Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-645/2022 26.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X6 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X10na qarşı “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin 10 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il hərbi xidmət müddətini, 28.10.1971-25.10.1973-cü illərdə X11, 23.12.1975-26.07.1976-cı illərdə BQÇK-da, 01.02.1977-22.11.1977-ci ildə 20 saylı SMD-də, 11.09.1978-14.12.1978-ci ildə İmişli 2 saylı SMD-də, 03.01.1979-01.10.1979-cu ildə Füzuli 2 saylı SMD-də, 22.11.1979- 02.05.1998-ci illərdə İmişli Rayon İstehlak Cəmiyyətində, 15.09.1998-09.11.1999-cu illərdə İmişli Rayon Maddi X12 işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alıb ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin 10 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin 10 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X10 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin 10 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X10 ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. 28.10.1971-25.10.1973-cü illərdə X11, 23.12.1975- 26.07.1976-cı illərdə BQÇK-da, 01.02.1977-22.11.1977-ci ildə 20 saylı SMD-də, 11.09.1978-14.12.1978-ci ildə İmişli 2 saylı SMD-də, 03.01.1979-01.10.1979-cu ildə Füzuli 2 saylı SMD-də, 22.11.1979-02.05.1998-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətində, 15.09.1998-09.11.1999-cu ilərdə İmişli rayon Maddi X12 işləmişdir. Buna dair əmək kitabçası vardır. Rəsmi sənədlərlə İmişli ASAN XİDMƏT mərkəzində hesablandığı kimi həqiqi hərbi xidmət müddəti ilə birlikdə 26 il əmək stajına malikdir. DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Ondan əmək kitabçası tələb etmişlər. Əmək kitabçasının təsdiq olunmuş surətini təqdim etmişdir. Cavabdeh təşkilat 28.10.2021-ci il tarixli məktubu ilə işlədiyi İmişli Rayon İstehlak Cəmiyyətinin və İmişli rayon Maddi X14 sənədlərinin arxivdə olmamasını səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsində göstərilir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: 3.2.1. əmək kitabçası; İşlədiyi təşkilatların sənədlərinin axivdə olmamasının ona aidiyyəti yoxdur. O, ştatda olan işçi olmuş, bir gün işə getməsəydi, işdən çıxarılardı. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işdə işləməyi qanuni sənədlə əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçası da qanuni tərtib və təsdiq olunub. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin X6 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 22.11.1979-02.05.1998-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətində, 15.09.1998-09.11.1999-cu illərdə isə İmişli rayon Maddi X12 işlədiyini iddia edir. Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi İmişli rayon İstehlak Cəmiyyətinin və İmişli rayon Maddi X14 hazırda fəaliyyətinin olmaması və arxiv sənədlərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 64 yaş 6 ayla 10.04.2020-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq.2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra- sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus 27.09.2021-ci il tarixli, 1339 nömrəli arayış ilə iddiaçının 01.11.1973-19.11.1975-cı ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 2 il 18 gün təşkil edir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən İmişli rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. İmişli rayon Dövlət Arxivinin 23.12.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İmişli rayon İstehlak Cəmiyyətinin və İmişli rayon Maddi X14 arxiv sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən: Mübahisələndirilməyən illər -1). 28.10.1971-25.10.1973; 2). 23.12.1975-26.07.1976; 3). 01.02.1977-22.11.1977; 4) 11.09.1978-14.12.1978; 5) 03.01.1979-01.10.1979; 6) 01.11.1973-19.11.1975-6 il 04 ay 19 gün; Mübahisələndirilən illər -1) 22.11.1979-02.05.1998 (İmişli rayon İstehlak Cəmiyyəti); 2. 15.09.1998-09.11.1999 (İmişli rayon Maddi-Texniki Təchizat Bazası) - 19 il 07 ay 04 gün; İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən, hərbi xidmət ilə birlikdə 06 il 04 ay 29 gün sığorta stajının olduğu müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçı ümumilikdə 5335,6 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 20.12.1972-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 28.10.1971- 25.10.1973-cü illərdə X11, 23.12.1975-26.07.1976-cı illərdə BQÇK-da, 01.02.1977- 22.11.1977-ci ildə 20 saylı SMD-də, 11.09.1978-14.12.1978-ci ildə İmişli 2 saylı SMD-də, 03.01.1979-01.10.1979-cu ildə Füzuli 2 saylı SMD-də, 22.11.1979-02.05.1998-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətində, 15.09.1998-09.11.1999-cu ilərdə İmişli rayon Maddi X12 işləmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 27.09.2021-ci il tarixli, 1339 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı 01 noyabr 1973-cü il tarixindən 19 noyabr 1975-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir (Əsas: NZ-2918832 nömrəli hərbi bilet). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 14.12.2021-ci il tarixli, **********081000 nömrəli məlumatın təqdim edilməsi haqqında arayışından görünür ki, İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) 18.05.2000-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının qeydiyyat sənədlərinin arxivində olan qovluqlarda “İmişli rayon X7” adlı idarənin adına oxşar olan idarə-İmişli rayon Təsərrüfat Hesablı X2. Qeyd edilən müəssisə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmrinə əsasən İmişli rayon X16- Texniki Təchizat və X1 bazasında yaradılmış və “İmişli rayon X8 Bazası” adı ilə 21 iyun 1995-ci il tarixdə D-506 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “İmişli rayon X8 Bazası” 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmış və vergi ödəyicisi deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21.12.2021-ci il tarixli, **********219200 nömrəli məlumatın verilməsi barədə arayışından görünür ki, dövlət reyestrində İmişli rayon İstehlak Cəmiyyətinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 23.12.2021-ci il tarixli, 205 nömrəli arayışından görünür ki, İmişli rayon İstehlak Cəmiyyətinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 23.12.2021-ci il tarixli, 206 nömrəli arayışından görünür ki, İmişli rayon X3 sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyətinin 11.01.2022-ci il tarixli, 4/21 nömrəli məktubundan görünür ki, İddiaçı “İmişli rayon X7”nda işləyib-işləməməsi, nə qədər əmək haqqı alması və s. barədə İmişli Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 14.02.2022-ci il tarixli, AAŞ-02/13 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı həqiqətən İmişli rayon İstehlak Cəmiyyətində 22.11.1979-cu il (sərancam № 628) tarixdən 134 №-li laryokda, 22.03.1990-cı il tarixdə (sərancam № 35/5) Univermağın ətriyyat şöbəsində satıcı və baş satıcı vəzifələrində işləmişdir. İmişli rayon İstehlak Cəmiyyəti müvəkkillərinin 25 mart 1991-ci il tarixdə keçirilən yığıncağında vətəndaşın işlədiyi Univermaq təsərrüfat hesablı müəssisəyə keçirilməsi ilə əlaqədar olaraq İstehlak Cəmiyyətindən ayrılmışdır (sərancam № 5/18, 30.04.1991-ci il). İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 28.10.2021-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında' Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxıl edilir. Vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 22.11.1979-02.05.1998-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətində və 15.09.1998-09.11.1999-cu illərdə İmişli rayon Maddi X12 işlədiyi dövr üçün sosial sığorta stajının əmr və əmək haqqı kitablarına əsasən doğruluğunun yoxlanılması müəssisələrin hazırda fəaliyyətinin olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci ildə İmişli rayonunda anadan olmuşdur. İddiaçı 01 noyabr 1973-cü il tarixindən 19 noyabr 1975-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş (2 il 18 gün); 28.10.1971-25.10.1973-cü illərdə X11, 23.12.1975-26.07.1976-cı illərdə BQÇK-da, 01.02.1977-22.11.1977-ci ildə 20 saylı SMD-də, 11.09.1978-14.12.1978-ci ildə İmişli 2 saylı SMD-də, 03.01.1979-01.10.1979-cu ildə Füzuli 2 saylı SMD-də, 22.11.1979- 02.05.1998-ci illərdə İmişli Rayon İstehlak Cəmiyyətində, 15.09.1998-09.11.1999-cu illərdə İmişli Rayon Maddi X12 işləmişdir. Cavabdeh iddiaçının 28.10.1971-15.10.1973-cü illərdə X11, 23.12.1975-26.07.1976cı illərdə BQÇK-da, 01.02.1977-22.11.1977-ci ildə 20 saylı SMD-də, 11.09.1978- 14.12.1978-ci ildə İmişli 2 saylı SMD-də, 03.01.1979-01.10.1979-cu ildə Füzuli 2 saylı SMD-də işlədiyi illəri mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının 22.11.1979-02.05.1998-ci illərdə İmişli Rayon İstehlak Cəmiyyətində və 15.09.1998- 09.11.1999-cu illərdə İmişli Rayon Maddi X12 işlədiyi illərdir. Cavabdeh bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi İmişli rayon İstehlak Cəmiyyətinin və İmişli rayon Maddi X14 hazırda fəaliyyətinin olmaması və arxiv sənədlərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının 22.11.1979-cu il tarixdən 02.05.1998-ci il tarixədək İmişli rayon İstehlak Cəmiyyətində və 15.09.1998-ci il tarxidən 09.11.1999-cu il tarixədək İmişli rayon Maddi- Texniki Təchizat Bazasında (19 il 07 ay 04 gün) işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, İmişli rayon İstehlak Cəmiyyətinin və İmişli rayon Maddi X14 arxiv sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 22.11.1979-cu il tarixdən 02.05.1998-ci il tarixədək İmişli rayon İstehlak Cəmiyyətində və 15.09.1998-ci il tarxidən 09.11.1999-cu il tarixədək İmişli rayon X4 işləmiş, onun həmin illərdə işləməsi adına olan 20.12.1972-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ 10.04.2020-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X6 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsinin X6 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-645/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-645/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver