Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-647/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona xx.xx.2023-cü il tarixdən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ikinci qrup müddətsiz əlilliyin təyin olunaraq buna uyğun pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2527/2023 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 cavabdeh sırasından çıxarılması, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-647/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona xx.xx.2023-cü il tarixdən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü ildə anadan olmuşdur. xx.xx.1992-ci idə müddətli həqiqi hərbi xidmətə yollanmış, 1993-cü ildə könüllü olaraq ərizəsi əsasında İ Qarabağ Müharibəsinə döyüş bölgəsinə yollanmışdır. Əli Bayramlı Hərbi Kommisarlığından Hacıkəndə hərbi təlimə yollanmış və orada silahla təmin olunaraq Murovdağ və Kəlbəcər rayonu istiqamətinə göndərilmişdir. 12 kəndin düşmən silahlı qüvvələrindən alınaraq geri qaytarılmasında şəxsən iştirak etmişdir. 1993-cü ilin fevral ayında Kəlbəcər rayonunun İİ Aşağı Yanşaq kəndi uğrunda gedən döyüşlər zamanı “qrad” tipli raketdən atılan mina yaxınlığına düşdüyü üçün “qapalı kəllə-beyin travması” (kontuziya) almış və qolundan yaralanmışdır. Həmin raket zərbəsi nəticəsində aldığı xəsarətlə bağlı illərlə stasionar müalicələr almış və səhhətində ciddi psixi pozğunluq yaranmış və görmə qabiliyyəti zəifləmişdir. Nəhayət 2010-cu ildə əlilliyi təsdiqlənmiş və ona İİ qrup müddətli əlillik təyin olunmuşdur. 2015-ci ildə aparılmış yoxlanışdan sonra ona müddətsiz İİ qrup əllik təyin olunmuşdur. 2021-ci ilin dekabr ayına qədər əlilliklə bağlı təyin olunmuş pensiyanı problemsiz olaraq almış və 2022-ci ilin yanvar ayında pensiyası kəsilmişdir. Bundan sonra, pensiyasının bərpa olunması üçün hərbi həkim komissiyası və yoxlamalardan dəfələrlə keçmiş, aylarla stasionar müalicələr almış, Azərbavcan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma olması təsdiqlənmişdir. (xx.xx.2010cu il tarixli 1264 nömrəli X3 və arayışlar əlavə olunur). Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicə olmuş və müayinələr nəticəsində psixi pozğunluğunun olması təsdiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək stasionar müalicə olmuş və müayinələr nəticəsində travma mənşəli şəxsiyyət pozğunluğunun olması təsdiqlənmiş və F07.0 diaqnozu təsdiqlənmişdir. Psixi qeydiyyatda olduğu üçün aylıq psixi dərmanlar alır. Hesab edir ki, müharibə dövründə aldğı xəsarətlə bağlı tibbi diaqnoz rəsmi sənədlərlə təsdiqləndiyindən əlilliyin təyin olunması ilə bağlı DSMF-nin əlilliyin təyin olunması haqqında xx.xx.2023-cü il tarixli qərarı tamamilə əsassızdır. İİ qrup müddətsiz əlillik təyin olunmalıdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında izahatında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışında qeyd edilmişdir ki, verilir 1974-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1992-ci il tarixdən 1994-cü ilin fevral ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Müddətli həqiqi hərbi xidmətdə olduğu zaman Kəlbəcər rayonu gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının qarnizon hərbi həkim komissiyasının xx.xx.2010-cu il tarixli 1264 saylı X3sinə əsasən (Hərbi travmadır, Azəraycan Respublikasının müdafiəsi zamanı alınmışdır) sülh dövrü hərbi xidmətə yarasız, müharibə dövrü məhdud yaralı hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 nömrəli qərarında qeyd edilmişdir: Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adları göstərilən 9 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Şirvan rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0254003AAKED nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin H00050231JHM nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-2183/2023). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin D00113688NBR nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-22423/2023). X6 Məhkəməsinin 2-1(120)-2527/2023 nömrəli qərardadına əsasən 3-17-4/1-44881/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1264 nömrəli X3 verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasının dağınıq üzvi nişanələr, asteno-nevrotik vəziyyət və vegetativ damar davamsızlıgı ilə təzahür edən ensefalopativa ilə nəticələnmiş qalıq əlamətləri diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol gözün 1.0D miopiyası nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.7 olmaqla. Sağ gözün görmə itiliyi 0.9 olmaqla. Hər iki gözün xroniki blefariti remissiya mərhələsində. Boyunun ön səthininin toksiki zoba görə aparılmış cərrahiyyə əməliyyatdan (2007) sonrakı və anamnestik klinik məlumatlarda əllilik təyinatına əsas verən patoloji dəyişikliklər müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, yuxusuzluqdan, əsəbilikdən, iştahsızlıqdan şikayətlənmiş, əlillik təyinatı olmadığına görə intihar cəhdindən danışmışdır. Baxış zamanı sağ dirsəkdə çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Medikamentoz preparatlardan Depakin, Klonozepam, Piracetam qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş epikrizlərdə Epilepsiva diaqnozu qeyd edilsə də bu barədə heç bir şikayət bildirməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müharibədə əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibədə iştirakından sonra psixiatrik şikayətlərinin başladığını, əsəbi olan zaman ailə üzvləri ilə münaqişələr yaratdığını, onlara şiddət göstərdiyini bildirmiş, iki dəfə intihara cəhd etdiyini (üzərinə benzin tökərək yandırmaq istədiyini, özünü asmağa cəhd etdiyini), hazırda medikamentoz preparatlardan “Fenazepam” qəbul etdiyini qeyd etmişdir. Müayinə qedişatında vətəndaş daima yüksək səslə danışmış, komissiya üzvlərinə hədə-qorxu gəlmiş “Haqqımı sizdən sökə-sökə alacam”. “Hər gün cənab prezidentə məktub vazacam ki, məni bu faşistlərin əlindən qurtarın” kimi ifadələr söyləmişdir. Qeyd etməliyik ki, vətəndaşın 2015-ci ildən qıcolma tutmaları diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı olmuş. 2021-ci ildən diaqnoz öz təsdiqini tapmadığından vətəndaşın müavinəti dayandırılmışdır. Vətəndaş 1994-cü ildə yaralanması olduğunu 16 il sonra Ali Məhkəməyə baş vuraraq şəhadətnamə aldığını bildirmişdir. Təqdim olunan köhnə tibbi müalicə sənədlərində qıcolma tutmaları qeyd olunsa da vətəndaş tutmalar haqqında heç bir məlumat verməmiş, şikayət bildirməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnoz hazırda öz təsdiqini tapmamış, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, özündən tez çıxma hallarından, yuxusuzluqdan, yaddaşsızlıqdan, aqressivlikdən şikayətlənmişdir. Psixiatrik xəstəxanalarda müalicə aldıqda bir müddət sakitləşdiyini, sonra vəziyyətinin yenidən pisləşdiyini ifadə etmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını Hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində DTSERA-da əyani müayinələrdə olmuş, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı həm psixiatrik, həm də nevroloii stasionar müalicələri qeyd olunmamışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB X9 PHŞ-nin xx.xx.2021-ci il tarixli Kompyuter EEQ və KT instrumental müayinələrinin nəticələrində bilmədiyini qeyd etmiş, sonradan Fenozepam, Depakin qəbul etdiyini söyləmişdir. Anamnezində sağ yuxarı ətrafından yaralandığını, cərrahi əməliyyat keçirdiyini söyləsə də, təqdim edilmiş sənədlərdə öz təsdiqini tapmamışdır. Baxış zamanı sağ dirsəyin arxa səthində boylama istiqamətdə təxminən 10 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ dirsək oynağında 170 dərəcə hərəkət qeyd edilmiş, boyunun ön səthində tireoidedtomiyanın çapığı, qarının ön səthində sağ tərəfli çəp kəsiyin (appendektomiyanın) çapığı müəyyən edilmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura aşkar edilməmişdir. Psixi statusunda subyektiv şikayətlər (başının yarısı işləmir) bildirmişdir. Anamnezi dəqiqləşdirmək məqsədi ilə verilən şəxsiyyət istiqaməti aydınlaşdıracaq suallardan absurd cavablarla yayınmışdır. Təqdim edilmiş EEQ müayinəsinin nəticəsi kobud üzvi patologiyanı təsdiqləməmişdir. Stasionar müalicə epikrizləri və tək müalicə resepti 1994-cü ildə alınmış travmadan sonrakı psixi ağırlaşmaları təsdiqləməmişdir. Hal-hazırda həkimmütəxəssislər tərəfindən əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkar edilməmişdir. Vətəndaşın psixotrop dərmanlardan sui-istifadə etməsi istisna edilməmişdir. X8 xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin bir qədər enməsi, diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, anamnezində travmava görə 1994-cü ildə kəllə beyin travmasını alıb) və paroksizimlərə sol hemisferində ənsə payların aksenti ilə meyilliyi qeyd olunur” kimi qeyd olunsa da, kobud üzvi dəyişiklikləri təsdiqləməmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 25.01,2022-ci il tarixli 136 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş QKBT-dan sonra (1994 fevral) dağınıq üzvi pozuntunun davamlı qalıq əlamətləri, ifadəli şəxsiyyət pozuntusu. Yaddaş və intellektin enməsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, travmatik epilepsiya anamnezində cənqolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 86/2023 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlar, yaddaş və intellektin geriləməsi (7Q-63T Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə gedən ağır dərəcəli epizod intihara cəhd və intihar fikirləri” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-baslanğıc katarakta. VİS OD=k/i 0.3. VİS OS=k/i 0.2” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qeyd: Vətəndaş 1994-cü ildə travma aldığını bildirsə də, X3 2010-cu ildə alınmış və bütün stasionar müraciətləri 2022-2023-cü illərə aid olmuşdur. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi dəyişikliklər və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli, 7758 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi sizin 2-1(120)-647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildirir ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan İddiaçı arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 3941 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri - təqdim olunmuş tibbi sənədlərə əsasən 1994-cü ilin fevralında qapalı kəllə-beyin travması aldığı qeyd olunması, travmanın fəsadları ilə əlaqədar dəfələrlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicədə olması, psixi vəziyyətində dəyişikliklərin meydana çıxması ilə əlaqədar 2022-ci ilin yanvarında Salyan rayonlararası Psixiatriya Xəstəxanasının həkim məsləhət komissiyası tərəfindən müayinə olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Üzvi (travma mənşəli) şəxsiyyət posuntusu” diaqnozu ilə SN Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, həmçinin hazırkı müayinə zamanıaşkar olunan əlamətlər, təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İİ Yekun hissəsi: iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1974-cü | tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı (ş/v AA*******) üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın hansı bəndinə uyğundur, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğun olmuşdur? Cavab: Yoxlanılan şəxsin diaqnozunun əlilliyin meyarlarına uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. 2-ci və 3-cü suallara cavab: İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd olunur. Tibbi sənədlərdə təyin edilmiş “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” diaqnozları İddiaçı hazırkı psixi vəziyyətinə və diaqnozuna uyğundur. Tibbi sənədlərdə öz əksini tapmış digər diaqnozlar nevroloji pozuntulara aid olduğundan məhkəmə psixiatrik ekspertizası tərəfindən müəyyən edilə bilməz. Qeyd olunmalıdır ki, İddiaçı psixiatrik diaqnoz müəyyən edilərkən əsasən klinik müsahibədən və şəxsin dinamik müşahidəsindən istifadə olunur. Aparılmış funksional diaqnostik müayinələr şəxsdə nevroloji pozuntuların müəyyən edilməsi məqsədi ilə aparılmışdır. İddiaçı müayinəsi onun psixiatrik diaqnozunun müəyyən edilməsi üçün kifayət etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 16 noyabr 2024-cü il tarixli, 296 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yaşayan 1974-cü il təvəllüdlü Əzimov X5 Rayonlararası Psixiatriya X4 komissiyasına əlilliyin bərpası ilə əlaqədar 15 noyabr 2024-cü il tarixdə yazılı surətdə ərizə ilə müraciət etmişdir. Eyni zamanda Məhkəmə psixiatrik Ekspertiza Mərkəzinin onun barəsində FQ7.0 Üzvi (travma mənşəli) şəxsiyyət və davranış pozuntusu diaqnozunu təsdiq edən xx.xx.2024-cü il tarixli, № 2152 saylı rəy təqdim etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2-1(120)-647/2024 saylı qərardadında qeyd edilən sözü gedən xəstəliyin əlilliyin təyini meyyarlarına dair əsasnamənin hansı bəndinə uyğun olması sualına cavab olaraq qeyd edirik ki, bu xəstəlik,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarının Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə 7.6.2.2 təsnifatı üzrə “65-80 faiz orqanizmin funksiyasının pozulması 2 il müddətə” öz əksini tapmışdır. Bundan əlavə iş materialları ilə müəyyn olunur ki, iddiaçıya dəfələrlə əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi hissəsində “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1264 nömrəli X3si nə qədər ki qüvvədədir iddiaçıya əlillik təyin olunarkən də əlilliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməlidir. İddiaçı əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarı ona aid hissədə mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı iddiaçıya əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi dəyişikliklər və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Halbuki, İddiaçı xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin F 06 və F 07.0 bəndinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlillik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və mualicə olunmasina ehtiyac var) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 61-80 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2. bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi, imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə tam riayət etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 7-ci bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə qeyd olunan normativ aktın tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, orqanizminin funksiyalarının 35-60 faiz pozulması ilə əlaqədar iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3- 144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona xx.xx.2023-cü il tarixdən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona xx.xx.2023-cü il tarixdən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-647/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-647/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver