Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-646/2020 25.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı “himayədə olan 15.12.2006-cı il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan xəstə uşağı x1 təkrar əlillik dərəcəsinin təmin edilməsi və 01.07.2019-cu il tarixdən hesablanmaqla kompensasiya ödənilməsinə” dair iddiasına (ərizəsinə) Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “himayədə olan 15.12.2006-cı il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan xəstə uşağı x1 təkrar əlillik dərəcəsinin təmin edilməsi və 01.07.2019-cu il tarixdən hesablanmaqla kompensasiya ödənilməsini” məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası (ərizəsi) mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin mahiyyətindən aydın olur ki, İddiaçı “himayədə olan 15.12.2006-cı il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan xəstə uşağı x1 təkrar əlillik dərəcəsinin təmin edilməsi və 01.07.2019-cu il tarixdən hesablanmaqla kompensasiya ödənilməsini” arzu edir və ərizəsinin məzmununda da hazırkı ləblə bağlıAzərbaycan Respublikası Əmək və x2 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Saatlı rayon 34 saylı TSEK-ə müraciət etdiyini, lakin müraciətinin təmin olunmasından imtina edilməsini qeyd etmişdir. Lakin o, ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan tələblərə əsasən tərtib etməmişdir. Digər tərəfdən, iddiaçının ilkin olaraq aidiyyəti inzibati orqana müraciət etməsinə dair iş materiallarında hər-hansı sənəd, eyni zamanda ərizədə (iddia ərizəsində) cavabdeh ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı “himayədə olan 15.12.2006-cı il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan xəstə uşağı x1 təkrar əlillik dərəcəsinin təmin edilməsi və 01.07.2019-cu il tarixdən hesablanmaqla kompensasiya ödənilməsini” ilə əlaqədar ilkin olaraq Azərbaycan Respublikası Əmək və x2 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Saatlı rayon 34 saylı TSEK-ə müraciət etməsi və onun tələbinin təmin edilməsindən imtina edilməsi müəyyən edilmədiyindən, həmçinin hazırki ərizə (iddia ərizəsi) İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2-1(120)-646/2020 saylı və 04 may 2020-ci il tarixli, 2-1(120)-646/2020 saylı məktubu ilə İddiaçı hüquqi yardım göstərilərək iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırması və iddia tələbini dəqiqləşdirməsi tövsiyə edilmişdir. Lakin İddiaçı iddia tələbində dəqiqləşdirmə aparmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia (ərizə) mümkün sayılmamalıdır. İddiaçıya izah edilməlidir ki, iddianın mümkün sayılmaması, gələcəkdə çatışmazlıqlar aradan qaldırılmaqla, eyni tələblə məhkəməyə müraciət edilməsinə maneə deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası (ərizəsi) mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı “himayəsində olan 15.12.2006-cı il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan xəstə uşağı x1 təkrar əlillik dərəcəsinin təmin edilməsi və 01.07.2019-cu il tarixdən hesablanmaqla kompensasiya ödənilməsini” tələbinə dair iddiası (ərizəsi) mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-646/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-646/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver