Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-648/2025 22.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X7 qarşı “çıxarışın və plan sxemin qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X7 qarşı “çıxarışın və plan sxemin qismən ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X7 qarşı “cavabdehin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissə azaltmadan mərhum R.X.Rzayevaya cavabdeh tərəfindən RX ******* saylı verilmiş çıxarışın və plan sxemin 0,03 ha hissədə ləğv edilərək məcburi azaldılması, mərhumənin ölümündən sonra qanunsuzluq etməklə cavabdeh X6 nənəsinin satdığı sahə 0,03 ha hissəni qanunsuz olaraq azaltmadan 0,06 ha hissəyə saxta məlumatlar verib tam sahə göstərməklə cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavabdeh B.Ə.Kərimovanın adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın və həmin sahəyə çəkilmiş plan sxemin 0,03 ha hissədə qismən ləğv edilərək məcburi azaldılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, Lənkaran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ila mərhum nənəsi X3 qalmışdır. Həmin zaman nənəsi X5 məxsus torpaq va üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Hətta Lənkaran dövlət Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tiklilər X4 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə etmişdir. Həmin mülkiyyətindəki ərazi va torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətində və istifadəsində olmuşdur. Əlində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərinin olmasına baxmayaraq mülkiyyətindəki evin va sahənin əks istiqamətində nənəsi ilə qonşu olmuş va yaşamış X12 vəfat edəndən sonra İsa R.X.Rzayevanın nəvəsi iddiası üzrə cavabdeh X2 torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu, vətandaş X18 oğluna satmasına baxmayaraq bu barədə cavabdeh Lənkaran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarının olmasına və Lənkaran şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1987ci il tarixli 15 N-li protokolundan çıxarışın olmasına baxmayaraq, torpaq sahasinin 0,03 ha hissədə satmasını gizlətməklə qanunsuzluqlara yol verarək yalan məlumatlar verməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkaran ərazi İdarəsindən R.X.Rzayevanın adına RX ******* saylı çıxarışı va ona uyğun çəkilmiş plan sxemi almışdır. Daha sonra cavabdeh B.Ə.Kərimova nənəsi R.X.Rzayevanın ölümündən sonra xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq sonradan 19 aprel 2013-cü ildə qanunsuzluq edərək həqiqəti əks etdirməyən məlumatlar əsasında Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkaran Ərazi idarəsindən adına 0,06 ha satdığı sahani azatmadan düzgün olmayan malumatlar daxil etmak13, qanunsuzluq va saxtakarlıq edərək satdıqları mübahisəli hissəni 0,03 ha hissəsini əvvəlki qaydada tələb etməklə cavabdehdən öz adına çıxarış almış va sxem çəkdirmişdir. Və əsassız yollarla varlanaraq, qanunsuz yollarla artıcı sahə əks olunmuş sənədi əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilərək cavabdehin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissə azaltmadan mərhum R.X.Rzayevaya cavabdeh tərəfindən RX ******* saylı verilmiş çıxarışın və plan sxemin 0,03 ha hissədə ləğv edilərək məcburi azaldılması, mərhumənin ölümündən sonra qanunsuzluq etməklə cavabdeh X6 nənəsinin satdığı sahə 0,03 ha hissəni qanunsuz olaraq azaltmadan 0,06 ha hissəyə saxta məlumatlar verib tam sahə göstərməklə cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavabdeh B.Ə.Kərimovanın adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın və həmin sahəyə çəkilmiş plan sxemin 0,03 ha hissədə qismən ləğv edilərək məcburi azaldılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lənkəran Şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Ş.Rustavelli küçəsi 11 nömrəli evdə yaşayan X8 3 nömrəli qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən X9 fərdi yaşayış evi tikintisindən ötrü 300 kvm torpaq sahəsi ayrılsın və sahənin planı təsdiq edilmiş, Ş.Rustavelli küçəsində X9 ayrılmış 300 kvm torpaq sahəsində yaşayış sahəsi 61,6 kv.m olan bir mərtəbəli 4 otaqlı yaşayış evin layihəsi təsdiq edilsin və ona həmin layihə üzrə ev tikməyə icazə verilmiş və Ş.Rustavelli küçəsi 11 nömrəli evdə yaşayan X8 3 nömrəli qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən 300 kv.m azaldılsın və 300 kvm saxlanılsın. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır. Şirvan İnzibati məhkəməsinin 2-1(120)-2084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, İddiaçı cavabdeh Lənkəran şəhəri İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq maraqlı şəxs X6 qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə iddia tələbi mümkün hesab edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati məhkəməsinin 2-1(120)- 2084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X7 qarşı “cavabdehin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissə azaltmadan mərhum R.X.Rzayevaya cavabdeh tərəfindən RX ******* saylı verilmiş çıxarışın və plan sxemin 0,03 ha hissədə ləğv edilərək məcburi azaldılması, mərhumənin ölümündən sonra qanunsuzluq etməklə cavabdeh X6 nənəsinin satdığı sahə 0,03 ha hissəni qanunsuz olaraq azaltmadan 0,06 ha hissəyə saxta məlumatlar verib tam sahə göstərməklə cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavabdeh B.Ə.Kərimovanın adına verilmiş xx.xx.2013cü il tarixli RX seriyalı ******* saylı çıxarışın və həmin sahəyə çəkilmiş plan sxemin 0,03 ha hissədə qismən ləğv edilərək məcburi azaldılması” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçıya hüquqi yardım məktubları ünvanlamış və subyektiv hüququnun mövcud olmaması, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasını, tələbin düzgün olmadığını və cavabdehlərdən biri kimi fiziki şəxsi göstərdiyini qeyd edərək qanunvericiliyin iddianın mümkünlüklə bağlı şərtlərini ətraflı şəkildə izah etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi sənədlərlə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə onun mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. Bundan başqa Şirvan İnzibati məhkəməsinin 2-1(120)-2084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Lənkəran şəhəri İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq maraqlı şəxs X6 qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə iddia tələbi onun subyektiv hüququnun olmaması əsası ilə mümkün hesab edilməmişdir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya sonuncu dəfə 16 aprel 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-648/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-648/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver