları” X1 ilə əmək müqaviləsi bağladığı və işə başladığı məlum olmuşdur. Bağlanmış əmək müqaviləsi ilə bağlı cavabdeh orqana heç bir məlumat verilməmişdir. İddiaçının yenidən əlilliyə görə işləyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın üzərinə hesablanmış 74,23 manat pul azaldılmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi işlədiyi dövr ərzində 632,15 manat artıq pensiya almışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, əlilliyə görə pensiya təyin edilmiş iddiaçı işləməkdə davam etdiyi üçün pensiya məbləğindən tutulmuş pulların geri qaytarılmaması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçı pensiya məbləğindən tutulmuş pulların geri qaytarılmasını tələb etməkdə haqlı deyil. Başqa sözlə, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına qarşı pensiya məbləğindən tutulmuş pulların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Cəbrayıl rayon filialına qarşı pensiya məbləğindən tutulmuş pulların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-644/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-644/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver