Məhkəmə qərarları › İş №2-1(120)-65/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-65/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-65/2024 21.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsin mütəxəssisi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Hafiz oğlunun, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 Hafiz oğlu, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “1972- 1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqlarının qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi və iş üzrə Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “1972- 1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqlarının qeydə alınması və buna dair müvafiq arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Bundan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailənin üzvü kimi Ağcabədi rayon H.Təzəkənd kəndində yaşayırlar. Onun mərhum atası X13 xx.xx.1984-ci ildə vəfat etmiş, onun adına Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən tikilmiş ümumi sahəsi 108 kv.mdən ibarət 4 otaqlı fərdi yaşayış evi qalmışdır. O, ailə üzvləri ilə birlikdə hazırda həmin ünvanda və evdə yaşayır. Qeyd edilən həyətyanı toıpaq sahəsinin mərhum atası Əjdər Zeylalovun adına qeydə alınması barədə Ağcabədi rayon Dövlət Arxivində saxlanılan sabiq Ə.Bünyadov adına kolxozun arxiv sənədləri yoxlanılmış və məlum olmuşdur ki, 1972-1973-cü illəri əhatə edən N 1 Qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində atasının adına 0.20 ha həyətyanı toıpaq olması barədə qeydiyyat var. Lakin həmin torpaq sahəsinin faktiki ölçüsü ümumilikdə 0,31 hektardan ibarətdir. Belə ki, atasından qalmış torpaq sahəsinin ölçüsü 0,31 ha-dan ibarət olmaqla daima onların istifadəsində olmuş, Ağcabədi rayonunda aqrar islahatlar aparılan zaman atasının adına qeydə alınmış 0,20 ha torpaq sahəsindən əlavə 0,11 ha torpaq sahəsinin də mövcud olması müəyyən edilmiş, həmin 0,11 ha torpaq sahəsi onlara verilmiş pay torpaq sahəsindən çıxılmışdır. Yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə və JN:268 KOD 60807028 nömrəli Dövlət Aktı əsasında onların ailələrinə verilmiş pay torpaq sahəsi hər bir nəfərə düşən 0.70-dan ha az olmaqla onların ailəsinə adambaşına təxminən 0.66 sotdan olmaqla 1.99 hektardan ibarət olmaqla verilmişdir. Bu barədə yaşadıqları H.Təzəkənd bələdiyyəsinin arayışı da mövcuddur. Həmçinin onların ümumi istifadələrində olan torpaq sahəsinin 0.31 ha olması və məhrum atası X13 tərəfindən tikilmiş 4 otaqlı ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evinin mövcud olması barədə H.Təzəkənd kənd icra nümayəndəliyinin arayışını ərizəyə əlavə edir. Qeyd edilən sənədləri təqdim edərək Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən torpaq sahəsinin 0.20 ha hissəsinin və fərdi yaşayış evinin X1 adına, qalan 0.11 ha hissəsinin isə onların adına qeydə alınması məqsədilə Azərbaycan Respublikası ƏMDKY-da DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh idarə müraciətlərinə dair xx.xx.2021-ci il tarixdə imtina məktubu göndərmişdir. Cavabdeh həmin imtinasını onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv əsaslarında saxlanan məlumatlara əsasən X1 adına hər hansısa daşınmaz əmlakın ayrılmadığı məlum olmuşdur. Bu səbəbdən də məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Halbuki atasının adına torpaq sahəsi olmasına dair arxiv arayışı, yaşadığı kəndin bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən müvafiq məlumatın əldə edilməsi mümkün idi. Göstərdiklərini əsas tutaraq hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Ona görə də cavabdeh idarənin üzərinə 0,31 ha-dan ibarət torpaq sahəsinə dair plan və ölçü sənədi hazırlanması, beləliklə də həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi vəzifəsi qoyulmalıdır. Yəni göründüyü kimi cavabdeh idarə öz imtinası ilə qanunla müəyyən edilmiş qaydada daşımaz əmlaklar üzərində olan hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 iddia tələbinə etirazının olmadığını bildirərək məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsin mütəxəssisi X15 iddiaçının iddia etdiyi 0.20 ha torpaq sahəsinin qonşu torpaq sahələri ilə üst-üstə düşmədiyini bildirərək məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddianın mümkünlüyü : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddia ərizəsinə və sərəncama cavab olaraq bildirir ki, X1 məxsus torpaq sahəsinin Aqrar İslahat aparılan zamanı Bələdiyyə torpağı kimi qeyd olunduğundan həmin torpaq sahəsinin ümumi ölçüsü barədə məlumat verilməsi və sənədləşdirilməsinə köməklik edilməsi barədə daxil olmuş 18 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinədə baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv əsaslarında saxlanan məlumatlara əsasən X1 adına hər hansısa daşınmaz əmlakın ayrılmadığı məlum olmuşdur. Məlumat üçün bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Əlavə olaraq bildirir ki, daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. Qeyd olunanlarla bağlı ərizəçiyə **********55 nömrəli xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmişdir. Beləliklə də iddianın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə aid hissəsinə etiraz edərək tərəfimizdən vətəndaş müraciətinə imtina edilməməsini nəzərə almağınızı, cavabdehlik məsələsini dəqiqləşdirməklə iddianın mümkünsüzlüyünə dair qərardad qəbul etməyinizi xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv əsaslarında saxlanan məlumatlara əsasən X1 adına hər hansısa daşınmaz əmlakın ayrılmadığı məlum olmuşdur. Məlumat üçün bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Əlavə olaraq bildiririk ki, daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1. maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 395 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Təzəkənd kənd sakini İddiaçı1 öz ailə üzvüləri ilə birlikdə Ağcabədi rayon Təzəkənd kəndində 0.31 ha həyətyanı torpaq sahəsində mərhum atası X13 tərəfindən tikilmiş 108 kv.metr 4 otaqdan ibarət fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 36 nömrəli arayışında qeyd edilmişdir ki, X16 islahat aparılan zaman, onun və ailə üzvülərinin Təzəkənd kəndində hər bir nəfərə düşən pay torpaq sahəsindən 0.70 ha az olmuşdur. Buna səbəb mərhum atası X7 həyət yani torpaq sahəsində 0.11 ha zəbt torpaq sahəsi olması göstərilmişdir. Həmin 0.11 ha həyət yani torpaq sahəsi X8 Pay torpaq sahəsindən çıxılmışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli №05/10-854/69 nömrəli arayışından görünür ki, X13 xx.xx.1984-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1984-cü il tarixli, 20 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 167 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxivdə saxlanılan Sabiq Ə.Bünyadov kolxozunun arayış xarakterli arxiv sənədləri yoxlanıldı. Yoxlama zamanı məlum olub ki, 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına 0.20 ha həyətyanı torpaq sahəsi olması barədə qeydiyyat var. ƏSAS: Ə.Bünyadov kolxozunun 1972-1973-ci illəri əhatə edən nömrə 1 Qaytanlanmış torpaq kitabı səhfə 42 sətir 487. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-268, JOD 60807028 nömrəli dövlət akrından görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.99 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 99 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Aqrar islahat komissiyasının sənədləri mühafizə üçün Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı1 iddiası ilə bağlı Aqrar islahat komissiyası tərəfindən verilmiş JN- 268 KOD 60807028 saylı “Torpağa mülkiyyət hüqüquna dair" Dövlət Aktının və həmin aktın verilməsinə əsas olan sənədlərin sürətlərini məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.99 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-103A, KOD 60807028 nömrəli şəhadətnamədən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X14 və onun ailə üzvlərinə 0.17 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 istifadəsində olan 0.20 ha həyətyanı torpaq sahəsi ilə bağlı Təzəkənd bələdiyyəsi arasında heç bir mübahisə yoxdur. Sözügüdən torpaq sahəsi üzərində İddiaçı1 və ailə üzvlərinə məxsus fərdi yaşayış evi vardır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/8752 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin) hüdudlarının döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qeyd: ölçü işləri aparılan zaman İddiaçı1 və ailə üzvlərinin faktiki olaraq istifadə olunan 0.26 ha ərazinin olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) “Torpaq İslahatı” aparılan zamanı Təzəkənd kəndində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq ölçmə işləri aparılan zamanı tərtib olunmuş yerquruluşu planında və buna dair tərtib olunmuş siyahıda 102 sıra sayı ilə qeydə alınmışdır. Mülkiyyət hüququna aid şəhadətnamələr hazırlanarkən 102 saylı həyətyanı torpaq sahəsinin ərazisi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsi faktiki olaraq oğlu İddiaçı1 və ailə üzvlərinin istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) koordinatları üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd: Baza məlumatlarında olan kompleks yerquruluşu planında bələdiyyə mülkiyyəti kimi qeydə alınmış həyətyanı torpaq sahəsi mövcud vəziyyətdə qonşu X5 həyətyanı torpaq sahəsinin sərhədləri üst-üstə düşsə, də faktiki halda naturada həyətyanı torpaq sahələrinin üstüstə düşməsi halı yoxdur. Qərardadın beşinci sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Qərardadın altıncı sualı üzrə: Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) sahəsinin X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması digər şəxslərin hüquqlarını pozmur. Tətbiq edilən normativ hüquqi aktlar: Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X18rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. Qeyd olunan torpaq sahəsinə dair sənədlərin arxiv surətlərinin təqdim edilməməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə sorğusu nəticəsində müəyyən edilmişdir ki, Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X1 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) olduğu müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/8752 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, torpaq sahəsinin baza məlumatlarına əsasən araşdırma zamanı Sabiq Ə.Bünyadov kolxozunun 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin (hal-hazırda oğlu İddiaçı1 və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi) kommunikasiya xətlərinin mühafizə zolağına düşmür və X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsi faktiki olaraq oğlu İddiaçı1 və ailə üzvlərinin istifadəsindədir, X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması digər şəxslərin hüquqlarını pozmur,faktiki halda naturada həyətyanı torpaq sahələrinin üst-üstə düşməsi halı yoxdur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 mərhum atası X7 adına 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində 0.20 ha həyətyanı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, mötəbər sayılır. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı1 mərhum atası X7 adına 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42ci səhifəsinin 487 saylı sətrində 0.20 ha həyətyanı torpaq sahəsindən mülkiyyətçi hüququ ilə 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir və öldükdən sonra da oğlu İddiaçı1 öz ailə üzvləri ilə birgə həmin evdə yaşayır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın X7 adına 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində qeydə alınmış 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, 1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Hafiz oğlunun, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “1972-1973-cü illəri əhatə edən 1 nömrəli qaytanlanmış torpaq kitabının 42-ci səhifəsinin 487 saylı sətrində X7 adına olan 0.20 ha həyətyanı torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1, İddiaçı2 Hafiz oğlundan, İddiaçı3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar