Məhkəmə qərarları › İş №2-1(120)-644/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-644/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-644/2022 29.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialına qarşı "1 il hərbi xidmətini, xx.xx.1973-xx.xx.1974-cü illərdə Zabrat aviadəstə bölməsinin İmişli aeroportunda, xx.xx.1974-xx.xx.1975-ci ilərdə İmişli SES-də, xx.xx.1975-xx.xx.1981-ci illərdə Azərbaycan dəmir yolunda, xx.xx.1981-xx.xx.1996-cı illərdə X2 işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan cavabdehin nümayəndəsinin ərizəsinə əsasən, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-644/2022 saylı qərardadı ilə iddia tələbinə “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 1 il hərbi xidmət keçmiş, xx.xx.1973-xx.xx.1974-cü ilərdə Zabrat aviadəstə bölməsinin İmişli aeroportunda, xx.xx.1974-xx.xx.1975-ci ilərdə İmişli SES-də, xx.xx.1975xx.xx.1981-ci illərdə Azərbaycan dəmir yolunda, xx.xx.1981-xx.xx.1996-cı illərdə X2, xx.xx.1996-xx.xx.2003-cü ilərdə İmişli rayon istilik şəbəkələri sahəsində işləmişdir, xx.xx.2009-cu ilədək İmişli rayon məşğulluq mərkəzində işsizlik müaviinəti almışdır. Buna dair əmək kitabçası vardır. Rəsmi sənədlərlə 30 il əmək stajına malikdir. DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialına yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Ondan əmək kitabçası tələb etmişlər. Əmək kitabçasının təsdiq olunmuş surətini təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli məktubu ilə işlədiyi X3 1996-2003-cü illərə aid sənədlərinin arxivdə olmamasını səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Halbuki həmin illərdə o, İmişli rayon istilik şəbəkələri sahəsində işləmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalannın təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalannın 3.2-ci maddəsində göstərilir-. 2006-cı il yanvarın 1dək sıgortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edi!ir:3.2.1. əmək kitabçası; İşlədiyi X3 1996-2003cü illərə aid sənədlərinin arxivdə olmamasının ona aidiyyəti yoxdur. O, ştatda olan işçi olmuşdur, bir gün işə getməsəydim, işdən çıxarılarmış. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işdə işləməyi qanuni sənədlə əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçası da qanuni tərtib və təsdiq olunub. Elektrik şəbəkəsinin hüquqi varisi olan X11 Təchizatı və satışı idarəsinin xx.xx.2021-ci il tarixli arayışında da onun 1981-1996-cı illərdə X2 işlədiyi təsdiq olunur. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Ona görə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialını təmsil edən A.Ağayeva Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Fondun Mil- Muğan regional filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1956-ci il təvəllüdlü İddiaçı (AZE 0*******; FİN xxxxxxx) hazırki qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında iddiaçıya məxsus olan hərbi biletin və əmək kitabçasının surətlərinə əsasən: xx.xx.1976-xx.xx.1977-ci illər üzrə hərbi xidmət dövrü;xx.xx.1973xx.xx.1974;xx.xx.1974-xx.xx.1975;xx.xx.1975-xx.xx.1976; xx.xx.1977-xx.xx.1981; xx.xx.1981-xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti dövrü daxil olmaqla 01.01 2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 23 il 6 gün təşkıl edir. İddiaçı xx.xx.1996xx.xx.2003-cü il tarixlərdə X2 işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin əmək kitabçasında qeyd edilən X3 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövr (06 il 07 ay 14 gün) araşdırılıb sosial sığorta stajına daxil edilməmişdir. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Belə ki, iş üzrə İmişli Rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 186 nömrəli məktubunda “X6 Sahəsi”nə aid əmr kitablarının, əmək haqqı cədvəllərinin, mühasibatlıq sənədlərinin mühafizə və saxlanılmaq üçün arxivə təhvil verilmədiyi;X11 Təchizatı və Satışı İdarəsinin xx.xx.2021 -ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında İmişli Elektrik şəbəkəsinə aid sənədlərin idarədə saxlanılmadığı; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********149100 nömrəli məktubunda X7 Şəbəkəsinin 29.01,2002-ci ildə vergi uçotuna alındığı; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda X3 hesabat məlumatlarının arxivə təhvil verilmədiyi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubunda X3 hesabat məlumatlarının filialda mövcud olmadığı; Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 4/139 nömrəli məktubunda X3 qeydiyyatının və fəaliyyətinin olub-olmaması, eyni zamanda sosial sığorta və vergi ödənişləri barədə məlumatların mövcud olmadığı qeyd olunmuşdur. Belə olan halda İddiaçı xx.xx.1996-xx.xx.2003-cü il tarixlərdə X2 işlədiyi dövrləri sosial sığorta stajına daxil etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-644/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1977-ci ildə hərbi xidmətini başa vurmuşdur. - İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1973-xx.xx.1974-cü illərdə Zabrat aviadəstə bölməsinin İmişli aeroportunda, xx.xx.1974-xx.xx.1975-ci illərdə İmişli SES-də, xx.xx.1975-xx.xx.1981-ci illərdə Azərbaycan dəmir yolunda, xx.xx.1981-xx.xx.1996-cı illərdə X2, xx.xx.1996-xx.xx.2003-cü illərdə İmişli Rayon İstilik X1 işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 10 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 1996-2003- cü illərdə İmişli Elektirik şəbəkəsində işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun müəssisələrin əmr və əmək haqqı kitablarına əsasən yoxlanılması, arxiv sənəd materiallarının mühafizə olunması üçün X11 Təchizatı və Satışı İdarəsində saxianılmaması və İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********340500 saylı məktubuna əsasən, X7 şəbəkəsi xx.xx.2002ci il tarixdə vergi uçotuna alınmışdır (VÖEN 5********), lakin inventarlaşmadan keçmədiyi (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almadığı) üçün hal-hazırda vergi ödəyicisi hesab edilmir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin xx.xx.2019-cu il tarixdən Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edildiyi üçün şəbəkə tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim ediməmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi İmişli şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli məktubuna əsasən, İmişli Elektrik şəbəkəsi əvvəllər olub, hal-hazırda X11 təchizatı və Satışı İdarəsi adı ilə fəaliyyəti var (1264562 statistik kodu). - Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 09 nömrəli məktubuna əsasən, İmişli rayon X10 rayon Elektrik Şəbəkəsinin yalnız 1984-1992ci illərin Əmr kitabları saxlanılır. - Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyətinin 02 fevral 2022-ci il tarixli, 4/139 nömrəli məktubuna əsasən, X3 qeydiyyatının və fəaliyyətinin olub-olmaması və eyni zamanda sosial sığorta və vergi ödənişləri barədə imişli Rayon icra Hakimiyyətində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturunda X11 Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı elektrik şəbəkələri "xxxx" ASC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısında göstərilmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq, tələb olunan məlumatların əldə edilməsi üçün "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunur. - X11 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli 01-01/021 nömrəli məktubuna əsasən, şikayətçi İddiaçı 1996-2003-ci illər üzrə X2 işləməsi barədə arxiv səndlərinin təqdim olunması vurğulanmışdır. xx.xx.2015-ci il tarixli 1045 nömrəli sərəncam ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Əvvəlki dövürlərə aid olan sənədlər "xxxx" ASC-nin struktur tərkibinə daxil olan X11 Təchizatı və Satışı idarəsində saxlanılmır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 01/xx-xx/2761 nömrəli məktubuna əsasən, sorğuda tələb olunan sənədlərin Səhmdar Cəmiyyətə təhvil verilməməsi səbəbi ilə təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-xx.xx.1977-ci illər üzrə hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-xx.xx.1974-cü illər, xx.xx.1974-xx.xx.1975-ci illər, xx.xx.1975- xx.xx.1976-cı illər, xx.xx.1977-xx.xx.1981-ci illər, xx.xx.1981-xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti dövrü daxil olmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 23 il 6 gün təşkil edir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1996-xx.xx.2003-cü illərdə X2 əmək fəaliyyəti dövrü üzrə 6 il 7 ay 14 gün sığorta stajının doğruluğunun müəssisələrin əmr və əmək haqqı kitablarına əsasən yoxlanılması arxiv materiallarının mühafizə olunması üçün X11 Təchizatı və Satışı İdarəsində saxlanılmaması və İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3- cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq vətəndaşın xx.xx.1996-xx.xx.2003-cü illər üzrə 6 il 7 ay 14 gün əmək fəaliyyəti dövrünün onun xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 186 nömrəli məktubuna əsasən, “X6”nin Əmr kitabları əmək haqqı cədvəlləri, mühasibatlıq sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - X11 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli, A-01-01/080 saylı məktuba əsasən, İddiaçı 1981-1996-cı illərdə keçmiş X2 işləməsinə dair arxiv sənədləri xx.xx.2015-ci il tarixli, 1045 saylı Sərəncam ilə xx.xx.2015-ci il tarixdə "xxxx" ASC yaradılmışdır. xx.xx.2015-ci il tarixdən əvvəlki dövrlərə aid olan sənədlər "xxxx" ASC-nin struktur tərkibinə daxil olan X11 Təchizatı və Satışı İdarəsində saxlanılmır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1973xx.xx.1974-cü illər, xx.xx.1974-xx.xx.1975-ci illər, xx.xx.1975-xx.xx.1976-cı illər, xx.xx.1977-xx.xx.1981-ci illər, xx.xx.1981-xx.xx.1996-cı illərdə işlədiyi dövr və xx.xx.1976xx.xx.1977-ci il tarixdə hərbi xidmətdə olduğu dövrlər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1996-xx.xx.2003-cü illərdə X2 işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin 10 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərə əsasən fərdi hesabınızda pensiya kapitalı olmadığı və 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. Bu arada məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan digər iş illəri və həqiqi hərbi xidmətdə olduğu dövr cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni, həmin dövrlər inzibati orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 1996-2003-cü illərdə İmişli Elektirik şəbəkəsində işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun müəssisələrin əmr və əmək haqqı kitablarına əsasən yoxlanılması, arxiv sənəd materiallarının mühafizə olunması üçün X11 Təchizatı və Satışı İdarəsində saxianılmaması və İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasına ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olan əmək kitabçasına və iddiaçı tərəfində verilmiş izahata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü ilədək İmişli Rayon İstilik X1 mühəndis vəzifəsində işləmişdir. Lakin cavabdeh orqan tərəfindən verilmiş imtina məktubu, təqdim edilmiş pensiya işinin surəti və etiraz əsasında 1996-2003- cü illərdə İmişli Elektirik şəbəkəsində işlədiyi dövr mübahisələndirilmişdir və bu dövrdə İmişli Elektirik şəbəkəsində əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi İmişli Rayon İstilik X1 əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin idarədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin idarənin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətini xx.xx.2009cu il tarixədək davam etdirmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı ilədək İmişli Elektirik şəbəkəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü ilədək İmişli Rayon İstilik X1 mühəndis vəzifəsində işlədiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisələrinin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının işlədiyi İmişli Rayon İstilik X4 baxış keçirməklə iddiaçının əmək fəaliyyətinə dair müəssisəyə məxsus sənədlərin yerində baxış keçirməklə, qarşılıqlı yoxlamasını aparmalı, o cümlədən həmin müəssisələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin olub-olmamasını müəyyən etməli, buna dair sənədlər mövcuddursa həmin sənədləri əldə etməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və cavabdeh orqanın imtina məktubu arasında ziddiyyət yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar