Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-646/2025 09.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 09 fevral 2026cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Astara bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayon XDS Rəyasət Heyəti tərəfindən 25 iyun 1993-cü il tarixli, 04 saylı qərar əsasında fərdi yaşayış evinin tikintisindən ötrü ona 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Uzun illərdən sonra ona məlum oldu ki, qanunvericiliyə əsasən Astara rayon XDS Rəyasət Heyəti tərəfındən ona satılan torpaq sahəsinin miilkiyyətini təsdiq etməkdən ötrü çıxarış əldə etməlidir. Bunun üçün aiddiyyəti orqan olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək qanunvericiliyin tələbini yerinə yetirmək istəmişdir. Cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya səbəb isə təqdim olunmuş yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi ilə həmin şəhadətnamə üzrə göstərilən yer arasında aralıq məsafə təqribən 800 metr təşkil edir. Cavabdeh bu imtinanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 2.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsaslanaraq etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-M-00888/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Daşınmaz əmlakın dövlət reyestrində etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı) adına müvafiq qeydiyyatın aparılması, texniki pasportun və çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığınız 13 noyabr 2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, yuxarıda qeyd olunan müraciətiniz ilə bağlı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı etibarlı nümayəndəsi X1 şəhəri, Qum küçəsi ünvanında yerləşən Astara rayon X11 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair təqdim olunmuş ilkin torpaqayırma sənədləri üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə elektron xəritə məlumatları arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, təqdim olunmuş həmin sənədlər üzrə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair etibarlı nümayəndəsi olduğunuz İddiaçı və onun ailə üzvlərinin adına Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-542 nömrəli “Şəhadətnamə” verilmişdir. Qanunvericiliyin tələbinə əsasən yuxarıda barəsində qeyd olunan Astara rayon X15 Rəyasət Heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğunuz İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair məhz islahatın müvafiq qərarı əsasında həmin şəhadətnamə işlənmişdir. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqlarm qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və etibarlı nümayəndəsi olduğunuz şəxsə (İddiaçı) xx.xx.2020-ci il tarixli, **********75 nömrəli imtina bildirişi ünvanlanmışdır. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyətinin, Astara rayon Torpaq Komissiyasının, Astara rayon Texniki inventarlaşdırma bürosunun, Astara Rayon Yanğından Mühafizə dəstəsinin, Astara Rayon Sanitar-Epidemioloji stansiyasının rayon torpaq komissiyasının üzvü olan səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş və Astara Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş iyun 1993-cü il tarixli Aktın surətindən görünür ki, Astara şəhərinin Qum küçəsində şimal, şərq, qərb və cənubdan sərhədləri müəyyən olunmuş 0,06 ha torpaq sahəsində ev tikmək məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Astara Rayon Xalq X9 heyətinin 25 iyun 1993-cü il tarixli, 4 №-li iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikməkdən ötrü “Babək” adına sovxozun Qum bicarı ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmış, ayrılmış torpaq sahəsinin inventar qeydiyyatına alınması Astara rayon Texniki inventarlaşdırma bürosuna tapşırılmışdır. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının 16 may 2005-ci il tarixli, 59 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Astara şəhər sakini İddiaçı Astara Rayon Xalq X9 heyətinin 25 iyun 1993-cü il tarixli, 4 №-li qərarı ilə təhkim olunmuş 0,06 ha həyətyanı torpaq sahəsində fərdi evin tikintisinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, JN-542A, kod 80101004 olan şəhadətnamənin surətindən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı Astara Rayon Xalq X9 heyətinin 25 iyun 1993-cü il tarixli, 4 №-li qərarı ilə fərdi yaşayış evi tikməkdən ötrü ona ayrılmış 0,06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair təqdim olunmuş ilkin torpaqayırma sənədləri üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə elektron xəritə məlumatları arasında uyğunsuzluğun mövcud olduğunu, faktiki yerində aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq təqdim olunmuş sənədlər üzrə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı və onun ailə üzvlərinin adına Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-542 nömrəli “Şəhadətnamə” verildiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - JN-542A saylı, Kod 80101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin koordinat göstəriciləri JN-542A saylı, Kod 80101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşürmü? Əgər düşmürsə hansı hissədə və hansı ölçüdə üst-üstə düşməməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4534 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0,06 ha torpaq sahəsinə dair torpaqayırma sxemi inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, JN-542A (KOD ********) Saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə iddia olunan mübahisəli torpaq sahəsindən orta hesabla 170 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0,06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında JN-542A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Sözügedən JN-542A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən verilmiş 0,06 ha torpaq sahəsinin iddia edilən mübahisəli torpaq sahəsindən orta hesabla 170 m məsafədə cənub-şərq istiqamətində yerləşməsi müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması müəyyən olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə əlavə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları işdə olan iyun 1993-cü il tarixli aktda həmin torpaq sahəsinin həmsərhəd olduğu torpaq sahələri barədə məlumatdan (şimaldan Muradov Cəbi, şərqdən kanal, qərbdən ara yol və cənubdan Nəzərov Mirmusa) istifadə etməklə müəyyən edilsin. - JN-542A saylı, Kod 80101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin koordinat göstəriciləri JN-542A saylı, Kod 80101004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşürmü? Əgər düşmürsə hansı hissədə və hansı ölçüdə üst-üstə düşməməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 01 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-10/5682 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisindən ötrü İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin inzibati iş sənədlərində olan iyun 1993-cü il tarixli Aktda göstərilən qonşu torpaq sahələrinə uyğun naturada yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, JN-542A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisindən ötrü İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarının JN- 542A (KOD ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatlan ile üst-. üstə düşməməsi (orta hesabla 170 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olması müəyyən olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 avqust 2024-cü il tarixli, 3-16-16/2- 10/4534 nömrəli və 01 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-10/5682 nömrəli ekspert rəylərinə, həmçinin, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-2007/2024 №-li və xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2664/2025 saylı mütəxəssis rəylərinə əsasən, Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0,06 ha torpaq sahəsinin naturada yeri və koordinatları işdə olan iyun 1993-cü il tarixli aktda həmin torpaq sahəsinin həmsərhəd olduğu torpaq sahələri barədə məlumatdan (şimaldan Muradov Cəbi, şərqdən kanal, qərbdən ara yol və cənubdan Nəzərov Mirmusa) istifadə etməklə müəyyən edilmiş, sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə, eləcə də həmin torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında JN-542A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən İddiaçı, X2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatları ilə 170 m məsafədə cənub-şərq istiqamətində yerləşməklə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi qeydə alınmasının məsuliyyətinin isə iddiaçının üzərinə qoyulmasını məhkəmə yolverilməz hesab edir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlər, o cümlədən hüquqmüəyyənedici sənədlərlə (25 iyun 1993-cü il tarixli, 04 nömrəli qərar, iyun 1993-cü il tarixli akt, Astara Rayon İcra Hakimiyyəti başçısının 16 may 2005-ci il tarixli, 59 saylı sərəncamı) təsdiq olunur ki, İddiaçı Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə ona ayrılmış 0,06 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Qeyd olunanlar Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinasının dəlillərini əsassız olduğuna dəlalət edir və məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan bununla bağlı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş hüquq (6.0.3) və vəzifə (maddə 24) səlahiyyətlərini yerinə yetirməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya ayrılmış torpaq sahəsinin qeydə alınmasından imtinasını şərtləndirdiyi hallar özü-özlüyündə yolverilməzdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün zəruri sənədlər əldə olunmaqla iddiaçıya dövlət orqanının qərarı ilə ayrılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizaların nəticələri iddiaçıya Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0,06 ha torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və həmin torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən, habelə maraqlı şəxs məzmununa göstərdiyi etimad qanunla qorunduğundan iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Astara rayon XDS Rəyasət heyətinin 25 iyun 1993-cü il tarixli, 04 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-646/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-646/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver