Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-648/2024 26.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğində Dövlət Büdcəsinə ödənilməmiş 151000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 151000 manat məbləğində siyahıya alınmış (İmişli rayonu ünvanında olan 1 ədəd 77AX664 dövlət nömrə nişanlı Mersedes Benz GLS 350D markalı minik maşını, 1 ədəd 30AC431 dövlət nömrə nişanlı Man TGA 01 markalı yük maşını, 1 ədəd 30AC477 dövlət nömrə nişanlı Kamaz 65115 markalı yük maşını 1 ədəd 90AB201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını və 1 ədəd 90AF201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını avtonəqliyyat vasitələrinin) əmlakının satılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(120)-2536/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddia tələbinə dəqiqləşdirilmə aparılaraq, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixinə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 151000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 151000 manat məbləğində siyahıya alınmış (1 ədəd 77AX664 dövlət nömrə nişanlı Mersedes Benz GLS 350D markalı minik maşını, 1 ədəd 30AC431 dövlət nömrə nişanlı Man TGA 01 markalı yük maşını, 1 ədəd 30AC477 dövlət nömrə nişanlı Kamaz 65115 markalı yük maşını və 1 ədəd 90AB201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını avtonəqliyyat vasitələrinin) əmlakının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, bildiriş verilməsinə, sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda Dövlət Büdcəsinə 151000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi üzrə inzibati işə onun iştirakı olmadan baxılmasının xahiş etməsi barədə ərizə əlavə etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə Dövlət Büdcəsinə 151000 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – İmişli rayonu ünvanında olan 1 ədəd 10AZ-201 dövlət nömrə nişanlı Mersedes Benz GLS 350D markalı minik maşını, 1 ədəd 30AC431 dövlət nömrə nişanlı Man TGA 01 markalı yük maşını, 1 ədəd 30AC477 dövlət nömrə nişanlı Kamaz 65115 markalı yük maşını və 1 ədəd 90AB201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını, Mersedes E300 minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” aktdan görünür ki, siyahıya alınmış əmlak X6 məsul saxlanmaya verilmişdir. X9 aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-106895/2023 saylı məktubunda göstərilmişdir ki, "MERCEDES BENZ GLS 350D" markalı **-AZ-*** (**-AX-***), "KAMAZ 65115 YÜK" markalı **-AC-***, "MERCEDES BENZ E300" markalı **-AB-*** və "MERCEDES BENZ E300" markalı **-AF-*** (**-RY-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə DİN Baş X16 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı göndərilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-183630/2023 saylı məktubunda göstərilmişdir ki, 1) **- AZ-***1 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı minik avtomobili xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə dövlət nömrə nişanı dəyişdirilərək, **-AX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 350D” markalı minik maşını kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir, xx.xx.2023-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında X1 və dövlət nömrə nişanı dəyişdirilərək, **-ML-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 350D” kimi qeydiyyatdan keçmişdir, bundan sonra R.Məmədov tərəfindən xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X4 və dövlət nömrə nişanı dəyişdirilərək, **-DZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 350D” kimi qeydiyyatdan keçmişdir; 2) 30AC431 dövlət nömrə nişanlı, Man TGA 01 markalı yük maşını xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında X2 və dövlət nömrə nişanı dəyişdirilərək, **-EU-*** dövlət qeydiyyat nişanlı, Man TGX 18.400 markalı yük maşını kimi qeydiyyatdan keçmişdir; 3) 30AC477 dövlət nömrə nişanlı “Kamaz 65115” markalı yük maşını xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, xx.xx.2023-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında X3 və dövlət nömrə nişanı dəyişdirilərək, **-BL-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 65115” markalı yük maşını kimi qeydiyyatdan keçmişdir; 4) **-AB-*** dövlət nömrə nişanlı "MERCEDES BENZ E300" markalı minik nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, xx.xx.2023-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında X1 və dövlət nömrə nişanı dəyişdirilərək, **-MK- *** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ E300" markalı minik nəqliyyat vasitəsi kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh barəsində iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak –İmişli rayonu ünvanında olan 1 ədəd 10AZ-201 dövlət nömrə nişanlı Mersedes Benz GLS 350D markalı minik maşını, 1 ədəd 30AC431 dövlət nömrə nişanlı Man TGA 01 markalı yük maşını, 1 ədəd 30AC477 dövlət nömrə nişanlı Kamaz 65115 markalı yük maşını və 1 ədəd 90AB201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını, Mersedes E300 minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmışdır. Bundan sonra iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 151000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 151000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərə məhkəmə proseslərinin vaxtı və yeri barədə dəfələrlə bildirişlər göndərilmiş, tərəflər məhkəmə prosesləri barədə məlumatlandırılmışlar, cavabdehin nümayəndəsi müəyyən proseslər vaxtı məhkəməyə iştirak edə bilməyəcəyi barədə ərizə təqdim etmiş və “elektron məhkəmə” sistemində proses iştirakçıları olaraq qeydiyyatdan keçmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-183630/2023 saylı məktubundan məhkəmə müəyyən etmişdir ki, məhkəmə gedişatı ərəfəsində Cavabdeh tərəfindən dövlət büdcəsinə olan borc məbləğini məhkəmə qaydasında araşdırılması və iddia tələbinə etiraz və ya iddi ərizəsinin qəbul edilməsi barədə müvafiq münasibət, mülahizələr təqdim edilməsi əvəzinə gizlin olaraq **-AZ-***1 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı minik avtomobili (**- AX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 350D” markalı minik maşını) xx.xx.2023-cü il tarixdə, 30AC431 dövlət nömrə nişanlı, Man TGA 01 markalı yük maşını xx.xx.2023-cü il tarixdə, 30AC477 dövlət nömrə nişanlı “Kamaz 65115” markalı yük maşını xx.xx.2023-cü il tarixdə, **-AB-*** dövlət nömrə nişanlı "MERCEDES BENZ E300" markalı minik nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə başqa şəxslərə satmış, məhkəməyə və vergi orqanına bu barədə heç bir məlumat verməmişdir və bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları da dərhal dəyişdirilmişdir. Göründüyü kimi, cavabdehin dövlət büdcəsinə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir və siyahıya alınmış əmlakları da məhkəmə gedişatı zamanı iddia tələbi üzrə göstərilən borc məbləğindən yayınmaq məqsədilə gizlin olaraq başqa şəxslərə satmışdır. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir: “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə vergi öhdəliklərini və məcburi dövlət sosial sığorta haqqlarını tam həcmdə və vaxtında yerinə yetirmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Qeyd edilən Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Göstərilən Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Yenə həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən,əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.7-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Həmin Məcəllənin 89.8-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. 89.14.1-ci maddəyə əsasən, siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 22500 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 22500 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 22500 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidenti 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 151000 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış ((**-AZ-***1 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı minik avtomobili (xx.xx.2023-cü il tarixdə 1 ədəd 77AX664 dövlət nömrə nişanlı Mersedes Benz GLS 350D markalı minik maşını, xx.xx.2023-cü il tarixdə **-ML-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 350D” olaraq qeydiyyata alınmış), 1 ədəd 30AC431 dövlət nömrə nişanlı Man TGA 01 markalı yük maşını (xx.xx.2023-cü il tarixdə **-EU-*** dövlət qeydiyyat nişanlı, Man TGX 18.400 markalı yük maşını olaraq qeydiyyata alınmış), 1 ədəd 30AC477 dövlət nömrə nişanlı Kamaz 65115 markalı yük maşını (xx.xx.2023-cü il tarixdə **-BL-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 65115” markalı yük maşını olaraq qedyiyyata alınmış və 1 ədəd 90AB201 dövlət nömrə nişanlı Mersedes E300 markalı minik maşını avtonəqliyyat vasitələri (xx.xx.2023-cü il tarixdə **-MK-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ E300" markalı minik nəqliyyat vasitəsi olaraq qeydiyyata alınmış)) əmlaklar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakların satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdehnə qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Məhkəmə qərarından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-648/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-648/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver