Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-648/2022 27.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə 27 iyul 2022-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, Saatlı rayon “Ukrayna” adına kolxozda kolxozçu işlədiyi 1982- 1997-ci illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, xx xxxxx 1965-ci il tarixdə Saatlı rayonu, Bayramovka kəndində anadan olmuşdur. Hazırda ailəlidir və 6 övlad anasıdır. O, 1982-ci ildən 1997-ci ilədək Saatlı rayonu ”Ukrayna” adına kolxozda kolxozçu işləmişdir. 01 noyabr 2005-ci ildən 08 sentyabr 2021-ci ilədək isə X12 idarəsində fəhlə işləmişdir. Tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına müraciət etmişdir. 16 iyun 2021-ci il tarixli, **********8 nömrəli məktubları ilə bildirmişdir ki, sənədlərə əsasən 1982- 1997-ci illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda işləməyiniz barədə iş stajınız arxiv arayışı əsasında təqdim edilib və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun müvafiq tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçı 1982-ci il tarixdən 1997-ci il tarixədək “Ukrayna” kolxozunda işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı qeyd olunan müəsisələrdə işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1982-ci il tarixdən 1997-ci il tarixədək olan dövrlər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, hazırki işdə İddiaçı əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə X18 filialının 83 nömrəli arayışında iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri göstərilməmişdir. Həmçinin, arayışda 1988-ci il tarixdən 1992-ci il tarixədək və 1994-cü il tarixdə yerinə yetirilən adam günü və minimum adam günü qeyd olunmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən hüququ yarandığı tarixədək X12 idarəsində işlədiyi dövrlər 15 il 05 ay sosial sığorta stajına daxil edilir və həmin dövrlər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7615 manat təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 15 il 05 ay sosial sığorta stajı mövcud olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı “çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Saatlı rayonu, Bayramovka kəndində doğulmuş və Dədə Qorqud kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 165 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayır. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 445 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayır. 6 uşaq doğub 8 yaşa qədər tərbiyə edib. İşdə olan Azərbaycan Respublikasının X18 filialının xx.xx.2021-ci il tarixli, 204 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Saatlı rayonu “Ukrayna” kolxozunun 1982- 1999-cu illərə aid kolxoz üzvlərinin hesablaşma kitabında əmək fəaliyyəti barədə qeydlər vardır. İşdə olan Azərbaycan Respublikası Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/92 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən fasiləsiz olaraq X12 İdarəsində fəhlə vəzifəsində çalışır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı 1982-1997-ci illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda işləməsi barədə iş stajı arxiv arayışı əsasında təqdim edilib və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun müvafiq tələblərinə uyğun deyildir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının məhkəməyə göndərdiyi iddia ərizəsinə xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçı 1982-ci il tarixdən 1997-ci il tarixədək “Ukrayna” kolxozunda işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı qeyd olunan müəsisələrdə işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1982-ci il tarixdən 1997-ci il tarixədək olan dövrlər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, hazırki işdə İddiaçı əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə X18 filialının 83 nömrəli arayışında iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri göstərilməmişdir. Həmçinin, arayışda 1988-ci il tarixdən 1992-ci il tarixədək və 1994-cü il tarixdə yerinə yetirilən adam günü və minimum adam günü geyd olunmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən hüququ yarandığı tarixədək X12 idarəsində işlədiyi dövrlər 15 il 05 ay sosial sığorta stajına daxil edilir və həmin dövrlər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7615 manat təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 15 il 05 ay sosial sığorta stajı mövcud olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Xİİ-ЖГ 446227 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Xİİ-ЖГ 446228 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan XİV-ЖГ 400787 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan XVİİ-ЖГ 271424 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Saatlı rayon qeydiyyat şöbəsinin 25 noyabr 2021-ci il tarixli 05/Q-377/69 nömrəli arayışından görünür ki, X2 xx.xx.1994-cü il tarixdə Saatlı rayonu, Bayramovka kəndində anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Saatlı rayon qeydiyyat şöbəsinin 28 avqust 2020-ci il tarixli 05/Q-347/69 nömrəli arayışından görünür ki, X11 xx.xx.1996-cü il tarixdə Saatlı rayonu, Bayramovka kəndində anadan olmuş, ata qrafasında X1, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə X12 İdarəsində fəhlə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Saatlı Suvarma Sistemlər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 278 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci ilə qədər X12 İdarəsində işləmişdir və əmək müqaviləsinə xitam verilməsi il bağlı əmək müqaviləsinin bildirişinə əsasən, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubuna əsasən, X18 filialının 83 nömrəli xx.xx.2022-ci il tarixli arayışında İddiaçı 1988-1992-ci və 1994-cü il tarixlərdə əmək fəaliyyətinin olmamasının səbəbləri (ödənişli analıq məzuniyyətində olması və s) öz əksini tapmamışdır. Həmçinin 1982-1997-ci il tarixlərə aid işə daxilolma və işdən azad olma əmrləri, əmək haqqı cədvəlləri inzibati orqana təqdim edilməmişdir. Bundan əlavə, iddia tələbinə münasibət **********2 nömrəli xx.xx.2022-ci il tarixli məktubda və xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazda ətraflı qeyd olunmuşdur. İşdə olan 1 saylı X3 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı 1982-ci il tarixdən 1997-ci il tarixədək olan dövrlərdə Saatlı rayon “Ukrayna” Kolxozunda yoxlama zamanı müəyyən edildi ki, Kolxozun əmr kitabları və əmək haqqı cədvəlləri X18 filialına təhvil verilməmişdir. İddiaçı 1982-1999-cu illərə aid olan kolxoz üzvlərinin hesablaşma kitabında əmək fəaliyyəti yoxlanıldı. Arxiv arayışları akta əlavə olundu. İş materiallarında olan Azərbaycan Respublikasının X18 filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubundan görünür ki, Saatlı rayonu “Ukrayna” kolxozunun 1982-1999-cu illərə aid kolxoz üzvlərinin hesablaşma kitabında İddiaçı əmək fəaliyyəti ilə bağlı verilməsinə əsas olmuş sənədin müvafiq qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını və məhkəmə icraatı zamanı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 1982-ci il tarixdən 1997-ci il tarixədək “Ukrayna” kolxozunda işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı qeyd olunan müəssisələrdə işlədiyini iddia etdiyi dövrlərə dair əmək kitabçası olmaması səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1982-ci il tarixdən 1997-ci il tarixədək olan dövrlər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, hazırki işdə İddiaçı əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə X18 filialının 83 nömrəli arayışında iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri göstərilməmişdir. Həmçinin, arayışda 1988-ci il tarixdən 1992-ci il tarixədək və 1994-cü il tarixdə yerinə yetirilən adam günü və minimum adam günü qeyd olunmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən hüququ yarandığı tarixədək X12 idarəsində işlədiyi dövrlər 15 il 05 ay sosial sığorta stajına daxil edilir və həmin dövrlər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7615 manat təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 15 il 05 ay sosial sığorta stajı mövcud olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, iş materialında olan məhkəməyə göndərilmiş Azərbaycan Respublikasının X18 filialının xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubu, həmçinin Azərbaycan Respublikası Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Saatlı Suvarma Sistemlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 278 nömrəli məktubu ilə göndərilmiş əmrlər kitabından, əmək stajı və qazanc uçotu kitabından çıxarışlardan görünür ki, İddiaçı 1982-ci ildən 1997ci ilədək Saatlı rayonu ”Ukrayna” adına kolxozda, 01 noyabr 2005-ci ildən 08 sentyabr 2021-ci ilədək isə X12 idarəsində fəhlə işlədiyi qeyd edilmişdir. Həmin faktlar iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/92 nömrəli arxiv arayışında və X18 filialının xx.xx.2021-ci il tarixli, 204 nömrəli arayışında da öz əksini tapmışdır. Belə ki, həmin arxiv arayışlarından görünür ki, İddiaçı 1982-1997-ci illərdə Saatlı rayonu ”Ukrayna” adına kolxozda və 2005-2021-cı illərdə X12 idarəsində fəhlə işləmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olmuşdur ki, iddiaçının işlədiyi dövrlərdə övladları dünyaya gəlmiş və iddiaçının deməsinə görə o uşaqlarının doğulduğu həmin dövrlərdə ödənişli analıq məzuniyyətində olmuşdur. Yəni göründüyü kimi arxiv arayışında əmək haqqı göstərilməyən dövrlərdə iddiaçının analıq məzuniyyətində olması ehtimalı da vardır. Lakin cavabdeh inzibati orqan bu məsələlərə diqqətsiz yanaşmış, bu barədə hər hansı araşdırma aparmamışdır. Həmin vaxt iddiaçının analıq məzuniyyətində olub-olmadığını, əgər məzuniyyətdə olmuşsa onun müddətini və həmin məzuniyyətin ödənişli yoxsa ödənişsiz olması hallarını və məzuniyyətdə olduğu dövrün sığorta stajına daxil olubolmadığını xidməti vəzifəsinə görə araşdırmamışdır. Bu baxımdan müraciətə təkrar baxılan zaman və iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından həmin Saatlı rayonu ”Ukrayna” adına kolxozda və X12 idarəsində işləyən və pensiya hüququ əldə edən digər işçilərin pensiya işinə və arxiv sənədlərinə baxış keçirməli, iddiaçı ilə eyni dövrlərdə və müəssisələrdə işləyən işçilərin olub-olmadığını, həmin işçilərində arxiv arayışlarında olan qeydlərin iddiaçıya məxsus arayışda aparılmış qeydlərlə uyğun olub-olmadığını, arxiv arayışında əmək haqqı göstərilməməsinin səbəblərini, iddiaçının Saatlı rayonu ”Ukrayna” adına kolxozda işlədiyi, lakin arxiv arayışında əmək haqqı göstərilməyən dövrlərində analıq məzuniyyətində olub-olmadığını, əgər məzuniyyətdə olmuşsa onun müddətini və həmin məzuniyyətin ödənişli və ya ödənişsiz olması hallarını müəyyən etməli, o cümlədən iddiaçının 2005-2021-cı illərdə X12 idarəsində olan əmək fəaliyyəti ilə bağlı (işə daxil olma və işdən xaric olma barədə əmrləri əldə etməli, əmək haqqı cədvəllərinə baxış keçirməklə) əsaslı və ətraflı araşdırma aparmalıdır. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən iddiaçının işlədiyi 1982-1997-ci illərdə illər üzrə sosial sığorta stajının əmək kitabçasında qeyd olunmadığına əsaslansa da, sonradan yəni məhkəmə araşdırması zamanı iddia ərizəsinə qarşı verdiyi etirazda digər fəqli əsasların irəli sürməsi onu deməyə imkan verir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hərtərəfli araşdırma aparmamışdır. Yəni cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı etirazında göstərdiyi dəlillərinə uyğun aparmış, ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında və arxiv arayışında göstərilən dövrlərdə mövcudluğuna və fəaliyyətinin olub-olmamasına, iddiaçının həmin müəssisədə işləyib-işləməməsinə və əmək haqqı alıb-almamasına, əmək haqqı almamasının səbəblərinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını, arxiv arayışını və s.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil- Muğan regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-648/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-648/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver