Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-65/2022 12.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarın tam ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə” qərarın ƏDV və ödəmə mənbəyindən vergi hissəsində ləğv edilməsi və mənfəət vergisi hesablanmaqla yeni qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə iddia tələbinə “xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarın tam ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarın tam ləğv edilməsi” kimi göstərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020 tarixli **********196859 saylı qararına asasan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlaması "SERVİS-V” Məhdud Məsuliyyətli Cəmiyyətində səyyar vergi yoxlaması keçirilmişdir. Vergi yoxlaması vergi orqanının təşəbbüsü və müxtəlif məzmunlu qərarları ilə 4 dəfə uzadılmış və xx.xx.2020-ci il tarixdə yekunlaşdırılmışdır. 6 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********198009 saylı akt tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş. xx.xx.2020-ci il tarixdə tərəflərindən oxunmuşdur. Sözügedən Aktdan xx.xx.2020-ci il tarixdə həm yoxlayıcı həm də Dövlət Vergi Xidmətinə şikayət məktubu ilə müraciət olunmuş, lakin hər ikisi də Yoxlayıcıya yönləndirilən şikayətləri baxılmayaraq nəticəsiz qalmış və xx.xx.2020-ci il tarixli **********198009 saylı səyyar vergi yoxlaması aktı ilə İddiaçı MMC-nin 2017-2019 cu illəri əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********141648 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə” Qərarı qəbul edilmişdir ki, bu qərarla 2019-cu il üzrə 8206.66 manat mənfəət vergisi, 2017-2019cu illər üzrə 25135.17 manat ödəmə mənbəyindən vergi (o, cümlədən 2017-ci il üzrə 3620,15 manat, 2018-ci il üzrə 8450.08 manat, 2019-cu il üzrə 13064,94 manat), 2017- 2019-cu illər üzrə 133436.71 manat ƏDV-nin azaldılması və 139541,32 manat artıq hesablanması nəticəsində ƏDV hesablanmasa da 133 436,71 manat azaldılması ilə bağlı həmin məbləğin, mənfət və ödəmə mənbəyindən hesablanmış vergilərin 50% hissəsində maliyyə sanksiyası, cəmi 166774,54 manat azaldılmış vergilərə görə 83387.28 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi yoxlaması dövründə hesablarının olduğu banka sorğu göndərilərək sənədlər alınmış, cəmiyyətlərindən yoxlanılan dövrə aid sənədlər tələb edilmiş və bütün sənədlər təqdim edilmişdir. Yoxlama dövründə eyni zamanda xx.xx.2020ci il tarixdə **********198891 saylı qərara əsasən satış qiymətlərinin ekspertizası təyin edilmişdir. “MBA LTD" MMC tərəfindən xx.xx.2020-ci il tarixli rəy təqdim edilmiş və Cəmiyyətləri tərəfindən satışı həyata keçirilmiş malların qiymətlərinin qanunvericiliyə zidd olmadığı müəyyən edilmişdir. Beləliklə də, mübahisələndirdikləri inzibati akt üzrə Cəmiyyətlərinin 8202.66 manat mənfəət vergisinin azaldılması, 25135.17 manat ödəmə mənbəyində tutulan verginin azaldılması və 133436.71 manat əlavə dəyər vergisinin azaldılması cavabdeh tərəfindən müəyyən edilməsi nəticəsinə gəlinmişdir. Həmin qərarın mənfəət vergisi hesablanması hissəsi ilə razıdırlar, ödənilməli olan ƏDV məbləği hesablanmamış, hesablanmış ödəmə mənbəyindən vergi kimi 25135,17 manat və ona tətbiq edilmiş 50% maliyyə sanksiyası, eləcə də tərəflərindən artıq hesabanmış ƏDV məbləği ilə azaldılmış hesab edilən ƏDV məbləği arasında fərq olmasa da 133 436.71 manat azaldılmış hesab edilən ƏDV məbləği hissəsinə tətbiq edilmiş və tələb edilən 50% maliyyə sanksiyası hissəsi ilə razı deyillər və hesab edirlər ki, qeyd edilən səbəblərdən ƏDV, ƏDV-yə hesablanmış maliyyə sanksiyası, ödəmə mənbəyi və ödəmə mənbəyinə hesablanmış maliyyə sanksiyası hissəsində qərar ləğv edilməlidir. Belə ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141648 nömrəli Qərarından etdikləri AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********174900 saylı müraciətləri üzrə cavabdehin tələb etdiyi müqavilələr, müqaviləyə əlavələr, invoicelar, aktlar göndərilmiş və mövcuddur. Bildirirlər ki, ödəmə mənbəyindən hesablanmış verginin əsası hesab edilmiş beynəlxalq daşınma xidməti üçün bağlanılmış müqavilələr ana şərtlərlə bağlanılmış, uzunmüddətli əməkdaşlıq nəzərdə tutulduğu üçün dəyişə biləcək qiymətlər, daşınma yerləri və s. əlavələr və invoyslarla tənzimlənməsi düşünülmüşdür. Beynəlxalq daşınmaya görə yalnız Respublikanın qərb sərhəddindən daxil olan, Avropadan idxal etdikləri soya məhsuluna görə xaricə ödənişlər aparılmışdır. Ödənişlərin aparıldığı iki şirkətin Gürcüstan Respublikasının rezidenti olduğu. Gürcüstan dövləti ilə Azərbaycan dövləti arasında 1997-ci il fevralın 18-də Bakı şəhərində imzalanmış və 15 aprel 1997-ci il tarixdə Prezidentimiz mərhum Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya şərtlərinə uyğun olaraq Respublikamızda vergiyə cəlb olunmasının qeyri qanuni olacağı düşünülməkdədir. Ödəmə mənbəyində tutulmalı olan məbləğ ticarət fəaliyyətlərində tərəfdaşları olan Gürcüstan Respublikasının hüquqi şəxsləri olan şirkətlərin onlara göstərdiyi beynəlxalq yükdaşımaya görə ödənilmiş vəsaitlərə görə hesablanmışdır. Lakin yoxlama zamanı Gürcüstan dövləti ilə Azərbaycan dövləti arasında 1997-ci il fevralın 18-də Bakı şəhərində imzalanmış və 15 aprel 1997-ci il tarixdə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya"nı nəzərə almamaqdadırlar. Belə ki, konvensiyanın 8-ci (Beynəlxalq daşımalar) maddəsinin 1-ci bəndinə (Bir Razılığa şələn Dövlətin müəssisəsinin bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin gj yarımbəndində qeyd olunan nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarı nəticəsində əldə etdiyi mənfəət yalnız həmin Razılığa gələn Döylətdə vergiyə cəlb olunur.) əsasən Gürcüstan şirkətinin daşınma fəaliyyətindən qazandığı gəlir Gürcüstan Respublikasında ödəniləcəyindən bizə vergi öhdəliyi olaraq hesablanmamalıdır. Lakin yoxlayıcı bunu nəzərə almayaraq Gürcüstan şirkətinin bizə göstərdiyi 418802.80 manatlıq daşıma xidmətinə ödəmə mənbəyində 25128.16(418802.8*6%) manat vergi. 12564.08 manat isə maliyyə sanksiyası hesablayıb. Ayrıca, praktikada idxal olunan malların gömrük rəsmiləşməsi zamanı ödənilmiş daşınma haqqı malın alış qiymətinə əlavə olunmaqda və bu məbləğə görə də 18% ƏDV ödənişi həyata keçirilməkdədir. Yəni, bir baxımdan bu beynəlxalq daşınma mal idxalı kimi vergi ödənişinə cəlb edilmişdir. Əlavə dəyər vergisinin azaldılması üzrə maliyyə sanksiyası hesablanmasıdır ki, bununla əlaqədar VM-nin cari ilin əvvəlindən etibarən qüvvədən düşmüş 166.1 maddəsini əsas götürülməsi, əslində isə Yoxlayıcının öz Aktında göstərdiyi üzrə 6.104.62 manat məbləğində artıq ƏDV hesablanaraq ödənilməsi (yoxlamaya aid dövr ərzində 133436.70 manat ƏDV-nin azaldılması, 139541.32 manat isəƏDV- nin artıq hesablanması müəyyən edilmişdir) və Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ bəndinə uyğundur. ƏDV üzrə ödənişləri yoxlanılarkən yoxlamaya aid dövr ərzində 133436.70 manat ƏDV-nin azaldılması, 139541.32 manat isə ƏDV-nin artıq hesablanmasını müəyyən edilsə də, cəmiyyətləri satdığı malların pulunun daxil olmasını gözləmədən büdcə qarşısında vergi öhdəliyi yaratmış və buna müvafiq olaraq da vergi ödənişlərini icra etmişdir. Yoxlayıcı Aktında yoxladığı dövr üzrə Cəmiyyətləri tərəfindən ƏDV ödənişlərindən hər hansı yayınma olmadığını, hesablanmış ƏDV-dən 6104.61 manat artıq ödəniş olduğunu da dolaylı yolla təsdiq etməkdədir. Bunları nəzərə almadan VM-nin cari ilin əvvəlində etibarən qüvvədən düşmüş 166.1 maddəsini əsas götürərək 133436.70 manat ƏDV-nin azaldılması müəyyən edərək buna 50% 66718.35 manat maliyyə sanksiyası hesablamışdır. Halbuki, tam əksinə Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ bəndinə uyğun olaraq qüvvədən düşürülmüş maddə hüquqi şəxsin lehinə mülahizə yürütməyi tələb etməkdədir. “Normativ hüquqi aktlar haqqında’' Qanunun 149-cu maddəsinə əsasən fİziki və hüquqi şəxslərin hüauai yəziyyətini yaxşılaşdıran, hiiqııq məsuliyyətini aradan qaldıran yə ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normatiy hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənləri nəzərə alaraq, qüvvədən düşmüş 166.1 maddəsinə əsasən hesablanmış ƏDV üzrə 66718,35 manat maliyyə sanksiyası hissəsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, səyyar vergi yoxlaması İddiaçı MMC-nin rəhbəri X4 və müəssisənin baş mühasibi X5 iştirakları ilə, həmçinin hesablaşma hesabı olduğu banklara edilmiş sorğu nəticəsində alınmış məlumatlar və yoxlamaya təqdim edilən sənədlərə əsasən aparılmışdır. Belə ki, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********196859 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar, xx.xx.2020-ci il tarixli KY201436680 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və xx.xx.2020-ci il tarixli **********196916 nömrəli ‘‘Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə” təqdim edilmiş və xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlaması başlamışdır. Təqdim edilmiş tələbnaməyə əsasən yoxlamaya təqdim edilə bilməyən (çatışmayan) sənədlər barədə xx.xx.2020-ci il tarixli tələbnaməyə imtina aktı tərtib edilmişdir. Zərurət yarandığı üçün xx.xx.2020-ci il tarixli **********198200 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar çıxarılmış və xx.xx.2020-ci il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolla vergi ödəyicisinin baş mühasibi X2 yoxlamaya təqdim edilən sənədlərin surəti götürülmüş, digər çatışmayan (olmayan) sənədlərlə bağlı sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında akt tərtib edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********198891 nömrəli ekspeıtizanın təyin edilməsi haqqında qərarına əsasən ekspert dəvət edilmiş və bu qərar vergi ödəyicisinin rəhbəri ilə tanış edilərək xx.xx.2020-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Ekspert tərəfindən xx.xx.2020-ci il tarixli rəy təqdim edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş rəydə vergi ödəyicisinin satdığı malların qiyməti Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə zidd olmadığı üçün yoxlama zamanı ekspert rəyindən istifadə edilməmişdir. Yoxlama ilə vergi ödəyicisinin ƏDV üzrə hesablamaları aparılarkən Vergi Məcəlləsinin 106-cı maddəsinə istinad edilmişdir. Mənfəət vergisi üzrə hesablamalar real olaraq gəlir və xərcirə əsasən aparılmış, ÖMV üzrə hesablamalar aparılarkən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə istinad edilmişdir. 1. Tədiyyə növləri üzrə hesablamalar: Mənfəət vergisinin yoxlanılması üzrə: mənfəət vergisinin yoxlanılması zamanı ümumilikdə 8202,66 manat verginin azaldılması müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi 2017-ci ilin mənfəət vergisini malların təqdim edilməsindən gəlir 4498534,43 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 71164,21 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 55540,79 manat, ümumi gəlir isə 4514157,85 manat, ümumi xərclər isə 4575630,53 manat (o cümlədən əmək haqqı 37506,25 manat, sosial siğorta haqqı 8251,38 manat, malın dəyəri 4324920,07 manat, fiziki şəxslər üzrə icarə haqqı 13690,00 manat, bank xidməti üzrə xərclər 145743,73 manat, biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 27598,52 manat, amortizasiya ayırmaları 692,94 manat, digər xərclər 17227,64 manat), nəticədə 61472,68 manat zərər ilə təqdim etmişdir. Yoxlama ilə isə gəlir 4498534,00 manat (təqdim edilmiş elektron vergi hesab fakturalara əsasən), xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 996,28 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 28117,23 manat, ümumi gəlir isə 4471413,05 manat, ümumi xərclər isə 4497180,46 manat (o cümlədən əmək haqqı 37506,25 manat, sosial siğorta haqqı 8251,38 manat, malın dəyəri 4263656,14 manat (malın dəyərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), fiziki şəxslər üzrə icarə haqqı manat (30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən), bank xidməti üzrə xərclər 140809,59 manat(bank xərclərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 24496,48 manat (malların saxlancı üçün bank hesabından ödənilən məbləğlər), rabitə xərci 363,83 manat, amortizasiya ayırmaları 692,94 manat, gəlirdən çıxılan vergilər 51,57 manat, digər xərclər 7402,28 manat (digər xərclərin formalaşdığı cədvəl rəyə əlavə olur-ur),nəticədə 25767,41 manat zərər müəyyən edilmişdir. (Vergi Məcəlləsinin 166- cı maddəsinin tələbləri və 2017-ci il ərzində vergi ödəyicisinin hesabına avans məbləğinin gəldiyini nəzərə alındığından ƏDV dövriyyəsi ilə mənfəət dövriyyəsi arasında fərq müəyyən edilmişdir). 2018-ci il üzrə mənfəət vergisini malların təqdim edilməsindən gəlir 4255396,03 manat, ümumi xərclər isə 4228571,57 manat (o cümlədən əmək haqqı 25605,12 manat, sosial siğorta haqqı 5761,15 manat, malın dəyəri 4102259,01 manat, fiziki şəxslər üzrə icarə haqqı manat, rabitə xərci 485,82 manat, mühafizə xərci 28412,57 manat, bank xidməti üzrə xərclər 36178,90 manat, biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 8695,60 manat, amortizasiya ayırmaları 1228,69 manat, digər xərclər 1291,45 manat, gəlirdən çıxılan vergi 53,26 manat), ümumilikdə 26824,46 manat mənfəət, lakin keçən ildən qalan 61472,74 manat zərəri nəzərə alsaq nəticədə 34648,28 manat zərər ilə təqdim etmişdir. Yoxlama ilə isə gəlir 4255404,77 manat(təqdim edilmiş elektron qaimə faktura və ixrac edilmiş mallara əsasən), xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 74,49 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3272,56 manat ümumi gəlir isə 4252206,70 manat, ümumi xərclər isə 4326903,24 manat (o cümlədən əmək haqqı 25605,12 manat, sosial siğorta haqqı 5761,15 manat, malın dəyəri 4097239,06 manat (malın dəyərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), fiziki şəxslər üzrə icarə haqqı 18300,00 manat (30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən), bank xidməti üzrə xərclər 143850,20 manat(bank xərclərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), mühafizə xərci 24837,52 manat(malların saxlancı üçün alınmış elektron qaimə fakturaya əsasən), rabitə xərci 485,82 manat, amortizasiya ayırmaları 1055,97 manat, gəlirdən çıxılan vergi 47,52 manat, digər xərclər 9420,88 manat (digər xərclərin formalaşdığı cədvəl rəyə əlavə olunur), ümumilikdə 74696,54 manat zərər və keçən ildən qalan 25767,41 zərəri nəzərə alsaq nəticədə 100463,95 manat zərər müəyyən edilmişdir. (Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri və 2018-ci il ərzində vergi ödəyicisinin hesabına avans məbləğinin gəldiyini nəzərə alındığından ƏDV dövriyyəsi ilə mənfəət dövriyyəsi arasında fərq müəyyən edilmişdir). 2019-ci il üzrə mənfəət vergisini malların təqdim edilməsindən gəlir 8786513,67 manat, ümumi xərclər isə 8761471,62 manat (o cümlədən əmək haqqı 23449,71 manat, sosial siğorta haqqı 4516,14 manat, malın dəyəri 8335733,79 manat, fiziki şəxslər üzrə icarə haqqı 44030,97 manat, rabitə xərci 492,86 manat, mühafizə xərci 66667,84 manat, bank xidməti üzrə xərclər 12913,99 manat, biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 2325,04 manat, faizlə bağlı digər xərclər 268432,46 manat, amortizasiya ayırmaları 1220,96 manat, digər xərclər 1676,80 manat, gəlirdən çıxılan vergi 11,06 manat), ümumilikdə 25042,05 manat mənfəət, lakin keçən ildən qalan 34646,29 manat zərəri nəzərə alsaq nəticədə 9604,24 manat zərər ilə təqdim etmişdir. Yoxlama ilə isə gəlir 8786111,59 manat (təqdim edilmiş elektron qaimə faktura və ixrac edilmiş mallara əsasən), xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 2385,42 manat, ümumi gəlir isə 8783726,17 manat, ümumi xərclər isə 8642248,94 manat (o cümlədən əmək haqqı 23449,71 manat, sosial siğorta haqqı 4516,14 manat, malın cəyəri 8336164,37 manat(malın dəyərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), fiziki şəxslər üzrə icarə haqqı 18350,00 manat(30 mart 2017-ci il tarixli və 14 mart 2019-cu il tarixli icarə müqavilələrinə əsasən), bank xidməti üzrə xərclər 173519,50 manat (bank xərclərinin formalaşdığı cədvəl rəyə əlavə olunur), mühafizə xərci 70242,93 manat(malların saxlancı üçün alınmış elektron qaimə fakturaya əsasən), rabitə xərci 492,86 manat, amortizasiya ayırmaları 844,78 manat, gəlirdən çıxılan vergi 38,02 manat, digər xərclər 14630,47 manat (digər xərclərin formalaşdığı cədvəl rəyə əlavə olunur), ümumilikdə 141477,23 manat mənfəət və keçən ildən qalan 100463,95 zərəri nəzərə alsaq nəticədə 41013,28 manat mənfəət, 8202,66 manat (41013,28*20%) mənfəət vergisi müəyyən edilmişdir. (Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri və 2018-ci il ərzində vergi ödəyicisinin hesabına avans məbləğinin gəldiyini nəzərə alındığından ƏQV dövriyyəsi ilə mənfəət dövriyyəsi arasında fərq müəyyən edilmişdir). 1.1 ƏDV-nin yoxlanılması üzrə: Yoxlama ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr yoxlanılmışdır. Yoxlama üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ümumilikdə 6104,61 manat ƏDV-nin artıq hesablanması aşkar edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın aparıldığı vaxt müəyyən edilmiş və yoxlanılan dövr üzrə 133436,71 manat ƏDV-nin azaldılması və 139541,32 manat ƏDV-nin artıq hesablanması, nəticədə isə 6104,61 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Azaldılmış və artıq hesablanmış vergi məbləğlərinə eyni zamanda 2018-ci ilin may ayında idxal edilmiş mallara görə 28790,78 manat ƏDV-ni əvəzləşdirməli olduğu halda 27316,69 manat ƏDV əvəzləşdirmiş, nəticədə 1474,09 manat az əvəzləşdirmiş, faktiki olarq 2018-ci ilin noyabr ayında xx.xx.2018-ci il tarixli **********8280 nömrəli (108,00 manat ƏDV-si) və xx.xx.2018ci il tarixli **********1841 nömrəli (216,00 manat ƏDV-si) yük gömrük bəyannamələri mövcud olmadığı üçün əvəzləşmələri ləğv edildiyindən 324 manat artıq əvəzləşdirilmə müəyyən edilmiş, həmçinin 2019-cu ilin yanvar ayında xx.xx.2019-cu il tarixli **********4388 nömrəli yük gömrük bəyannaməsi üzrə 108 manat ƏDV az əvəzləşdirdiyi üçün yoxlama ilə əvəzləşmə aparılmışdır. 1.1. Əmlak vergisinin yoxlanılması üzrə: Əmlak vergisi bəyannamələrinin yoxlanılması zamanı 18,68 manat kənarlaşma müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi əmlak vergisinin ödəyicisi olduğu tarixə (2017-ci ilin yanvar ayına) əmlakın qalıq dəyərin 6836,40 manat, hesabat ilinin sonuna 6143,46 manat, əmlak vergisini isə 59,49 manat((6836,40+6143,46) / 2 4 / 11 * 1% = 59,49)) olaraq təqdim etmiş, lakin yoxlama ilə əmlak vergisinin ödəyicisi olduğu tarixə (2017-ci ilin yanvar ayına) əmlakın qalıq dəyərin 5972,8 manat ("xxxx"MMC-dən alınmış olan ƏDV-siz dəyəri 3732,80 manat və manat), hesabat ilinin sonuna 5279,86 manat, əmlak vergisini isə 51,57 manat((5972,8 +5279,86) / 2 4 / 11 * 1 % = 51,57)) olaraq müəyyən edilmişdir. 2013-ci il üzrə hesabat ilinin əvvəlinə əmlakın qalıq dəyərin 6143,46 manat, hesabat ilinin sonuna 4914,77 manat, əmlak vergisini isə 55,29 manat((6143,46 +4914,77) / 2 * 1% = 55,29)) olaraq təqdim etmiş, lakin yoxlama ilə hesabat ilinin əvvəlinə əmlakın qalıq dəyərin 5279,86 manat, hesabat ilinin sonuna 4223,89 manat, əmlak vergisini isə 47,52 manat (5279,86 +4223,89) /2 * 1% = 47,52)) olaraq müəyyən edilmişdir. 2019-cu il üzrə hesabat ilinin əvvəlinə əmlakın qalıq dəyərin 4914,77 manat, hesabat ilinin sonuna 3287,05 manat, əmlak vergisini isə 41,01 manat((4914,77 +3287,05) / 2 * 1% = 41,01)) olaraq təqdim etmiş, lakin yoxlama ilə hesabat ilinin əvvəlinə əmlakın qalıq dəyərin 4223,89 manat, hesabat ilinin sonuna 3379,11 manat, əmlak vergisini isə 38,02 manat ((4223,89 +3379,11) / 2 : 1% = 38,02)) olaraq müəyyən edilmişdir. Beləliklə yoxlama ilə 59,49 + 55,29 + 41,01 - 51,57 - 47,52 - 38,02 = 18,68 manat kənarlaşma müəyyən dilmişdir. İdd açı tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın haqqinda beynəlxalq-müqavilələrin-inzibatciligi-qaydalari) tələblərinə düzgün riayət edilmədiyi, həmçinin icarəyə götürülümüş obyektin icarə müqaviləsi üzrə düzgün hesablamalar aparılmadığı üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin yoxlanılması zamanı 25135,17 manat verginin yayındırılması halı müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələblərinə əsasən, yəni idxal olunan malların daşımasını həyata keçirən Marine Shipping & Forwarding Ltd və PACE NORTH CO təşkilatlarına ödənilmiş 418802,80 manat (AVRO və USD ekvivalenti ilə) məbləğə görə (Marine Shipping & Forwarding Ltd-yə xx.xx.2018-ci il tarixdə 15800,00 USD, xx.xx.2018- ci il tarixdə 6798,37 USD, xx.xx.2018-ci il tarixdə 50000,00 USD, xx.xx.2018-ci il tarixdə USD xx.xx.2019-cu il tarixdə 65000,00 USD, xx.xx.2019-cu il tarixdə 16256,06 USD, xx.xx.2019-cu il tarixdə 1224,00 AVRO, xx.xx.2019-cu il tarixdə 11000,00 USD, xx.xx.2019-cu il tarixdə 3417,51 USD, xx.xx.2019cu il tarixdə 30000,00 USD, xx.xx.2019-cu il tarixdə 914,52 USD, həmçinin PACE NORTH CO-ya xx.xx.2017-ci il tarixdə 35475,00 USD) ödəmə mənbəyində tutulmamış 25128,17 manat (418802,80 * 6%) verginin, həmçinin 2019-cu ilin dördüncü rübü, üzrə 30 mart 2017-ci il tarixli aylıq icarə haqqının 1550 manat olmasına baxmayaraq 1500 manat göstərməsi səbəbindən 7 manat (50 *14%) verginin, ümumilikdə isə 25135.17 manat (25128,17 + 7) vergilərin yayındırlması halı müəyyən edilmişdir. Vergi yoxlaması nəticəsində 166774,54 manat vergilərin azaldılması, 139560,00 manat vergilərin artıq hesablanması müəyyən edilmişdir: O cümlədən, 133436,71 manat əlavə dəyər vergisinin azaldılması; 139541,32 manat əlavə dəyər vergisinin artıq hesablanması; 18,68 manat əmlak vergisinin artıq hesablanması; 8 202,66 manat mənfəət vergisinin azaldılması; 25135,17 manat ödəmə mənbəyində tutulan verginin azaldılması; xx.xx.2020-ci il tarixli, **********141648 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166774,54 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 83387,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2. İddiaçının dəlilləri: 2.1. Ödəmə mənbəyində tutulan vergi üzrə: İddiaçı iddia ərizəsində qeyd edir ki, “Yoxlama zamanı Gürcüstan dövləti İlə Azərbaycan dcvləti arasında 1997-ci ilin fevralın 18-də Bakı şəhərində imzalanmış və 15 aprel 1997-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya” nəzərə alınmamışdır. Belə ki, konvensiyanın 8-ci (Beynəlxalq daşımalar) maddəsinin 1-ci bəndinə (Bir Razılığa gələn Dövlətin müəssisəsinin bu Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin g) yarımbəndində qeyd olunan nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarı nəticəsində əldə etdiyi mənfəəti yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb olunur) əsasən Gürcüstan şirkətinin daşınma fəaliyyətindən qazandığı gəlir Gürcüstan Respublikasında ödəniləcəyindən bizə vergi öhdəliyi olaraq hesablanmamalıdır”. Beləliklə də iddiaçı yuxarıda qeyd olunan Qaydaların tələblərini pozaraq, yəni DTA-03 forması vergi orqanına təqdim edilmədiyi təqdirdə və ödəniş tarixinədək razılıq məktubu alınmadığı təqdirdə qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalı olduğu halda vergi tutmamışdır. Bu baxımdan hesab edirlər ki, səyyar vergi yoxlaması ilə iddiaçıya hesablanmış ödəmə mənbəyində vergi və tətbiq edilmiş maliyyə sanksiyası hüquqi və faktiki cəhətdən tam əsaslıdır. 2.2. ƏDV üzrə: İddiaçı iddia ərizəsində qeyd edir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin cari ilin əvvəlindən etibarən qüvvədən düşmüş 166.1-ci maddəsini əsas götürərək 133436.70 manat ƏDV-nin azaldılması müəyyən edərək buna 50%-66718.35 manat maliyyə sanksiyası hesablamışdırHalbuki, tam əksinə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənləri nəzərə alaraq, qüvvədən düşmüş Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən hesablanmış ƏDV üzrə 667' 8.35 manat maliyyə sanksiyası hissəsi ləğv edilməlidir”. Qeyd olunan dəlillə bağlı öncəliklə bildiririk ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən əməliyyatların aparıldığı dövrdə, aparıldığı zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilmişdir. Digər tərəfdən də qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı birmənalı şəkildə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, işin faktiki hallarına əsasən vergi öhdəliyi ödəmələrin təqdim edildiyi tarix üzrə yaranmalı olduğu halda, təqdim olunmuş hesabatlarda kənarlaşmalar müəyyən edilmişdir ki, bu da halhazırda qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tətbiqini nəzərdə tutsaq, qeyd olunan kənarlaşmalar yoxlama tərəfindən doğru müəyyən edilmişdir. Bununla da hal hazırda qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin geriyə qüvvəsinin şamil olunması mümkün deyildir. Çünki qanunun geriyə şamil edilməsi hüquqi vəziyyəti dəyişdirmədiyi üçün,hüquq məsuliyyətini aradan qaldırmadığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin tətbiq edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC (vöen: **********) üzrə aparılmış səyyar vergi yoxlaması əsasında qəbul olunmuş xx.xx.2020-ci il tarixli, **********141648 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə müəyyən edilmiş mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və həmin vergi borcuna maliyyə sanksiyası düzgün hesablanmışmıdır? - Yoxlanılan dövr üzrə İddiaçı MMC (vöen: **********) tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən olunurmu (müəyyən olunursa səbəbi, məbləği nə qədərdir)? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 9/2951 nömrəli 13 oktyabr 2021-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilir: Beləliklədə iddiaçı yuxarıda qeyd olunan Qaydaların tələblərini pozaraq, yəni DTA- 03 forması vergi orqanına təqdim edilmədiyi təqdirdə və ödəniş tarixinədək razılıq məktubu alınmadığı təqdirdə qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalı olduğu halda tutmamışdır. Təqdim edilmiş iş materiallarından olan sənədlərə əsasən vergi ödəyicisinin hesabatında ümumi mənfəət 2018-ci il üzrə 26824,46 manat, keçən ildən qalan zərər 61427 manat, 2019-cu il üzrə mənfəət 25042,05 manat, keçən ildən qalan zərər 34 646,29 manat qeyd edilməsinə baxmayaraq, yoxlama zamanı 2018- 2019-cu illər üzrə cəmi mənfəət 41013 manat və mənfəətə 20% tətbiq etməklə 8202,66 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisinin hesablanmasına səbəb ümumi gəlirin, ümumi xərclərin, bank xərcinin, icarə haqqının, mühafizə xərcinin bəyannamədə göstərilən məbləği ilə yoxlama ilə müəyyən edilmiş məbləği arasında fərqdən yaranması göstərilmişdir. Tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə (ilkin mühasibat sənədləri, gömrük hesabatları, bank sənədləri və s.) əsasən isə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən olunmur. Yəni yoxlama ilə 2019-cu il üzrə əlavə olaraq hesablanmış 8202,66 manat mənfəət vergisi məbləği müəyyən edilmir. Tədqiqatla da təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin az hesablanması müəyyən olunmur. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi maliyyə sanksiyası verginin hesabatda göstərilən məbləği ilə hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması və ya hesabat təqdim etməməklə yayındırıldığı halında tətbiq edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən yoxlanılan dövr ərzində İddiaçı MMC (VÖEN: **********) tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı qeyd edilir ki, məhkəmə tərəfindən “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergisinin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə Konvensiya nəzərə alınarsa Ödəmə mənbəyindən tutulan verginin az hesablanması müəyyən edilmir. Nəticə olaraq: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yoxlanılan dövr ərzində İddiaçı MMC (VÖEN: **********) tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Eləcə də yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış maliyyə sanksiyamın düzgünlüyü müəyyən edilmir. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı qeyd edilir ki, məhkəmə tərəfindən “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergisinin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə Konvensiya nəzərə alınarsa Ödəmə mənbəyindən tutulan verginin az hesablanması müəyyən edilmir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 9/2951 nömrəli 13 oktyabr 2021-ci il tarixli ekspert rəyinə qarşı etiraz ərizəsi təqdim edərək ekspert rəyi ilə razılaşmadıqlarını, ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığını bildirərək ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsini və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, etiraz və ərizə əsassız olduğundan məhkəmə iclasında protokolda qeydlər aparılmaqla etiraz və ərizə rədd edilmiş və tərəflərin nəzərinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçınn nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqləmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********141648 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməsi haqqında” qərardan görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti 166774.54 manat azaldılmış, 139.560 manat aylıq hesablanmış, 61293.12 manat əlavə hesablanmış, 34.078.58 manat artıq hesablamaya, 83.387.28 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********198009 nömrəli Səyyar vergi yoxlaması aktından vergi yoxlaması nəticəsində 166774,54 manat vergilərin azaldılması, 139560,00 manat vergilərin artıq hesablanması müəyyən edilmiş, o, cümlədən 133436,71 manat əlavə dəyər vergisinin azaldılması, 139541,32 manat əlavə dəyər vergisinin azaldılması, 18,68 manat əmlak vergisinin artıq hesablanması, 8202,66 manat mənfəət vergisinin azaldılması, 25135,17 manat ödəmə mənbəyində tutulan verginin azaldılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergilərin hesabata göstərilmiş məbləğinin vergilərin hesabata göstərilməli olan məbləğinə nisbətən 166774,54 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 83387,28 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********137800 nömrəli vergi ödəyicisinin ərazisində, binalarına habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokoldan İddiaçı MMC-nə məxsus Siyəzən rayonu Zarad kəndində yerləşən Saxlan anbarına baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********198891 saylı qərara əsasən satış qiymətlərinin ekspertizası təyin edilməsi barədə ekspert “MBA LTD" MMC tərəfindən xx.xx.2020-ci il tarixli rəy təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı MMCnin fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmiş, vergi yoxlaması vergi orqanının təşəbbüsü və müxtəlif məzmunlu qərarları ilə 4 dəfə uzadılmış və xx.xx.2020-ci il tarixdə yekunlaşdırılmışdır. İddiaçı MMC-nin 2017-2019 cu illəri əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********141648 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə” Qərarı qəbul edilmişdir ki, bu qərarla 2019-cu il üzrə 8206.66 manat mənfəət vergisi, 2017-2019cu illər üzrə 25135.17 manat ödəmə mənbəyindən vergi (o, cümlədən 2017-ci il üzrə 3620,15 manat, 2018-ci il üzrə 8450.08 manat, 2019-cu il üzrə 13064,94 manat), 2017- 2019-cu illər üzrə 133436.71 manat ƏDV-nin azaldılması və 139541,32 manat artıq hesablanması nəticəsində ƏDV hesablanmasa da 133 436,71 manat azaldılması ilə bağlı həmin məbləğin, mənfət və ödəmə mənbəyindən hesablanmış vergilərin 50% hissəsində maliyyə sanksiyası, cəmi 166774,54 manat azaldılmış vergilərə görə 83387.28 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlamaya vergi orqanı tərəfindən ekspert cəlb olunmuş, “MBA LTD" MMC tərəfindən xx.xx.2020-ci il tarixli rəy təqdim edilmiş və müvafiq ekspert rəyi ilə Cəmiyyətləri tərəfindən satışı həyata keçirilmiş malların qiymətlərinin qanunvericiliyə zidd olmadığı müəyyən edilmişdir. Beləliklə də, mübahisələndirilən inzibati akt üzrə Cəmiyyətlərinin 8202.66 manat mənfəət vergisinin azaldılması, 25135.17 manat ödəmə mənbəyində tutulan verginin azaldılması və 133436.71 manat əlavə dəyər vergisinin azaldılması cavabdeh tərəfindən müəyyən edilməsi nəticəsinə gəlinmişdir. Nəticə olaraq vergi borcu və maliyyə sanksiyası hesablanmışdır ki, iddiaçı hazırda həmin borcu mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki mübahisələndirilən 12 noyabr 2020-ci il tarixli qərarı İddiaçı MMC tərəfindən 10 dekabr 2020-ci il tarixdə məhkəməyə təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. İddiaçı hazırda cavabdehin 12 noyabr 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 12 noyabr 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 noyabr 2020ci il tarixli **********141648 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə uzadılmış, xx.xx.2020-ci il tarixdə müvəqqəti dayandırılmış, xx.xx.2020-ci il tarixdə yenidən uzadılmış və xx.xx.2020-ci il tarixdə əlavə yoxlamalar keçirilmiş, beləliklə inzibati orqan müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddəti keçdikdən sonra artırmışdır. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlamanın müddətinin hər biri 30 gün olmaqla cəmi “4” dəfə dayandırılması və ya uzadılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, “ekspert” və ya “mütəxəssis” rəylərinin alınması üçün yoxlama müddətinin cəmi 4 dəfə dayandırılması və ya uzadılması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz; - Vergilərin hesablanması hallarından uyğunsuzluqlar müəyyən edilmişdir; - Vergi orqanı tərəfindən əlavə vergi yoxlaması və vergi yoxlamasının dayandırılması barədə qərarlar verilsə də, inzibati orqan yoxlamanın dayandırılması, uzadılması və ya əlavə yoxlamanın keçirilməsi barədə qərarlarda, habelə hazırkı inzibati məhkəmə icraatında təqdim olunmuş iddiaya qarşı yazılı etirazın əsaslandıran hallara, yəni mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair və ya yoxlamanın dayandırılmasına, uzadılmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim etməmişdir; - Cavabdeh inzibati orqanın (vergi orqanının) xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 12 noyabr 2020-ci il tarixli **********141648 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Qeyd olunanlardan başqa məhkəmə ekspertiza rəyinə cavabdeh inzibati orqanın dair mülahizəsində göstərilənlərlə bağlı qeyd edir ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yoxlanılan dövr ərzində İddiaçı MMC (VÖEN: **********) tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Eləcə də yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış maliyyə sanksiyamın düzgünlüyü müəyyən edilmir. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı qeyd edilir ki, məhkəmə tərəfindən “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında ikiqat vergiyə cəlb edilməyə yol verilməməsi, gəlir və əmlak vergisinin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə Konvensiya nəzərə alınarsa Ödəmə mənbəyindən tutulan verginin az hesablanması müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (12 noyabr 2020-ci il tarixli **********141648 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********141648 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-65/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-65/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver