Məhkəmə qərarları › İş №2-1(120)-648/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-648/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-648/2023 10.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrinin ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, N25 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə inziabti aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.N22-ci il tarixdə tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək tələbinə N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrinin ləğv edilməsi kimi baxılmasını xahiş etmiş və məhkəmənin 2-N(NN)-N988/N22 nömrəli, xx.xx.N22-ci il tarixli qərardadı ilə tələb dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin N4 mart N23-cü il tarixli qərardadı ilə N saylı hərbi hissəsi və N saylı hər hissəsi iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin 24 iyul N23-cü il tarixli qərardadı ilə cavabdeh dəqiqləşdirilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi kimi qeyd edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə cavabdehlər siyahısından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin 2-N(NN)-648/N23 nömrəli, 30 may N23-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N999-cu ildə anadan olmuşdur. NN7-ci ildə AR SHXÇX-nin Füzuli rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) kimi AR MN-nin N saylı hərbi hissəsində hərbi xidmətini davam etdirmişdir. NN-ci ilin iyul ayında hərbi hissə komandanlığı tərəfindən ağır texnika olan BMP-N döyüş texnikasının idarəçiliyinə cəlb olunmuş və bu texnika ilə xx.xx.NN-ci ildə Vətən Müharibəsinə qatılaraq bir çox düşmən müqavimətini yararaq irəli getmiş, Qubadlı, Füzuli və Şuşada gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 44 gün davam edən müharibədən sonra o, AR XN cənablarının sərəncamı ilə «Qubadlının, Füzulinin və Şuşanın azad edilməsinə görə» medalları ilə və xidmət etdiyi hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlarla təltif olunmuş və müharibədən bir il sonra yaradılmış «Komando» briqadasına qəbul olunaraq dağ-təlim mərkəzində 3 aylıq kurs keçmiş və AR MN-nin N saylı hərbi hissəsində snayper böyülünün N-ci snayper tağımının 2-ci dərəcəli snayper heyətinin kəşfiyyatçımüşahidəçisi vəzifəsində işləmişdir. Lakin hərbi xidmətdə hər hansı bir nöqsana yol verməməyinə və AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərini pozmamağına, «Hərbi vəzifə və hərbi xidmət» haqqında Qanunun tələblərinə əməl etməyimə baxmayaraq AR MN-nin N saylı hərbi hissə komandirinin N4 aprel N22-ci il tarixli 03N nömrəli əmri və AR MN-nin N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli N25 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatmamış vaxtından qabaq ehtiyyata buraxılmağında bağlı o, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bu əmrləri qəbul edən hərbi hissə rəhbərləri “AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" 50-ci maddəsinin z bəndinə və «Hərbi vəzifə və hərbi x.dmət» haqqında Qanunun 4N.0.N0-cu maddələrinə istinad etmişlər. Bildirir ki, o, barəsində intizam tənbehinin tətbiq edilməsinə əsas verən hər Hansı bır pozuntuya yol verməmişdir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Qanunun 4N.0.N0-cıı maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə hərbi qulluqçu hərbi xidmətdən ehtiyata buraxılır. Halbuki mən bağlaşmanın ləğv edilməsi üçün cavabdehə müraciət etməmiş və onun ləğvinə də razılıq verməmişəm.Lakin cavabdeh mənim razılığımı almadan bu bağlaşmanı ləğv etmişdir. Cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin tələblərinə əməl olunmamışdır.İlk öncə hər iki əmrlərdə onun vaxtından qabaq bağlaşma mıqaviləsinin ləğvi səbəbləri göstərilməmişdir. Hesab edir ki, onun hərbi xidmətdən bu qaydada azad edilməyi əsassız və qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisələndirilən əmrin ona rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək qeyd edilən əmrlə razı olmadığını, qanunvericiliyinin tələblərinin ona aydın olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə edilmiş iddiaçının SX ******* nömrəli hərbi biletinin surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, snayper bölüyünün N-ci snayper taqımının 2-ci dərəcəli snayper heyətinin kəşfiyyatçı-müşahidəçi, N nömrəli hərbi hissə komandirinin N4 aprel N22-ci il tarixli 03N əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 4N.0.N0-cu maddəsinin (bağıaşma ləğv edilərək) Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndində (xidmət vaxtı başa çatmamış) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 30 aprel N22-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinə göndərilmişdir. (səh.2N) Azərbaycan Respublikası İPM-nin: - 2.2.N-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel NN5-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın N6.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrinin ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.N22-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı N22-ci ilin iyul ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrlərin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 3 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrini N4 iyul N22-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmri N22-ci ilin aprel ayında qəbul edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletə əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi əmr barədə xəbərdar imiş. Eləcə də, 2N8 nömrəli hərbi hissə komandirinin N25 nömrəli, 30 aprel N22-ci il tarixli əmrindən çıxarışa əsasən İddiaçı şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinə göndərildiyi müəyyən edilir. Məhkəmə iclasında İddiaçı qeyd edilənləri təsdiqləyərək xəbərdar edildiyini bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Lakin xəbərdar olduğu halda, həmin əmrlərdən mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.N-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrinin ləğv edilməsi barədə ərizə ilə N22-ci ilin iyul ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.N-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr N0N-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.N22-ci il tarixli 2-N(N02)-630/N22 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.N-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 30 may N23-cü il tarixli, 2-N(NN)-648/N23 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı ““N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli, 03N əç nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan N0 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar